Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə74/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   70   71   72   73   74   75   76   77   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
297 
qında danışarkən, bir şeyi qeyd etmək lazımdır: “erməni-qıpçaqlar” 
nəinki Krımda yerləşmişlər, həm də Ukrayna, Polşa, Moldova, Ru-
mınyada onların kompakt yaşadığı yerlər mövcud olmuşdur. “Erməni-
qıpçaqlar” öz mənbələrində göstərirlər ki, onların Krımdan bu ölkə-
lərə köçürülməsi haradasa X-XIII əsrlərdə baş vermişdir. On-ların 
mərkəzinin Kafa (indiki Feodosiya) olması da təsadüfi deyildir. “Ka-
fa” türkcə “baş”, “kəllə” deməkdir, “köçkünlərin seçdiyi” yer relyefi-
nə görə, başa oxşadığı üçün oraya həmin ad verilmişdi. Görünür, türk-
lərin erməni-qriqorian məzhəbini necə qəbul etməsini izah etmək la-
zım gələcək. Hamıya bəllidir ki, türklər Səma allahına-Tanrıya eti-
qad etmişlər. Buradan da türk-qıpçaqların  əvvəlcə etiqad etdikləri 
tanrıçılıq dini yaranmışdır. Bu din onlara silahdan güclü qüvvə ver-
mişdir. Tanrıçılığın xristianlıqla, xüsusən erkən xristianlıqla  əlaqəsi 
varmı? Hörmətli oxucular, bu gün tanrıçılığı erkən xristianlıqla bağ-
layan çoxlu araşdırmalar vardır. Əlbəttə, təkallahlılıq onları birləşdi-
rən ümumi başlanğıcdır. Xristianlığa gəlincə, rəsmi doktrinaya əsa-
sən, Avropa xristianlığının beşiyi Romadır. Bunun sübutu kimi kato-
lik konsepsiyası xidmət edir. Buna əsasən, Roma kilsəsinin ilk rəh-
bəri apostol Pyotr olmuşdur. Katoliklik hesab edir ki, 12 apostol ko-
qortasına məhz apostol Pyotr rəhbərlik etmişdir. Pravoslavlar və pro-
testantlar bununla razılaşmırlar, onlar hesab edirlər ki, apostol Pyot-
run başqaları üzərində  rəhbərliyini təsdiq edən rəsmi kilsə  sənədləri 
yoxdur. 
Bununla yanaşı, məlumdur ki, xristian icmasının rəhbəri 380-ci 
ildə Romada imperator Feodosiya tərəfindən tanınmışdır. Bizim era-
nın IV əsrində Bizansda da xristianlığın tanınması baş vermişdir. Bir 
sözlə, IV əsr xristianlığın “sənədləşdirilməsi”  əsri olmuşdur. Belə-
liklə, xristianlıq ilk icmaların İncilin hələ İsa peyğəmbərin özünün də 
etiqad etdiyi və onun sağlığında qanuni şəklə salınmış hissəsinə eti-
qad etməsindən başladı. İlk xristianlar indi xristianlığın vacib hesab 
edilən ehkamlarını:  İsa peyğəmbərin ilahi gücünü, üç ünsürü inkar 
edirdilər. Bu da gələcək parçalanmanın başlanğıcı idi. Bir çox tədqi-
qatçıların fikrinə görə, bu ehkamların özü sonralar, xristianlığın tə-
şəkkülü prosesində meydana gəlmişdir. Misal üçün, bizim eranın 
K A M R A N  İ M A N O V 
 
298 
433-cü ilində xristianlıqda İsa peyğəmbərin ikili təbiətini-Tanrı və insan 
olmasını, onların ayrılıqda mövcudluğunu inkar edən monofizitlik 
ayrıldı. Monofizitlər iddia edirdilər ki, İsada olan hər iki başlanğıc 
ilahi başlanğıcın insani başlanğıcı udması  nəticəsində birləşmişdir. 
Deməli, İsa peyğəmbər tanrı insan deyil, Tanrıdır. 451-ci ildə İsanın 
ikili təbiəti haqqında təlimi təsdiq edən Xalkedon yığıncağından 
sonra monofizitlik küfr kimi mühakimə edildi. Nəticə etibarilə, İsanın 
ikili başlanğıcını tanıyan və hazırda həm pravoslovların, həm katolik-
lərin, həm də protestantların əməl etdikləri diofizitçilik üstünlük qa-
zandı.  Əlbəttə, prinsipcə çox fərqli ehkamlarla. Məsələn, katoliklər 
və pravoslovlar həm Tanrı-atanı, həm Tanrı-oğulu, həm də Müqəddəs 
ruhu qəbul edirlər. Lakin katoliklər Tanrı-oğula (İsa peyğəmbərə) 
müqəddəs ruh da verirlərsə, pravoslovlar bunu inkar edirlər. 
Erməni, Yakovit (Suriyada) və Kopt kilsələri monofizit olaraq 
qalmışlar.  
Biz nəyə görə bunun üzərində dayanırıq? İş ondadır ki, məhz mü-
hafizəkar olan və erkən xristianlığa meyl edən monofizitçilik türklə-
rin Tanrıya, Tanrı-ataya, bütün varlıqların yaradıcısına olan dinlərinə 
olduqca yaxın olmuşdur. Türklərin allahı vahid olmuşdur və bu, türk-
ləri qonşularından fərqləndirmişdir, bu dinə inanmağa isə türklər, Çin 
mənbələrinə görə, haradasa b.e.ə. V əsrdən başlamışlar. Yəqin elə 
buna görə alman tədqiqatçısı Q.Derfer hesab edirdi ki, tanrıçılıq 
“bəşəriyyətin ilk monoteist dinlərindən biri, bəlkə də ən birincisidir”. 
Hörmətli oxucular, bəlli olduğu kimi, Qafqazda türk-qıpçaqların izlə-
ri lap çoxdur. Onlar Tanrı xanın oğlunun hüququnu İsada tanıyaraq, 
xristianlığa keçdilər və bu dinin monofizit qoluna etiqad göstərdilər. 
Beləliklə, hörmətli oxucular, “qıpçaq -ermənilər” həm Şərqi Av-
ropada, həm Rusiyanın cənub-şərqində, həm də Ukraynada mövcud 
olmuşlar. Nəticədə  qıpçaqlar - Qafqaz, Anadolu və Krım türkləri 
xristian oldular. Onlar doğma türk dilinin, türk adətlərinin, türk folk-
lorunun daşıyıcıları olsalar da, yalnız kilsə  həyatında xristianlığa 
əməl edirdilər. Türk-xristianlarının izlərini Volqaboyu Qızıl-Orda 
şəhərlərində  və  Qırğızıstanda,  İssık-qul  ətrafında da tapmaq olar. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
299 
Tarixi Azərbaycan ərazisində hələ IX əsrdə Alban apostol kilsəsinin 
himayəsi altında Xıpçaqvenq qıpçaq monastırı olmuşdur. Sonralar 
“alban-qriqorianların” zorla erməniləşdirilməsindən, daha doğrusu, 
Alban kilsəsi ləğv olunandan, sonra o, çar hakimiyyəti tərəfindən 
Erməni kilsəsinə verilmişdir. 
Krımda isə “Qıpçaq -ermənilər”in orta əsrlərdə sıx məskunlaşmış 
koloniyaları var idi. Qeyd etdiyimiz kimi, xristianlığa etiqad edən 
türklər bu diyara X-XIII əsrlərdən gəlməyə başlamışlar. Misal üçün, 
Kaqızmanda (Anadolu, Türkiyə) “Naxçıvan” adlı yaşayış  məntəqə-
sində özlərini lap çoxdan “erməni” adlandırmışlar. Burada türklərdən 
başqa qriqorian məzhəbinə etiqad edən yunanlar və haylar da yaşa-
yırdılar. Onlar hələ XI əsrdə səlcuq türkləri Anadolunu işğal edəndən 
sonra Krıma sürgün olunmuşdular. Krımda möhkəmlənən qıpçaq-
ermənilər XIV-XV əsrlərdə Qafqaz və Türkiyə etnik ermənilərinin 
kütləvi  şəkildə bura köçürülməsinə kömək etmişlər. Səlcuq türklə-
rinin işğal etdiyi torpaqlardan mühacirlərin yeni dalğası qaçırdılar. 
Onlar ilk dəfə bura köçüb gələn qıpçaq-ermənilər tərəfindən qəbul 
edilirdilər. Məlumdur ki, XV əsrin ikinci yarısından XVIII əsrin 
ikinci yarısına qədər Krım Osmanlı imperiyasının bir hissəsi olmuş-
dur. O zaman burada həm türk, həm də erməni mədəniyyəti çiçəklən-
mişdir. 1778-ci ildə rus-türk müharibəsi başa çatdıqdan sonra Krım-
dan qıpçaqların kütləvi  şəkildə  çıxarılması başlayır, özü də xüsusi 
qeyd edək ki, buradan nəinki müsəlman türkləri, eləcə də qriqorian-
lığa etiqad edən türklər də qovulmuşdur. Bütün bunlar feldmarşal 
Rumyantsevin sərəncamına görə, “onların təhlükəsiz yaşamaları üçün” 
edilirdi. Lakin iş burasında idi ki, Krım xanlığının türkləri etiqadla-
rından asılı olmayaraq, osmanlı türklərinə qarşı loyal münasibət gös-
tərirdilər. İmperatriçə II Yekatrina Novorossiya torpaqlarının istifadə 
olunması və məskunlaşması zərurətini əsas götürərək, “Krım xristian-
larını Rusiya hüdudlarında məskunlaşmağa dəvət edir”. Məcburi-
könüllü köçürülmə  İsanın dininə etiqad etməyən türklərin zorla 
erməni-qriqorian xristianlığınının qəbul etdirilməsi ilə müşayiət olu-
nurdu. Bütün bunlara Rusiya ermənilərinin eparxiyasının rəhbəri 
episkop İosif Arqutınski (Ovsep Arqutyan) rəhbərlik edirdi. 1779-cu 
K A M R A N  İ M A N O V 
 
300 
ildə Don çayının mənsəbində olan kolonistlərin bağışlanma fərma-
nına qol çəkildi. Bax, qıpçaq-ermənilər Azovyanı  və Rostov-Dona 
belə gəlib çıxmışlar. Müəyyən müddət sonra Krıma qayıtmağa icazə 
veriləndə, vətənə qayıtmaq istəyən qıpçaqların qarşısında qırmızı işıq 
yandırdılar, əvəzində etnik ermənilərin qayıdışı təşviq edilirdi. Donda 
qıpçaq-ermənilər tərəfindən indiki ermənilərin hamısını inandırmağa 
çalışdıqları Araz üzərindəki Naxçıvana yox, Anadoludakı Naxçıvana 
xatirə əlaməti olaraq Yeni Naxçıvan şəhərinin əsası qoyuldu.  
Hörmətli oxucular, qriqorianlığa etiqad göstərən və Krım yarıma-
dasının ilk köçkün sakinləri olan qıpçaq türkləri haqqında qısa tarixi 
məlumat belədir. 
İndi isə  təsvir olunan absurdla bilavasitə  əlaqəsi olan bir sual 
qoyaq. Rəsmi Rostov saytına görə, Krımdan qovulan və geriyə bura-
xılmayan 12,5 mindən çox qıpçağı necə adlandırmaq düzgün olar: 
erməni-qıpçaqlar, yoxsa türk-qriqorianlar? Mahiyyətcə bu sualın 
cavabı Krımın ilk kolonistlərinin Krımın türk etnik və dil mühitində 
olaraq, türk dilini, adətlərini və mədəniyyətinin bir çox elementlərini 
qəbul etmiş etnik ermənilər, yaxud bunların erməni-qriqorian dininə 
etiqad edən, hələ də öz doğma türk dilində danışan, Krımda öz türk 
mədəniyyətini, adət-ənənəsini, musiqisini inkişaf etdirən türklər 
olduğunu bildirəcək. 
Erməni absurdunun mahiyyəti onu “əsaslandırmaq”dır ki, guya 
səlcuq türkləri və monqol-tatarlar tərəfindən təqib edilən ermə-
nilər öz doğma dilini itirmiş, türk adətlərini qəbul etmiş, bir sözlə, 
mədəni  şəkildə assimilyasiyaya uğramışlar. Lakin ən başlıcası odur 
ki, ermənilər öz dinlərini saxlamışlar. Oxucular başa düşdüyü kimi, 
bu onu göstərir ki, erməni-qriqorian dininə etiqad edənlər mütləq 
etnik ermənilərdir. Tanış üsuldur, çünki məhz bu yolla “albanların 
erməni mənşəli olması” “əsaslandırılmış” və Qafqaz Albaniyası  və 
onun bütün maddi və qeyri-maddi mədəniyyəti “erməniləşdirilmiş-
dir”. Həmin tezisin var qüvvə ilə müdafiə olunması, qıpçaq-erməni-
lərin, o cümlədən Qazaxıstanın etnik türk mühitində yaşayanların il-
kin etnik ermənilər kimi təbliğ olunması da buradandır. Elə indi də 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə