E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
233
nədə əsasən, Rusiya təbəəliyinə könüllü daxil olan Qarabağ xanlığı
öz müstəqilliyindən məhrum oldu.
Bu, Gəncə xanlığının Rusiyaya ilhaqının davamı olan
tarixi dö-
nüş nöqtəsi idi. Göstərilən hadisələrin Azərbaycan və Rusiyanın son-
rakı tarixi ilə əlaqəsi olmuşdur və Kürəkçay müqaviləsi Qarabağın
bugünkü həqiqətlərində də özünü göstərmişdir.
Qəribə olsa da, son vaxtlar Kürəkçayla bağlı erməni və bir sıra
Rusiya nəşrlərində hələ də uydurmalarla qarşılaşırsan. Bunların bir
hissəsi sovet dövründə hazırlanan erməni cəfəngiyatına gedib çıxır.
Absurd uydurmaların mahiyyəti aşağıdakılardan ibarətdir.
Birincisi, Qarabağ Rusiyaya erməni əhalisinin yaşadığı hansısa
erməni vilayəti kimi birləşdirilmişdir.
İkincisi, Kürəkçay müqaviləsi ermənilərin təşəbbüskarlığı və
“səyi” sayəsində təşkil olunmuş və həyata keçirilmişdir.
Hörmətli oxucular, qeyd etmək lazımdir ki, bu hələ o tarixi dövr-
də “Erməni məsələsi”nin Qafqaza gətirilməsinin siyasi sövdələşmə
olması bizim yazılarımızda qeyd olunmuşdur. Rusiya sonralar burada
erməni dövlətçiliyi yaratmaq üçün ermənilərin Türkiyə və İrandan bu
torpaqlara köçməsinə imkan yaradır, ermənilər isə öz üzərlərinə on-
lara sədaqətli müttəfiq, “Rusiya və türk-müsəlman dünyası” arasında
müasir terminologiya ilə desək, “bölgədə Rusiyanın forpostu” olmaq
öhdəliklərini götürürlər.
Yəqin ki, bu kütləvi erməni düşüncəsinə yeridilmiş siyasi
mif ya-
radıcılığının çox maraqlı əlamətlərindən biri - Rusiyanın agenti kimi
ermənilərin siyasi rolu haqqında təsəvvür idi.
Belə düşünmək olar ki, keçmişdə və indi Ermənistan Rusiya ilə
münasibətlərində hansı vəzifələri yerinə yetirmiş və yetirir, bu, onun
öz işidir, onun başlıca mahiyyəti bu deyil. Vacibi odur ki, ermənilərin
Kürəkçay müqaviləsi ilə heç bir əlaqəsi olmamışdır.
Kürəkçaydakı “erməni izi” cəfəngiyatdan ibarətdir və keçmişdə
Ermənistanın Rusiya qarşısında götürdüyü öhdəliklərin “müvəffəqiy-
K A M R A N İ M A N O V
234
yətlə yerinə yetirilməsi”nin uydurulmuş sübutudur.
Xüsusən də, söh-
bət Qarabağdan gedəndə.
Bu tezisi müdafiə etmək üçün, hörmətli oxucular, həmişə olduğu
kimi qısa tarixi bir ekskurs etməli, həm də müqavilənin mətninə kiçik
bir izahat verməli olacağıq.
Hər şeydən əvvəl, Kürəkçay müqaviləsi imzalanana qədər hansı
tarixi hadisənin baş verməsi haqqında bir neçə fikirlə tanış olaq.
Səfəvi imperiyasını müvəqqəti dirçəldən Nadir şahın ölümündən
sonra onun şahlığı dağılır. XVIII əsrin ikinci yarısında Azərbaycan
çoxlu müstəqil xanlıqlar və kiçik sultanlıqlar (23-ə yaxın) şəklində
qismən asılı feodallıqlardan ibarət olur.
Bunlardan ən güclüsü qısa müddət ərzində ilk dəfə öz xanlığını
dağılmış Nadir şahın imperiyasının keçmiş Qarabağ bəylərbəyliyinin
qərb hissəsində yerləşdirən Cavanşir nəslindən olan Pənah Əli xanın
yaratdığı Qarabağ xanlığı olmuşdur. Qeyd etmək lazımdır ki, Nadir
şah öz hakimiyyəti illərində Qarabağ bəylərbəyliyinə o qədər
də mər-
həmət göstərmirdi, çünki o, şahlıq taxtına əyləşəndə qarabağlılar ona
tərəfdar olmamışdılar (Qarabağ tayfaları şahlıq taxtında yalnız Səfə-
vilər sülaləsinin nümayəndələrini görmək istəyirdilər, Nadir şah isə
onlardan idi) O, şah elan olunandan sonra Qazax, Borçalı və Şəmsəd-
din ərazilərini valiləri ilə birlikdə Qarabağ bəylərbəyliyinin tabeliyin-
dən çıxardır və onları Kartli çarı Teymurazın tabeliyinə verir. O daha
uzaqlara gedir, beş Qarabağ xristian məlikliyinə azadlıq verir, onları
Qarabağın tabeliyindən çıxardır və müstəsna şəkildə şaha tabe edir.
Beləliklə, hələ XV əsrdə Cavanşah Qaraqoyunludan “məlik” titulu,
yəni məliklik alan Həsən Cəlali nəslinin 5 feodal qız xətti: Gülüstan,
Çilaberd, Xaçın, Varand və Dizaq nisbi müstəqilliyə malik olur.
Qarabağ xanlığının qüdrətli olması üçün
Pənah Əli xan öz mər-
kəzi hakimiyyətinin möhkəmlənməsi istiqamətində bir sıra tədbirlər
görür, eyni zamanda onun alban məlikləri tərəfindən tanınmasına nail
olur. Pənah Əli xanın ölümündən sonra məliklərin yenidən Qarabağ
xanlığına tabe olması siyasətini onun oğlu İbrahim Xəlil xan davam
etdirir və buna nail olur. Şübhəsiz ki, feodal hökmdarlarına çevrilən
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
235
alban məlikləri Qarabağ xanlığının tabeliyində qalmağı arzu eləmir-
dilər və öz katolikoslarının məktubları vasitəsi ilə Rusiyadan kömək
umurdular,
ancaq bu, onların müstəsna olaraq öz hakimiyyətləri, öz
müstəqillikləri... üçün “Rusiyadan savayı heç kimdən asılı olmayan
Albaniya vilayəti”nin yaradılması uğrunda bir mübarizəsi idi...” İmpe-
ratriça II Yekatrinanın dövründə çar rejiminin, qeyd olunduğu kimi,
erməni çarlığı deyil, məhz Alban çarlığının yaradılmasına dair gizli
planı çoxdan mövcud idi. Bu səbəbdən alban məliklərinə rus meylli
“erməni çalarının” verilməsi heç bir tənqidə sığmır. Görək bu gün
saxtakarlıq necə həyata keçirilir və növbəti absurd necə yaranır.
“Pravoslav ensiklopediyası”nın “erməni apostol kilsəsi” (“Pravos-
lavnaya ensiklopediya”, (t.3, 2002), razdel “Armyanskaya apostols-
kaya serkov”) bölməsində Bozayan və K.Yüzbaşyanın müəllifliyi ilə
şərh olunanlar modernləşdirilmiş absurd variantı formalaşdırılır. Mə-
lum olur ki,
“...İran ərazisində, hər şeydən əvvəl, mərkəzi Qanzasar-
da (Arsax) yerləşən Alban katolikosatı Ermənistanın Rusiyaya birləş-
məsinə yönəldilən fəaliyyətini aktivləşdirmişdir. Yerevan, Naxçıvan
və Arsax xanlıqlarının erməni din xadimləri İran hakimiyyətindən
canlarını qurtarmağa çalışırdılar” (kursiv bizimdir). Burada hər bir
fikir absurddur, siyasi mif üzərində qurulmuşdur və mahiyyət eti-
barilə yalandır. Bu ərazidə heç vaxt mövcud olmayan Ermənistan öz
din xadimləri və İrəvan, Naxçıvan xanlıqlarında olmayan pastvası ilə,
eləcə də mövcud olmayan Arsax xanlığı ilə Rusiyaya necə birləşə
bilərdi?
Yeri gəlmişkən, nə üçün Alban kilsəsi “Ermənistana işləmə-
yə başlayır?” Növbəti absurd qondarmaya aid nümunə: “1828-ci il
Türkmənçay müqaviləsi ilə Şərqi Ermənistan Rusiya imperiyasının
tərkibinə daxil olur.” “Şərqi Ermənistan” nə olan şeydir? Bunu, yəqin
ki, belə cəfəngiyatların müəllifləri bilərlər.
Mürəkkəb siyasi vəziyyətə baxmayaraq, qısa tarixi zaman kəsi-
yində Qarabağ xanlığı müstəqil olur, onun kimdənsə asılı və ya ki-
minsə təsiri altında olmadığı aydın görünür. İnanılmaz olsa da, həqi-
qətdir ki, bu faktın sənədli təsdiqi gec gəlir, daha doğrusu, öz təsdi-
qini “Gülüstan” müqaviləsində tapır, burada Rusiyanın təkidi ilə İran
Qarabağa və Şimali Azərbaycanın digər xanlıqlarına olan iddiaların-
K A M R A N İ M A N O V
236
dan əl çəkir, çünki onlar Gülüstan müqaviləsindən
hələ çox əvvəl
müstəqil idilər.
1801-ci ildə Şərqi Gürcüstan və ondan asılı olan Qazax və Şəm-
səddin sultanlıqları orada yaşayan Azərbaycan əhalisi ilə birlikdə Ru-
siyaya birləşir. Rusiya imperiyasının planı Azərbaycan xanlıqlarının
Rusiyaya birləşdirilməsini nəzərdə tuturdu. Həmin plan Sisiyanov
tərəfindən hazırlanmışdır.
Əvvəlcə Car-Balakənin ərazisi ələ keçirilir, sonra da Cavad xan
başda olmaqla əhalinin doqquz aylıq müqavimətinə baxmayaraq,
Gəncə xanlığı da süqut edir. Bu hadisə 1803-cü ildə baş verir. Növ-
bədə Qarabağ xanlığı idi, ancaq I Rus-İran müharibəsinin başlanması
bunun müddətini uzadır. Lakin 1805-ci ilin yazında Gəncə yaxınlı-
ğında Kürəkçay yaxınlığında düşərgə salan Sisiyanov yazılı şəkildə
Qarabağ xanlığının hökmdarı İbrahim Xəlil xandan tələb edir ki, o,
xarici siyasətdə öz yerini müəyyən etsin. Xan cavab verməli idi: o,
kiminlədir -Rusiya, yoxsa İranla? Qeyd edək ki, bu sual ermənilər və
yaxud Cənubi Qafqazda hansısa mövcud olmayan erməni hökmdarı
qarşısında deyil, Qarabağ xanı qarşısında dururdu.
Çıxılmaz vəziyyət və xanlığı saxlamaq arzusu İbrahimxəlil xanı
Sisiyanovla görüşməyə vadar edir. O, oğulları və o vaxt Şəki hökm-
darı olan kürəkəni ilə Sisiyanovun yanına gəlir. Məhz burada mayın
14-də Kürəkçay çayı üzərində İbrahimxəlil
xan öz möhürünü vurur,
Sisiyanov isə tarixə Kürəkçay müqaviləsi kimi daxil olan “And öhdə-
liyi”nə qol çəkir.
Beləliklə, hörmətli oxucular, Qarabağ xanlığı Rusiyaya birləşir
və hansısa mifik erməni vilayətinin məcburən Rusiyaya birləşməsi və
onun səbəbləri haqqında heç nə yoxdur.
Bununla belə, Qarabağ hökmdarı “And öhdəliyi”ni heç kəsin, xü-
susən, ermənilərin təsiri altında deyil, son dərəcə yaranan çıxılmaz
vəziyyət və xanlığı saxlamaq istəyindən imzalamışdır. Şəxsi gücsüzlük
və çar Rusiyasının torpaqları müstəmləkələşdirmə niyyəti ilə bağlı
güzəştə getməyəcəyini aydın şəkildə dərk etməsindən başqa, heç nə
onu çətin vəziyyətə sala bilməzdi. Müstəqil bir hökmdar kimi, o,