Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə66/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   62   63   64   65   66   67   68   69   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
265 
vaxtı çəkdiyi ağrılara görə “bundan sonra Nuh peyğəmbər ona Ağrı 
dağ adı verir”, “Dağın oğluna isə Bala Ağrı - uşaq Ağrı adı verir-
lər...” Onlar gəmidə olanların hamısına yer verir və onlara hörmət
ehtiram göstərirlər. O vaxtdan Ağrı dağla Bala dağın zirvəsi göylərə 
dirənir”. 
Diqqətinizi nəyə yönəltmək istərdik? Hər  şeydən  əvvəl, onu 
bilmək lazımdır ki, rəvayət “hadisə haqqında xatirə”ni nəzərdə tutur, 
əfsanə isə “hadisə haqqında inanc”dır, onlar əsatirlərdən bu xüsusiy-
yətlərinə görə fərqlənirlər, xalq yaddaşı Gəmiqayanın Ağrı dağla mü-
bahisə etməyə hazır olduğunu da unutmamışdır. Deməli, bunu da ay-
dınlaşdırmaq lazımdır. İkincisi, əfsanə formasında da olsa, Ağrı dağ 
Nuhun gəmisində olanların hamısına sığınacaq vermişdir. 
Bu hadisələrin mərkəzində Böyük tufan olduğuna görə bir neçə 
kəlmə  də onun haqqında demək istəyirik. Dinindən asılı olmayaraq 
demək olar ki, bütün xalqların rəvayət və əfsanələrində Nuh peyğəm-
bər və onun dövründə olan tufan əhvalatı  əks olunmuşdur. Onların 
sayı 500-dən çoxdur. Bu əhvalata ermənilərdə də rast gəlinir, ancaq 
o, erməni lətifəsinə çevrilmişdir. Ermənilər özlərini sadəcə olaraq, 
birbaşa Nuh peyğəmbərin nəslinin davamçıları kimi elan etmirlər
həm də onlar onun müqəddəs sayılan “əşya– yadigarlarından” muzey 
“yaratmışlar”. Ən vacib hesab etdikləri guya Nuhun gəmisindən qop-
muş  ağac parçası, yaxud tir sayılır. Guya hansısa erməni keşişinin 
dağın zirvəsindən Nuh peyğəmbərin gəmisinə aid tapdığı  əşyaların 
şübhəliliyi üzərində dayanmayaraq, diqqətimizi daha çox Nuh pey-
ğəmbərin gəmisinin ilk əbədi dayanacaq yeri haqqında olan əfsanəyə 
yönəldirik. Erməni mifinə  əsasən, ermənilərin özününküləşdirdiyi 
Ararat dağı (Ağrı dağı) toponimik cəhətdən erməni mənşəli deyil. Er-
mənilərdə bu, Masis adlanır. Ancaq Nuh peyğəmbrin xəritəsi haqqın-
da xristian rəvayəti oyununu oynayan ermənilərin təşəbbüskarlığına 
haqq qazandırmaq olmur. Axı İncil “Ararat dağları” nı, Quran-Cudi 
yüksəkliyini, şumerlər də təpəni, yalnız Nisir adı ilə göstərirlər.  
Bununla yanaşı, “Ararat dağları” adı altında, mütəxəssislərin ço-
xu belə güman edirlər ki, söhbət Azərbaycanın, birinci növbədə, 
K A M R A N  İ M A N O V 
 
266 
Naxçıvan diyarının tarixi ilə  sıx bağlı olan qədim Aratta səltənətin-
dən gedir. Ancaq bunun haqqında bir az gec söz açacağıq.  İndi isə 
Sasseksdə misirşünaslar cəmiyyətinə  rəhbərlik edən məşhur ingilis 
mütəxəssisi professor Devid Rolun bu sahəyə aid açıqlamasını misal 
gətirək: “İncildəki Ararat elə Şumer Aratta səltənətinin özüdür... Bu, 
erkən xristian rəvayətlərində xatırlanan Ararat deyil... Nuh gəmisinin 
yan aldığı nə Araqas, nə də Ağrı dağı deyil, Mesopotomiya düzənliyi 
yaxınlığında yerləşən hansısa başqa bir dağdır”. 
Giriş hissəsində ermənilərin misal çəkilən iddialarını xatırlayaq 
və qeyd edək ki, mütəxəssislərin rəyinə görə, Nuh peyğəmbərin 
gəmisinin Ararat dağındakı  “əbədi dayanacağı”  şübhəlidir. “Ararat 
dağları”ndakı Nuh peyğəmbərin gəmisinin yadigar “tapıntıları”, eləcə 
də burada-“Ararat dağları”nda ermənilərlə  əlaqələndirilən nə varsa 
hamısı şübhə doğurur. Bundan başqa, “Ararat” və ya Ağrı dağ adı er-
məni toponimi deyil və mütəxəssislərin fikrincə, son milyon il ərzin-
də Cənubi Qafqaz suyun altında qalmamışdır.  
İndi isə, erməni redaksiyasında ömürlərini Nuh tufanı ilə bağlı 
axtarışlara həsr etmiş  tədqiqatçıların gəldikləri qənaətlərə müraciət 
edək. 
1922-1934-cü illərdə dünyanın qədim  şəhərlərindən birinin-Ur 
şəhərinin yerində qazıntı aparan məşhur ingilis arxeoloqu L.Vulli 
“Xaldeylərin Uru” (“Ur xaldeev”, İVL AN, M., 1960) kitabında ya-
zılmışdır: “Nuh peyğəmbərin gəmisi haqqında hamıya məlum olan 
əfsanə  mənşəyinə görə tamamilə  qədim yəhudi mifi deyil. Onu yə-
hudilər Mesopotomiyadan mənimsəmiş  və müəyyən işləmələrdən 
sonra onların müqəddəs kitabına daxil edilmişdir”. Sonra alim gös-
tərir ki, “belə bir əhvalat İbrahim peyğəmbər dünyaya gəlməmişdən 
əvvəl gil lövhəciklər üzərində yazılmışdır, bununla belə  hər iki 
versiyada
 
nəinki faktlar, həm də çoxlu obrazlar uyğun gəlir”. Söhbət 
Nineviyada Aşşurbanipalın saray kitabxanasının qazıntıları zamanı 
tapılmış 394 gil lövhəcikdən gedir. Həmin lövhəciklər  şumerlərin 
epos qəhrəmanı Gilqamış haqqında olmuşdur. Burada dini poema ki-
mi verilən şumer əfsanəsi bütpərəstlərin etiqadını əks etdirir”. Belə-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
267 
liklə, eposun Qilqamış epizodlarının birində Nuh əyyamında olan tu-
fandan danışılır. Vullinin fikrinə görə, əgər qazıntı zamanı müəyyən 
dəllilər olmasa idi, Nuh tufanına adi bir mif kimi baxılardı. O qeyd 
edir ki, əfsanənin əsası vardır. Bu, sonralar Nuh tufanı adlandırdığı-
mız şumer miqyaslı tufan olmuşdur. 
Mütəxəssislərin rəyinə görə,  şumer çarlarının siyahısında çatış-
mazlıqlar vardır və onlar da tufanın tarixini üzə  çıxarmışlar, çünki 
çarların siyahısını tərtib edən Şumer müəllifləri tufana onların ölkəsi-
nin tarixində olan hansısa bir fasilə kimi baxırlar və bu tufandan 
sonra Uranın birinci sülaləsinə qədər onun daha iki sülaləsi olmuşdur. 
Vulli belə yazır: “Biz əmin olduq ki, tufan, doğrudan da olmuş-
dur. Həmin  Şumer  əfsanəsində çarların siyahısında məhz bu tufan 
barədə söhbət getdiyini sübut etməyə heç bir ehtiyac yoxdur... lakin 
bu, o demək deyil ki, əfsanədəki təfsilatlar həqiqətdir. Onun kökündə 
tarixi bir fakt durur”. Sonra “bu iki sülalə” ilə müvafiq olaraq Uruk 
və Cəmdət Nəcr mədəniyyətinin iki uyğun arxeoloji dövrünü müqa-
yisə etdikdə..., tufan zamana görə  ənənəvi  şumer xronologiyası ilə 
uyğun gəlir. 
Beləliklə, bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, söhbət 
Nuh tufanından deyil, əl-Obeyd dövrünün sonunda Dəclə  və  Fərat 
vadisində dağlar və düzənlik arasındakı ərazini su altında qoyan daş-
qından gedir. Vulli belə yazır ki, “burada yaşayanlara görə vadi onlar 
üçün bütöv bir dünya idi”. Çox yəqin ki, vadinin sakinlərinin çox his-
səsi ölmüşdür...Ona görə burada qəribə heç nə yoxdur, onlar [salamat 
qalanlar] bunu günah edən nəslin pis əməllərinə görə Allahın cəzası 
kimi görmüş və onu dini poemada belə təsvir etmişlər. Bununla ya-
naşı,  əgər hansısa ailəyə bu çökəkliyi basan daşqından xilas olmaq 
müyəssər olmuşsa, təbii ki, həmin ailənin başçısını  əfsanəvi qəhrə-
man kimi tərənnüm etməyə başlamışlar. 
Qeyd edək ki, bu haradasa təxminən b.e. 3 min il əvvəl qədim 
Şumerdə, Mesopotamiyada olmuşdur. Bu, ermənilərin yaranışından 
1,5-2 min il, onların Kiçik Asiyada meydana gəlməsindən isə 2,5 min 
il əvvəl olmuşdur. Bütün bunlara əsasən məlum olur ki, Nuh peyğəm-
K A M R A N  İ M A N O V 
 
268 
bərin “əfsanəvi” davamçıları öz nəsil  şəcərəsi ilə bağlı çox gecik-
mişlər. 
Bununla bağlı  Şumer üzrə  məşhur mütəxəssislərin fikirlərini və 
görkəmli şumerşünas amerikalı S. Kramerin “Tarix Şumerdən başlanır” 
(S. Kramer “İstoriya naçinaetsya v Şumere”, M., İzd. “Nauka”, 1965) 
adlı məşhur kitabını qeyd etmək yerinə düşərdi. Bu nəşrdə verilən ən 
yaxşı hekayələrdən biri məhz Gilqamış haqqındadır, ancaq biz oxucu-
ların diqqətini  Şumer epopeyasının başqa bir cəhəti üzərində  cəmləş-
dirmək istərdik. Alimlərin fikrinə görə, Ararat dağının adı Aratta döv-
lətinə gedib çatır. Əlbəttə, bu dövlət haqqında danışmamaq olmaz. 
Hələ yuxarıda istinad etdiyimiz L.Vulli Şumer şəhəri Urunun qa-
zıntıları ilə əlaqədar yazmışdı: “Şumer lövhəciklərinin dili Mesopota-
miya ovalığında məskunlaşan digər xalqların dilindən kəskin şəkildə 
fərqlənmiş və bu günə qədər onun hansı dil qrupuna aid olduğunu tə-
yin etmək mümkün olmamışdır... Şumer mədəniyyəti üç mədəniyyə-
tin elementlərindən yaranmışdır:  Əl-Obeyd, Uruk və  Cəmdət Nəsr. 
Yalnız üçünün birləşməsindən sonra o, tamamilə formalaşmışdır”. 
Bəzi alimlər öz fikirlərini daha dəqiq şəkildə ifadə etmişlər: Mi-
sal üçün, məşhur alim D. Reder “Qədim
 
Mesopotamiyanın əsatir və 
əfsanələri” (D. Reder, “Mifı i leqendı drevneqo Dvureçya”, M., 
“Nauka”, 1963) əsərində yazırdı: “Dəclə və Fərat vadisinin bizə mə-
lum olan qədim sakinləri şumerlər olmuşlar... Piktoqrafiyadan yara-
dılan və sonralar Ön Asiyanın bütün ərazilərinə yayılan mixi yazı-
ların yaradıcıları  məhz onlar olmuşlar.  Şumerlərin dili ayrıca bir 
dildir. Onu bizə məlum olan dillər ailəsi ilə bağlamaq cəhdləri hələ 
möhkəm və mübahisəsiz nəticələr verməmişdir. Yalnız şübhəsizdir ki, 
o, aqqlyunativ dillər qrupuna aiddir, yəqin ki, o, öz quruluşuna görə 
türk dilləri ilə müqayisə oluna bilər” (kursiv bizimdir). Aydınlıq 
üçün qeyd etmək lazımdır ki, aqqlyutinasiya-sözün kökünə  şəkilçi-
lərin artırılması yolu ilə yeni söz əmələ gətirmə üsuludur. Türk dillə-
rinin xüsusiyyəti belədir. 
Alman alimi R.Vinqler isə “Qərbi Asiya bəşər tarixinin qədim 
dövründən bəri” (“R.Vinqler “Zapadnaya Aziya s drevneyşeqo vre-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə