Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə65/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   61   62   63   64   65   66   67   68   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
261 
ermənilər tərəfindən hər cür üsulla mənimsənilən və  həmişəki kimi 
ermənilərin adına çıxarılan hər bir dəlili qoruyub saxlayaq. 
Bu gün Xanlar (indiki Göygöl) rayonundakı xaçkarların guya 
qəsdən məhv edilməsi mövzusu son Orta əsrə aid “uçurulmuş erməni 
kilsələri” barədə şayiələrə yeni mövzu “əlavə etmişdir”. Misal üçün, 
ermənilər iddia edirlər ki, Daşkəsəndə müqəddəs Boqoroditsa və Mü-
qəddəs Minasın kilsəsi məhv edilmişdir. İnanılmazdır, ancaq hazırda 
ermənilər nəinki alban abidələrini, həm də vaxtilə bu torpaqlarda ya-
şamış almanlara məxsus olması şübhə doğurmayan lüteran abidələri-
ni də özününkü kimi qələmə verirlər. Məlum olur ki, abidələr məhv 
edilmir, əksinə onların qorunması üçün lazımi tədbirlər görülür. Bu-
nunla belə, “iş görülmüş” və erməni xəbər agentliyi tərəfindən absurd 
şayiə buraxılmışdır. 
Absurd absurd olaraq qalır. Biz “qəbiristanlıq” absurdunun şər-
hini məşhur ermənişünas K.Patkanovun “Van yazıları  və Ön Asiya 
üçün onların  əhəmiyyəti”  kitabından götürülmüş  məşhur bir fikirlə 
tamamlamaq istərdik: “Ermənilər bəşər tarixində heç zaman xüsusi 
rol oynamamışlar. Bu, siyasi termin yox, ayrı-ayrı erməni məskənləri-
nin səpələndiyi coğrafi vilayətin adıdır. Ermənilər həmişə yaşadığı 
torpaqların pis sahibləri olmuşlar, lakin onlar çox məharətlə öz yaxın-
larını sataraq güclülərə xidmət göstərmişlər...”   
 
 
 
 
 
  
 
 
 
 
 
K A M R A N  İ M A N O V 
 
262 
§11.  
Gəmiqaya absurdu 
 
Hörmətli oxucular! Biz erməni absurduna həsr olunmuş tematik 
sərlövhəni davam etdiririk. Bir absurdun digər absurdu doğurduğunu 
nəzərdə tutan bu silsilə  təsadüfən  “Ad absurdo... “Ab absurdum” 
adlanmır. Axı absurdlar açıq-aşkar yalan iddialar kimi daim əsaslan-
dırılır, “dəlillər”ə, yəni dayaq nöqtələrinə söykənməyə ehtiyac duyur. 
Bunlardan da ilk absurd tezisin “əsaslandırılması”nı təsdiq edən “hə-
qiqətəbənzər” “nəticələr” çıxarıla bilər.  
Hörmətli oxucuların başa düşdüyü kimi, bu, şəffaf məntiq qanun-
ları ilə bir araya sığmır. Çünki bu qanuna görə, yalnız həqiqətdən 
doğru fikir yaranır, yalan və əsaslandırılmamış iddiadan isə istənilən 
nəticə çıxarmaq olar.  
Ənənəyə uyğun olaraq, xatırladırıq ki, absurdlar, uydurmalar, 
hətta sayıqlamalar belə mənasız sözlər deyil. Onlar mənasız söz yığı-
nından yaranmış boş sözlərdən fərqli olaraq, adətən tam konkret məz-
mun əhəmiyyətinə malik olur. Bunların mənası isə məqsədlərdə - tor-
paqlarımıza, onunla birlikdə Azərbaycan xalqının mədəni-tarixi və 
əqli mülkiyyətinə olan iddialardadır. 
Bu qəbil absurdlar erməniçiliyin “olduğu kimi yox, istədiyi 
kimi görünmək” cəhdinə istiqamətlənmiş arzu olunan obrazını yarat-
mağa xidmət edir. Y.Tekkerey çox gözəl demişdir: “Həyat hər kəsə 
onun öz əksini qaytaran güzgüdür. Ona görə həyat fəaliyyətinin çir-
kin  əməllərinin üstünü zahirən xoş görünən obrazlarla örtmək tələb 
olunur...” İndi isə görək ermənilərin absurd arqumentlərində maraqlı 
nə var. Sən demə, onların təbliğatçıları bilavasitə həm “həqiqət”ə, həm 
də əvvəl göstərilən “doğru” iddialara müraciət edirlər. Birinci halda, 
misal üçün, “Nuh gəmisinin ermənilər tərəfindən tapılan tiri, yaxud 
dəmir pulların və qəbirlərin üstündə olan ermənilər tərəfindən əksinə 
oxunan ərəb yazıları - bütün bunlar ya saxtalaşdırma, ya da uydurma-
lardır.  İkinci halda, ermənilər absurdu əsaslandırmaq üçün, bir 
qayda olaraq, M. Xorenasi və onunla həmfikir olan başqa müəllif-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
263 
lərin “Nuh peyğəmbərin davamçıları”, “Yafətin dizindən”, “çar süla-
lələri” kimi həqiqiliyi tam şübhə doğuran fikirlərinə istinad edərək 
onlardan istifadə edirlər. 
Mühakimə forması - onun nümayiş etdirilməsi daha qəribədir. O, 
bir qayda olaraq, deduksiyanı inkar edərək, analogiyanı özü bildiyi 
kimi  şərh edir. Bir sözlə, belə hallarda deyildiyi kimi, yalan, yaxud 
ilk, başlanğıc saxta rəy və yanlış mühakimə nəticəsində yaranmış fik-
rin özü elə absurddur. Onları müzakirə  və  təkzib etməklə  məşğul 
olmağa dəyməz. Həm də burada A.Qriboyedovun “yalan danış, an-
caq ölçüsünü bil” mənalı fikri ilə  də kifayətlənmək olmaz. Nəyə 
görəsini izah edək. 
Qeyd etdiyimiz kimi, absurd zərərlidir, erməni absurdları isə 
sözün həqiqi və dolayı  mənasında “başqasının hesabı”na yağış  tək 
yağır. 
Hörmətli oxucular, aşağıda göstərilən tipik erməni absurdları və 
gəlinən nəticələrdən çıxış edərək, indi özünüz mühakimə edin, biz isə 
onların təhlilinə bir az sonra başlayacağıq. 
-   “Biz  (ermənilər) birbaşa Nuh peyğəmbərin nəslinin davamçıla-
rıyıq və o vaxtdan bu yerlərdə yaşayırıq, çünki Nuhun gəmisi 
Ağrı (Ararat) dağında dayanmışdı”. 
-   “Biz (ermənilər) birbaşa Nuh peyğəmbərin nəslinin davamçıları-
yıq və o zamanlardan bu yerlərdə yaşayırıq, çünki M. Xorenasi 
və digərlərinin əsərlərində Hayk və Aramın Nuhla “nəsil yaxın-
lığı” göstərilmişdir. 
-   “Biz ermənilər Nuh peyğəmbərin adı ilə bağlı hər şeyə iddia edə 
bilərik, çünki Nuh peyğəmbərin gəmisi bizim Ağrı (Ararat) dağa 
yan almışdır və onun yeganə maddi yadigarı-Nuh gəmisindən 
qalan tir bizdə saxlanılır. 
-   “Gəmiqaya bizə (ermənilərə) məxsusdur, ona görə ki, biz Ağrı 
(Ararat) dağına yan alan Nuh peyğəmbərin gəmisinin maddi ya-
digarının sahibiyik və erməni rəvayətinə görə, Ağrı dağında da-
yanana qədər gəmi Gəmiqaya ilə toqquşmuşdur”. 
K A M R A N  İ M A N O V 
 
264 
Hörmətli oxucular, burada göstərilən fikirlərin və iddiaların ya 
həqiqətə oxşar yalan, ya da yalana oxşar “həqiqət” kimi təqdim olun-
duğunu yadda saxlayaq. Şərq müdrikliyinin incisi “Qabusnamə”yə 
görə: “Həqiqətə oxşar yalan, yalana oxşar həqiqətdən yaxşı deyil”. 
Buna görə “Absurddan...” “absurda doğru” hekayəsini davam 
etdiririk. 
Beləliklə, Gəmiqaya absurdu 
Əvvəlki paraqraflardan birinə kiçik ekskurs edək və A.Qanalan-
yanın “erməniləşdirdiyi” “Gəmiqaya”  əfsanəsini xatırlayaq: “Nuhun 
gəmisi dağın zirvəsinə toxundu. Dağ peyğəmbərdən soruşdu: Mən 
ucayam, yoxsa Ağrı dağı? Bundan sonra dağın adı da elə “Gəmiqa-
ya” qalır”. Hörmətli oxucular, onu da qeyd edək ki, “Gəmiqaya” 
Azərbaycan dilində “gəmi və qaya” mənasındadır. Xatırladaq ki, A. 
Qanalanyanın “Erməni rəvayətləri”ndə verilən həmin bu rəvayətin 
mənbəyi hələ 1904-cü ildə hansısa Yervand Lalayanın oğurlayıb er-
məni rəvayəti kimi Tiflisdə “Etnoqrafik məcmuə”də (“Etnoqrafiçes-
kiy sbornik”, Tiflis,
 
1904) çap etdirdiyi rəvayət olmuşdur. 
Hörmətli oxucular, başa düşdüyünüz kimi, yuxarıda misal göstə-
rilən həmin parça məhz ermənilərin mənimsədikləri Azərbaycan rə-
vayətindəndir. Allaha şükür ki, hələ Ağrı dağı haqqında Azərbaycan 
rəvayətinin oğurlanması barədə bizə heç nə məlum deyil və ona görə 
onu qısa  şəkildə veririk. Belə ki, Nuh peyğəmbər öz düzəltdiyi gə-
miyə yerdəki hər canlı  məxluqdan bir cüt götürərək xilas olmaq 
məqsədi ilə səfərə çıxır. 75 gün keçəndən sonra dağın suyun altından 
qaralan zirvəsini görür və gəmini həmin səmtə istiqamətləndirir. An-
caq dağın zirvəsi çox darısqal olur və gəmidə olanların hamısı həmin 
yerə yerləşə bilmir. Rəvayətdə göstərilir ki, bu dağı  Qısırdağ  və ya 
Barsız, yəni sonsuz dağ adlandırırlar. Dağ özünü peyğəmbərin yanın-
da rüsvay edilmiş kimi hiss edir, lazımı qonaqpərvərlik göstərmədi-
yinə  və  gəmidəkilərin hamısını  qəbul edə bilmədiyinə görə utanır. 
Peyğəmbər dağın utandığını görür və ona deyir: “Ey, Qısırdağ, sən 
sonsuz olmayacaqsan. Sənin uşaqların olacaq”. Əfsanəyə əsasən, dağ 
hamilə qalır və  əzab-əziyyətdən sonra dünyaya oğul gətirir. Doğuş 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə