Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə72/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   68   69   70   71   72   73   74   75   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
289 
larından gec olmayaraq yayılmağa başlamışdır. Xəzərdən və Urmiya-
ətrafı bölgədən qərbə doğru Nisey düzənliyinin Azərbaycanın tarixi 
ərazisinə birbaşa aidiyyəti vardır. Hər il hökmdarların tövlələrinə 20 
mindən az olmayaraq seçmə at göndərilirdi. Məhz bu atlar b.e.ə. VI-
V əsrlərdə Midiya qoşununun əsas zərbə qüvvəsini (cəng arabaları və 
süvarilər) təşkil etmiş, Assuriya hakimiyyətini məhv etməkdə, Urartu 
və Mannanı özünə tabe etməyə nail olmaqda Midiya çarlığına imkan 
vermişdir. Midiyadan ayrılmış Atropatendə süvarilər və ikitəkərli 
cəng arabaları hərbi zərbə qüvvəsi olmuşdur. Qazıntılar zamanı tapı-
lan maddi sübutlar göstərmişdir ki, hərbi qoşqularda 2 və ya 3 döyüş-
çü olmuş, döyüş arabalarının özü isə 6 dişli təkərdən ibarət olmuşdur. 
Katerino Zenonun yazdığına görə, Orta əsrlərdə Azərbaycan 
hökmdarı Uzun Həsən öz qoşununda 300 min, lazım gəldikdə isə 
daha çox süvari çıxara bilirmiş. Təsadüfi deyildir ki, Azərbaycan 
Səfəvilərinin yerli atların dövlət hüdudlarından kənara çıxarılmasına 
qadağa qoymuşdular. 
Beləliklə, hörmətli oxucular, düz XX əsrə qədər Qafqazın ən gö-
zəl və nəcabətli at cinsi ərəb və axaltəkin qarışığı olan Qarabağ atları 
sayılırdı. Qarabağ cinsinə burada-vətənində Köhlən adı vermişdilər. 
Bu atları bəylər və knyazlar minirdilər, onların qiymətini bütün Cə-
nubi Qafqazda, Kiçik Asiyada və Rusiyada bilirdilər və bu atlar tez-
tez  İran atı adı altında hədiyyə  və  hərbi qənimət kimi istifadə olu-
nurdu. Bu cins dünyada ən qədim cinslərdən biridir. Bu cinsdən olan 
atlar orta boylu, gözəl başlı, qızılı rəngə çalan, sarı-qırmızı rəngli və 
yaxşı inkişaf etmiş əzələli atlardır. Yüz illər boyunca Qarabağ xanla-
rının tövlələrinin fəxri olmuş bu at cinsi müstəsna dözümlülüyünə və 
sahibinə sədaqətinə görə fərqlənmiş, dağ yollarında əvəzolunmaz ol-
muşdur. Rus çarı I Nikolayın atı da həmin cinsdən idi. 1956-cı ildə 
sovet hökuməti İngilis kraliçasına “Zaman” ləqəbli atı hədiyyə kimi 
təqdim etmişdir. “Xan” ləqəbli gözəl qızılı sarı-qırmızı  rəngli ayğır 
fransız salonlarını  məftun etmiş, hətta Paris moda həvəskarları öz 
saçlarını onun rənginə uyğun boyamışlar. Bu at 1867-ci ildə Paris 
Beynəlxalq Sərgisində nümayiş etdirilmiş və gümüş medal qazanmış-
dır. Bir sözlə, Qarabağ atları yalnız qızılı, sarı - qırmızı rəngli olurdu, 
K A M R A N  İ M A N O V 
 
290 
buna görə də onları tez-tez “sarlar” adlandırırdılar. Qızılı qonur rəngli 
quyruğu və yalı ilə  fərqlənən nadir “narınc” rəngli atlar da var idi. 
M.Y.Lermontov özünün “Demon” əsərində bu gözəl sözləri məhz bu 
misilsiz qızılı rəngə həsr etmişdir: 
İpək naxışlıdır yüngül yəhəri 
Qantarğası qalmaz heç ondan geri. 
Səmənd baş aparır, cilov gəmirir 
Bu at Qarabağın yetirməsidir. 
Cins bir döldür, ondan yoxdur bahası, 
Köpüklə islanmış yalı, qaşqası. 
Fınxırır yoxuşlu yolu keçərkən, 
Coşqun dalğalara gəc baxır hərdən. 
Xalis qanlı ingilis cinsinin Avropada oynadığı rolu Qarabağ at 
cinsi bütün Qafqazda oynamışdır. “Qarabağ atları” digər Azərbaycan 
cinsinə, “dilboz” atlarına başlanğıc vermişlər, onlar Qarabağ atlarının 
alınmasında istifadə edilirdi, ancaq “Köhlən”in qanı daha çox Don 
cinsində hiss olunur. Bu cinsin keyfiyyəti haqqında bir faktı xatırlat-
maq lazımdır: 1823-cü ildə ingilislər Qarabağ xanı Mehdiqulu xan-
dan 60 madyan almışdılar. 1866, 1869, 1897-ci illərdə Qarabağ atları 
beynəlxalq sərgilərdə layiqincə təmsil olunmuş, qızıl və gümüş me-
dallara layiq görülmüşdür. 
1869-cu il Ümumrusiya sərgisində Qarabağ ayğırları yüksək mü-
kafatlar almış, “Meymun” gümüş, “Toxmaq” isə “bürünc” medala la-
yiq görülmüşdür, fotoşəklini ermənilərin mənimsədiyi “Əlyetməz” 
isə nəinki xüsusi tərifnamə ilə mükafatlandırılmış, həm də o, Rusiya 
at zavodlarının damazlıq atı təyin olunmuşdu. Azərbaycanda atçılığın 
qədim ənənələri bu gün də inkişaf etdirilir. Burada iki at zavodu və 
iki atçılıq təsərrüfatı vardır. 
Statistikaya görə, hazırda Azərbaycanda 65 min at vardır. Onlar-
dan 20%-i Qarabağ və 15%-ə qədəri dilboz cinsinə aiddir, qalanları 
isə qarışıq və ya formalaşma mərhələsindədir.  Əlbəttə, Qarabağın 
“Köhlən” atları Azərbaycanın at ilxılarının bəzəyidir. Ermənilərin 
oğurlayıb,  şəklini poçt markalarında yerləşdirdikləri “Əlyetməz” də 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
291 
belə “köhlən”lərdən idi. Beləliklə, hörmətli oxucular, İranda Qarabağ 
atları yetişdirən ermənilərin “qədim erməni atçılıq ənənəsi” fonunda 
Azərbaycan atları haqqında qısa məlumat bundan ibarətdir. 
Hörmətli oxucular, biz “erməni çapar absurdu”nu bitiririk. Lakin 
qeyri-adi bir şəkildə. Atları, xüsusən də Qarabağ cinsini ermənilərin 
hansı ərazidə və nə vaxt yetişdirdiyi sualına cavabı özünüz müəyyən 
etmək üçün, hörmətli oxucular, erməni mənbələrindən üç sitat gətirə-
cəyik. 
S.Lexasi, XVII əsrin tanınmış erməni tarixçisi: “...Moldaviyadan 
Stambula, Romeliyadan Böyük Venesiyaya qədər elə bir şəhər, iri və 
xırda kənd yoxdur ki, orada erməni olmasın. Biz toz kimi bütün dün-
ya torpağına səpələnmişik” 
(С.Лехаци. «Путевые  заметки».  Вос-
точная литература, Москва, 1965). 
“Qafqaz xalqları” nəşrində B.İşxanyan yazırdı: “Qarabağda yaşa-
yan ermənilərin bir hissəsi qədim albanların nəsli – yerli əhalidir, o 
biri hissəsi isə Türkiyə  və  İraqdan olan qaçqınlardır, onlar üçün 
Azərbaycan torpağı  təqib və zülmlərdən sığınacaq yeri olmuşdur”. 
(Б.Ишханян, «Народности Кавказа», 1916). 
S.Zelensev XIX əsr rus alimi: “Qarabağın yerli xristian əhalisi-
nin və sonralar buraya köçürülən ermənilərin mədəniyyəti bütün 
komponentlərinə görə bir-birindən kəskin  şəkildə  fərqlənir. Yerli 
xristian  əhalisi ermənilərin-köçkünlərin dilini başa düşmür, həm də 
onlardan geyimi ilə fərqlənir”(kursiv bizimdir). 
 
K A M R A N  İ M A N O V 
 
292 
§13.  
”Dəniz” erməniləri barədə absurd 
 
Hörmətli oxucular! Biz “Absurd teatrı” fəslini davam etdiririk. 
Burada sizi yalan və deməli, sadəcə uydurma və ya sayıqlamalardan 
ibarət olan müxtəlif erməni iddiaları ilə tanış edəcəyik. Biz sizə yenə 
xatırladırıq ki, absurd mənasız söz yığınından ibarət olan tamamilə 
yalan iddialar deyil. Əksinə, absurdun tam konkret təyinatı olur, onun 
mənası isə naminə “hazırlandığı” məqsədlərlə  əvvəlcədən müəyyən 
edilir. Erməni absurd ocağı tam konkret bir məqsəd güdür: ermənilərə 
məxsus olmayan mədəni-tarixi və  əqli mülkiyyətlə birgə qonşulara 
ərazi iddiası irəli sürmək. Bununla bərabər, erməni absurdu “olduğun 
kimi görünməmək” konsepsiyasına uyğun hazırlanan erməni obrazını 
təcrübəsiz adamların təsəvvüründə formalaşdırmaq, həyatda mövcud 
olana yox, təsəvvür edilənə iddia etməkdir. Yalan absurd heç olmaz-
sa gətirilən dəlillərin zahiri görüntüsünü tələb edir və buna görə  də 
onlar aldatma, saxta, yaxud öncədən şübhəli, tez-tez də yalan mənbə-
lərə istinad etməklə hazırlanır. Elə bu qaydada da erməniçiliyin arzu 
etdiyi öz obrazını ikiüzlülük və riyakarlığa əl atmadan dəstəkləməsi 
mümkün deyildir. Axı erməniçilik həmişə öz hərəkətlərinə məqsədlə-
ri ilə haqq qazandırmışdır. Baxmayaraq ki, “insanlarda onların malik 
olduqları yox, iddia etdikləri keyfiyyətlər daha çox gülüş doğurur” 
(Laroşfuko), absurdlar azalmır. Növbəti yalan doğuran yalan kimi, 
hər erməni absurdu da yenisini yaradır, erməniçiliyin təbliğ etdiyi iki-
lənmə prinsipi isə daxili aləm və arzu-reklam olunan obrazla tam zid-
diyyətə girərək daha da dərinləşir. A.Çexovun gözəl ifadəsində oldu-
ğu kimi: “...Yalan elə həmin meşədir: nə qədər onun dərinliyinə get-
sən, oradan çıxmaq da o qədər çətin olar”. Helvesiyanın fikri də çox 
dəqiq ifadə olunmuşdur: “Dərrakə insanların əksinə çıxanda, insanlar 
da dərrakənin əksinə olurlar”. Ağılsız bir şeyi sübut edərkən isə, bu 
və ya başqa formada “riyakarlığa-yeganə bağışlanılmayan günaha əl 
atırlar, ona görə ki, riyakarın tövbəsi öz-özlüyündə riyakarlıqdır”. 
Beləliklə, “Ab absurdum...” “... Ad absurdo” rubrikası davam edir.  


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə