Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə70/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   66   67   68   69   70   71   72   73   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
281 
edir, onu möhkəm divarlarla əhatəyə alır və oraya 240 min ağır si-
lahlı döyüşçü gətirir (kursiv bizimdir). Bruqşa görə, qiksosların gəl-
diyi ölkə müxtəlif dillərdə müxtəlif cür səslənirdi, yəni Suriya, Şərqin 
Rutennusu, Aşer və Menti, ancaq onlardan ən qədimi Şərqin Ruten-
nusu idi (seçmə bizimdir). Bruqşa görə, qiksosların ilk 6 çarının adı 
bunlardır: “Salatis”, ya “Bnon”, yaxud “Banon”, və ya “Beon”, 
“Anaxnan”, “Afobis”, “Annas” və “Asef” və yaxud “Aset” (kursiv 
bizimdir). Güman edilir ki, qiksoslarla bərabər atlar da gəlmişdir. 
Məsələn, L.Raqozina “Qədim Misir” (L. Raqozina, “Drevniy Eqipet”) 
kitabında göstərir ki: “Əlbəttə, misirlilər Asiya gəlmələrinə [qiksos-
lara] nəyə görə  təşəkkür etməli idilər. Hər halda onlar Misirə çox 
qiymətli bir hədiyyə etmişlər: oraya atı onlar gətirmişlər. Onların gə-
lişinə  qədər ev heyvanlarının bu şahı Nil vadisində tanınmırdı...” 
(kursiv bizimdir). Beləliklə, Misirdə qiksosların hökmranlığının qa-
ranlıq dövrlərə aid olmasını  nəzərə alan ermənilər özlərini nəinki 
Qədim Misiri fəth edən, həm də ona at hədiyyə edən qiksoslar kimi 
elan etmək qərarına gəlirlər, ona görə ki, “ermənilər Asiyanın ən adlı-
sanlı atçıları olmuşlar”. Üstəlik də, Bruqşun məlumatına görə, qiksos 
çarlarının adları yazılmış onların öz abidələri (heykəllər, sfinkslər və 
s.), yaxud qədim Misir çarlarının abidələri üzərindəki adlar silinmiş 
və onlardakı “qalan izləri oxumaq son dərəcə çətin olmuşdur”. Təbii 
ki, hörmətli oxucular, biz belə güman edə bilmərik ki, bu, ermənilərin 
işidir, ancaq bu, alban yazılarının ermənilər tərəfindən məhv edilməsi 
təcrübəsindən irəli gələn tanış bir üsuldur. Bir sözlə, saxtakarlıq üçün 
zəmin hazır imiş, ermənilər də bundan istifadə etmişlər, özü də son 
dərəcə  fərasətlə.  İş ondadır ki, S.Ayvazyan yolüstü həm də erməni-
lərin xetlərin nəsillərinin davamçıları olduğunu bəyan etmişdir.  
Xett dövləti b.e.ə. XVII-XII əsrlərdə Kiçik Asiyada (Anadoluda) 
mövcud olmuş qüdrətli bir dövlət idi. Qədim Misirlə rəqabət aparırdı 
və hələ Misir çarları ilə diplomatik yazışmalarda güclü tərəf kimi öz 
inamlı  tərzini saxlayırdı. Xett mədəniyyəti çox inkişaf etmişdi və 
onlar dəmir əritməyi bilirdilər, özlərinin əlifbası və təqvimi, həmçinin 
cəng arabalarından və ağır silahlanmış piyadadan ibarət güclü qoşunu 
vardı. Xett yazılarını oxuyan çex alimi Qroznıya görə, xett mətnlərin-
K A M R A N  İ M A N O V 
 
282 
də belə  məlumat var ki, Misirlə qarşıdurmada xett ordusu 2,5 minə 
qədər cəng arabası  çıxarmışdır. Xett çoxmillətli dövlət olması ilə 
fərqlənirdi, burada xetlərlə yanaşı, semit dilində danışan Şimali Suri-
yadan olan gəlmələr də yaşayırdılar. Beləliklə, S.Ayvazyan xett cəng 
arabalrı ilə yanaşı, xett sivilizasiyasının digər nailiyyətlərini də öz 
əllərinə yığır. Baxmayaq ki, xett mətnlərində təsvir olunmuş Misirlə 
silahlı qarşıdurma qiksosların buraya hücumundan beş yüz il keçən-
dən sonra olmuşdur, Ayvazyan üçün vacibdir ki, ermənilər xetlərdir, 
qiksoslardır, Misiri fəth və onları idarə edən Kiçik Asiyanın mədəni 
və döyüşkən sakinləridir və onlar vaxtilə  əhliləşdirdikləri ayrarat 
atlarını burada özləri haqqında xatirə qoymuşlar.  
İndi isə “erməni-qiksos-xett” absurdu da daxil olmaqla, bu cür 
iddiaları vaxtı ilə ifşa etmiş misirşünas Brukşun fikrini misal gətirirk: 
“Hazırda biz manefon rəvayətindəki qiksos adının yuxarıda göstəri-
lən mürəkkəb tərkibli misir sözü - “Qak-şaus”, yəni “ərəblərin çarı”, 
yaxud “çobanların çarı” ilə tam eyniliyini təkidlə təsdiq edirik”. Özü 
də qeyd edirik ki, tamamilə bu cür tərtib olunmuş söz Xnumxotepin 
Bəni-Həssəndəki türbəsində də vardır, bu “Qak-Abişa”-“çar Abişa”-
dır. Lakin biz iddia etmək istəmirik ki, “qak-şaus” ifadəsi titul kimi 
yadelli işğalçıların özləri tərəfindən qəbul edilmişdir. Ola bilsin və 
çox güman ki, misirlilər semit soyundan olan işğalçıları qovandan 
sonra, vaxtilə Misirə hakim olduqları dövrdə özlərini Misirin sahib-
ləri hesab edən həmin çarları bu nifrətedici ifadə ilə damğalamışlar”. 
Hörmətli oxucular! Şübhəsiz ki, qiksoslarla bağlı tarix, həqiqə-
tən, sadə  məsələ deyil, elə buna görə  də elmi aləmdə, təkrar edirik, 
erməni cəfəng mənbəyində yox, elmi aləmdə qiksosların mənşəyi 
haqqında müxtəlif fikirlər qalmaqda davam edir. Misal üçün, şayiə-
lərdən birinə görə qiksoslar ilk yəhudilər olmuşlar, qiksoslar qovu-
landan sonra onun Misirdə qalan hissəsi Musa peyğəmbər başda 
olmaqla onların hamısının buradan çıxıb getdiyi dövrə qədər Misir xal-
qının nifrətinə  məruz qalmışdır. Elə qiksosların qəbul edilməməsi 
yəhudilərə qarşı sonrakı ədavəti izah edir. Məşhur rus alimi N.Moro-
zovun “İsa” kitabında irəli sürülən versiyaya əsasən, “qiksos çoban-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
283 
ları” adı altında “qiksos keşişləri” - təkallahlığın təbliğatçıları başa 
düşülür. Bu cür izahı davam etdirən akademik A.Fomenko məktəbi 
özünün “Yeni xronologiya” kitabında belə fərz edir ki, qiksoslar adı 
altında Türk-Rus, yaxud Rus-Orda nümayəndələrini başa düşmək la-
zım gəlir, qiksosların Qədim Misirə hücumu isə “Böyük tatar-monqol 
hücumu”ndan başqa bir şey deyildir (Q.V.Nosovski,
 
A.T.Fomenko. 
“İmperiya”, M., 2003, a takje “Rus i Rim”, M., 2001, kniqa 3). A. 
Fomenko məktəbi bu fərziyyəni  əsaslandırmaq üçün başlanğıc nöq-
təsi kimi qiksosların  şərqdən gəlməsi barədə misirşünasların vahid 
rəyini qəbul edir. Q.Bruqşun qiksosların Ruteniyadan çıxması fikri də 
istifadə olunur. Ruteniya-rus ərazisinin qədim tarixi adıdır. Hörmətli 
oxucular, bir az yuxarıda qiksos çarlarının adları və qiksos-gəlmələr 
tərəfindən əsası qoyulan şəhərin-paytaxt Avaris barədə bəhs etmişdik. 
Belə ki, A.Fomenko və digərlərinin fikirlərinə görə  və 1985-ci ildə 
çapdan çıxan “Ensiklopedik lüğət”ə əsasən, “avarlar” (daha doğrusu 
“abarlar”) türkdilli tayfalardan biridir. Misal üçün, VI əsrdə Dunay 
sahillərində türklərin yaratdığı “Avar xaqanlığı”nın adını  çəkmək 
olar. Buna görə A.Fomenko və digərlərinin fikrinə  əsasən, yalnız 
türklər öz tayfalarının birinin adından-“avar” etnonimindən istifadə 
etməklə öz paytaxtının adını Avaris qoya bilərdilər. Daha sonra Q. 
Brukşa əsaslansaq, məşhur misirşünaslar Ruje, Mariett, Laut “Avarisi 
Tanislə uyğun sayırdılar”. Tanis, yaxud “Tanais”– Don çayıdır. XVIII 
əsrə  qədər Don kazakları, məlum olduğu kimi, türk dilində danışır-
dılar və türk birləşmələrindən çıxmışlar. Keçmiş salnaməçilərin çoxu, 
məhz əvvəliki paraqraflarda istinad etdiyimiz Mavro Orbini, Falme-
rayer və başqaları slavyanları türklərlə (hunlar və avarlarla) əlaqələn-
dirirdilər. Misal üçün, M.Orbini “Slavyan xalqının yayılması haq-
qında” kitabında yazırdı: “kral Aqilulf romalılara müharibə elan 
edir... və qoşunu ilə Milyandan (Milandan) çıxanda xaqandan, Avar 
hökmdarından kömək istəyir. O da ona slavyan qoşununu göndərir”. 
Yaxud  “slavyanlar hunlar və avarlar ilə ittifaq yaradaraq, yunan 
çarlığının torpaqlarına hücum edirlər”(kursiv bizimdir). Nəhayət, 
A.Fomenko və onun davamçıları əvvəl göstərdiyimiz çar-qiksosların 
adlarına belə izah verirlər. 
K A M R A N  İ M A N O V 
 
284 
“Salatis” – “Sultan” 
“Bnon”, yaxud “Banon”, və ya “Beon” – “Boyan” 
“Apaxan” – “Ala-xan” 
“Afobis” – “Apofis” 
“Annas”, yaxud “İanas” – “İoan” 
“Asef”, yaxud “Aset” – “Asaf” 
Qeyd etmək lazımdır ki, A.Fomenko məktəbinin və bir çox digər 
alimlərin fikrinə əsasən, misir heroqlif–yazılarının çoxu heç də həmi-
şə düzgün tərcümə edilməmişdir. Misal üçün, “xuni” adını Q.Brukş 
“kəsən” kimi tərcümə etmişdir, Fomenko isə belə hesab edir ki, hə-
min sözü “xunn” (hunn) kimi oxumaq lazımdır. Şahzadənin atasının 
Nubxas adı ona müraciət olunarkən ləqəb kimi verilmişdir, A.Fomen-
koya görə, bu, “baba” (“papa”-“ata”) olmalıdır. Ona görə “Sabiri” 
ölkəsi “Sibir”, “kazn” xalqının adı isə “qaz-quz”, “qus” və yaxud 
“kazak” və s. olmalıdır. Türk-bolqar tarixinin yeganə  mənbəyi olan 
məşhur “Cəfər tarixi”ndə Misirin istila olunmasının göstərildiyini də 
qeyd etməmək olmaz. Sitat gətirək: “... Türklərin bir hissəsi Samari 
ruhu ilə idarə olunan Oquz obrazı ilə  Qərbə  tərəf hərəkət edərək, 
Balkanı, Kiçik Asiyanı, Şimali Misiri, Suriyanı, Livanı, İraqı, Fələs-
tini, Cənubi Qafqazı və Qərbi İranı özünə tabe edir” və burada Sama-
rinin müqəddəs ruhuna xatirə əlaməti kimi, Samar (Şumer) dövlətini 
yaratdılar və Misir piramidalarını tikdilər. 
Y.D.Petuxov, N.İ.Vasilyeva isə öz kitablarında, xüsusən “Skiflə-
rin Avropa imperiyası” (Y.D.Petuxov, N.İ.Vasilyeva, “Evropeyskaya 
imperiya skifov”,
 
M., 2007) əsərində qiksoslar dedikdə skifləri nəzər-
də tuturlar. Onlar yazırlar: “mənbələrə  əsasən, b.e.ə. XVII-XVI əsr-
lərdə Misir və Mesopotomiya at nəqliyyatından yaxşı istifadə etməyi 
bacaran bir xalqın atlıları (süvariləri)
 
tərəfindən işğal olunmuşdur. 
Babildə “kassit”, Assuriyada “mitanniyalı”, Misirdə “qiksos” adlanan 
bu xalqın mənşəyi haqqında mənbələr heç bir məlumat vermir, ancaq 
bir şey aydındır: onlar Ön Asiyaya kənardan gəlmişlər”. Sonra müəl-
liflər onların tanrılarının adına istinad edərək, bu işğalçıların skif mən-
şəli olduğunu göstərirlər. O cümlədən, göstərirlər ki, “Mitaniya 
dövlətinin (əsası Mesopotomiyanın şimal-qərb ərazisində “atlılar “tə-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə