Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə75/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   72   73   74   75   76   77   78   79   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
301 
Krımı, Azovyanı rayonları və Rostov-Donu dolduran etnik ermənilə-
rin qıpçaq- ermənilər, yaxud türk-qriqorianların folklor ədəbiyyatını 
və musiqisini özünə götürərək, türk mədəni irsinin mənimsənilməsi 
ənənəsinə öz payını verməsi və verməkdə davam etməsi tamamilə 
düzdür. Lakin bu hələ hamısı deyil. Türk-qriqorianların (qıpçaq- 
ermənilərin) etnik erməni mənşəli olması barədə absurd nəinki 
“Dənizkənarı Ermənistan” və ya “Dəniz Ermənistanı”na bənzər əsas-
sız uydurmalara, eləcə də  qıpçaq-ermənilərin bütün maddi və qeyri-
maddi irsini erməni maddi və qeyri-maddi mədəni irsi elan və reklam 
etməklə onlara “yol açır”. Erməniçilik yaxşı anlayır ki, əks halda 
başqalarının mədəni  ənənələrini və  əqli mülkiyyətini mənimsə-
məyə gedən yol bağlı olacaqdır. Türk-qıpçaq-qriqorianların mədəni 
ənənələri isə  hədsiz dərəcədə  zəngindir. Bunun nədən ibarət olduğu 
barədə aşağıda danışmağa çalışacağıq. İndi sizə məşhur fransız tarix-
çisi Mark Ferronun “Dünyanın müxtəlif ölkələrində  uşaqlara tarixi 
necə danışırlar” kitabından gözəl bir deyimi veririk: “...Dəfələrlə 
məğlubiyyətə düçar olmuş Ermənistan çox həvəslə öz tarixini göylərə 
qaldırır, ona təmiz din yolunda əzabkeş obrazı əlavə edir”.  
Yazımızı davam etdirməzdən  əvvəl hörmətli oxuculara bir daha 
xatırladırıq ki, ermənilərin uydurduqları absurdlarlar erməniçiliyin 
konkret niyyətlərindən doğan yalan iddialardır:  ərazi iddiaları  və 
bununla birlikdə ermənilərə  məxsus olmayan mədəni-tarixi və  əqli 
sərvətlərə olan iddialardır. Yalan uydurmalar olan absurdlarlar heç də 
faydasız deyil. J.J.Russo təsadüfən deməmişdir ki, “öz xeyri üçün 
yalan danışmaq-saxtalaşdırmaq, başqası üçün yalan danışmaq-aldat-
maq, kiməsə ziyan vurmaq üçün yalan danışmaq isə böhtandır”. Bu-
nunla yanaşı, bu absurdlar irəlicədən “olduğun kimi görünməmək, 
istədiyin kimi təsəvvür olunmaq” prinsipi əsasında erməniçiliyin 
müəyyən obrazının yaradılması üçün düşünülmüşdür. Bu prinsipin 
həyata keçirilməsi siaysətin müvafiq vasitələrini də nəzərdə tutur: ya-
lan və saxtakarlıq, riyakarlıq və ikiüzlülük. 
Yalan təzahürləri Seneka belə qiymətləndirmişdir: “Bir şey danı-
şıb, başqa  şey düşünmək biabırçılıqdır, bir şey düşünüb, başqa  şey 
yazmaq isə daha böyük biabırçılıqdır”. Bununla belə, yalan iddialar 
K A M R A N  İ M A N O V 
 
302 
həqiqətin əksi kimi müxtəlif sifətlərə malikdir və onların biri digərini 
yaradır. Yalan danışmaqdan birdəfəlik  əl çəkmədən, başqa yalanla 
ona dəfələrlə dayaq verməli olursan. Buradan da yeni-yeni absurdlar 
yaranır ki, bunlardan da biri “dəniz erməniləri” ilə bağlı absurddur və 
aşağıda biz bunun şərhini davam etirəcəyik. 
Əvvəl  şərh olunanın mahiyyətindən belə  çıxırdı ki, ermənilər 
Krımın qədim yerli sakinləridir və Krımı “Dəniz Ermənistanı” adlan-
dırmaq vaxtıdır. Bu absurd erməniçiliyn var qüvvə ilə müdafiə 
etdiyi “qıpçaq-ermənilər”in etnik erməni mənşəli olması tezisi üzə-
rində qurulur. Bununla birlikdə, özünü “ermənilər”, öz dilini isə 
“tatarca”, “bizim til” və ya “qıpçaq tili” adlandıran və mədəniyyətinə 
görə özünü türk qıpçaqları  və Krımın digər etnik türk qrupları ilə 
eyniləşdirən bu etnik qrup qriqorian variantında xristianlığı qəbul et-
miş qıpçaqlardır. Belə çıxır ki, “filin qəfəsinin üstünə kəl yazılmışsa, 
onda öz gözlərinə inanma”, - deyən Kozma Prutkov haqlı imiş. An-
caq inanmırıq. Ona görə ki, görkəmli alim L.Qimilyev yazmışdır: 
“Bədbəxtlik ondadır ki, tarixin öyrənilməsi mövcud olmayan faktlara 
əsaslanmaqla başlayır. Bizim əsrimizdəki belə mif yaradıcılığı heç də 
Qesoid dövrünün mif yaradıcılığı deyil. Deyək ki, Qesoid Kosmos 
haqqında öz mifini danışmışdır-bu, ibrətamiz hekayə, istəsəniz, lap 
fəlsəfə olmuşdur. Ancaq yunanlar mifə fakta əsaslandıqları kimi 
əsaslanmırlar...” (kursiv bizimdir), (L.Qumilev, “Çtobı sveça ne po-
qasla”, M., “Ayris Press”, 2002). 
Ancaq erməniçilik, hörmətli oxucular, buna əsaslanır. Ona görə 
də yenə L.Qumilyevə əsaslanaraq, “qabaqcadan məlum olan tərəfkeş 
fikirlərdən və keçici səhvlərdən baş vermiş saysız-hesabsız bəlaları 
istisna etmək naminə..., yalan mühakiməni təkzib etmək üçün onun 
bir çox halda xəstə  və  sıradan çıxmış köklərinin üstünü açmaq la-
zımdır” (kursiv bizimdir). 
 “Qıpçaq-ermənilər” və ya “türk-qriqorianlar” qıpçaq dilində er-
məni əlifbasında yazmışlar. Onların bütün maddi və qeyri-maddi mə-
dəni irsi “erməniçiliyin bu qrupun mənşəcə etnik ermənilərdən ibarət 
olması iddiası  əsasında sərbəst  şəkildə ermənilər tərəfindən mənim-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
303 
sənilə bilər və bununla birlikdə Krımda qorunub saxlanmış erməni 
qrafikasında olmayan qıpçaq mədəniyyəti nümunələri amansızcasına 
məhv edilir”. Ona görə  də Krım yarımadasından türk-qriqorianların 
peyda olması tarixi və etnik ermənilərin və pravoslavların sonradan 
bura qayıtması ilə  əlaqədar  əvvəl söylənilmiş tarixlə yanaşı Krımın 
ilkin sakinləri olan türklərin izlərinin məhv edilməsi üçün çoxsaylı 
tədbirlər görülürdü. Abidələr dağıdılır, məscidlər məhv edilir, maddi-
mədəniyyət obyektlərinin üzərindəki yazılar pozulurdu. Bir sözlə
alban maddi və qeyri-maddi mədəni irsi ilə baş verənlərin hamısı bu-
rada da baş verdi. Ukrayna tarixçisi D.Nikolayenko da məhz bunlar 
haqqında yazmışdır:  “Ermənilər, bolqarlar, yunanlar qədim Krım 
abidələrini məhv etməklə məşğuldurlar. Məhz onlar burada keçmişin 
məlumatlarını məhv etmək üzrə əsas işi yerinə yetirirlər... köhnə Krım 
talanır, ermənilər istədiklərini edirlər... Krım tatarları yoxdur. Onlar 
yalnız qədim müsəlman abidələrini, qəbirüstü abidələri qarət edil-
məkdən qorumaq məqsədi ilə Özbək məscidinə  gətirirlər...” (kursiv 
bizimdir). 
“Dəniz Ermənistanı” absurdunun aydın olması üçün qısaca 
qıpçaqların burada görünməsinə  qədər Krımın etnik tarixinə  nəzər 
yetirək. Krım-bəşər sivilizasiyasının  ən qədim ocaqlarından biridir. 
Roma, Bizans, Osmanlı, son dövrlərdə isə Rusiya kimi böyük im-
periyaların çevrəsində yerləşən bu yarımada bütün tarixi dövrlər pro-
sesində mədəni əlaqələr qurulan yerlərdən biri olmuşdur. Məhz buna 
görə Krımın tarixi bütün elə Aralıq dənizinin  əsas tarixi kolliziya-
larının mini modelidir. Balkanlar-Qafqaz-Kiçik Asiya geosiyasi mə-
kanı Krım tarixi ilə  sıx bağlı olmuşdur. Bu səbəbdən, hörmətli 
oxucular, Krım nəinki çoxmillətli, həm də çoxdinli olmuşdur. Hələ 
b.e.ə. XV-VII əsrlərdə Krımın cənub-şərq hissəsində
 
kimmerlər yaşa-
mışlar. Kimmerlərin mədəniyyəti Krımın ilk yerli sakinləri kimi gu-
man edilən tavrların mədəniyyəti ilə sıx əlaqədə olmuşdur. Kimmer-
lərin etnik mənşəyi isə elmi müzakirə predmeti olaraq qalır, ancaq 
son illər onların qədim protürklərə aid olması barədə daha çox danı-
şırlar. Bunun təsdiqi kimi çoxaylı toponimlər, müəyyən tarixi dövrdə 
kimmerlərin gəldiyi Azərbaycan ərazisində “kəmərli” köklü soyadla-
K A M R A N  İ M A N O V 
 
304 
rına rast gəlinməsi də bunu sübut edir. Belə ehtimal edirlər ki
“kumir”, “qmıri” sözlərinin bu tayfalar aidiyyəti vardır. Skiflər tə-
rəfindən sıxışdırılan kimmerlər b.e.ə. VII əsrə yaxın Cənubi Qafqaz-
da görünürlər. Həmin dövrdə Krıma gələn skiflər burada paytaxtı 
Skif Neapolu (Simferopol) olan Skif çarlığını (b.e.ə. III-II əsrlər) ya-
ratdılar. Skiflər Don və Dneprin meşə-çöl zonasında yaşayırlarmış. 
Son araşdırmalar, xüsusən “çar skiflər”inə aid tədqiqatlar onların 
irandilli yox, türkdilli olduqlarını təsdiq edir. Şərq və semit salnamə-
lərində  və Herodotda onları “işkuzlar”, “aşquzlar”, ellinlərdə isə 
“skuzes” adlandırmışlar. Bir sözlə, bu etnonimin kökü “quz” (“kuz”, 
“qus” “qos”) olmuş, bu isə Avropa tarixçilərində göstərildiyi kimi, bu 
skif tayfalarının türk mənşəli olmasının parlaq sübutudur. Hətta 
“Korun oğulları haqqında” məşhur skif əfsanəsi bir çox cəhətdən 
“Koroğlu” türk-Azərbaycan eposu ilə səsləşir. B.e. III əsrində Krıma 
gəlmiş qotlar Skif çarlığını işğal etmiş və Krım yarımadasının cənu-
bunda və cənub-qərbində yaşamışlar. Qotlar haqqında çox yazılmış-
dır. Onların alman tayfaları olması ehtimal olunur. III əsrdə onlar 
ostqotlara və vestqotlara bölünmüşlər. Birincilər Dneprdə, vestqotlar 
isə Dnestr və Dunay arasında məskunlaşmışlar. Qotlar və Roma ara-
sındakı  təxmini sərhəd Dunay çayı hesab olunurdu. İndiki Avropa-
nın formalaşmasında qotlar böyük rol oynamış, İtaliyanı işğal etmiş 
və Roma da onlar tərəfindən çökdürülmüşdü.  İndi yazılanlara görə, 
vestqotların və ostqotların barbar dövlətləri öz varlıqlarını yarım əsr 
ərzində saxlamış, sonralar iyirmi ildən artıq onlarla vuruşmuş 
Bizansın səyləri nəticəsində dağılmışdır.  
Qeyd edək ki, bir sıra Avropa mənbələrində və ilk növbədə XVI 
əsrdə Qərbi-Avropa materialları əsasında “Slavyan xalqının genişlən-
məsi haqqında” əsər yazmış arximandrit Mavro Orbini “Qot-slavyan-
lar haqqında” xüsusi bölmədə qotları, slavyanları, türkləri və skifləri 
ayırmır və  təsdiq edir ki, onların geniş yayılması bütün Avropa xə-
ritəsini büsbütün dəyişdirmişdir. O, Skifiya adı altında, A. Fomenko 
məktəbinin dili ilə desək, Türk-Rus dövlətini, böyük istilaçı Atillanı 
isə Türk-Rus dövlətinin sərkərdəsi və hökmdarı kimi təqdim edir. La-
kin ənənəvi tarixi konsepsiyaya əsaslansaq, onda görərik ki, Romanı 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə