Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə67/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   63   64   65   66   67   68   69   70   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
269 
meni istorii çeloveçestva” t.3, S-Peterburq, 1903) kitabında belə de-
yir: “Bu günə qədər gəlib çatan ən qədim mənbələr sami dilində ya-
zılmamışdır. Onlar şumer dilində yaradılmışdır. Bu dil əsas  əlamət-
lərinə görə aqqlyunativ dildir, türk dillərinə oxşardır və  quruluşuna 
görə sami dillərindən tamamilə fərqlənir”. 
Məhz məşhur  şumerşünas Amerika alimi S.Kramer “Tarix Şu-
merdən başlayır”  əsərində belə bir sual qoymuşdur: çox qədimlərdə 
bu qədər yüksək mədəniyyətli  şumerlər haradan yaranmışdı? O, bu 
prinsipial suala belə cavab verir ki, b.e.ə. IV minillikdə şumerlər Me-
sopotamiya ovalığına Urmiya gölünün sahillərindən gəlmişlər. Bu 
fikir şumerşünaslığın 150 ildən artıq inkişaf dövrü nəticəsində hamı 
tərəfindən qəbul edilmiş və bir sıra mütəxəssislər: Opperi Raulinson, 
Qilbert, Roqozina, Xommel, Reklyu və başqaları  tərəfindən təsdiq 
edilmişdir. Həm də Şumer su, turukku və lululubi türkdilli tayfalarını 
birləşdirən ilk azərbaycan dövləti Aratta ilə  sıx  əlaqədə olmuşdur. 
Aratta Urmiya gölünün cənub və  cənub-şərqində yerləşirmiş. Bu, 
Zaqros dağları ilə əhatə olunmuş dağlar ölkəsi idi. 
Bu ölkə haqqında ən mühüm məlumtlar şumerlərin bu günə qə-
dər gəlib çıxan epik əsərlərində - dastanlarında saxlanılır. Həmin 
əsərlər bunlardır: “Yen-Merkar və Aratta hökmdarları”, “Yen-Merkar 
və Yen-Sukuşsiranna”, “Yen-Merkar və Luqal-banda” və başqaları. 
Aratta və  Şumer arasında sıx mədəni və iqtisadi əlaqələr mövcud 
olmuşdur, bu ölkələrin hökmdarları liderliyə sahib olmağa və digər 
ölkələri özünə tabe etməyə çalışmışlar. Bununla yanaşı, onu da qeyd 
etmək lazımdır ki, akkad tayfalarının hücumunun dəf olunması üçün 
Uruk (Şumerin) hökmdarı Arattaya müraciət etmiş və onun hökmdar-
larına qonaq getmişdir. Bəlkə  də, hansısa etnik yaddaş yaşayırmış, 
S.Kramer və digərləri qeyd etdiyi kimi, şumerlər Mesopotamiyaya 
Arattanın yerləşdiyi Urmiya ətrafındakı
 
bölgədən gəlmişdilər. Onu da 
əlavə edək ki, məşhur tarixçilər türk etnosunun Urmiya gölü ətrafında 
yaşaması haqqında bir çox dəlillər vermişlər. A.Opponqeym, Z.Yam-
polski və başqaları yazmışlar ki, b.e.ə. II minillikdə Urmiya gölünün 
ətrafında turu (türk) tayfaları yaşayırmış. Həmçinin M.Boye və baş-
qaları da b.e.ə. IV-II minilliklərdə Urmiya gölünün ətrafında turu 
K A M R A N  İ M A N O V 
 
270 
(türk) tayfalarının məskunlaşdığını  və eyniadlı vilayətin də burada 
yerləşdiyini yazırdılar. 
Nüfuzlu dünya tarixçilərindən birinin-öz dövründə xett yazılarını 
və xetlərin sirlərini açıb oxuyan çex alimi B.Qroznının 1940-cı ildə 
gətirdiyi sübut maraqlıdır: “Bütün bunlara əsasən ... şumerlər uzaq 
keçmişdə, b.e.ə. IV minillikdə, bəlkə də, daha əvvəl Türküstanda və 
ya Qazaxıstanda və daha şərqə doğru ərazilərdə yaşamışlar.... Şumer 
dili bir tərəfdən altay və türk-tatar dillərinin..., digər tərəfdən hind-
avropa dillərinin əlamətlərini daşıyır...”. Hazırda 200-ə yaxın  şumer 
sözü türk dilinin vasitəsi ilə izah olunmuşdur. 
Hörmətli oxucular, biz yuxarıdakılara yalnız bir məqsədlə-
problemi göstərmək üçün toxunduq, yəni Aratta türk etnik elementli 
dağlıq ölkədir, yaxın Şumerlə əlaqəsi olmuşdur və bu toponim, mütə-
xəssislərin fikrinə görə, Ararat termininə və İncilin “Ararat dağları”-
na... əsas vermişdir”. 
Beləliklə, hörmətli oxucular, görürük ki, ermənilər “Əhdi-ətiq”də 
və “qədim nəsil şəcərəsi”ndə düzəlişlər aparmış, çar sülalələri uydur-
muş  və tarixi “qədimləşdirmiş” və onu b.e.ə. 2200-cü ilə aparıb çı-
xarmışlar. Bununla da erməniçilik bir məqsəd güdürdü: əfsanəvi 
Nuh gəmisi dövrünün tarixinə düşmək və özlərini Nuhun müstəsna 
davamçıları elan etmək. Hətta yalan tarixi iddialardan savayı, onlar 
Nuhun gəmisinin “yadigarları”, maddi dəlilləri ilə təchiz olunmağı da 
unutmamışlar. Bu uydurma tarixi iddia bu kimi dəlillərlə birlikdə 
haykların Nuh mənşəli olması haqqında absurdun “əsas”ını  təşkil 
etməli idi. Biz bu şərhlərdən başqa qeyd etmək istəyirik ki, Qrossetin 
tədqiqatlarına əsasən, ermənilər Ermənistan adlandırılan yaylada b.e.ə. 
675-ci ildə görünmüşlər. Ermənilər haqqında ilk yazılı  məlumatın 
tarixi Herodotun əsərlərində b.e.ə. V əsrə aid edilir və bu yazılı fakt 
çar Daranın b.e.ə. 515-ci ilə aid olan stelaları ilə  təsdiq olunur, bu-
rada ermənilər haqqında məlumat verilir. Buna görə tarix elmi bu 
mövzudakı erməni uydurmalarını  rədd edir və ermənilərin Erməni 
yaylasında məskunlaşmasını b.e. ə. VI-V əsrlərdən əvvələ aid etmir. 
Nuh peyğəmbərlə bağlı “ermənilərin müstəsna hüquqa malik olması” 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
271 
və eləcə  də ermənilərin uydurduqları Nuh əfsanələri haqqında türk 
tarixçisi K.Qoryun çox gözəl demişdir:  “Əgər tarixi mənbə kimi 
“Əhdi-ətiq” və başqa  əfsanələr istifadə olunursa, onda həmin mən-
bələrə əsasən, ümumbəşəri tufandan sonra bütün bəşəriyyət Nuh pey-
ğəmbərdən yaranmışdır. Nəticə etibarilə, türk xalqı da Ararat dağla-
rının yamaclarında həmin patriarxdan törəmişdir və o, vətənini baş-
qa xalqlardan və yad iddialardan daha yaxşı müdafiə edər” (kursiv 
bizimdir). 
Təbii ki, sağlam fikirli erməni tarixçiləri erməni tarixinə aid uy-
durma yox, real fikirlərlə razılaşmağa məcbur olurlar. Erməni tarix-
çisi N.Pastermacyanın açıqlaması budur: “Erməni salnamələri Hay-
kın və onun xalqının Ermənistanda meydana gəlməsini b.e.ə. 2200-ci 
ilə aid edir və b.e.ə. 800-cü ilə qədər bir-birini əvəz edən dini rəhbər-
lərin və çarlarının siyahısını göstərir [əvvəlki paraqrafa bax]. Müasir 
elm bu uydurmanı təsdiq etmir. Xalqlar fərdlərdən fərqli olaraq, öz 
yaşlarını artırmağı sevirlər....” ( kursiv bizimdir). Buna nə isə əlavə 
etmək, əlbəttə, çətindir. 
İndi isə  gəlin, bilavasitə, Gəmiqayaya keçək, qədim  əfsanə  əsa-
sında, Gəmiqayanın “Ağrı dağla rəqabətə hazır olması”nın səbəb-
lərini izah etməyə çalışaq. 
Ağrı dağdan (Araratdan) fərqli olaraq, Gəmiqaya (Qapıçıq), bax-
mayaraq ki, aşağıdadır, bununla belə Kiçik Qafqazın ən uca zirvəsidir, 
ən  əsası, o, qədim qayaüstü yaradıcılığın böyük mədəni-tarixi  əhə-
miyyət kəsb edən və öz qədim sakinlərinin çox gözəl incəsənətini 
təsdiq edən çox nadir obyektidir. Burada da əsas səbəb erməniçiliyin 
hər şeyi əlinə keçirmək arzusudur. 
Deməli, Gəmiqayanı da toxunulmaz erməni  ərazisi elan etmək 
istəyirlər, lakin ermənilər heç cür “özlərinin” Nuh gəmisində Ağrı da-
ğına (Türkiyə), yoxsa Gəmiqayaya (Azərbaycan) yan almağı hələ də 
təyin edə bilmirlər, üstəlik də, onların Nuh peyğəmbərin gəmisi ba-
rədə ilk dəfə  məlumat aldıqları Suriya mənbələrində  də bu barədə 
dəqiq bir şey yoxdur. Bu da onlar üçün əlverişlidir, çünki ərazi id-
diası həm Türkiyəyə, həm də Azərbaycana qarşı irəli sürülür. 
K A M R A N  İ M A N O V 
 
272 
Gəmiqayanın qayaüstü təsvirləri Naxçıvanın digər abidələri kimi, 
ermənilərin tamahının predmetidir və “erməni tədqiqatları”nda onla-
rın ermənilərə aid olması hər cür vəchlə qeyd olunur. 
Bir neçə “arqumentli” əsasa baxaq: X.Ayvazyan “Nezavisimaya 
qazeta”nın 17 fevral 2001-ci il tarixli nömrəsində Gəmiqaya qayaüstü 
təsvirlərinə iddialarının “əsası” qismində “onlar yalnız ermənilərə aid 
ola bilər” ifadəsini işlədir.  Əvəzində eyni soyadlı A.Ayvazyan daha 
böyük ixtiraçılıq məharətinə malik imiş, o, 80-ci illərdə, gizli şəkildə 
Naxçıvanda olur, sonra isə Ermənistan EA “Xəbərlər”ində (“İzvestiya” 
AN Arm., N 1982) “Novasorun qayaüstü təsvirləri” (“Naskalnıye 
izobrajeniya Navasora”) adlı məqalə çap etdirir. Onun ağlına nəinki 
Gəmiqayanın adını erməni ahənginə uyğun (Navasor, Tapasor) dəyiş-
dirmək gəlmiş, həm də o, azərbaycanlılara qarşı iddia irəli sürmüş-
dür. O, yazır ki, biz dağın “əsl” erməni adını düşünülmüş  şəkildə 
Gəmiqaya ilə dəyişmişik. 
Bəli, hörmətli oxucular, bu məhz həmin Ayvazyandır ki, B. 
Mkrtçyanla birlikdə XII-XIII əsr Eldənizlər dövrünə aid olan mis 
pulları b.e.ə. XIX əsrə aid qədim erməni pulları kimi “oxumuşdur”. 
Bu həmin  şəxsdir ki, məşhur  şərqşünas B.Piotrovskinin Ermənistan 
EA-nın “Tarix-filologiya jurnalı”nda (“İstoriko-filoloqiçeskiy jurnal”, 
1971, N3) çıxan yazısından aldığı “soyuq duş”dan sonra sınanmış 
saxtakarlıq yolunu yenə davam etdirmişdir. O, Azərbaycan EA-na 
müraciət etmədən, gizli şəkildə Azərbaycana gəlmiş və bu dəfə erkən 
tarixi dövrlərə aid çoxlu şəkil çəkmiş  və erməni dilində növbəti 
albom - tarixi uydurmalarla dolu kitab buraxmışdır (A.Ayvazyan 
“Naxçıvan memorial abidələri və relyefləri”, Yerevan, 1987, erməni 
dilində). Burada “erməniləşdirilmiş” Gəmiqaya barədə danışan “alim” 
Naxçıvanın b.e.ə. IV-I minilliyin antik abidələrini, orta əsrlər, o cüm-
lədən, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu və Azərbaycanın digər 
dövlətlərinin dövrlərinə aid abidələri erməni irsinə aid etməyə 
“müvəffəq olmuşdur”. 
Belə bir sual qoyaq: Gəmiqaya Azərbaycan üçün hansı əhəmiy-
yət kəsb edir və o, nəyə görə ermənilərə rahatlıq vermir? 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə