Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə76/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   72   73   74   75   76   77   78   79   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
305 
məğlub etmiş qotlar Atillanın başçılıq etdiyi hunlar tərəfindən dağı-
dılmışlar. Düzdür, Hun dövlətinin süqutundan sonra ostqotların rolu 
əhəmiyyətli dərəcədə artmışdı. Pannoniyada məskunlaşan ostqotlar 
xristian-arian olurlar. Bu qotlar Krıma da gəlmiş, onların ardınca isə 
IV əsrdə Krıma Bosforda Alan-hun çarlığını yaratmış türkdilli hunlar 
soxulmuşlar. Hunlar tanrıçılıq dininə sitayiş etmiş, sonralar isə xris-
tianlığı qəbul etmişlər. Nəhayət, artıq VIII əsrdə Aşağı Volqadan və 
Şimali Qafqadan xəzərlər buraya gəlmişlər. Qafqaz xalqlarından olan 
xəzərlərin Aşın tayfasından olan türklərlə birgə yaratdıqları Xəzər xa-
qanlığı güclü dövlət olmuşdur. Türklərin siyasi hakimiyyəti altında 
olan və dini
 
dözümlülük nümunəsi kimi tanınan bu dövlət yəhudiləri 
qəbul etmiş, özünün mövcudluğunun yekun mərhələsində isə tarixdə 
daha çox iudaizm dövlət dini ilə  İudey-Xəzəriyyə kimi məşhur ol-
muşdur. 
Bununla yanaşı, göstərilən dövrdə Krımda xəzərlər kimi türkdilli 
olan karaimlər də  məskən salırlar. L.Qumilyevin fərziyyələrindən 
birinə görə, karaimilər yəhudi analar-xəzər atalar və türk atalar-xəzər 
anaların qarışıq nigahından törəmiş  nəsildir. Onların ata xəttinə 
uyğun olaraq türk-xəzərlər və ana xəttinə uyğun olaraq yəhudi-xəzər-
lər tərəfindən tanınmaması səbəbindən onların nəsilləri Xəzər xaqan-
lığının ucqarlarına gedir və Krım-Azov çöllərində meydana çıxırlar. 
İudaizmlə yanaşı, xəzərlər həm islama, onların bir hissəsi isə xristian-
lığa etiqad göstərirdilər. Krımçaklar da burada məskən salmışdılar. 
Eyni zamanda xəzərlər tərəfindən darmadağın edilən və qovulan bul-
qarlar da XIII-XIV əsrlərdə Krıma gəlirlər. Bunlar da vaxtilə nəhəng 
Volqa-Bulqar çarlığından olan türklər idi. Onların bir hissəsi Krımın 
dağətəyi vadilərində yurd salmış, digər hissəsi isə Balkanlara gedərək 
orada slavyanlarla assimiliyasiya olunmuş, pravoslav xristianlığını qə-
bul etmiş və Bolqarıstanın əsasını qoymuşlar. IX-X əsrlərdə peçeneq-
lər (baçınaqlar) və quzlar-oğuzlar (türklərin oğuz ailəsi) Krıma gəl-
miş  və sonralar Dunayda öz vətənlərini tapdılar. Quzlar tərəfindən 
darmadağın edilən peçeneqlərin bir hissəsi qıpçaqlarla birgə qismən 
Krımda, qismən isə  Aşağı Podmoskovyedə  məskunlaşmış, sonralar 
isə şərq slavyanları ilə birləşmişlər. Peçeneqlər tanrıçılıq dininə sita-
K A M R A N  İ M A N O V 
 
306 
yiş etmiş, sonralar islamı qəbul etmişlər. X əsrdən başlayaraq, cənubi 
slavyanlar da Krımda məskən salmışlar. Onu əlavə etmək lazımdır ki, 
b.e.ə. I minillikdə Krımda yunan şəhərləri-polislər yaranmışdır. Ellin 
elementlərinin mövcudluğu öz əksini ellin-skiflər, yaxud “tavro-
skiflər” kimi mənbələrdə tapmışdır. B.e. I-III əsrlərində isə Krım 
Roma imperiyasının  ən  şərq sərhəddi sayılırdı. Krım tarixinə aid 
çoxsaylı mənbələr belə yazır. 
İndi isə, hörmətli oxucular, qıpçaqlar gələn ərəfədə Krımın etnik 
və konfessional mənzərəsinin necə olduğu üzərində düşünək. Kiçik 
ekskursdan belə  nəticə  çıxır ki, bu siyasi və çoxdinli qovuşuqda 
yunan-romalılar, skiflər və hunlar, türklər və qotlar-slavyanlar yaşa-
mışlar. Burada xristianlıq və islam, qismən iudaizm və əlbəttə, ilkin 
Tanrıçılıq dini olmuşdur. Mədəniyyətlər isə belə qovuşuqda qarşılıqlı 
olaraq təsir göstərir və zənginləşir. Göründüyü kimi, Krım əhalisinin 
türk tendensiyası hələ qıpçaqların gəlişinə qədər mövcud olmuşdur. 
Beləliklə, qıpçaqların XI əsrdə Krıma gəlməsi ilə Krımın sonun-
cu çoxəsirlik türk dövrü başlanmışdır. Məhz qıpçaqlar türkləşməni 
başa çatdırdılar və Krım əhalisinin daha çox monolitliyini yaratdılar. 
Qeyd etmək istərdik ki, Krımın qısa tarixini şərh edərkən biz mən-
bələrdən  əlavə, Krımın rəsmi saytlarında olan məlumatlardan da 
istifadə etmişik. 
İndi isə, qıpçaqların kim olduğu və Krıma haradan gəlməsi məsə-
ləsində dayanaq. Hər  şeydən öncə, qeyd edək ki, Rusiyada polo-
veslər, Qərbi Avropada kumanlar kimi tanınan qıpçaqlar İrtış sahillə-
rindən gələn türklər olmuşlar. BSE-na (M., 1975) görə, poloveslər XI 
əsrdə Volqa arxasından Qara dənizyanı çöllərə  gələn türkdilli xalq 
olmuşdur: “poloveslərin qoşunu yüngül və  ağır süvari dəstələrindən 
ibarət olmuş  və böyük çevikliyi ilə  fərqlənmişdir.... Dəfələrlə rus 
torpaqlarına hücum etmiş, Kiyev knyazlarının qoşunlarını  ağır 
məğlubiyyətə düçar etmişdir... Rus xalqının qıpçaqlarla mübarizəsi 
salnamələrdə  və  “İqor polku haqqında dastan”da əks olunmuşdur.” 
Ərəb və İran mənbələrinə gedib çıxan “Qıpçaq torpağı” və ya “Dəşti-
Qıpçağı” BSE Sır-Dəryanın və Balxaş gölünün aşağılarından Duna-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
307 
yın mənsəbinə qədər olan bir ərazidə müəyyən etmişdir. Elə buradaca 
göstərilmişdir ki, “qıpçaqlar 1030-cu ildə  İrtış sahillərindən gələrək 
Xarəzmlə qonşu olur, indiki müasir Qazaxıstanın və SSRİ-nin Avropa 
hissəsinin ərazisini tutdular”. BSE-da qeyd olunur ki, “Dəşti-Qıpçaq” 
qərbi və  şərqi Qıpçaq  ərazilərinə bölünür. Qərbi Qıpçaq “Poloves 
torpaqları” kimi tanınır. “Qıpçaqlar monqol-tatarlar tərəfindən iki 
dəvə - Şimali Qafqazda və Rus knyazlarının müttəfiqi kimi Kalka ça-
yı üzərindəki döyüşlərdə darmadağın edilmişlər. Nəticədə... qıpçaq-
ların bir hissəsi Qızıl Ordanın tərkibinə keçmiş, digər hissəsi isə 
Macarıstana köçmüşdür...”. Bu məlumatlara  əlavə olaraq “Sovet ta-
rixi ensiklopediyası”nda (M., 1968) göstərilmişdir ki, qıpçaqlar 
Qazaxıstanın Şimal-Qərb ərazisini tutaraq, oğuzlar və xəzərlərlə həm-
sərhəd olmuşlar. “X əsrin ortalarında türk-oğuzların arxasınca Vol-
qanı keçərək, Şimali Qara dənizyanı və Qafqaz çöllərinə axışmışlar”. 
Daha sonra göstərilmişdir ki, “ [Vladimir Monamaxa] məğlub olaraq 
qismən Gürcüstana getməyə məcbur oldular... 1223-cü ildə monqol-
tatarların yürüşü zamanı müttəfiqləri olan alanları sataraq, əvvəlcə 
Şimali Qafqazda, sonra isə Kalka çayı üzərində gedən vuruşmada 
monqol-tatarlar tərəfindən məğlub edilmişlər.  Şərqi ... qıpçaqlar 
buraya gələn kiçik qrup monqolları assimiliyasiya edərək və onlara 
öz dillərini verərək, Qızıl Orda əhalisinin bir hissəsini təşkil etmişlər. 
Qızıl Orda əhalisinin bu hissəsi hələ XIV əsrdə qıpçaqlar adlanmış və 
sonradan qıpçaq qrupu dilində danışan tatar, qazax, başqırd, qaraçay, 
kumık xalqlarının tərkibinə daxil olmuşlar. Poloveslərin qərb qrupu 
(poloveslərin özü) Batı xanın hücumu zamanı  əvvəlcə Macarıstana, 
sonra Bolqarıstana köçmüş  və orada yerli əhali ilə qaynayıb-qarış-
mışdır”. Sitat gətirilən ensiklopediyada şərh olunan bəzi aydın olma-
yan məqamları izah etmək üçün daha sonrakı dövrlərdə buraxılmış 
“Ensiklopediya lüğət”inə (1985) baxaq, burada göstərilir ki, “qıpçaq 
dili (kuman, poloves)  poloveslərin və ya kumanların, yaxud da 
qıpçaqların dilidir. Türk dillərinə (qıpçaq qrupu) aiddir. “Codex 
Cumanicus  (XIII  əsr, 1828-ci ilin nəşri) Qıpçaq dilinin ən böyük 
abidəsidir”. “Poloves torpaqları” XI-XIII əsrlərdə Volqa və Dunay 
arasında qıpçaqların (“Dəşti-qıpçağ”ın qərb hissəsi) yaşadıqları çöl-
lərin qədim rus dilində adıdır. 
K A M R A N  İ M A N O V 
 
308 
İndi isə, hörmətli oxucular, izahat üçün Çöllər üzrə  ən böyük 
mütəxəssis görkəmli alim L.Qumilyevə müraciət edək. O, “Qədim 
Rus və Böyük Çöl” (M., “Mısl”, 1989) kitabında yazır ki, poloveslər 
(qıpçaqlar) Qara dənizyanı ərazilərdə yalnız XI əsrdə peyda olmuşlar. 
Deməli, həmin vaxta qədər “qıpçaq-ermənilər” haqqında olan hər 
hansı iddialar sadəcə yalan-palandır. L.Qumilyev “qeyd edir ki, XI əs-
rin bütün türk etnosları” etnik cəhətdən “qədimdirlər”. Lakin L.Qumil-
yevə görə, hətta etnogenezin bütün mərhələlərini keçmələrinə baxma-
yaq, onlar məhvə  məhkum olmamış, “əksinə baş vermişdir” Ancaq 
“tərsinə olmuşdur”. 
L.Qumilyevin qeyd etdiyi kimi, yəqin elə buna görə İran tarixçisi 
Rəvandi 1192-1196-cı illərdə Səlcuq sultanı Key-Xosrova yazmışdı: 
“ərəblərin, farsların, bizansların və rusların torpağında söz sahibi 
türklərdir, onların qorxusu qonşu xalqların ürəyində möhkəm yaşa-
yır” (K.E.Bosfort “Barbarların hücumu və türklərin müsəlman alə-
mində görünməsi”, “Musəlman dünyası”, M., 1981). L.Qumilyev qıp-
çaqların Qara dəniz ətrafına gəlmələrini belə təsvir edir: “... Altay və 
Xəzər arasındakı çöl üç etnos: [türk] quzlar (torklar), kanqlar (peçe-
neqlər) və kumanlar (poloveslər) arasında daimi toqquşmalarla dolu 
olmuşdur. X əsrə qədər qüvvələr bərabər olmuş və bütün rəqiblər öz 
ərazilərini saxlamışlar. X əsrdə  dəhşətli quraqlıq çöl zonasını  məhv 
edərkən, Aralyanı quru çöllərdə yaşayan quzlar və kanqlar bol sulu 
İrtışın sahillərində yaşayan kumanlardan həddən artıq çox ziyan çək-
dilər... XI əsrin  əvvəllərində yaşıllıq cənuba və  cənub-qərbə doğru 
hərəkət etdikcə quraqlıq nətiəsində haldan düşmüş quzların və peçe-
neqlərin müqavimətini asanlıqla qıran kumanlar da onun arxasınca 
getdilər”. “...Qərbdə onlara Dona və Dneprə yol açılmışdı, burada isə 
onların doğma Barabasında olduğu kimi dənli bitkili zəmilər var idi. 
1085-ci ilə doğru yenilməz poloveslər Rusa qədər gedib çatdılar”. 
Poloveslər əvvəlcə Kiyev Rusunun knyazı Vsevolod Yaroslaviçlə 
müqavilə bağladılar, ancaq sonralar onların arası dəydi və poloveslər 
Kiyev Rusunun qoşununu məhv etdilər. L.Qumilyev yazır ki, “rus 
tarixşünaslığı... nadir hallar istisna olmaqla, rus-poloves əlaqəsi 
problemini, mənbələrin özündəki açıq-aydın ziddiyətlərdən narahat 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə