E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
197
za,
birinci növbədə, qədim türk torpaqlarından Azərbaycan xanlıqla-
rının ərazilərinə nüfuz etdirilmişdir.
Görün, “Böyük Sovet Ensiklopediyası”nın 3-cü cildindəki “Er-
məni məsələsi” məqaləsində (müəllif V.Qurko-Kryajin) nə yazmış-
dır: “...Rusiyaya gəlincə, o dövrdə o, Zaqafqaziyada ruslaşma siyasəti
aparırdı və Asiyada “ermənilərin müstəsna üstünlüklərə malik ola-
cağı” ərazilərin yaradılması ideyalarına qarşı açıqdan-açığa etiraz
edirdi. Erməni məsələsi Zaqafqaziyaya yönəldilirdi”. Bunu son dövr-
lərə aid erməni mənbələri də təsdiq edir. 1971-ci ildə Yerevanda
“Hayastan” nəşriyyatı tərəfindən nəşr olunmuş tarixçi professor A.
Arutyanın “1914-1917-ci illərdə Qafqaz cəbhəsi” adlı kitabında ya-
zılır: “Rusiyanın niyyəti, necə olursa olsun, türklər və kürdlər, bizim-
lə tatarlar (azərbaycanlılar) arasında yeni bir maneə yaratmaqdır”.
Cənubi Qafqazda baş verənlər haqqında N. Şavrov böyük həyəcanla
(Zakavkaziyada rus məsələlərinə yeni təhlükə: Muğanın əcnəbilərə
gözlənilən satışı, “Русское собрание” nəşriyyatı,
Peterburq, 1911)
yazmışdır. S. Qlinkanın “Azərbaycan ermənilərinin Rusiya hüdudla-
rına köçürülməsinin təsviri” kitabı da bu deyilənləri təsdiq edir.
1904-cü ildə Sankt-Peterburqda işıq üzü görən məşhur “Qafqaz (Rus
işi və tayfalararası məsələlər)” kitabının müəllifi Rusiyanın böyük
vətəndaşı V. Veliçko “erməni məsələsinin” törədə biləcəyi fəsadlar
barədə xəbərdarlıq etmişdir. Ancaq Zaqafqaziya torpaqlarının zəbt
olunması və erməniləşdirilməsi dayanmırdı. N. Şavrov təəccüb içəri-
sində belə yazırdı: “gəlmə publisist bir şeyi araşdırmağı təklif edir:
Rusiya hökuməti Qafqazda Rusiyanı, yoxsa Ermənistanı yaratmağa
çalışır?”
S.Qlinka hələ I Pyotrun zamanında ermənilərin Rusiya siyasə-
tində rolunu xüsusi olaraq qeyd etmişdir. Ancaq bunu V. Veliçko da-
ha dəqiq ifadə etmişdir: “...rus torpaqlarında “çarlıq” arzusu sönmür,
getdikcə daha da qızışır. Türkiyədə belə bir ərazi yox idi, ona görə də
o, süni şəkildə Zaqafqaziyada yaradılmışdır”. Sonda həmin Qurko-
Kryajin “Yeni Şərq“ adlı mətbu orqanında (“Novıy Vostok”, N16-17,
Nauçnaya Assosiasiya Vostokovedeniya Soyuza SSR, 1927) aşağıda-
kıları qeyd etmişdir:
“Şübhəsiz ki, Sovet Ermənistanının rəmzi İrə-
K A M R A N İ M A N O V
198
vandır. O, gildən və palçıqdan tikilmiş boz rəngli uzun hasarları və
divarları arxasından görünən tünd-yaşıl rəngə çalan bağları, açıq-
mavi rəngli məscidləri olan tipik İran [Azərbaycan kimi oxumaq
lazımdır] şəhərciyidir” (kursiv bizimdir).
Hazırkı Ermənistanın mərkəzi keçmiş İrəvan xanlığından başla-
mışdır. Buna nail olmaq üçün onların düşünülmüş məkrli yolları var
idi, həmin üsulları erməni kilsəsi çox səylə həyata keçirirdi. Bu yer-
lərdən türk izini
“silmək”, həm də bu torpaqlara “naməlum albanlar”-
ın deyil, ermənilərin müstəsna hüquqlarının olduğunu sübut etmək
lazım idi.
1836-cı ildə erməni kilsəsinin yüz illər boyunca ətraflı şəkildə
düşünülmüş istəyi həyata keçmişdir: Çar Rusiyasının və Müqəddəs
Sinodun xüsusi qərarı ilə xristian aləmi tarixində Alban apostol kilsə-
sinin ləğvi kimi bənzəri olmayan qərar qəbul edilir və erməni – qri-
qorian
kilsəsi haqqında əsasnamə qəbul edilir. Bununla da Alban kil-
səsi müstəqillik hüququndan məhrum olur, Alban katolikosu rütbə-
sini itirir,
dəftərxana arxivi ləğv olunur, yepiskopluq erməni kilsəsinə
tabe etdirilir. Erməniçiliyin buna necə nail olmasını, onun riyakarlığı
və ikiüzlülüyünü, Rusiyanın Arsaxda Alban Apostol kilsəsi ətrafında
alban dövlətçiliyinin yaradılması planına maneçilik etməsini, sonra
isə onun (kilsənin) pravoslav postvasına
çevrilməsi niyyətlərini sübut
edən bir çox dəlillər vardır. Ermənilərin bu axtarışı haqqında böyük
gürcü mütəfəkkiri İ.Çavçavadzenin “Erməni alimləri və ağlayan daş-
lar” (“Armyanskie
uçyonıe i vopiyuşie kamni”) əsərində gözəl yazıl-
mışdır. Erməniçilik nəinki bütün alban xalqına müharibə elan edir, o
eləcə də gürcü kilsəsinin müstəqilliyinin ləğv edilməsinə və onun
Rus pravoslav kilsəsinin tabeçiliyinə verilməsinə nail olur. Bununla
da, Qafqazda tək bir müstəqil erməni xristian kilsəsi qalır. İnanılmaz
olsa da, ancaq faktdır.
Alban kilsəsinin ləğv edilməsı və onun maddi-
mədəni irsinin ermənilərin ixtiyarına verilməsi ilə əlaqədar olaraq,
albanların erməni kimi sayılması qeyd olunurdu (kursiv bizimdir).
Beləliklə, yüz illər boyunca davam edən satqınçılıq, böhtan, ya-
lan hesabına və yad ölkələrin təhrikçiliyi ilə xristian albanlara qarşı
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
199
alçaldılma, trasformasiya siyasəti qanuni şəkil alır. Bu, alban yazısı-
nın əlyazmalarının, ziyarətgahların fiziki cəhətdən məhvi, kilsələrdə
alban epiqrafikalarının pozulması və alban etnosunun bütün mədəni
irsinin dağıldılmasının başlanğıcı idi. Hörmətli oxucular, nəzərə alın
ki, bu barbarlığı xristian ermənilər xristianlara- albanlara qarşı törə-
dirdilər. Alban kilsəsinin dini abidələri və onların epiqrafikası uzun
müddət türk-müsəlman etnik elementləri əhatəsində olmuş və onların
hökmranlığı müddətində tolerantlıq sayəsində yüz illər boyunca tam,
toxunulmamış şəkildə saxlanılmışdır. Hətta bir çox xristian alban
ziyarətgahı müsəlman əhalisinin də müqəddəs ibadət yeri idi. XIX əs-
rin axırında qriqorianlaşdırma və alban
din xadimlərinin erməniləşdi-
rilməsi faktiki olaraq bitəndən sonra erməni dilində cap olunmuş
“Arsax” əsərinə (erməni kilsəsinin yeparxiyasının yepiskopu, mənşə-
cə alban olan M.Barxudarov) müraciət edək. Müəllif Arsax monastır-
larının siyahısını misal gətirərək yazırdı: “Şahidlərin dediyinə görə,
hələ 1828-ci ildə bu monastırlar gediş-gəlişli və abad vəziyyətdə idi.”
Həmin müəllifin verdiyi məlumata əsasən, ancaq XIX əsrin sonuna
yaxın alban monastırları dağıdılır, bir sözlə, daha alban xristian əha-
lisinin dini ünsiyyət mərkəzi kimi fəaliyyət göstərmirdi. M. Barxuda-
rov qeyd edir: “...1828-ci ildən sonra monastırlar
tədricən zəifləməyə
başlayır, nəzarətsiz qalır, rahib qrupları ləğv olunur və onların çox
hissəsi dağılmağa başlayır...” Daha sonralar, XIX əsrın axırında “heç
bir vilayətdə Arsax vilayətində olduğu qədər ziyarətgah və ibadət
yeri olmamışdır. Bununla belə, heç bir vilayətdə də monastır və ziya-
rətgahlar Arsaxdakı qədər maddi və mənəvi cəhətdən şərəf və şöhrət-
dən məhrum olmamışdır.” Bir sözlə, “qədim xristianlıq abidələri xa-
rabalıq içərisində idi”. Bütün bunları - alban abidələrini,
alban dilini
və yazısını məhv edib erməniləşdirməyi və Qafqazda silinən tarixi-
mədəni
irsin yerini özününkü ilə doldurmağı erməni kilsəsi çox usta-
lıqla və məqsədyönlü şəkildə həyata keçirirdi. Ermənilər bütün epiq-
rafikanı - alban kilsələrinin və monastırlarının divarları üzərindəki
yazıları məhv edir, onları erməni yazıları ilə əvəz edirdilər. Alban
kilsələrinin bir hissəsi, sadəcə olaraq erməni kilsəsinə uyğunlaşdırıl-
mış və 1828-ci ildən sonra yeni alban monastırı tikilməmişdir. Alban
K A M R A N İ M A N O V
200
dini abidələri ermənilərinki ilə əvəz olunmuş, alban dilində incilin is-
tifadə olunmasına qadağa qoyulmuş, eləcə də alban dini kitabları ləğv
olunmuş, erməni kitabları ilə dəyişdirilmişdir.
Hörmətli oxucular! Sizin diqqətinizi
bizim maddi-mədəni irsi-
mizi mənimsəmək üçün erməni saxtakarlarının istifadə etdiyi əhə-
miyyətli bir fakt üzərinə yönəltmək istəyirəm. Bunun haqqında prof.
A.Yampolskinin “Qədim Albaniya bizim e.ə. III-I əsrlərdə“ (“Drev-
nyaya Albaniya III-I vv. do n.e.”) əsərində çox gözəl yazılmışdır. O
bildirirdi ki, xristianlıq Albaniyanın dövlət dini elan olunduqdan son-
ra bir çox dini ayin yerləri xristianları özünə cəlb edir. Onlar sel kimi
axışıb gəlirdilər. Köhnə pirlərin, mistik ibadətgahların yerində xris-
tian monastırları və kilsələri meydana gəlmişdir. Misal üçün, Naxçıvan
Respublikasında əvvəllər pir kimi fəaliyyət göstərən Qızılvəng mo-
nastırına gedirdilər. Kəlbəcər rayonunda Armudtala yaxınlığındakı
mağara-pir isə “mağara-məbədə” çevrilir. Eləcə də Sos kəndinin ya-
xınlığındakı pir xristianların müqəddəs insan kimi tanıdığı Surb
Yeqişenin (Müqəddəs Yelisey) adını daşıyır. Buna bənzər hallarla
Ağoğlan və Qala Qerqes pirləri də üzləşir. Belə misalları çox gətir-
mək olar.
Erməni katolikosu Yeqiya xəlifənin
qoşununun köməyi ilə Al-
ban xristian kilsəsini özünə tabe etdikdən, yəni VIII əsrdən sonra pir-
lərin xristianlaşdırılması erməni-qriqorian çaları alır. Lakin müsəl-
manlar (islamı qəbul edən insanlar) və xristianlar (islamı qəbul etmə-
yən albanlar) xristianlıqdan və islamdan əvvəlki dövrlərin ənənələ-
rinə əməl edərək, eyni bir pirə gedirdilər.
Müsəlmanlar pirlərin yanında məscid və xanəgah tikirdilər. Onla-
rın leksikasında xristianlar erməni-qriqorianlara oxşadılırdı. Azərbay-
candakı bir sıra qədim xristian abidələrinə erməni adları verilirdi.
Məsələn, Quba rayonunun Şudux kəndi yaxınlığındakı qəbiristanlıq
və yaxud “Spitak-xaç” piri dediklərimizə aiddir.
Bununla yanaşı, əvvəllər xristianlaşdırılmış köhnə pirlərin müsəl-
manlaşdırılması da gedirdi. Burada xristian simvolları olduğu halda,
ərəb əlifbası ilə dini müsəlman adları yonularaq yazılırdı və pirlərin