Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə73/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   69   70   71   72   73   74   75   76   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
293 
Beləliklə, “dəniz “ erməniləri ilə                                  
bağlı absurd 
Haqqında danışılacaq absurdun öz tarixi vardır. Biz ermə-
nilərin təmtəraqla “Dənizkənarı Ermənistan” və  hətta “Dəniz Ermə-
nistanı” adlandırdıqları və bunun altında Krım erməniləri adlandırılan 
əhalinin yaşadığı əraziləri nəzərdə tutmaları barədə danışmağa hazır-
laşırıq. Bununla əlaqədar, biz öncə T.Manuçaryanın Krım erməni cə-
miyyətinin “Surb-Xaç” jurnalında çap olunmuş məqaləsinə müraciət 
edək. Bu məqalədə inandırılır ki, “ermənilərin Krımla ilk əlaqələri 
hələ Böyük Tiqranın və Mitridat Pontiyskinin dövründən bəllidir. Bu, 
b.e.ə. II-I minillikdə olmuşdur.” Gözlənildiyi kimi, birinci ifadə 
“erməni xalqının tarixi”nin uydurulmuş “mifik Böyük Ermənista-
nın”ın “Tiqran dövrünün” epizodlarından irəli gəlir. Uydurulmasına 
görə, əvvəlkindən heç də geri qalmayan növbəti ifadədə göstərilir ki, 
“sonralar - b.e. V-VI əsrlərində erməni mənşəli Bizans imperatorları 
erməni hərbi dəstələrini öz imperiyalarının uzaq ucqarlarında, o cüm-
lədən Krımda yerləşdirdilər”. Tutaq ki, bunu bizans basilevsləri edir-
di. Onda nə üçün bunu erməni mənşəli imperatorlar edirdilər, və özü 
də ermənilər kim idi - İkinci Romanın hökmdarları? Bizans impera-
torlarının erməni arvadlarından, yaxud məşuqələrindən doğulmuş 
uşaqların genetik mənşəyinin müxtəlif səbəblərdən ermənilər tərəfin-
dən ana xətti ilə müəyyən edildiyini nəzərə almağa çalışsaq belə, hə-
min imperatorların öz qoşunlarını nə üçün məhz burada yerləşdirməsi 
aydın olmur. Lakin bu hələ başlanğıcdır, ona görə ki, daha sonra 
iddia olunur ki, “XI əsrdə  səlcuq türklərinin Ermənistana soxulma-
sından sonra ermənilər daimi yaşamaq üçün Krıma mühacirət edirlər”. 
Onlar “cənub-şərqi dağlıq Krımda: Kafedə (Feodosiyada), Sudakda, 
sonralar isə əsasını tatarların qoyduğu Qırımda (Köhnə Krımda) yer-
ləşirlər”. Aydın deyil, erməni dövlətçiliyi yox idisə, onda hansı Er-
mənistandan söhbət gedə bilər, deməli, səlcuqlar Ermənistanın deyil, 
hansısa başqa bir dövlətin ərazisinə soxulmuş və oranı ələ keçirmişlər. 
Hörmətli oxucular, ermənilərin giriş hissədə verilən uydurmala-
rını, nağıllarını yadda saxlamağı xahiş edirik, çünki sizə onları “er-
K A M R A N  İ M A N O V 
 
294 
məni absurd ocağı”ndan kənarda doğulmuş bu məsələ üzrə tarixi 
tədqiqatlarla müqayisə etmək imkanı veriləcəkdir!  İndi isə digər er-
məni müəllifləri O. Qabrielyana, T. Sərqsyana və onların “Krım er-
məniləri” məqaləsinə müraciət edək. Əvvəliki uydurmalara əlavə ola-
raq biz buradan müəyyən edirik ki, Krımdakı erməni məskənləri guya 
b.e.ə. I əsrdə Tiqranın VI Yevpator Mitridatla qohumluq münasibət-
ləri ilə  təşviq edilmişdir. Bundan başqa müəlliflərə görə, “Ermənis-
tanın  ərəb xilafətinin (VII əsr) hökmranlığı altına düşməsi və  sıxış-
dırılma, hədsiz zülm səbəbindən ermənilərin öz ölkəsindən mühacirət 
etdikləri dövrdə onların bu yarımadada yaşaması haqqında dəqiq mə-
lumat vardır”. Hörmətli oxucular, burada özündən asılı olmayaraq 
düşünürsən,  ərəb xilafətinin istila etdiyi ölkələr arasında “Ermənis-
tan” dövləti olmuşdurmu? Alban katolikosunun məhv edilməsi və bu 
katolikosluğun erməni kliriklərinin xəlifəyə çatdırdığı yalan şikayət-
donosu əsasında erməni katolikosluğunun tabeliyinə verilməsi və bir 
çox şeylər yada düşür (əvvəliki paraqraflara bax). Burada təəccüblü 
odur ki, nəinki siyasi, həm də sabit “Ermənistan” coğrafi anlayışı 
olmadığı üçün, adətən, “Erməni xalqının tarixi” yazırlar. Misal üçün, 
dəfələrlə  nəşr olunmuş eyniadlı 1951-ci il tarixli dərslik və ya ali 
məktəblər üçün 1980-ci ildə çap olunmuş  dərs vəsaitini göstərmək 
olar. Hətta bəzən “Hayın nəsli” (Q.Sərkisyan, K.Xudaverdyan, K. 
Yüzbaşyan, Yerevan, 1998) formasında tarix yazırlar, ancaq heç cür 
“Ermənistan tarixi” yazmırlar. Ölkənin tarixinin etnosun tarixi ilə də-
yişdirilməsi təkcə keçmişdə dövlətçiliyin olmamasından irəli gəlmir. 
Hörmətli oxucular, bu, ermənilərin tranzit yerdəyişmə  ərazilərinin 
tarixini təsvir etməyə kömək edən metodiki bir üsuldur. Bir sözlə, 
erməni etnosunun miqrasiya etdiyi və yerləşdiyi coğrafi məkanları bu 
tarixə daxil etməkdir. Bu, “torpaqsız və bununla birlikdə istənilən 
torpaqlara iddia edən xalqın tarixidir”, elə buradan da cürbəcür qon-
darma adlar - “Qərbi Ermənistan”, “Şərqi Ermənistan”, “Dənizkənarı 
Ermənistan” və s. kimi adlar yaranmışdır. Yalnız alloxtonlar - gəlmə 
etnosun nəsli tarixi belə yazır, avtoxtonların nəsli – köklü sakinlər isə 
belə yazmırlar. Çünki onlar qəti  şəkildə bilirlər ki, onların tarixi 
vətəni bu etnosun indi yaşadığı, həmişə ulu babalarının yaşadığı əra-
zilərdir. Ona görə  də, hörmətli oxucular, Cənubi Qafqazın avtoxton 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
295 
sakinlərinin “Azərbaycan tarixi”, eləcə  də “Gürcüstan tarixi” vardır. 
Lakin bunu sözgəlişi dedik. 
Beləliklə, həmişə olduğu kimi, tarixi fantoma üzərində qurulan 
erməni-krım epopeyasının epistolyarı öz tacına tükənməz uydurma-
ları sayəsində oxuculara tanış olan S.Ayvazyanın “Rusiyanın tarixi. 
Erməni izi” əsərində çatır. Həmin müəllif yazır: “Orta əsrlərdə Krım 
yarımadası “Dəniz Ermənistanı” adını daşımışdır. XI-XV əsrlərdə 
Krım  əhalisinin  əsas hissəsini ermənilər təşkil etmişdir. Ermənilər 
burada  şəhərlər salmışlar, onlardan biri də Odessadır” (kursiv bi-
zimdir). Beləliklə, “kəsilmiş”, “qırılmış” türkizmdən ümumqəbul edil-
miş Krım (Qırım) sözünün etimologiyası saxta faktlar vasitəsi ilə S. 
Ayvazyan tərəfindən şübhə altına salınır. Guya məhz ermənilər “bu-
rada ilk xristian kilsələrinin  əsasını qoymuşlar, onlardan birinin ye-
rində Odessanın cənub hissəsində erməni xristian məbədi tikilmişdir, 
burada b.e.ə. VII əsrdə Minas Bjşkyans erməni hərfləri ilə yazılmış 
kitab tapmışdır”. Sitat gətirilən tapıntının müəllifinin  şərhinə görə, 
demək olar ki, bu kitab qarət edilmiş Misir piramidasından gətirilmiş 
və öz qanuni sahibinə - Odessa erməni kilsəsinə çatdırılmışdır. Bu-
rada da təəccüblənməmək olmur, bu qədim hərflər Mesrop Maştosun 
şübhəli  əlifbasından təxminən min il əvvəl qeydə alınmışdır. Hətta 
belə yazının mövcudluğunu güman etsək də, əminik onları da bir çox 
illər bundan öncə oxunduğu qaydada oxumuşlar, o zaman elə həmin 
Ayvazyanın  ərəb hərfləri ilə yazılmış  mətni soldan sağa oxumuş  və 
onun b.e.ə. XVIII əsrə aid erməni mənşəli olduğunu elan etmişdi. Çox 
guman ki, bu “dəri kitab” əfsanəvi Nuhun gəmisinin “qırıqları”ndan 
olan tir parçasının “həqiqiliyi”nə bənzəyir. 
Bu yerdə bir haşiyə  çıxmaq və görkəmli tarixçi və coğrafiya-
şünas, etnologiyanın banisi L.Qumilyevun məşhur bir fikrini misal 
gətirmək istərdik. O yazmışdır: “Belə bir ifadə var: “İndiyə sahib olan 
keçmişin sahibidir, keçmişə sahib olan - gələcəyin sahibidir”. Dərin-
dən düşünəndə çox dəhşətli kəlamdır, xüsusən onun praktikada tət-
biqi daha qorxuncdur. Səbəb və  nəticə yerini dəyişir və tarix fahişə 
qıza, misalların məbləğinə çevrilir - onunla nəyi istəyirsən  əsaslan-
dır..., çox halda tarixə mif daxil edirlər, axı mif - uydurmadır, yalan-
K A M R A N  İ M A N O V 
 
296 
dan da pisdir. Bizi faktiki tarixi və faktları deyil, onun mifik şəkildə 
dərk edilməsini öyrənməyə  məcbur edirlər. Tarix ... yalan məlumat 
verməyə başlayır... Bəzən tarixdən mənəvi fayda almağa cəhd edə-
rək, ondan birbaşa səmərə  tələb edirlər. Onda isə maddi iddialar, 
millətçi ambisiyalar tarixlə  əsaslandırılır... Ondan (tarixdən) bütün 
mifoloji cəfəngiyatı, öncədən məlum olan yanlış fikrə əsaslanmanı və 
keyfiyyətcə qiymətləndirməni tullamaq lazımdır”. 
Hörmətli oxucular, erməniçilk tərəfindən tarixin bugünkü təqdi-
matına münasibətdə bu sözlər çox aktual səslənir. 
İndi isə bu sahədə olan elmi tədqiqatlara müraciət edək. Tarixdən 
bəllidir ki, ermənilərin Krımdakı  məskunlaşma yerlərində onların 
daha çoxsaylı olması XIII-XIV əsrlərə təsadüf edir. Ukrayna tarixçi-
ləri göstərirlər ki, ermənilərin Krıma köçməsinin birinci dövrü kimi 
XI-XIII əsrləri qeyd etmək lazımdır. Bu, bizansların Krım yarımada-
sında olduğu dövr idi (kursiv bizimdir). Qeyd edək ki, “erməni” de-
dikdə, erməni-qriqorianlığa etiqad edən köçkünlər başa düşülür. Bu-
nun Krım Etnoqrafiya Muzeyinin rəsmi sənədi də təsdiq edir, həmin 
sənədə  əsasən, “orta əsrlərdə yaranmış tarixi hadisələr səbəbindən 
Krım erməni köçkünlərinin ikinci vətəni olmuşdur. X-XI əsrlərdən 
başlayaraq, ermənilər böyük dəstələrlə yarımadaya axışır, Krımın 
cənub-şərq hissəsində böyük koloniyalar görünməyə başlayır, onların 
mərkəzi isə Kafa şəhəri olur”. Zənn edildiyi kimi, Krımın ermənilər 
tərəfindən hələ b.e.ə. fəth edilməsi olsa-olsa tipik erməni cəfəngiyatı-
dır. Lakin məsələ bununla bitmir. Mənbələrə əsasən, birinci köçkün-
lər özlərini “hay” deyil, “ermənilər”, öz dillərini isə “xıpçaq tili”, 
“tatarça”, yaxud “bizim til” adlandırmışlar, ancaq məişətdə və hətta 
kilsə xidmətində müstəsna olaraq yarımadanın qədim yerli sakinləri-
nin-Krım türklərinin türk dilindən istifadə etmiş, Krım tatarlarını, 
krımçaqları, karaimləri isə türkcə “kardeş” və ya “din ayrı kardeş” 
adlandırmışlar  (kursiv bizimdir). Əlbəttə, hörmətli oxucular, onda 
ortaya sual çıxır: türk dilində danışan, özlərini bu yerlərin qədim sa-
kinləri - türklərlə eyniləşdirən, ancaq erməni-qriqorianlığa etiqad edən 
köçkünlər kimlər olmuşdur? Biz burada erməni absurdunun kulmi-
nasiya nöqtəsinə yaxınlaşırıq.  İş ondadır ki, indi bu köçkünlər haq-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə