Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə78/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   72   73   74   75   76   77   78   79   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
313 
sülaləsinə qarşı mübarizə aparmışlar. Bu mübarizə bütün XII əsr ər-
zində davam etmişdi. Yalnız XIII əsrdə  gələcək katalikos Nerses 
Blaqodatnının vasitəçiliyi və qohumluq əlaqələri sayəsində Kilikiya-
nın alban və erməni hökmdarları arasında sülh bərqərar oldu. Oxucu-
lara yaxşı tanış olan Alban tarixçisi Kirakos Gəncəli yazırdı ki, son-
ralar alban Xətumiləri Kilikiyada hakimiyyəti öz əllərinə aldılar və 
ölkədə sülhü təmin etdilər. Hətta alban xadimləri xristian kilsəsinin 
bölünməsinə qarşı  çıxaraq, monofizitçiliyin provaslavlıq və katolik-
liklə yaxınlaşmasını müdafiə etdilər. Məhz alban hakimiyyəti Kiliki-
yaya çiçəklənmə  bəxş etdi. Belə ki, albanlar dövlət aparatını  təmiz-
ləyib möhkəmləndirdilər, ölkənin müdafiə qabiliyyətini gücləndirdi-
lər, beynəlxalq  əlaqələri qaydaya saldılar. Məhz onlar səlcuqlarla 
sülh müqaviləsi bağladılar və ölkənin dinc şəkildə tərəqqisinə imkan 
yaratdılar. Maraqlıdır ki, Kilikiyadakı alban nəsli albanların tarixi 
vətəni - Xaçen alban çarlığının bu cür çiçəklənməsini himayə edirdi. 
Burada biz, hörmətli oxucular, Kilikiya əhalisi üçün kübar hüquqi 
normalar toplusu qanunnaməsinin yaradılması ilə bağlı mühüm bir 
məsələnin üstündən keçə bilmərik. Xahiş edirik bir cəhətə diqqət 
yetirəsiniz ki, Kilikiya əhalisinin  əxlaq normalarının yaradılması 
üçün nə oxşar siro-romey toplusu və ən başlıcası isə nə də Odznesi-
nin kompilyasiya edilmiş “Kanonaqirk” toplusu qəbul edilmişdir. 
İndi ermənilərin “Erməni qanunnaməsi” şəklində mənimsədikləri mə-
cəllə yox, məhz M.Qoşun Alban “Qanunnamə”si Kilikiyada hüquqi 
əsas kimi götürülmüşdür, və bu vəziyyət Smbat Sparapetin daha tək-
mil qanunnaməsi tərtib olunana qədər davam etmişdi. Smbat 
Sparapet də Gəncə albanlarının nəslindən idi. Hörmətli oxucular, indi 
biz çox vacib bir məqama yaxınlaşırıq. Yuxarıda deyilənlər nəinki 
albanların əksər hissəsinin Kilikiyada yaşadığını təsdiq edən dəlillər-
dir, həm də onların siyasi üstünlüyünün aşkar simvollarıdır. Smbat 
Sparapetin qardaşı oğlu
 
tarixçi Xətum Patriçin köhnə fransız dilində 
yazdığı  və 1307-ci ildə latın və digər Avropa dillərinə (XV-XIX 
əsrlər) və yalnız XIX əsrdə “Xətum-Tatar tarixi” adı altında er-
məni dilinə  tərcümə olunmuş “Vetroqrad şəhəri və  Şərq ölkələrinin 
tarixi”nə əsaslansaq, görərik ki, Kilikiyada həm alban, həm də qədim 
erməni dilində danışırlarmış. Xətumun  əsərində aydın  şəkildə yazıl-
K A M R A N  İ M A N O V 
 
314 
mışdır ki, onlar XIV əsrdə alban yazısından istifadə etmişlər. Məhz 
həmin dövrdən etibarən alban müəlliflərinin  əsərlərinin qrabarcaya 
tərcümə olunması  və sonradan erməni kilsəsinin siyasətinə uyğun 
qaydada alban tarixi - ədəbi irsinin tam mənimsənilməsi  ənənəsi 
meydana çıxmışdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, həm 
Mxitar Qoşun, həm də Smbat Sparapetin qanunnamələrinin meydana 
gəlmə  səbəbləri təxminən eynidir: bunlar istər Arranda, istərsə  də 
Kilikiyada alban və bütövlükdə monofizit
 
xristian  əhalisinin məh-
kəmə işlərinin aparılması ehtiyacından irəli gəlmişdir. İş ondadır ki, 
alban xristianları müsəlman hüququndan - şəriətdən istifadə edə 
bilməzdilər. Xətumi Kilikiyasında doğma tarixi Albaniyadan çoxlu 
toponimlər qalmışdır. Bu, ilk növbədə Arran-Kapan (Kafan), Xatçin 
(Xaçen) toponimlərdir. Alban K.Gəncəlinin Xətumi Kilikiyasına 
diqqəti tanınmış albanların Kilikiyaya baş çəkməsi kimi anlaşılandır. 
Kilikiyaya qohumlarının yanına həm Arrandan, həm də Sünikdən gə-
lirdilər və sülalələr arasında nigahlar formalaşırdı. Gəncədən M.Qoş 
və Sünikdən St. Orbeli də buraya gəlirdilər. Monqol-tatar yürüşü 
illərində  hətta özlərinin çətin vəziyyətdə olmasına baxmayaraq, 
Xaçen alban çarı və onun silahdaşı-Sünik hökmdarı Stepannos Orbe-
linin kilikiyalılara niyə belə canfəşanlıqla kömək etdiklərinin cavabı 
da buradadır. Monqol-tatarlar Kilikiyanın sərhədlərinə yaxınlaşanda 
məhz Alban metropoliyası hökmdarlarının köməyi sayəsində kiliki-
yalılar monqol-tatarlarla razılığa gəlməyə nail olmuş və bununla da öz 
torpaqlarının talan olunmaq təhlükəsini aradan qaldırmışdılar. Məhz 
bu səbəbdən də Q.Gəncəli yazmışdı: “... onlar (monqollar) başqa 
ölkələrlə belə  rəftar etmirdilər, onlar gəldikləri yerə zülm və  sıxıntı 
gətirirdilər”. 
Oxucu bütün bunlar haqqında geniş məlumatı F.Məmmədovanın 
“Qafqaz Albaniyası  və albanlar” (Baku, 2005) monoqrafiyasından 
əldə edə bilər. 
Xaçeninin, Sünikin, Kilikiyanın alban hökmdarları öz xalqının 
xilası naminə monqolların yanına lap Qara-Görümə  qədər çox gəl-
mişlər. Yuxarıda qeyd etdiyimiz kimi, öz şəxsi maraqlarını üstün tutan 
erməni rəhbərləri isə belə hərəkət etmirdilər. Beləliklə, hörmətli oxu-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
315 
cuların başa düşdüyü kimi, “Albaniya Ermənistanın şərq vilayətidir”, 
“Krım-dəniz Ermənistanıdır” kimi iddialar necə yalandırsa, eləcə də 
“Kilikiya Ermənistanı” uydurmadır. Hörmətli oxucular, bu məsələnin 
üzərində hər şeydən öncə ona görə dayanırıq ki, Kilikiya dövləti da-
ğılandan sonra ehtimal olunur ki, çoxları Krıma getmişlər. Görün-
düyü kimi, bu, erməni knyazlığı-çarlığı yox, alban çarlığı olmuşdur 
və buna görə də məhz albanlar - monofozitlər getmişlər. Onlar Krıma 
ermənilər kimi deyil, qriqorianlığa sitayiş edən tamamilə başqa etno-
sun nümayəndələri kimi gəlmişlər. 
Hörmətli oxucular, biz “dəniz erməniləri” ilə bağlı absurdun 
yekun hissəsinə keçirik. Uzunçuluğa görə üzr istəyərək, bir daha qeyd 
etməyi zəruri sayırıq ki, absurdlar, özü də ermənilərin düzəltdik-
ləri, öz-özlüyündə müəyyən konkret məzmun və təyinat verilmiş ya-
lan iddialardan başqa bir şey deyildir. Bu iddialar tam konkret məq-
sədlərdən - ərazilərə və bununla birlikdə, erməniçiliyə heç bir aidiy-
yəti olmayan ərazilərdəki maddi və qeyri-maddi obyektlərə olan id-
dialardan yaranmışdır. Bununla yanaşı, bu absurdlar erməniçiliyin 
“əslində olduğun kimi görünməmək” prinsipinə uyğun arzu olunan 
obrazının formalaşdırılması  məqsədini güdür. Baxmayaq ki, “Əgər 
yalan danışdığını bilirsənsə, susmaq heç vaxt gec deyil” (böyük A. 
Düma), məlumdur ki, “yalan yönəldildiyi şəxsi məhv etməkdən daha 
əvvəl ondan istifadə edənin mənəviyyatını pozur” (R.Rollan), erməni 
absurdları davam edir. Hörmətli oxucuların başa düşdüyü kimi, 
bunun səbəbini onda axtarmaq lazımdır ki, “yalançının cəzası o deyil 
ki, heç kəs ona daha inanmır, əsas odur ki, onun özü artıq heç kəsə 
inana bilmir” (B.Şou), buna görə də o, yeni yalanlar uydurmaqda da-
vam edir. Bir halda ki, “ən axmaq əməllərdən olan yalanı gizlətmək 
hər  şeydən asan və danışmaq hər  şeydən sadədir” (F.Volter), onda 
onun “köməyi”nə həmişə riyakarlıq və aldatma, ikiüzlülük və saxta-
karlıq gəlir. Lakin bəlli olduğu kimi, hörmətli oxucular, külək həmişə 
şamı söndürmüş, tonqalı yandırmışdır və biz xatırladırıq ki, erməni-
çiliyin iddiasına görə, onlar Krımın ilk qədim sakinləridir və buna 
görə onlar bu ərazini “Dəniz Ermənistanı” adlandırmaqda haq-
lıdırlar. Əsil cəfəng iddia “erməni-qıpçaq”ların, daha doğrusu, “qıp-
K A M R A N  İ M A N O V 
 
316 
çaq-qriqorianlar”ın etnik erməni mənşəyi ilə bağlı daha “əhəmiyyət-
li” başqa bir absurda əsaslanır. Özlərini “ermənilər”, öz dilini 
“tatarca”, “bizim til”, “kıpçaq tili” adlandıran məhz bu etnik qrup 
qədim etnik erməni qrupu elan edilir. İrəlidə göstərildiyi kimi, özlə-
rini etnik cəhətdən türk- qıpçaqları və Krımın digər etnik türk qrup-
ları ilə eyniləşdirən “qıpçaq - qriqorianlar” xristianlığı qriqorian va-
riantında qəbul etmiş qıpçaqlardır. Əvvəl şərh olunanlardan belə çıxır 
ki, türk-qıpçaqlar həmin etnik qrupdur ki, o, diyarın üstünlük təşkil 
edən monolit türk əhalisinin yaranması prosesini başa çatdırmış və bu, 
Krımın çoxəsrlik türk dövründə türkləşmənin son mərhələsi olmuş-
dur. Erməniçilik isə iddia edir ki, qıpçaqların qriqoryanlığa sitayiş 
edən hissəsinin etnik erməni kökləri vardır və onlar etnik erməni 
olmuşlar, deməli, son vaxtlara qədər diyarın üstünlük təşkil edən türk 
əhalisinin “formalaşması”nda iştirak etmişlər.  Əvvəl göstərildiyi ki-
mi, ermənilərə heç bir aidiyyəti olmayan türk-qıpçaqlar ilkin türk 
miqrasiyası ilə stumullaşan “Xalqların böyük köçü”nün son dalğasın-
da Krma gəlmişlər. Əvvəl deyildiyi kimi, türk-qıpçaqların bir hissəsi 
xristianlığı qəbul etmişdilər, üstəlik də Krımda olan köçkünlərin çoxu 
mənşəcə Kilikiyadan gələn albanlar idilər (onların içərisində türk 
mənşəli albanlar da var idi). Krıma gələn bu köçkünlər “Kilikiya er-
məni çarlığı”ndan yox, əvvəllər göstərildiyi kimi, alban Xətumiləri-
nin Kilikiya dövlətindən idilər. Bu absurdu ən səs-küylü erməni 
mənbəsindən davam etdiririk.  
12 fevral 2003-cü ildə Eduard Vartanov “Rəsmi Rostov” qəzetin-
də qeyri-adi məqalə çap etdirmişdir. Məqalə “Ermənilərin köçürül-
məsi haqqında mif” (“Mif o pereselenii armyan”) adlanırdı və müəllif 
burada aşağıdakıları açıqlayırdı: “Qara dənizyanı ərazilərin və Rusi-
yanın cənub hissəsinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı 
dəlillər uydurmadır, bu uydurma tarixin heç bir əsası yoxdur. Ən baş-
lıcası isə  “həqiqi Krım” və “Donetsk” erməniləri erməni-qriqorian
 
xristianlığını qəbul etmiş poloves və qıpçaqlardır” (kursiv bizimdir). 
Erməni müəllifi (verdiyi açıqlamaya görə onu erməni hesab etmək də 
çətindir) E.Vartanov elmə məlum olanı demişdir. Axı onun izah etdi-
yi, hətta bu gün “qıpçaq-ermənilər”in türk kökləri açıq-aydın görü-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə