Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə69/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   65   66   67   68   69   70   71   72   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
277 
Atlar “Qərbə - Ponta, Romaya, Bosfora və Şərqə - İrana, Midiyaya, 
Misirə, hələ Hindistana və Çinə də aparılırmış”. 
Hörmətli oxucular, yəqin ki, erməni dövlətçiliyi mövcud olma-
yan  şəraitdə ixracatın nədən ibarət olduğunun mahiyyəti başa düşü-
ləndir. Ona görə atçılığa dair opuslar üzrə bəzi erməni müəllifləri hər 
ehtimala qarşı qeyd edirlər ki, Ermənistan satellit kimi vergini atla 
ödəyirmiş, xüsusən Əhəmənilər dövlətinin hökmdarı Daranın “yalnız 
Ermənistan vergini atla ödəyirdi” yazısına müraciət edirlər. Oxucu-
lara xatırladaq ki, əvvəlki paraqraflarda qeyd edildiyi kimi, burada 
söhbət b.e.ə. VI əsrdən, mütəxəssislərin çoxunun ümumi fikrinə görə, 
ermənilərin Erməni yaylasında meydana gəldiyi vaxtdan gedir. Ermə-
ni “ayrarat at cinsi”nin adının bağlandığı Ayrarat vilayəti
 
Əhəmənilər 
dövründə Fərat sahillərində
 
Əhəmənilər dövlətinin iki satrapiyasının 
yerləşdiyi Van gölünün ətrafı ilə məhdudlaşırdı. Eləcə də xatırladırıq 
ki, Ermənistan haqqında danışarkən, biz məşhur erməni tarixçisi 
Patkanova  əsaslanırıq. O, Ermənistan adını siyasi yox, tam coğrafi 
məfhum kimi başa düşürdü. 
Bundan  əlavə, ermənilər Kiçik Asiyanın (tarixi Türkiyənin) 
avtoxton sakinləri deyillər, ermənişünasların ümumi rəyinə görə, on-
lar buraya Balkandan frikiya tayfalarının tərkibində Kimmerlər hərə-
katı dalğasında gəlmişlər. “Erməni xalqının tarixi”nin son nəşrində 
məlumat verilir ki, Fəratın yuxarısındakı yerlərə xetlərin, xurritlərin 
və luviylərin ərazilərinə Assuriya mixi yazılarında “muşku” və “urmu”, 
yunan mənbələrində “arima”, sonralar isə “erməni” adlanan erməni 
əcdadlarının dəstələri daxil olmuşlar. Bununla belə, təkrar edirik ki, 
tarix elmi erməni yaylasında erməni tranzitinin dayanacağını b.e.ə. 
VI-IV əsrlərə aid edir. Belə çıxır ki, ermənilər özləri ilə buraya say-
sız-hesabsız at ilxısı gətirmişlər, erməni atçılarının yazdığına görə, at 
olmasa, əks halda onların Əhəmənilərə xərac ödəməyə imkanı olmaz-
dı. Əlbəttə, belə fikirlər absurddur. Bunun arxasınca yeni bir absurd 
yaranır: sən demə, Ermənistanda atçılığa “Amatuni knyaz nəsli” 
cavabdeh imiş, “böyük torpaq əraziləri”, o cümlədən Şərur düzənliyi 
onlara məxsus imiş. Bu da növbəti bir absurddur, ona görə ki, 
hörmətli oxuculara bəllidir ki, kolonistlər-ermənilər Qafqazda yalnız 
K A M R A N  İ M A N O V 
 
278 
XVII-XVIII  əsrlərdə görünmüşlər və onların Qafqaz torpaqlarına 
kütləvi şəkildə yerləşməsi Türkmənçay müqaviləsindən sonra başla-
mışdır. Ancaq bu yalan iddia da hələ  əldə edilən  ən “rekord” yük-
səklik deyil. Sən demə, “Ermənistanda atçılıq üzrə ən böyük nailiy-
yətləri hərbi işdə istifadə olunan atların çoxaldılmasında qazanmış-
lar”, “erməni süvarisi isə Asiyada ən qüdrətlilərdən sayılırmış”. Təsa-
düfi deyil ki, bu süvarini “ayrudzi”, yəni demək olar ki, mifoloji 
kentavrlar kimi “at adam” adlandırmışlar. 
Bununla belə, erməni müəlliflərinin etirafına görə, Ermənistanın 
növbəti dəfə işğal olunmasından və onun bir hökmdarın tabeliyindən 
digərinə keçməsindən sonra ayrarat at cinsinin genefondunda dəyi-
şikliklər baş verir. Mifik hərbi süvari də kömək etmir. Əvəzində 
erməni opuslarında belə izah olunur ki, burada fayda “yeni erməni at 
cinsinin yetişdirilməsi”ndən ibarət olmuşdur. Misal üçün, türk-səl-
cuqların erməniləri fəth etməsindən sonra “at üçün lazımi ləvazi-
matları - yəhəri, yüyəni olmayan, sadəcə kəndirlə keçinən türklər” öz 
“böyük, güclü, dözümlü” və “demək olar ki, vəhşi atları” sayəsində 
məşhur Qarabağ atlarının törəməsinə böyük təkan vermişlər. Yaxud 
VIII əsrdə Ermənistan ərəblər tərəfindən işğal olunarkən, ərəb atların-
dan və erməni ayrarat madyanlarından “Vaspurakan və Kappadoki-
yada yetişdirilən yeni majak cinsi əmələ gəlmişdir”. Sən demə, bu iti 
sürətli atlar “Baqratilər çar evinin çaparları” olmuşdur. XIII əsrdə 
monqol- tatar hücumu isə “hərbi işlərdə istifadə olunan qardıman 
atları”nın meydana gəlməsi ilə  nəticələnir. Onlardan da “qrast” 
cinsli- ağır çəkili erməni atları yaranmışdır və s. və i.a. 
Atçılıq nağılı erməni narrativinə tam uyğun sonluqla, məsələn, 
oxuculara yaxşı tanış olan M.Xorenasidəki kimi çətin dövrlə və türk-
düşmən obrazının yaradılması ilə bitir. Məlum olur ki, erməni atçılı-
ğının ağır dövrü Osmanlı türkləri ilə bağlıdır. onların  əsarəti altına 
düşən ermənilərin “kağız üzərindəki” at cinsini təkmilləşdirmək im-
kanları olmamışdır. Türkiyə qanunları “xristianlara at sahibi olmağa” 
icazə vermirdi, “Səfəvilərin əsarəti altında olan Şərqi Ermənistana da 
isə ermənilər yeni at cinslərini təkmilləşdirməyi davam etdirirdilər.” 
Ən qəribəsi də odur ki, məhz burada–Şərqi Ermənistanda, Səfəvilər 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
279 
dövlətində Qarabağ atları  təkmilləşdirilmiş, son həddə çatdırılmış-
dır... Belə çıxır ki, ermənilər Azərbaycanın Qarabağ atlarını İranda sax-
lamış və ərsəyə çatdırmışlar. Türklərin günahı üzündən elit “ayrarat, 
qardıman və kriakup at cinsləri” yoxa çıxmışdır. Necə deyərlər, cins 
at yoxdursa, erməni at seleksionerlərindən tələb etməyə bir şey də 
yoxdur. 
Gətirilən erməni absurdlarının bütün ardıcıllığını şərh etməyərək, 
yalnız bir məsələyə, “məşhur və güclü” erməni süvari qoşun məsələ-
sinə toxunacağıq. Bunun üçün baxaq görək 1974-cü ildə çapdan çıx-
mış “Sovet Hərbi Ensiklopediyası”nda süvari qoşun (kavaleriya) və 
onun tarixi haqqında nə deyilir. Burada qeyd olunur ki, qədim dünya 
ölkələrində süvari dəstələr yaranmamışdan əvvəl ikitəkərli döyüş ara-
balarından istifadə olunurdu. Qeyri-nizami ordunun bir növü kimi sü-
vari qoşun ilk dəfə Assuriya və Urartuda (b.e.ə. IX əsr), sonra isə 
İranda (b.e.ə. VI əsr) yaranmışdır. Bu məlumatı 1973-cü ildə çapdan 
çıxan “Böyük Sovet Ensiklopediyası” (“Bolşaya Sovetskaya Ensik-
lopediya”, 1973) da təsdiq edir, burada qeyd olunur ki, b.e.ə. IX əsr-
dən başlayaraq, Assuriya ordusu süvari dəstədən fəal şəkildə istifadə 
edirdi. Sovet ensiklopedik nəşrlərini ermənilərin keçmişdə qazandığı 
“uğurlara” loyal olmamasında qınamaq olmaz. Bununla belə, nə bu, 
nə  də digər ensiklopediyalarda erməni süvarisi haqqında, üstəlik də 
qədim dövrlərə aid heç nə yoxdur. Çox təbiidir ki, həm bu, həm də 
digər ensiklopediyalarda Çingizxanın tatar süvarisi haqqında danışı-
lır, məsələn, BSE məlumat verir ki, Asiya feodal dövlətlərinin müha-
ribələrində Çingizxanın və onun varislərinin (XIII-XIV əsrlər) yün-
gül monqol-tatar süvarisi yüksək təşkilatçılığı  və döyüşkənliyi ilə 
fərqlənirdi, “... yaxşı at sürür, çox mükəmməl şəkildə yay atır, qılınc 
oynadır və  kəmənd atır... müharibə meydanında bacarıqla manevr 
edir, yalandan geriyə çəkilir və pusqulardan istifadə edir, son zərbəni 
vurmaq üçün güclü ehtiyat hissələri saxlayırdılar”.  
Bununla belə, erməni mif yaradıcılığı aramsız yeni uydurmalar 
yaratdığına görə biz artıq sizə tanış olan S.Ayvazyanın “Rusiyanın 
tarixi. Erməni izi” (S. Ayvazyan, “İstoriya Rossii. Armyanskiy sled”, 
M., 1988) kitabından onun daha “orjinal” bir neçə absurd mühaki-
məsini misal gətirəcəyik. 
K A M R A N  İ M A N O V 
 
280 
Bu müəllifə görə, sən demə, məşhur erməni süvarisi ilk hərbi 
sınaqdan hələ b.e.ə XVIII əsrdə qiksosların simasında qədim Misiri 
fəth edərkən keçmişdir. Bütün bu əfsanələrdən savayı, bacarıqlı qik-
sos atlıları, daha doğrusu “erməni atlı döyüşçüləri” Misirə öz ayrarat 
atlarını “gətirmişlər” və bu müəllif “sübut” edir ki, sonralar “tanınmış 
ayrarat ayğırlarının sayəsində ərəb, iran, ingilis, biatriy, axaltekin və 
qalan at cinsləri yaranmışdır” (kursiv bizimdir).
 
Bax belə! Erməni 
absurdunu daha qabarıq  şəkildə  təsəvvür etmək üçün qədim qik-
sosların kim olduğunu xatırlayaq. Qəbul edilmiş tarixi yanaşmaya 
əsasən, b.e.ə. 1786-cı ildə gəlmə - qiksosların ordusu Misirə soxulur, 
onu işğal edir və 200 il orada hökmranlıq edir. Misirşünaslara görə
bu, ”Misir tarixinin qaranlıq dövrü” idi (Q. Bruqş, “İstoriya faraonov”, 
per. Q.Vlastova, Spb., 1880 ). İstinad etdiyimiz alman misirşünası 
Bruqş  qədim mənbəyi, daha dəqiq desək, tarixiçi Makefondan sitat 
gətirərək, həmin gəlmələr haqqında məlumat verir: “onların hamısı 
Qiksos, yəni – “çar-çoban” adlanırdı. “Çar-çoban” kimi bu son dərə-
cə qəribə adı hazırda belə izah edirlər ki, misirşünaslar qədim tarixçi 
Makefonun sözlərini hərfi mənada başa düşmüşlər. Qiksoslar köçəri, 
süvari olmuşlar və  hərbi işi yaxşı bilirlərmiş. Buli tarixi materialın 
təhlili əsasında bu nəticəyə gəlmişdir ki, bu cəngavər köçəriləri qik-
sos deyil, “xekaut-xasut” adlandırmışlar ki, bu da “səhra ölkələrinin 
hökmdarları” mənasını bildirir. Məşhur alim V.Avdiyev də “Qədim 
Şərqin tarixi” (V. Avdiev, “İstoriya drevneqo Vostoka”, M., 1953) 
kitabında bu fikri təsdiqləyir. Onlar sübut etmişlər ki, bu günə gəlib 
çatan etnonim-əsil adın yunan dilində  təhrif olunmuş formasıdır. 
Sonuncu fikir, yəni onların köçəri tayfalar olması digər qədim tarixçi 
İosif Flaviy tərəfindən də  təsdiq olunur. Bruqş qiksosların Qədim 
Misirə soxulmasını və oranı işğal etməsini belə təsvir edir: “Makefo-
nun rəvayətinə görə, nə vaxtsa Şərqdən gələn vəhşi və qaba bir xalq 
aşağı ərazidəki torpaqlara doluşur, öz şəhərlərində oturan yerli çar-
lara hücum edir, misirlilərin güclü müqaviməti ilə rastlaşmadan bü-
tün ölkəyə sahib olurlar... Sonra onlar öz aralarından bir çar seçir-
lər, onun adı “Salatin” və yaxud “Saltis”, ya da “Silitis” olmuşdur... 
O, Setroit mahalında “Avaris” şəhərini tapır..., onu yenidən bərpa 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə