Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə77/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   72   73   74   75   76   77   78   79   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
309 
olmadan, birtərəfli  şəkildə  həll etmişdir”. Bunun da əsası, müəllifin 
yazdığı kimi, “kumanofobiya” idi. O sübut edir ki, bunun hamısı fan-
taziyadır. “Bizim ulu babalarımız poloves xanları ilə dostluq etmiş, 
“qırmızıyanaq poloves qızları” ilə evlənmiş, xristianlığı  qəbul etmiş 
polovesləri öz sıralarına qəbul etmişlər, poloveslərin gələcək nəsli isə 
zaporojye və sloboda (qəsəbə) kazaklarına çevrildilər...”.  Əgər belə 
olmasaydı, onda niyə Vladimir Monomax yazırdı ki, o, qıpçaqlarla 
“19 barışıq” bağlamışdır, ...faydanın harada olması ona daha yaxşı 
görünürdü... nə üçün rus knyazları 1223-cü ildə Kalka üzərində 
poloveslərin köməyinə gəlmişdilər?” 
O qeyd edir ki, “kumanofobiya “İqor polku haqqında dastan”ın 
müəllifinin subyektivizmə söykənən mülahizələrinə qeyd-şərtsiz ina-
ma əsaslanmışdır. L.Qumilyev “XII əsrdə əlaqələr (poloveslər və rus-
lar arasında) daha sıx dostluq şəraitində olmuşdur” yazan akademik 
V.Qordlevskiyə istinad edir. L.Qumilyev poloveslərin xristianlığı 
kütləvi şəkildə qəbul etmələrini xüsusi olaraq göstərmişdir. “Demək 
olar ki, hər il bağlanan barışıq və nigah müqavilələri şəraitində po-
loveslərin çoxu artıq XII əsrdə (tez-tez bütöv nəsilliklə) xristianlığa 
keçməyə başladılar” (kursiv bizimdir). Məhz həmin poloveslər son-
ralar Krımda məskən salmış və bir neçə yüz il ərzində buradakı etnik 
cəhətdən qarışıq olan əhalini türkləşdirmişlər. 
Sonrakı dövrdə Krımda Krım Qızıl Ordasının
 
ulusu olmuş, ar-
dınca XV əsrdə Krım səlcuq türkləri tərəfindən tutlandan sonra isə 
yarımadanın  əhalisi müsəlmanlaşmışdır. Bununla birlikdə, səlcuqla-
rın istilasından sonra tezliklə yaradılan Krım xanlığında islam dinini 
qəbul etməyənlər də qaldılar. İvan Qroznı zamanında isə Krım əhali-
sini ümumiləşdirilmiş  şəkildə “krım tatarları” kimi (bütün türkləri 
tatar adlandırırdılar) adlandırmağa başladılar. Müasir krım-tatar dili 
türk dillərinin qıpçaq yarımqrupunun qərb qolunu təşkil edir. Bu dil 
aşağıdakı dialektlərə bölünür: 
- türk-oğuz dillərinə (səlcuq) meyl edən cənub (yalıboy şivəsi); 
- noqay tərkibli şimal (çöl şivəsi); 
- ədəbi dil hesab edilən mərkəzi dialekt (orta oylaq) 
K A M R A N  İ M A N O V 
 
310 
Krımın “Tarixi-etnoqrafik arayışı”nda belə qeyd edilir ki, “qıpçaq-
erməni  şivəsi” Krım-tatar dilinin mərkəzi dialekti əsasında inkişaf 
etmişdir, onun erməni qarışığı, dəyişdirilmiş fonetikası  və  oğuz 
elementləri vardır. Elə bu cür də “krım-yəhudi şivəsi” (karaim, krım-
çaq) krım-tatar dilinə qədim yəhudi və aramey dillərinin qarışmasının 
nəticəsidir. İndi isə biz bir daha xristianlığın qriqorian qoluna sitayiş 
edən köçkünlərin Krımda görünməsi məsələsinə qayıdaq. Hörmətli 
oxucular, onu xatırlatmaqdan başlayaq ki, praktiki olaraq bütün xarici 
mənbələr Həsən Cəlal sülaləsinin hökmdarlıq etdiyi Ərsak-Xaçen 
böyük Alban knyazlığını Albaniyaya aid edirlər. Yəni yalnız “tək” 
bir erməni tarixşünaslığı  Həsən Cəlal sülaləsini Mehranilərə deyil, 
Hayklara aid edir. 
Aşağıda göründüyü kimi, biz bu məsələyə qəsdən qayıdırıq. Hər 
şeydən öncə, bu danışılan məsələyə dair ərəb mənbələrinin və M.Ka-
lankatuklunun sinxron məlumatlarını müqayisə edən A. Krımskinin 
onların qəti  şəkildə alban mənşəli olduğunu göstərən fikrini xüsusi 
qeyd etmək lazımdır (A.Krımskiy, “Stranitsı iz istorii Severnoqo i Kav-
kazskoqo Azerbaydjana”, (Klassiçeskaya Albaniya, t.1, “Kabala”, 
Sb. 1, 1934) , (A.Krımskiy, Stranitsı iz istorii Severnoqo i Kavkazs-
koqo Azerbaydjana”, t.2, “Şeki”, M-L, 1938). Bu görkəmli alim bun-
lardan əlavə, “erməni-qıpçaklar” barədə də yazmışdır.  
Həsən Cəlal monqol-tatar hücumu dövründə öz dövlətinin nisbi
 
müstəqilliyini saxlamağı bacarmışdı  və  hətta bəzi vergiləri ödəmək 
üçün demək olar ki, öz əmlakını da itirmiş, dəfələrlə tatarların düşər-
gəsində olmuş, onların tərəfində müharibələrdə  iştirak etmişdir. O, 
bir böhtanın qurbanına çevrilərək, tatarlar tərəfindən öldürülmüşdür. 
O bunları öz mənafelərini güdən erməni knyazlarından fərqli olaraq, 
döğma vətəni üçün edirdi. Məhz alban intibahı illərində Həsən Cəla-
lın ağlı və çevikliyi sayəsində “Kalankatuklunun tarixi” tamamlanır, 
albanların məşhur  şah  əsəri Qanzasar kompleksi tikilir və Mxitar 
Qoşun “Qanunnamə” kitabı yazılır. Bir halda ki, bizi erməniçiliyin 
“Erməni qanunnaməsi”nə çevirdiyi bu bənzərsiz sənəd maraqlandırır, 
onda bir daha Şərqdə ilk hüquq normaları toplusu olan bu məşhur 
əsərin əhəmiyyətini qeyd edək. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
311 
Və bir də. Həsən Cəlal Kilikiya hökmdarlarını monqol-tatarlar 
qarşısında yaxşı simada təqdim etməyi bacarmış  və demək olar ki, 
onları işğalçıların pəncəsindən- məhv edilməkdən qurtarmışdı.  
İndi isə bir neçə  kəlmə albanlar və Kilikiya çarlığı haqqında. 
Çətin ki, Sovet və postsovet dövrünün elə bir rəsmi mənbəsi tapılsın 
ki, orada Kilikiya çarlığı erməni dövləti kimi göstərilsin. 1985-ci ilin 
“Ensiklopedik lüğətin”dən tutmuş  uşaqlar üçün buraxılan kitablara 
qədər – hamısında inandırılır ki, “bu, 1080-1375-ci illərdə Kilikiyada 
mövcud olmuş feodal dövlətidir və onun əsası səlcuqların hücümun-
dan qaçan ermənilər tərəfindən qoyulmuşdur.... Çar sülaləsi-Rubənid-
lər, mərkəzi isə Sise şəhəri olmuşdur”. Oxuculara xatırladırıq ki, 
Kilikiya qədim dövrlərdən müasir mərkəzi Türkiyənin cənubunda 
yerləşən “Kiçik Asiyanın bir vilayəti” olmuşdur.  İndi isə, hörmətli 
oxucular, I-XIV əsrlərdə Kilikiyada yaranmış  vəziyyəti qısaca  şərh 
edək. Biz bu dövr haqqında ona görə danışacağıq ki, o, sinxronlu-
ğuna görə  qıpçaq- ermənilərin və ya türk-qriqorianların
 
Krıma köç-
məsi dövrünə yaxındır.  
İş ondadır ki, VIII-X əsrlərdən başlayaraq, albanlar Kiçik Asiya-
ya, Kilikiyaya və Balkanlara köçmüşlər, çünki onlar həmin illərdə 
burada meydana çıxan və bu illərdə Albaniyada təqib olunan pavli-
kian sektasının hərəkatı ilə bağlı repressiyalardan qaçırdılar. Elə bu 
qaçqınlar Bolqarıstanda boqomillərin yayılmasına imkan yaratdılar. 
Lakin albanların Kilikiyaya gəlməsi bununla məhdudlaşmadı. Səl-
cuqların işğalı ilə  əlaqədar, alban köçkünlərin yeni dalğası Kiçik 
Asiyada görünməyə başladı. Bu barədə Alban mənşəli orta əsr tarix-
çiləri - Smbat-Sparapet, Xətum, Qriqor Patmiç, Kirakos Gəncəli, 
Stepanos Sünikli, Nerses Lambronlu və başqaları  məlumat verirlər. 
Erməni salnaməçisi S.Aniyiski də deyilənlər haqqında yazmışdır. 
XI əsrin ikinci yarısında səlcuqların təzyiqi altında alban knyaz-
larının bir hissəsi Albaniyanın hüdudlarını  tərk edir və Kilikiyada 
məskən salır. Onların başında Qanzak mahalındakı Mayreancur nəsil 
mülkünü qoyub gedən Gəncə hökmdarı Avşin-Oşin dururdu. Onunla 
birlikdə onun drujinası - Xaçen feodallarının bir qrupu və Sünik feo-
K A M R A N  İ M A N O V 
 
312 
dalı Qox Vasil və başqaları da getdilər. Samuel Aniyski belə  məlu-
mat vermişdir. Burada Oşin Lambron qalasını alır. Bu dağlıq vilayət-
də hökmdar olan Oşin Bizans tərəfindən dəstəklənirdi. Lambron kn-
yazları Kilikiya knyazlarından asılı deyildilər. Tarixi vətənlərində 
qalan Xaçen alban hökmdarları isə xilas olma yollarını axtarırdılar. 
Bəs erməni əhalisi ilə nə baş verdi? 
Səlcuq işğalı ərəfəsində Vaspurakan, Ani və Qarsın kiçik erməni 
knyazları (çarları) siyasi cəhətdən Bizanslar tərəfindən məhv edildi 
və Imperator II Vasiliya Bolqaroboysanın imperatorluq etdiyi elə hə-
min dövrdə Bizans, erməniləri Kiçik Asiyanın Qərb hissəsinə köçür-
məyə başladı. Burada Kappadokiya və Kilikiyada ermənilər yayıl-
mağa başladılar. Bu barədə Foma Arsruni yazır. Burada, qərbdə er-
məni feodal zadəganları firavan şəraitdə yaşayırdılar. Yeri gəlmişkən, 
o illərdə  məhz erməni kilsəsinin patriarxı Petros tərəfindən paytaxt 
Ani böyük mükafat müqabilində bizanslara verilmişdi. Erməni feodal 
əyanlarının milli maraqların  əksinə olaraq, şəxsi maraqlarının daim 
qayğısına qalması vaxtı ilə M.Xorenasidə “Erməni xalqına görə fər-
yad” başlığı altında qeyd olunmuşdu. Eçmiədzin sinodunun proku-
roru A. Frenkel isə XX əsrin  əvvəlində yazırdı: “Erməni xalqının 
tarixi taleyi təkzibedilməz dəqiqliklə bu xalqın müstəqil dövlət, 
dövlətçilik orqanizmi qurmaq qabiliyyətinin olmamasını tam şəkildə 
təsdiq etmişdir”. 
Qevorq Aslan da öz kitablarında qeyd edir ki, ermənilərdə milli-
etnik birlik hissləri olmamış  və onlar öz aralarında siyasi cəhətdən 
bağlı olmamışlar. Səlcuqlar Vasparakanı, Anini və faktiki olaraq 
ermənilər yaşayan bütün vilayətləri aldıqdan sonra isə ermənilərin 
çoxu Kilikiyaya köçmüşlər. 
Alban hökmdarı  Oşin Lambronu möhkəmləndirdi, onun oğlu 
knyaz Xətum isə XII əsrin  əvvəlində bir neçə qonşu vilayəti işğal 
edərək, nominal olaraq Bizansa tabe olan müstəqil Xətumilər knyaz-
lığını yaratdı. Nəticədə o illərdə erməni Rubənidlər dağ Kilikiyanı, 
alban Xətumiləri isə Kilikiya düzənliyini idarə edirdilər. Xətumilər 
Bizansla müttəfiqliyə arxalanaraq, bir əsrdən artıq erməni Rubənidlər 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə