Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə60/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   56   57   58   59   60   61   62   63   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
241 
etmək olar”, “onlar hər zaman Azərbaycan ustadlarının yaradıcılığına 
söykənmişlər” və “onların istifadə etdikləri saz, santur, kaman və ya 
kamança, bağlama tamamilə türklərə məxsusdur” açıqlamalarına bax-
mayaraq, ermənilər “aşıq” termininin mənşəyi ilə bağlı sərsəm iddia-
larına ara vermirlər (“Armyanskie aşuqi”, sobral Y. T. Palyan, 2 t., 
İzmir,
 
İzd. Mamuryana, 1941, arm.) Məsələn, məşhur Q. Ağayan 
“aşıq” sözünün erməni “asoq” terminindən əmələ gəldiyini bəyan edir 
(Q.Ağayan “Armyanskie aşuqi i qusan-aşuqskoe iskusstvo”, Er. 
“Xaypetrat”, 1959) və onun redaktəsidə  həmin söz “şeir, mahnı  və 
yaxud onların ifaçısı” kimi verilir. 
Bununla yanaşı, ermənilər “aşıq” termininə “asel” sözü kimi də 
yanaşmağa səy göstərmişlər, çünki erməni “falçılarının” fikrincə, qə-
dim erməni ədəbiyyatında mənaca ona uyğun “ergel”, yəni “oxumaq” 
sözü vardır. Xüsusən, akademik S. Malxasyans “Erməni dilinin izahlı 
lüğəti”ndə (St. Malxasyans, “Tolkovıy slovar armyanskoqo yazıka”, 
t.1, Er. Qos.izdat. Arm. Resp., 1944) “ifa etmə”, “mahnı oxuma”, 
“şeir demək” sözlərini daxil etməklə “asel”in məna çalarlarını 40-a 
çatdırmışdır. 
Bu absurdu “əsaslandırmaq” üçün növbəti addımı yazıçı S. 
Xanzadyan atmışdır. O, iddia edir ki, “bizim [erməni] xalq öz spesi-
fik yerli dialektlərində “ifaçı”, “improvizator” mənalarını ifadə edən 
“asox”, “asux” sözlərini saxlamağı bacarmışdır (S. Xanzdyan, “Raz-
vitie narodnoy poezii Armenii, osobennosti sovremennoqo
 
qusansko-
qo iskusstva, ix formı i massovo - politiçeskoe znaçenie”. Doklad na 
II Vsesoyuz. seminare po narodnoy poezii, oktyabr 1949, Moskva).
  
Sonrası daha maraqlıdır. S.Xanzaqyan “asox”, “asux” sözlərində 
“s” və  “ş” hərflərinin yerini dəyişməklə “aşıq” sözü ilə heç bir əla-
qəsi olmayan və yalnız onun tələffüz şəklinə uyğun arzu etdiyi “aşox” 
və yaxud “aşux” sözlərini almışdır. Nəticədə, ərəb “eşq” və türk “aşıq” 
sözləri yox olur, əvəzində erməni “aşox-aşux” köklərindən ibarət 
abstrakt sözlər qalır. Bu cəfəngiyat tam aydınlığı ilə göz qabağında 
olduğu üçün adı artıq çəkilən erməni alimi Malxasyans da onunla 
razılaşmır və “aşıq” kəlməsinin “xalq şairi, ifaçı, çalğıçı” mənalarına 
K A M R A N  İ M A N O V 
 
242 
görə ərəb sözündən yarandığını etiraf etməyə məcbur olur (“Tolkovıy 
slovar armyanskoqo yazıka”, t.1). 
Çünki “eşq”  ərəb sözündən  əmələ  gələn sözün “aşıq” kimi izah 
olunması ermənilərə heç cür əl verməmiş və ona görə onlar başqa cür 
yanaşmağa səy göstərmişlər. Xüsusən,  ədəbiyyatşünas M.Çanaşyan 
“vurğun”, “məftun” mənalarını “ifadə edən” “aşıq” və yaxud “aşeq” 
sözlərinin kökünün fars dilinə aid olduğunu “müəyyən etmişdir” (M 
Çanaşyan, “İstoriya sovremennoy armyanskoy literaturı”, t.1, “Vene-
siya”, S.Qazar, 1953). Hörmətli oxucular, görün bu fikir necə təqdim 
olunur: “Vaxtilə  aşıq (erməni) yaradıcılığı fars və türk xalqlarının 
təsirinə məruz qalmışdır. O, insanların təxəllüslərində, yazılmış şeir-
lərdə və onların adlarında özünü göstərir. Belə formaların sayı 60-dan 
çoxdur.” Deyilənlərin mənası aydındır:  əgər erməni aşıq yaradıcılı-
ğına təsir olmuşsa, o cümlədən türk təsiri, onda o, aktual ola bilməz-
di. Belə bir iddianın müəllifinin ilk tədqiqat əsərində “aşıq” termininə 
fars mənşəyi verməyə  səy göstərmiş Q.Levonyana müraciət etməsi 
pis olmazdı (Q. Levonyan “Armyanskie aşuqi”, Aleksandropol, İzd. 
Q. Santuryansa, 1892, arm.). Ancaq o da sonralar “aşıq” sözünün eti-
mologiyasının “eşq”- “məhəbbət” sözünə gedib çıxdığını, türklərin 
sayəsində “aşeq” formasında erməni dilinə  gəlib çatdığını  və daha 
sonralar “aşuq”  şəklində rusdilli ədəbiyyata keçdiyini etiraf etməyə 
məcbur olmuşdur (Q. Levonyan,
 
“Aşuqi i ix iskusstvo”). Bu fikrə L. 
Minasyan da tərəfdar çıxmışdır (L. Minasyan, “Persidskie armyan-
skie
 
aşuqi”, Teqeran, arm.). 
Ermənilərin təkidi izahat tələb edir. Bir sözlə, “eşq” ərəb sözünün 
və onun “aşıq” türk formasının izahına olan məhəbbət nədəndir? 
Ancaq məsələnin məğzi aydındır. Erməni mütəxəssislərinin fik-
rincə, erməni aşıqlarına qədər onların sələfləri qusanlar, vipasonlar və 
s. olmuşdur. 1985-ci ildə nəşr olunmuş “Sovet ensiklopediya lüğəti”-
ndə
 
belə yazılmışdır: “qusanlar – erməni xalq ifaçıları, rapsodlardır. 
XVII əsrdə və sonralar onları aşıq adlandırmışlar” (kursiv bizimdir). 
Bir halda ki, erməni xalq ifaçılarını XVII əsrdən etibarən “qusan” ad-
landırmağa başlamışlar, onda “aşıq” türk sözünə erməni izahı axtar-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
243 
maq nəyə lazımdır? Bu kimi erməni cəhdləri heç də  təsadüfi olma-
mışdır, çünki epik əsərlər, folklor nümunələri “erməniləşdirmə”yə 
məruz qalmışsa, bu zaman onlarla birlikdə şifahi xalq yaradıcılığının 
daşıyıcıları - aşıqlar da mənimsənilmişdir. Məhz buradan “aşıq” sö-
zünün etimologiyası ilə bağlı cəfəng yozumlar meydana gəlmişdir. 
Hörmətli oxucular, “aşıq” termininin cəfəng erməni etimologi-
yası ilə izah olunma səylərini aydınlaşdırmağa çalışaq: niyə erməni 
qusanları öz ifalarını Azərbaycan dilində edirdilər? Erməni müəllif-
lərinə müraciət etməmişdən əvvəl, həmişəki kimi hamı tərəfindən qə-
bul edilmiş  rəyə  əsasən, Azərbaycan aşıqları ozanların (uzanların) 
davamçısı olmuş, “aşıq” ad-titulu, zənn edildiyi kimi haradasa XV-
XVI əsrlərdə, bəzi mülahizələrə görə, XVII əsrdə meydana gəlmişdir. 
Elə isə, görək erməni aşıq məktəbi nədən ibarət imiş? 
Q.Levonyanın (aşıq Civaninin oğlu, məşhur mütəxəssis) təsnifa-
tına görə, bu məktəbdə üç cərəyan mövcud olmuşdur: fars-erməni, 
türk-erməni və gürcü-erməni (Q. Levonyan “Aşuqu
 
i ix iskusstvo”, 
Erevan, 1944). Bundan əlavə, birinci cərəyan XVII əsrə (Yeni Culfa), 
ikinci XVIII əsrə  (İstanbul) və üçüncü XIX əsrə aid edilir. Belə 
təsnifat düşünülmüş şəklildə “ərazi” xarakteri daşıyırdı, çünki bütün 
bu üç cərəyanın nümayəndələri iki dildə - Azərbaycan və erməni 
dillərində “çalışırdılar”. Misal üçün, fars-erməni cərəyanına aid edi-
lən Civani əsərlərini erməni, eləcə də Azərbaycan dilində yaratmağa 
çalışmışdır. Bunun sübutu kimi onun Ermənistan Ədəbiyyat və İncə-
sənət Muzeyinin Qusan fondunda saxlanılan  əsərlərini göstərmək 
olar. Deməli, o, öz yaradıcılığı ilə yanaşı, həm də Azərbaycan-erməni 
məktəbinin görkəmli nümayəndələrindən idi. 
Gürcü-erməni cərəyanına aid edilən Sayat Nova yaradıcılığına 
daxil edilən 209 şeirdən 115-i Azərbaycan, 60-ı erməni, 34-ü isə gür-
cü dilində yazılmışdır. Deməli, onu tam əsasla Azərbaycan-erməni 
cərəyanına aid etmək olar. N.Quçak, Mirin, Sayat Nova, Keşişoğlu, 
M.Burdjyu,  Şirin, Sayad kimi məşhur erməni aşıqları iki dildə - 
Azərbaycan və erməni dillərində yazıb-yaratmışlar. Başlıcası odur ki, 
onlar Azərbaycan folkloru ilə bağlı olmuş və Azərbaycan aşıqlarına 
oxşamağa çalışmışlar. 
K A M R A N  İ M A N O V 
 
244 
Qeyd etdiyimiz kimi, Q.Levonyan etiraf etmişdi ki, “erməni aşıq-
larının qəbul etdikləri adlar (təxəllüslər) kimi, onların  şeirlərinin və 
mahnılarının adları da Azərbaycan dilində idi” (Q. Levonyan 
“Armyanskie aşuqi”, Aleksandropol, 1892). Erməni  ədəbiyyatının 
klassikləri X.Abovyan və Q.Ağayan dəfələrlə  təsdiq etmişlər ki, er-
məni aşıqları Azərbaycan aşıq məktəbi ilə sıx bağlı olmuş və Azər-
baycan xalqının folklor yaradıcılığına söykənmişlər. Biz bunlar haq-
qında əvvəlki bölmədə söhbət açmışdıq. Bu açıqlama da Q.Ağayana 
məxsusdur: “Bizim aşıqların şeirlə dastanları yoxdur, onların hamısı 
türkcədir [azərbaycancadır]” (Q. Ağayan, Proizvedeniya, t.3). Yaxud, 
hörmətli oxucular, biz sizi Q. Ağayanın aşıq sənətinə yiyələnməsi və 
Azərbaycan dilini öyrənmsi ilə bağlı əvvəllər göstərdiyimiz etirafla-
rına istiqamətləndirmək istəyirik. Nəhayət, Q. Ağayanın aşıq sənəti 
haqqında danışılan əsərlərinə müraciət etməyinizi də mümkün sayar-
dıq. Məsələn, Q.Ağayan şeir formaları haqqında danışarkən “Birinci 
və axırıncı söz türk dilindədir...” Yenə orada, “Aşıqlar və ovçular” 
adlı xüsusi bölmədə aşıqların deyişməsində deyilən və oxunan sözlə-
rin hamısının Azərbaycan dilində olması göstərilir. Görün Arutyun 
öz qəhrəmanının dili ilə nə deyir: “...O, qəribə adamdır. Digər aşıq-
lardan fərqli olaraq o, türk dilində oxumur. Onun mahnıları erməni 
dilindədir. Ancaq şeirin forması  əvvəlki tərzdə türk dilindəki kimi-
dir...” (Q. Ağayan. Proizvedeniya, t.3). Bir sözlə, onu bir şey təəc-
cübləndirirdi: görəsən, erməni aşıqlarından kimsə Azərbaycan dilində 
deyil, erməni dilində nəsə yarada bilərmi? 
Beləliklə, hörmətli oxucular, erməni aşıq məktəbi, bir qayda ola-
raq, ikidilli idi və Azərbaycan dili onun nümayəndələrinin yaradıcılı-
ğında, demək olar ki, aparıcı rol oynayırdı. 
Tamamilə təbii bir sual meydana çıxır: əgər erməni aşıqları Azər-
baycan dilində yazıb-yaradırdılarsa, deməli, onlar ya bizim dastan ya-
radıcılığımızın təsiri altında olmuşlar, ya da “Ensiklopedik lüğət”də 
(“Ensiklopediçeskiy slovar”) qeyd edildiyi kimi, onları XVII əsrdən 
etibarən aşıq adlandırmağa başlamışlarsa, onların xələflərinin yaradı-
cılığı nədən ibarət olmuşdur? 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə