Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə71/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   67   68   69   70   71   72   73   74   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
285 
rəfindən qoyulmuş) Kiçik Asiyanın Xett dövləti ilə tarixi b.e.ə. XIV 
əsrə aid edilən müqavilələrində tanrıların adı xatırladılır: Mitra, 
Varuna, İndra, Nasatya”, yəni Vedlərdə xatırladılan allahların adları, 
eləcə də “Babili idarə edən kassitlərdə Günəş allahı-Surios olmuşdur 
və yenə da “Vedlərlə tam uyğunluq”. Müəlliflərə görə, burada skif-
lərdən söhbət getməsi heç bir şübhə doğurmur. Skiflərin mənşəyinə 
gəlincə, biz xatırlatmışdıq ki, Z.Həsənov “Çar skiflər” adlı
 
əsərində 
onları prototürk tayfaları ilə eyniləşdirərək, onların  əsil adını yunan 
dilində “Skuz” və yaxud “quzlar” kimi təqdim etmişdir. Qeyd etmək 
lazımdır ki, skiflərin (sakların) türk əsilli olması nöqteyi-nəzərinə bir 
çox alimlər tərəfdardırlar. Beləliklə, hörmətli oxucular, biz elmi aləm-
də qiksoslarla bağlı mövcud olan fikirlərin qısa xülasəsini verdik. 
Bunu S.Ayvazyanın hətta yalan elmi əsası belə olmayan cəfəng ide-
yalarını nümayiş etdirmək üçün göstərdik. 
Bu deyilənlərə Bakı ilə bağlı bir neçə  sətir də  əlavə edək. Oxu-
cuların diqqətinə bizim qədim doğma Bakı haqqında məşhur ingilis 
misirşünası Flinders Petrinin “Ölülər kitabının mənşəyi” (Flinders 
Petri, “Proisxojdenie “Kniqi mertvıx”, Obozrenie “Drevniy Eqipet”, 
iyul
 
1927, ç. II) əsərində göstərilən və sonralar İ.Meşşaninovun 
“Misir və Qafqaz” (İ.Meşşaninov, “Eqipet i Kavkaz”) məqaləsində 
işıqlandırılan təsəvvürləri çatdırmaq istərdik. Məşhur misirşünas 
sübut edir ki, “Bakı” adı “Ölülərin kitabı” adlanan qədim Misir mifo-
logiyasında xatırladılan  “Bakhau” adı ilə uyğundur və bu qədim 
mətnlərin tarixi b.e.ə. III minilliyə aid edilir. Flindersin başlıca fikri 
ondan ibarətdir ki, Misir mifologiyasının köklərini Qafqazda, Abşe-
ron yarımadasında axtarmaq lazımdır. Flindersə görə“Bakhau” gü-
nəşin boylandığı böyük dağ, “baka” isə “səhər  şəfəqi”, yəni Böyük 
Qafqaz silsiləsinin Şərq sahillərində yerləşən Bakıdır. Azərbaycanın 
Misirlə bağlılığını təsdiq edən qazıntılar zamanı tapılmış maddi sübutlar 
da vardır, məsələn, tarixi b.e.ə. 2000-ci illərə aid edilən arxeoloji ta-
pıntılar: Misir ilahəsi Bayetin pişik başlı tunc heykəlciyi (Çovdar 
rayonu), Misir pastasından olan muncuqları (Mingəçevir, Xocalı, 
Xanlar (indiki Göygöl) göstərmək olar. Həmçinin Misir gözcükləri 
(Yaloylu təpə, Mingəçevir), skarabeylər- başsız insan heykəlciyi və s. 
tapılmışdır. 
K A M R A N  İ M A N O V 
 
286 
Bir sözlə, Flindersə görə, Misirə ilk insanlar Bakıdan, Abşeron-
dan gəlmişlər... Bunu b.e.ə. 471-446-cı illərə aid qədim Misir papi-
rusları ilə də təsdiq edir, burada təsvir olunur ki, Xəzərin qərb sahil-
lərindən Azərbaycandan olan Xəzər tayfalarının nümayəndələri Qə-
dim Misirə gəlmişlər. 
Buraya əlavə etmək lazımdır ki, Misir mifologiyasının ən böyük 
tədqiqatçıları Misir panteonundakı allahların, bəlkə də, ən vacibi sayı-
lan Ozirisi “Asar”, yaxud “Azər”, yəni qədim Misir dilində səsləndiyi 
şəkildə adlandırmışlar. Misal üçün, Romzari Klark “Qədim Misirin 
müqəddəs  ənənələri” (“Svyaşennıe traditsii Drevneqo Eqipta”, M., 
2002) kitabında müqəddəs misir adlarının mənasını açarkən, “Oziris” 
in ellin redaktəsindən imtina edərək, “Asar” adından istifadə edir. 
