Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə68/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   64   65   66   67   68   69   70   71   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
273 
Gəmiqaya Naxçıvanın Ordubad rayonunda bugünkü Ermənistan-
la sərhədin keçdiyi yerdə  Nəsirvaz kəndinin yaxınlığında yerləşir. 
Gəmiqaya bizim əcdadlarımızın yüksək qədim mədəniyyətini və 
incəsənətini təsdiqləyən qayaüstü təsvirlərin parlaq nümunələri ilə 
məşhurdur.  Əfsanəvi Gəmiqaya adı  ağızdan-ağıza, nəsildən-nəslə 
keçir. Əslində isə o, Kiçik Qafqaz silsiləsinin Qapıçıq adlı ən yüksək 
zirvəsidir (3906 m) və mövcud rəvayətə görə, bəşər tufanı zamanında 
Nuh peyğəmbərin məşhur gəmisi öz əbədi dayanacağını burada tap-
mış  və burada daşa dönmüşdür. Qədim zamanların dərinliklərindən 
bu günə gəlib çatan Gəmiqaya adı da buradandır. 
Sözgəlişi desək, Gəmiqaya fenomeninin xüsusi şərh variantı var-
dır. M.Hacı “Nuh” (2005-ci il) adlı ekspedisiyasının nəticələrinə əsa-
sən, Gəmiqayanı türklərin dini məqsəd üçün istifadə etdikləri məkan, 
bəşəri tufanı bütpərəstlikdən tanrıçılğa keçid rəmzi kimi verir. Lakin 
bu, ayrıca bir mövzudur (M.Adji “Dıxanie Armaqeddona”, AST
 
“Xranitel”, M, 2006). Gəmiqayanın cənub yamaclarında, dəniz səviy-
yəsindən təxminən 2800-2900 m yüksəklikdə Qaraquş və Nəbi yurdu 
deyilən yerlərdə yaylaqda 1000-dən çox qayaüstü təsvir aşkar edilmiş-
dir. Bu gözəl tədqiqatları Azərbaycanın məşhur alim-arxeoloqu Vəli 
Əliyev aparmışdır. O vaxtkı mərkəz tərəfindən törədilən bütün mane-
ələrə  və bizim bu mədəni-tarixi sərvətimizin mənimsənilməsi üzrə 
erməniçilik tərəfindən çoxdan düşünülmüş plana baxmayaraq, bu 
işlər görülmüş  və çox qiymətli abidələr aşkar edilmişdir. Bu, insan, 
keçi, maral, it, fantastik heyvan, quş, ilan və s. təsvirləri olmuşdur. 
Bu qayaüstü təsvirlər bazalt daşdan olan qayalar üzərində həkk edil-
mişdir və  tədqiqatlara əsasən, onların tarixi b.e.ə. IV-I minilliyə aid 
edilmişdir. Yaylaqlar həddən artıq yüksəklikdə yerləşdiyinə görə bu-
ralar daimi yaşayış üçün əlverişli olmamışdır. Tunc dövründə oturaq 
(əkinçilər) həyat tərzi keçirən (əkinçilər) və yarımköçəri halında ya-
şayan (maldarlar) əhali yayın isti aylarında öz mal-qaralarını buraya 
gətirirlərmiş. Elə  həmin insanlar da bu gözəl qayaüstü təsvir 
nümunələrini yaratmışlar. Bunu göstərilən maddi abidələrin Naxçıva-
nın Araz çayı boyunca yerləşən tunc dövrünə aid təsvirlərlə əhəmiy-
yətli dərəcədə oxşarlğı da təsdiq edir. Qədim insanların burada, Gə-
K A M R A N  İ M A N O V 
 
274 
miqayada mövsümi (yay aylarında) yaşayışını o fakt da təsdiq edir ki, 
Orta əsrlərdə də bu yerlərdən yaylaq kimi istifadə davam etdirilmiş və 
burada çoxlu sayda qədim düşərgə və qəbirlər aşkar olunmuşdur. 
Azərbaycanın qədim mədəniyyətinin və incəsənətinin öyrənilmə-
sində Gəmiqaya abidəsinin rolu müstəsnadır, çünki bu qayaüstü təs-
virlər qədim Naxçıvan sakinlərinin yaşayışı, həyat tərzi və təsərrüfatı, 
dini ideyaları  və  mənəvi mədəniyyəti haqqında fikir yürütməyə im-
kan verir. Gəmiqaya qayaüstü təsvirləri kosmoloji baxışların, qədim 
insanların təbiətin gücünə, əcdadlarımızın ruhuna etiqad etməsini sü-
but edir, onlar həmin insanların totem təsəvvürlərini,  əcdadlarımıza 
xas olan bir sıra ibtidai etiqad və inancları göstərir. 
Bu gün ermənilər məhz bu qədim abidəyə iddia irəli sürürlər! 
Arxeoloqlarımızın Kəlbəcərdə, eləcə də sovet dövründə Ermənistana 
verilmiş  ərazilərdə-Zəngəzur dağlarında və Göyəmdə (Vardenisdə) 
zamanına, məzmununa və istifadə üsuluna görə oxşar olan qaya təs-
virləri aşkar edilməsinə baxmayaraq, həmin iddialar davam edir. 
Dəlillərə  əsaslanan sübutları olmadığı halda isə riyakarlıq metodları 
ilə təcrübəsiz adamları inandırmağa çalışırlar ki, onların bu abidələrə 
hüququ vardır. Hörmətli oxucular, başa düşdüyünüz kimi, bu, absurd-
dur. Təsadüfi deyil ki, biz bu və bundan əvvəliki paraqraflarda 
ermənilərin bəşəri tufanla, eləcə də “birbaşa Nuhun davamçıları” ilə 
əlaqəsinin qeyri-mövcudluğu və onların heç vaxt Qafqaz torpaqları-
nın daimi sakini olmaması  və 1918-ci ilə  qədər heç vaxt hansısa 
dövlətçiliyinin olmaması faktları haqqında bəhs etmişdik. 
Biz Gəmiqaya absurdunu məşhur Avropa tarixçisi F. Maklerin 
“Erməni milləti” (Paris, 1924, fransız dilində) kitabından götürül-
müş fikri ilə bitiririk: “Bəllidir ki, Ermənistan, yəni tarixi dövrlərdən 
bəri bu adı daşıyan coğrafi rayon erməni adlandırılan xalqın daimi 
yaşayış yeri olmamışdır...” ( kursiv bizimdir).  Deməli, ermənilərin 
qədim dövrlərin Gəmiqaya kimi tarixi abidələrinə iddia etməyin heç 
bir əsası yoxdur. Hətta, erməni tarixçisi B.İşxanyanın etirafına görə: 
“Ermənilərin əsl vətəni – “Böyük Ermənistan” elə “Kiçik Asiya”dır” 
(Б.Ишханян, «Народности Кавказа», 1916).
  


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
275 
§12.  
Erməni atları barədə absurd 
   
Hörmətli oxucular, əvvəlcədən uydurma iddialardan ibarət ermə-
ni absurdundan bəhs edən “Ab absurdo...” “... Ab absurdum” silsi-
ləsini davam etdiririk. Bu iddialar, daha dəqiq desək, erməni nağılla-
rı, əlaqəsiz sözlər yığınından ibarət olmayan boş sözlərlə təqdim olu-
nur. Absurdun, xüsusən də erməni absurdunun erməniçiliyin məqsəd-
ləri ilə müəyyən olunan konkret bir mənası vardır, o da Azərbaycan 
torpaqlarına və bununla bərabər, onun mədəni-tarixi keçmişinə  və 
xalqımızın  əqli mülkiyyətinə iddia irəli sürməkdir. Bununla yanaşı, 
erməni absurdu “olduğu kimi görünməmək, istədiyi kimi təsəvvür 
olunmaq” prinsipinə uyğun erməni obrazı yaratmağa, təcrübəsiz adam-
ları təsəvvür olunanların həqiqət olduğuna inandırmağa xidmət edir. 
Hələ Kondilyak vaxtilə xəbərdarlıq etmişdi ki, “yalan yola qədəm qo-
yan təxəyyül irəliyə daha sürətlə gedir, çünki yalan prinsip kimi törə-
yib artan heç nə yoxdur”. Deməli, “başqa bir yalan quraşdırmadan, 
digər bir yalanı təsdiq etmək olmaz” (Lessinq) və bu səbəbdən absurd 
növbəti absurdu yaradır. Berninin: “Uşaqlara nağıldakı hadisələrin 
həqiqət kimi göstərilməsi necə asandırsa, insanlara da uydurmanın 
həqiqət kimi təqdim olunması bir o qədər çətindir” kəlamına baxma-
yaraq, erməni absurdları artmaqda davam edir. Baxaq görək nəyə görə. 
Yalan absurdların yaşaması üçün yalan və saxtakarlıq, riyakarlıq və 
hiyləgərlik onların daimi yol yoldaşları olmuşdur. Erməni absurdları, 
adətən, başqalarının, ilk növbədə, biz azərbaycanlıların marağını tap-
dalamaq yolu ilə yaradılmış və yaradılmaqdadır. Ona görə də absurd-
lar diqqətdən kənarda qala bilməz, çünki “yalan bir, həqiqət isə iki 
ayağının üstündə durur”. 
Beləliklə, “erməni-çapar” absurdu 
Növbəti “erməni çaparları” absurdunda sizə son 15-20 ildə Ermə-
nistanın necə “böyük atçılıq  ənənəsi” olan və onu inkişaf etdirən, 
dünyaya “məşhur Qarabağ atlarını” və digər at cinslərini bəxş edən 
bir ölkəyə “çevrilməsi”ndən və ümumiyyətlə, ermənilərin hamıdan 
K A M R A N  İ M A N O V 
 
276 
əvvəl - ilk dəfə, xüsusən də “hərbi” atlar “yetişdirməsindən” danış-
maq istərdik.  Əlbəttə, başa düşdüyünüz kimi, yaxın keçmişdə  eşşək 
belində olan ənənəvi erməni obrazının kağız üzərində cins at belində 
olan çaparla əvəz olması ilə bağlı qəribə metamorfoza baş verir. 
Bu sahədə erməni araşdırmalarının “sübutu” kimi çoxlu sayda 
uydurmalar vardır. “At qədim ermənilərə Allah tərəfindən göndəril-
mişdir, Nairi (Urartu) panteonunun tanrılarından biri – müharibə tan-
rısı Teyşeb at belində təsvir olunmuşdur, onun Diauxidəki məbədinin 
dirəklərində at fiqurları yonulmuşdur” kimi yalanlar bu qəbildəndir. 
Digər bir uydurma “sübut” isə atını çox sevən, onu əlindən vermə-
mək məqsədi ilə  İran hökmdarı  Şapuru aldadan erməni çarı Tiqran 
haqqında olan erməni əfsanəsidir. O, İran hökmdarını aldatdığına gö-
rə gözləri çıxarılır, kor edilir. Ermənilərin inandırmasına görə, bu əf-
sanə eyni zamanda, kor oğlunun – “Koroğlu”nun əsasını qoyur və at – 
Qırat “erməni atı” elan edilir. Yaxud erməni xronikasını götürək. Biz 
burada erməni atları haqqında uydurmalarla qarşılaşırıq. Misal üçün, 
əvvəlki nəşrlərinə görə tanınan erməni tarixçisi Sebeos yazmışdır ki, 
Smbat Baqratuni cins erməni atlarının cıdırını təşkil edirmiş. 
Hörmətli oxucular, biz yuxarıdakı erməni “dəlilləri”ni gətirməklə 
sizin vaxtınızı almaq istəmirik, ona görə ki, “absurd teatrı” top-
lusunun əvvəlki paraqraflarının birində demişdik ki, mütəxəssislərin 
çoxunun rəyinə görə, indiki Ermənistanın Urartu ilə heç bir əlaqəsi 
olmamışdır. Onlar bununla yanaşı, vaxtı ilə qüdrətli, indi isə mövcud 
olmayan dövlətin və orada yaşayan  əhalinin adından  şövqlə istifadə 
edirlər. Eləcə də “Gəldim, gördüm ... mənimsədim” silsiləsinin birin-
ci fəslinin  əvvəlki paraqraflarında “Koroğlu” eposunu erməniləşdir-
mək cəhdlərindən, guya “Arşak”-korun oğludur” “erməni əfsanəsi”-
nin ona təsirinin olması barədə danışmışdıq. Biz qəsdən konkret er-
məni müəlliflərindən sitat gətirməyəcəyik, çünki “erməni atçılığı”nın 
qədim  ənənələrinin xeyrinə olan belə “dəlillər” bir nəşrdən digərinə 
köç edir, üstəlik,  İnternet də onlarla tam doldurulmuşdur. Lakin bu 
cür erməni-çapar “dəlilləri”nin siyahısını davam etdirəcəyik. Sən de-
mə, “qədim erməni “ayrarat” at cinsindən olan atlar o qədər çox imiş 
ki, “keçmiş zamanlarda atlar erməni ixracatının predmeti olmuşdur”. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə