E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
221
İndi isə tarix üzrə mütəxəssis R.Tompsonun
fikrini gətirmək vax-
tı gəlib çatmışdır: ”Moisey nəinki erkən erməni tarixini dünya səhnə-
sinə yerləşdirmək və erməni qəhrəmanları haqqında əfsanə və rəva-
yətləri əlaqəli sxemə salmağa çalışırdı, o həm də həmin tarixin çoxu-
nu qərəzli şəkildə ona görə dəyişdirmişdir ki, öz havadarlarını məş-
hurlaşdırsın və onları parlaq nəsillə təmin etsin” (R.Tompson, “M.
Xorenasinin “Ermənilərin tarixinə giriş”, R.Tompsonun tərcüməsi və
şərhləri, London, Harvard Universiteti., 1978).
Bax belə, hörmətli oxucular! Bizə bir şeyi əlavə etmək qalır: Xo-
renasi iddia edir ki, guya “Ermənistan”ın adının Urartu çarı Aramla
bağlılığı vardır, o, “Nuh əyyamında” “düzəlişlər” aparır, lakin “ilk
erməni xristianlığı”ndan danışanda bu dini onlara gətirən apostol
Faddeyi necə öldürdüklərindən bəhs etməyi unudur.
O, üçüncü dəfə Ermənistanda xristianlığı yaymağa təşəbbüs gös-
tərən “Qriqori” adını qəbul edən parfiylı Surenin ermənilər tərəfindən
necə unudulduğunu və mağarada öz həyatını kimsəsiz və ac-yalavac
başa vurduğu barədə danışmağı yaddan çıxarmışdır.
Bir
halda ki, uydurulmuş erməni çarları ilk dəfə M.Xorenasidə
peyda olur, gərək qısa da olsa, xronologiya və onun cızma-qarasının
məzmunu haqqında da danışaq. Opus soydaşlarına təşəkkür və öz
mömin çarlarına ifadə olunan məhəbbətlə başlayır. Sonra isə Adəm-
dən başlayaraq qədim zamanlar haqqında danışılır və erməni xalqının
kökü onlarla əlaqələndirilir. “Birinci kitab”da – “Böyük Ermənistanın
nəsil səcərəsi” - mifik Haykdan etibarən I Tiqranın hakimiyyətinin
(b.e.ə. VI əsrin ortaları) təsvirinə qədər erməni xalqının mənşəyi haq-
qında nağıl söylənilir. Elə buradaca M.Xorenasi ermənilərin əfsanəvi
mənşəyi haqqında uydurmuşdur ki, guya Mar Abbas adlı birisi Nine-
viyanın arxivindən bütün deyilənləri təsdiq edən yazılı bir mənbə
tapmışdır.
R.Tompsonun fikri: “Moisey bildirirdi ki, o, erməni əfsanələrini
Nineviyanın yazılı mənbələrindən götürmüşdür. Bütün bu tarix çox
şübhəlidir... Nineviya Parfiya arxivlərini deyil, Assuriya arxivlərini
saxlayırdı və bunların içində ermənilərə aid hər hansı əhəmiyyətli bir
məlumat yoxdur ... “bu, bədii üslubdan savayı bir şey deyildir”
K A M R A N İ M A N O V
222
Sitat gətirdiyimiz alimin elmi nəzakətini
bir kənara qoysaq, bu
deyilənlər bildirir ki, qarşımızdakı absurd bir iddiadır.
M.Xorenasi “Bizim əcdadımızın orta tarixi” adlı ikinci kitabında
Makedoniyalı İskəndərdən başlayaraq, III Trdat, onun Maarifçi
Qeorqi tərəfindən xaç suyuna çəkilməsi və Arşakilərin parfiya süla-
ləsi haqqında məlumat verir.
Tarixi opusun üçüncü hissəsi “artıq nə çarı, nə məsləhətçisi, nə
müəllimi olan” Ermənistanın ağlaşmasına həsr olunur. Ermənilərin
tənəzzülü və məğlubiyyəti onların öz dinlərinə riayət etməməsi ilə
izah olunur.
Hörmətli
oxucular, bütün bu şərh olunanlar M.Xorenasinin “Er-
mənistan tarixi” (M. Xorenski, “İstoriya Armenii”, perevod Emina,
Moskva, 1893) əsərinin Emin tərəfindən edilmiş tərcüməsinin rus
nəşrinə əsaslanır.
İndi isə akademik S. Malxasyansın digər tərcüməsinə uyğun
olaraq (Yerevan, Xaypetrat, 1961, erməni dilində) M.Xorenasinin uy-
durduğu erməni çarlarının siyahısını verək.
Misal üçün, M.Xorenasinin “Bizim çarların geneologiyası və va-
rislik” (“Qeneoloqiya naşix tsarey i nasledovaniye”) bölməsini götürək.
Burada onların mövcud olması haqqında “dəlillər” yerləşdirilmişdir.
M. Xorenasi yazır: “Bizim çarların mövcud olması müqəddəs
İyeremiya tərəfindən təsdiq olunur”. Guya İyeremiya demişdir ki, o,
Ararat çarlarına Babilə qarşı çıxış etməyi əmr etmişdir. Göstərilən
122 – 123-cü səhifələrdə Maras (Midiya) çarları ilə yanaşı, erməni
çarları da verilir. Hər ehtimala qarşı əvvəlcədən belə deyirlər ki,
Midiya hökmdarı Varbakes (Varpak) Skayurdun
oğlu Paruyru erməni
çarı təyin etmişdir. Hörmətli oxucular, sizi yormaq fikrimiz yoxdur,
ancaq bir şeyi xatırlatmaq istəyirik ki, midiyalı Astiaqın hakimiyyət-
də olduğu dövr erməni çarları “Yervand” və “Tiqranla” müqayisə
olunur.
Burada bir şeyi əvvəlcədən demək zərurəti ortaya çıxır. M.Xore-
nasinin b.e. V əsr tarixçisi kimi təqdim olunması və onun əsərinin
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
223
həmin dövrə aid edilməsi kimi erməni səylərinə baxmayaraq, müasir
Qərb tarixşünaslığı opusun yaranma tarixini qətiyyən VIII-IX əsrlər-
dən əvvəlki dövrə aid etmir. Opusun özü isə XIV əsrə aid olan əlyaz-
maların ən köhnəsi əsasında bu günə gəlib çatmışdır.
Beləliklə, hör-
mətli oxucular, məlum olur ki, erməni çarlarının adları M.Xorenasi
uydurmasının məhsuludur, ancaq onların müəyyən hissəsi Musa
Kalankatuklunun “Alban tarixi” kitabından köçürülmüşdür. Alban
çarlarının adları belə idi: Skaordi, Kanaki, İyeruanda, Paçuqa,
Pavusa, Parnas və s.
Əlbəttə, M.Xorenasiyə görə, erməni çarlarının hamısı - erməni-
lərin əcdadından başlayaraq, “böyük Tiqrana” qədər yüksək qəhrə-
manlıq nümunələri göstərən insanlar olmuşlar.
Burada istər-istəməz arximandrit Mavro Orbininin qotları, rus-
ları, türkləri və başqalarını təqdim etdiyi “Slavyan xalqının yayılması
haqqında” (Mavro
Orbini “O rasşirenii naroda slavyanskoqo”, 1601)
məşhur əsərinə qayıtmalı olursan. Belə ki, “biri vuruşur, digəri tarix
yazır”, biri qələbə çalır, digəri öz məğlubiyyətlərini tarixi xronikanın
faydalı rakursunda təqdim edir. “Yeni xronologiya” nəzəriyyəsinin
müəllifi akademik Fomenko və onun davamçıları dəfələrlə qeyd et-
mişlər ki, “Tarix tez-tez siyasi reklam və özünü reklam etmə kimi
çıxış edir”. Onlar Rus Ordasının (Türk Rusu)
tarixini şərh edərkən
göstərirdilər ki, məhz bu reklam və onun doğurduğu ideologiya və
diplomatiya vaxtilə Rusiya və Türkiyə ilə mübahisədə Avropaya uğur
gətirmişdi, lakin burada hərbi uğur nəzərdə tutulmur.
A. Fomenkonun məktəbi “tarixi- siyasi özünü reklam”ın vətənini
orta əsr İtaliyasını (XV –XVII əsrlər) hesab edir.
Bu tədqiqatçılara böyük hörmətimiz olmaqla yanaşı, onların so-
nuncu fikirləri ilə razılaşmamaq qənaətində qalırıq. Bizim fikrimizə
görə, tarixi-siyasi özünüreklamın vətəni Ermənistan sayılır və arzu
olunanları həqiqət kimi göstərən erməni tarixçiləri bu məqsədə xid-
mət edirlər.
İndi isə, hörmətli oxucular, M.Xorenasinin uydurmalarının “inki-
şafı” haqqında bir neçə qeydə nəzər salaq. Misal üçün, erməni təd-
K A M R A N İ M A N O V
224
qiqatçısı N.Nalbandyan M.Xorenasiyə dəstək
vermək üçün Herodo-
tun yaradıcılığına “kiçik” bir düzəliş vermişdir. (öz dövründə M.Xo-
renasi də “İncil”ə düzəliş vermişdir.)
Sən demə, Herodot təsdiq etmişdir ki, frakiyalılar-ermənilər
urartuluları məğlub etmiş, onlarla birləşmiş, dilini və mədəniyyətini
onlara vermiş və nəticədə... erməni xalqı meydana gəlmişdir. Bura-
dan da Ermənistan yaranmışdır. Q. Sarkisyanın Şərqşünasların XXV
Beynəlxalq konqresində məruzə olunan “Movses Xorenasinin “Er-
mənistan tarixi”nin xronoloji əsası haqqında” (Şərq ədəbiyyatı nəş-
riyyatı, M.,1960) əsərini götürək. Burada da elmdən uzaq metodlar
vasitəsi ilə yalnız kağız üzərində mövcud olan erməni çarlarının
hökmranlığının xronoloji cədvəlini inkişaf etdirmişlər. R. Kuriyanın
düşüncəsinə görə, “Ermənistan”- “erməni” türk sözündən əmələ gəl-
mişdir və o, “yer” və “mən” kimi şərh edilir, demək olar ki, bu da
“Yer adamı” mənasını verir. Buradan onun əfsanəvi tarixi başlayır.
Əgər belə məntiqə əməl etsək, onda türk
sözü vasitəsi ilə yaranan
“yer” + “mənim”, yəni ermənilərin qonşulara qarşı irəli sürdükləri
əbədi “Mənim yerim” kimi ərazi iddialarını yada salmaq yerinə düşər.
Bunlarla hara qədər getmək olar? Bir absurdun üstünə yenisi
gəlir. Ancaq zaman özü göstərdi ki, bəzi erməni “alimləri” gaha yük-
səklərə qalxmağa qadirlərmiş. Keçmişdə erməni tarixçiləri “qaz lə-
ləkləri ilə “əbədi” fikirlər yazmağa çalışırdılar... bu gün isə onların
qardaşları əbədi lələklərlə, sadəcə “qaz” fikirləri yazırlar. Biz, birinci
növbədə, S.Ayvazyanı və onun 1997-ci ildə Moskvada nəşr olunan
“Rusiyanın tarixi. Erməni izi” adlı iddialı “iş”ini nəzərdə tuturuq.
Bütün digər absurdlardan əlavə, bu müəllif M.Xorenasinin
erməni çarları haqqında “işləyib hazırladığı” mövzunu daha da “də-
rinləşdirmişdir.”
Onun fikrincə, XX əsr tarix elminin M.Xorenasinin
çar-sülalə saxtakarlığına şər atmaq hüququ yoxdur. Heç kəs müasir
alimlərə (erməni alimlərini çıxaraq) o hüququ verməmişdir ki, onlar
66 erməni “hökmdarını” nəzərə almasın, 1958 illik əfsanəvi tarixin
üstündən xətt çəksin. Həm də Haykazini sülaləsi uydurma ola bil-
məzdi. Ayvazyan heç yerdə adı-sorağı olmayan “erməni mixi yazıla-