Belə bir fərziyyə də var ki, Xəzər sahillərindən, Bakının ətraflarından 
“azərilər” gələ bilər və onlar oda sitayiş kimi qədim etiqadlarını da 
gətirə bilərdilər. Buna uyğun olaraq, alov Günəşi yerdə “əvəz etmiş”, 
səmada isə Günəşi təcəssüm etdirmişdir. 
Lakin vacibi odur ki, Qədim Misirin ilk çar-fironu Şərqdən gəl-
mişdir və öləndən sonra öz oyanışı ilə həyatın canlanmasını, sutkanın 
uzun günlərinin başlanğıcını təcəssüm etdirir və bununla, əhəmiyyəti-
nə görə allahlar panteonunda olan Günəş allahı Ra səviyyəsinə qalx-
mışdır. 
Hörmətli oxucular! Gördüyünüz kimi, bu və ya başqa formada 
“ermənilərin atçılıq sahəsində  nəzərəçarpacaq  ənənələri”ni  əsaslan-
dırmaq üçün erməniçiliyin “dəlillər” axtarışı ilə bağlı və yolüstü “ol-
duğun kimi görünməmək” silsiləsindən olan digər məsələləri həll et-
mək üçün uydurduğu müxtəlif absurdların şahidi olduq. Biz dəfələrlə 
qeyd etmişik və öncə göstərilən absurd iddiaların məzmunundan çı-
xan nəticəyə görə, absurdlar fasiləsiz olaraq “hesabına və başqaları 
hesabı”na qurulur. Belə ki, erməni atı barədə absurdlar zəncirindən 
olan yekun absurd “erməni atçılıq ənənəsinin tacı”dır. Söhbət bu ya-
xınlarda ermənilərin atçılıq “ənənələri” ilə bağlı buraxılan poçt mar-
kalarından gedəcək. Təbii ki, markanın üzərində at təsviri vardır... 
Bu, Xasanbəy Usmiyevin həyat yoldaşı görkəmli Azərbaycan  şairi, 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
287 
Qarabağlı Xurşud Banu Natəvan xanımın Əlyetməz adlı Qarabağ cin-
sindən olan atıdır. Əlyetməz ayğırı elə X.Usmiyevin atçılıq zavodun-
dan çıxmışdır. Hörmətli oxucular, siz Əlyetməz ayğırının çar dövrün-
də çəkilmiş fotosunu bugünkü erməni markasının üzərindəki təsvirlə 
müqayisə etsəniz, dediklərimizə tam əmin ola bilərsiniz. O dövrün 
fotoşəkilləri saxlanılır, ona görə ki, 1867-ci ilin Ümumrusiya sərgi-
sində  Əlyetməz mükafat almışdı  və onun şəklinin altında belə bir 
yazı vardır: “Xanım Usmiyevanın at zavodundan olan Əlyetməz ay-
ğırı”. 
Azərbaycan daha öncə, hələ 90-cı illərin əvvəllərində bizim atla-
ra həsr olunmuş markalar buraxmışdır və onların bir neçəsinin şəklini 
marka çap olunması üçün Beynəlxalq Poçt Təşkilatına göndərmişdir 
və hazırda onlar buraya daxil olmuşlar. Ermənilərin törətdikləri sax-
takarlıqlar Qarabağ atlarının “erməni mənşəli olması” barədə “dəlillər” 
üzərində qurulmuşdur. Ermənilər heç Qarabağ at cinslərinə həsr olun-
muş markaları Azərbaycandan sonra buraxdıqlarını da gizlətmirlər. 
Biz yuxarıda erməni mif yaradıcılığına aid misallar gətirdik. Hör-
mətli oxucular, başa düşdüyünüz kimi, yeni at cinsləri yetişdirməklə, 
xüsusən də Qarabağ atları ilə ermənilərin heç bir əlaqəsi yoxdur. Bu-
na görə də Qarabağ atları ilə bağlı qısa tarixi ekskursla kifayətlənək. 
Bununla belə, artıq söhbət açdığımız məsələdən, yəni Azərbaycan 
ərazisində tapılan, lakin ermənilərin ciddi-cəhdlə bizdən oğurladıqları 
çoxsaylı “Daş at” heykəllərindən başlayaq. “Daş qoç”la yanaşı, bun-
lar Azərbaycan xalqının “Oğuz qəbirləri” adlandırdığı  qəbirlər üzə-
rində tez-tez rast gəlinən heykəllərdir. Oğuzların qədim qəbirlərinin 
üzərində at və qoç fiqurlarının qoyulması onların dəfn mərasimi ilə 
bağlı idi və onların özünəməxsus dini mahiyyət daşıyan at obrazına 
böyük ehtiramlarının göstəricisidir. 
Belə oxşar ayin Türküstan türklərinə də xasdır. Hələ “İbn Fadla-
nın Volqaya səyahəti”ndə qeyd olunur ki, ölünün qəbri “üstündə” 
xüsusi dayaqlar üzərində atın başını, dərisini, ayaqlarını və quyruğu-
nu çəkirdilər və belə güman edirdilər ki, “mərhum cənnətə belə gedə-
cək”. Azərbaycan  ərazilərində tapılmış  qəbirüstü abidələrdə tez-tez 
K A M R A N  İ M A N O V 
 
288 
əli qılınclı atlı və ya ov səhnəsi təsvir olunmuşdur. Daha erkən dövr-
lərə, məhz orta və son tunc dövrlərinə aid köhnə qəbiristanlıqlarda at 
skeletləri, ayrıca basdırılmış atlar və atlara aid çoxsaylı bəzək  əşya-
ları (yəhər-qayış, tunc yüyən ağızlığı) tapılmışdır. Misal üçün, Gültə-
pədə (Naxçıvan) aparılan qazıntının ikinci və üçüncü təbəqələrində at 
sümükləri aşkar edilmiş, özü də üçüncü təbəqədə tapılan əhliləşdiril-
miş atın sümükləri olmuşdur. At skeleti və at qoşqu ləvazimatları 
Azərbaycanın başqa qəbiristanlıqlarında, xüsusən də Qarabağda, 
Xanlar yaxınlığında tapılmışdır. Qazıntılar zamanı o vaxtın adəti 
kimi at totemi Naxçıvanda, Qarabağda, Mingəçevirdə, Gəncədə və s. 
yerlərdə aşkar edilmişdir. Mutan düzənliyində aparılan qazıntılar za-
manı tapılmış qədim dövrlərə aid olması güman edilən at cəsədlərinin 
qalıqları da təsdiq edir ki, Azərbaycan atları  əhliləşdirən region-
lardan biri olmuşdur, bizim əcdadlarımız dünya atçılığının  əsasını 
qoyanlar sırasında olmuşlar. Bütün bunlar b.e.ə. II minilliyə aid edi-
lir. Hörmətli oxucular, bu təsadüfi deyildir, atlar o yerdə yetişdirilir 
ki, onlara qarşı xüsusi münasibət olur və bu, nəinki arxeologiyanın 
maddi dəlillərində, eləcə  də etnik yaddaşda və genlərdə saxlanılır. 
Qobustanın qayaüstü təsvirləri ilə yanaşı, folklorumuz və yazımız da 
bunları sübut edir. “Dədə-Qorqud” eposunda at igidin-pəhləvanın bi-
rinci sərvətidir, “Koroğlu” dastanında sahibinin hədsiz dərəcədə sev-
diyi məşhur Qırat obrazını xatırlayın. Digər Azərbaycan dastanların-
da at kultu od və  dənizlə müqəddəsləşdirilən mifik köklərə gedib 
çıxır. Buna aid atalar sözləri və məsəlləri vardır: “atı yerişindən, qəh-
rəmanı duruşundan tanıyarlar”, “igid odur, atdan düşə atlana, igid 
odur hər zəhmətə qatlana” və s. Azərbaycanlıların etnik əcdadları-
oğuzlar at belində doğulmuş, ömrü boyu at belində olmuş və at belin-
də  də ölmüşlər. Bir sözlə, at Azərbaycanın sərvətlərindən biridir, 
Azərbaycan məişətinin yaxın keçmişindən ayrılmayan bir anlayışdır. 
Azərbaycan atları  ərazimizin dövlət quruluşuna müvafiq olaraq 
nisey, midiya kimi adlanmışlar, sonralar-Orta əsrlərdə Qarabağ atları 
kimi  şöhrət qazanmışlar. Onlar qədim dövrlərdən döyüş  şöhrətli ol-
muşlar. Məşhur alim İ. Dyakonovun yazdığı kimi, atçılıq və yüngül 
ikitəkərli döyüş arabası Urmiyaətrafı rayonlarda III minilliyin axır-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə