E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
213
sun Nadya adlı rəfiqəsinə ehtiyac duyulmuşdur. O, yenə gözəl bir
ifadə işlətmişdir: “Ka, Nadya”. Bunu isə tərcümə etdikdə “Var [bütün
bunlar], Nadya” mənasını ifadə edir. Bu da sizin üçün “Kanada”. Bun-
dan sonra Avropanın ardınca erməni kəlamları ilə Şimali
Amerika da
fəth olunur. Adı çəkilən erməni “ixtiraçıları” çox sonralar mənimsə-
dikləri Qərbi Azərbaycan torpaqlarına qayıdırlar. Burada da bizi daha
bir “orijinal” erməni kəşfi gözləyir. “Allah” adı bütün dünyaya mə-
lumdur. “Allahverdi” və yaxud burada azərbaycanlılar yaşadığı dövr-
dən qalan və Ermənistanda yaşayış məntəqəsinin adını ifadə edən
“Allah verdi” adı da belə başa düşülür. Əgər bu ermənilərin dəyişdiyi
keçmiş 400 türk etimoloji adından biridirsə, onların mənşəyi də er-
məni versiyası ilə izah olunur. Məlum olur ki, bura gələn italyanlar
yerli erməni bəstəkarının musiqisinə qulaq asmaq qərarına gəlirlər.
Bu musiqidən həzz alan adamlar ucadan deyirlər: “ A lya Verdi”. Bu
da “Elə bil Verdidir.” “Allahverdi” adı da buradan yaranmışdır.
Ermənilərin etimoloji sərsəmlik nümunələrini qurtararaq, biz
oxuculardan
xahiş edirik ki, onlar nəticə çıxarmaq üçün tələsməsin-
lər, çünki bu, hələ erməni absurdunun rekord zirvəsi deyil. Romalılar
bunu təsadüfən təsdiq etməmişlər: “Mənim niyyətim mənim fəaliy-
yətimə ad verir”.
K A M R A N İ M A N O V
214
§7.
Çar-sülalə absurdu və erməni
tarixşünaslığı haqqında
Hörmətli oxucular! İndi siz
“Ad absurdo...” “...Ab absurdum”
tematik çeşidində erməniçiliyin növbəti absurdu ilə tanış olacaqsınız.
“Absurd”un “mənasız söz”, “uydurma”, “yalan” mənası daşımasına
baxmayaraq, onu bir-biri ilə o qədər də əlaqəsi olmayan ziyansız və
mənasız söz yığını kimi qəbul etməyin. Ənənəyə görə, xatırladırıq ki,
haqqında danışdığımız absurdlar müəyyən məqsəd güdür. Həmişə
erməni cəfəngiyatının bir niyyəti olmuş və yenə də var: Azərbaycan
torpaqlarına və onunla birlikdə onun sahiblərinin mədəni və qeyri-
mədəni irsinə iddialar irəli sürmək. Erməni rəvayətləri yalan
uydurmalardan
ibarət olduğuna görə, onları imkan daxilində elə
qablaşdırmışlar ki, yalan tam yalan kimi görünməsin və həqiqətə
oxşasın. Yalan, saxtakarlıq, riyakarlıq, ikiüzlülük, yalan dəlillər, elmə
oxşar sübutlar işə düşür. Hələ çox keçmiş zamanlarda demışlər:
“Yazılı şəkildə yalançılıq etmək şifahi şəkildə yalan danışmaqdan
asandır.” Bəli, yazılı dəlillər belə toplanır. Belə ki, absurd teatrının
hər növbəti obrazcığazının məqsədi - “olduğu kimi görünməmək,
istədiyi kimi təsəvvür olunmaq”dır, pis əməli ört-basdır etmək isə
bacardıqca yaxşı bir obrazı korlamaqdır. Bütün bunlara görə, belə
absurd müəllifləri
qəti şəkildə əmindirlər ki, təcrübəsiz adamların
“dərrakəsini mif təyin edir”. Əgər onları aldatmaq üçün yalan
danışırlarsa, onda başqaları da aldandıqları üçün yalan danışacaqlar”
(Kiçik Seneka). Belə ki, hörmətli oxucular, qeyd etdiyimiz kimi, bir
absurd digərini yaradır, yəqin ki, biz “Absurddan...” “...Absurda
doğru” səyahətimizi davam etdirəcəyik.
Beləliklə, çar-sülalə absurdu və
erməni tarixşünaslığı haqqında
Hörmətli oxucular, dövlətçilik qurulmadan çar sülaləsinin olması
mümkün deyil. Sonuncu, yəni dövlətçilik tarixi xronikada hansısa bir
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
215
yolla əks olunmalıdır. Biz absurdu şərh
etmək üçün erməni tarixi
xronikasından başlayırıq.
“İnsan özü və onun işi necədirsə, onun tarixi də elədir”. Erməni
tarixinin atası Movses Xorenasi belə demişdir. Bu, tam həqiqətdir.
Əvvəllər biz sübut etmişdik ki, M. Xorenasi erməni plagiatının ilk
qaranquşudur. Ədalət naminə qeyd etmək lazımdır ki, M. Xorenasi-
nin ən böyük xidməti tarixi faktları saxtalaşdırmasıdır. Məhz onun ilk
və davamlı uydurmaları sayəsində erməni xalqının tarixi əzəldən
yalan və absurdlarla zəngindir.
Əvvəlcə biz sizi M. Xorenasi haqqında XVIII əsr tarixçilərindən
birinin Eduard Qibsonun sözləri ilə tanış etmək istəyirik: “(M. Xore-
nasi) yaxşı tarixçilərdən tələb olunan keyfiyyətlərdən
heç birinə ma-
lik deyil”. Qibson bütün tarixçilərə tövsiyə edir: “
ondan (M. Xorena-
sidən)
yalnız yaxşı tarixçilərlə razılaşdırılan şeyləri götürmək olar”
(kursiv bizimdir). Biz obyektiv olmaq üçün başqa bir görkəmli tarixçi
Avqust Kariyerin 1896-cı ildə erməni tarixinin atası haqqında fikrini
sitat gətiririk. O, Xorenasini nəzərdə tutaraq yazırdı:
“Erməni alimlə-
rinin məlumatlarına inanmaq avamlıqdır. Ona görə ki, onların çoxu
uydurmadır” (kursiv bizimdir).
Ədalət naminə qeyd etmək lazımdır ki, uydurma tarix yaradılma-
sında kiçik paylarına görə M. Xorenasinin iki digər sələfinin, tarixçi
Aqafanqel və Yeqişenin öz yerləri vardır.
Şübhəsiz ki, istənilən xalq kimi ermənilərin də öz tarixi vardır. O,
necə tarixdir? Bunlar haqqında qısa və müfəssəl məlumat 200
il bun-
dan əvvəl F.Brokqauzun və İ. Yevfronun redaktəsi altında çıxan
“Ensiklopedik lüğət”də (F.Brokqauz, İ. Evfron, “Ensiklopediçeskiy
slovar”, t.1)
şərh olunmuşdur.
“Ermənilər demək olar ki, heç bir za-
man və ya yalnız çox qısa bir müddətdə bütöv bir dövlət kimi bir
hökmdarın hakimiyyəti altında olmuşlar. Tarixi oçerkdə ermənilər –
hind-avropa qəbiləsinin iran qolunun bir budağıdır. Ölkənin qədim
tarixi demək olar ki, məlum deyil. Daşqın haqqında Moisey əfsanəsi
ilə bağlı qədimdə ölkənin şimal hissəsinə verilən “Ararat” adı mixi
yazılarda və Herodotda rast gəlinmir. Qədim farslar bu ölkəni Armin
K A M R A N İ M A N O V
216
adlandırırdılar. İndiki ermənilər tərəfindən düzəldilmiş tarix də qə-
dim erməni milli abidələrinə əsaslanmır. Onlar öz qədim tarixlərini
Tövratın hekayələri ilə bağlayırlar, bu da onların çox sonrakı xristian
mənşəliliyini sübuta yetirir” (kursiv bizimdir). Ermənilərin rəvayəti-
nə görə onların ölkəsi 4 böyük Fərat, Dəclə, Kür və Araz çayları axan
qədim dünyanın mərkəzi imiş və İncil və Assuriya hekayələrinə görə
Tufandan sonra o, ikinci dəfə bəşəriyyətin beşiyi olmuşdur. Onlar
Bibliyada xatırladılan Toqarmanın oğlu Haykı özlərinin əcdadı sayır
və bunun sayəsində özlərini hayk, ölkəsini isə Hayastan adlandırır-
lar.”
Hörmətli oxucular, gətirdiyimiz sitat bizə bir neçə əhəmiyyətli
nəticə çıxarmağa imkan verir. Əvvəla, Ermənistan praktiki olaraq,
heç vaxt öz milli müstəqil hakimiyyəti altında olmamışdır, çünki o,
vahid dövlətçiliyə malik deyildi. İkincisi, Ermənistan “
Tövrat”ın əf-
sanə və rəvayətlərini “tarixi mənbə” kimi təqdim edir.
Bunu unutmayaq
və elə həmin “Ensiklopedik lüğət”də Ermənistanla bağlı izahatla bir
də tanış olaq. Məlum olur ki, (Böyük) Tiqran İsa peyğəmbərin ana-
dan olmasından 63 il əvvəl romalılara məğlub olur, ərazilərini və ey-
ni zamanda Antoni tərəfindən əsir götürülən Artavaz adlı oğlunu
itirir. Bunların hamısı 117-ci ildə Trayanın Ermənistanı Roma əyaləti
elan etməsi ilə başa çatır. Ən əsası budur. Belə məlum olur ki,
(Böyük) Tiqranın hakimiyyəti dağıdıldıqdan sonra Roma və yunan
mənbələrinə əsasən, erməni tarixçilərinin qəbul etmədiyi bir çox er-
məni çarlarına ad verilir.
“...Bu fikir ayrılığı onunla izah olunur ki,
erməni tarixçiləri yalnız əvvəlcə Ermənistanın Cənubi Mesopotamiya
hissəsində, çox kiçik vilayətdə çarlıq edən, bu və ya digərləri onları
rahat qoysun,- deyə romalılara, eləcə də iranlılara vergi ödəyən
Arsakilər [Ərsaklar] sülaləsinin davamçılarını tanıyırdılar. O vaxt
əsl Ermənistan iranlılar və romalılar arasında nifaqa səbəb olmuş-
dur və zərbəni erməni tarixçilərinin qəbul etmədiyi gah bu, gah da
digər “çarlardan alırdı” (kursiv bizimdir).
Hörmətli oxucular, buradan da bir nəticə çıxaraq. Məlum olur ki,
“erməni çarları” hökmdar yox, təyin olunmuş canişinlər idilər. Yunan-