Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə53/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   49   50   51   52   53   54   55   56   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
213 
sun Nadya adlı  rəfiqəsinə ehtiyac duyulmuşdur. O, yenə gözəl bir 
ifadə işlətmişdir: “Ka, Nadya”. Bunu isə tərcümə etdikdə “Var [bütün 
bunlar], Nadya” mənasını ifadə edir. Bu da sizin üçün “Kanada”. Bun-
dan sonra Avropanın ardınca erməni kəlamları ilə Şimali Amerika da 
fəth olunur. Adı çəkilən erməni “ixtiraçıları” çox sonralar mənimsə-
dikləri Qərbi Azərbaycan torpaqlarına qayıdırlar. Burada da bizi daha 
bir “orijinal” erməni kəşfi gözləyir. “Allah” adı bütün dünyaya mə-
lumdur. “Allahverdi” və yaxud burada azərbaycanlılar yaşadığı dövr-
dən qalan və Ermənistanda yaşayış  məntəqəsinin adını ifadə edən 
“Allah verdi” adı da belə başa düşülür. Əgər bu ermənilərin dəyişdiyi 
keçmiş 400 türk etimoloji adından biridirsə, onların mənşəyi də er-
məni versiyası ilə izah olunur. Məlum olur ki, bura gələn italyanlar 
yerli erməni bəstəkarının musiqisinə qulaq asmaq qərarına gəlirlər. 
Bu musiqidən həzz alan adamlar ucadan deyirlər: “ A lya Verdi”. Bu 
da “Elə bil Verdidir.” “Allahverdi” adı da buradan yaranmışdır. 
Ermənilərin etimoloji sərsəmlik nümunələrini qurtararaq, biz 
oxuculardan xahiş edirik ki, onlar nəticə  çıxarmaq üçün tələsməsin-
lər, çünki bu, hələ erməni absurdunun rekord zirvəsi deyil. Romalılar 
bunu təsadüfən təsdiq etməmişlər: “Mənim niyyətim mənim fəaliy-
yətimə ad verir”. 
K A M R A N  İ M A N O V 
 
214 
§7.  
Çar-sülalə absurdu və erməni                 
tarixşünaslığı haqqında 
 
Hörmətli oxucular! İndi siz “Ad absurdo...” “...Ab absurdum” 
tematik çeşidində erməniçiliyin növbəti absurdu ilə tanış olacaqsınız. 
“Absurd”un “mənasız söz”, “uydurma”, “yalan” mənası daşımasına 
baxmayaraq, onu bir-biri ilə o qədər də əlaqəsi olmayan ziyansız və 
mənasız söz yığını kimi qəbul etməyin. Ənənəyə görə, xatırladırıq ki, 
haqqında danışdığımız absurdlar müəyyən məqsəd güdür. Həmişə 
erməni cəfəngiyatının bir niyyəti olmuş və yenə də var: Azərbaycan 
torpaqlarına və onunla birlikdə onun sahiblərinin mədəni və qeyri-
mədəni irsinə iddialar irəli sürmək. Erməni rəvayətləri yalan 
uydurmalardan ibarət olduğuna görə, onları imkan daxilində elə 
qablaşdırmışlar ki, yalan tam yalan kimi görünməsin və  həqiqətə 
oxşasın. Yalan, saxtakarlıq, riyakarlıq, ikiüzlülük, yalan dəlillər, elmə 
oxşar sübutlar işə düşür. Hələ çox keçmiş zamanlarda demışlər: 
“Yazılı  şəkildə yalançılıq etmək  şifahi  şəkildə yalan danışmaqdan 
asandır.” Bəli, yazılı  dəlillər belə toplanır. Belə ki, absurd teatrının 
hər növbəti obrazcığazının məqsədi - “olduğu kimi görünməmək, 
istədiyi kimi təsəvvür olunmaq”dır, pis əməli ört-basdır etmək isə 
bacardıqca yaxşı bir obrazı korlamaqdır. Bütün bunlara görə, belə 
absurd müəllifləri qəti  şəkildə  əmindirlər ki, təcrübəsiz adamların 
“dərrakəsini mif təyin edir”. Əgər onları aldatmaq üçün yalan 
danışırlarsa, onda başqaları da aldandıqları üçün yalan danışacaqlar” 
(Kiçik Seneka). Belə ki, hörmətli oxucular, qeyd etdiyimiz kimi, bir 
absurd digərini yaradır, yəqin ki, biz “Absurddan...” “...Absurda 
doğru” səyahətimizi davam etdirəcəyik. 
Beləliklə, çar-sülalə absurdu və                           
erməni tarixşünaslığı haqqında 
Hörmətli oxucular, dövlətçilik qurulmadan çar sülaləsinin olması 
mümkün deyil. Sonuncu, yəni dövlətçilik tarixi xronikada hansısa bir 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
215 
yolla  əks olunmalıdır. Biz absurdu şərh etmək üçün erməni tarixi 
xronikasından başlayırıq.  
“İnsan özü və onun işi necədirsə, onun tarixi də elədir”. Erməni 
tarixinin atası Movses Xorenasi belə demişdir. Bu, tam həqiqətdir. 
Əvvəllər biz sübut etmişdik ki, M. Xorenasi erməni plagiatının ilk 
qaranquşudur. Ədalət naminə qeyd etmək lazımdır ki, M. Xorenasi-
nin ən böyük xidməti tarixi faktları saxtalaşdırmasıdır. Məhz onun ilk 
və davamlı uydurmaları sayəsində erməni xalqının tarixi əzəldən 
yalan və absurdlarla zəngindir.  
Əvvəlcə biz sizi M. Xorenasi haqqında XVIII əsr tarixçilərindən 
birinin Eduard Qibsonun sözləri ilə tanış etmək istəyirik: “(M. Xore-
nasi) yaxşı tarixçilərdən tələb olunan keyfiyyətlərdən heç birinə ma-
lik deyil”. Qibson bütün tarixçilərə tövsiyə edir: “ondan (M. Xorena-
sidən)  yalnız yaxşı tarixçilərlə razılaşdırılan  şeyləri götürmək olar” 
(kursiv bizimdir). Biz obyektiv olmaq üçün başqa bir görkəmli tarixçi 
Avqust Kariyerin 1896-cı ildə erməni tarixinin atası haqqında fikrini 
sitat gətiririk. O, Xorenasini nəzərdə tutaraq yazırdı: “Erməni alimlə-
rinin məlumatlarına inanmaq avamlıqdır. Ona görə ki, onların çoxu 
uydurmadır” (kursiv bizimdir). 
Ədalət naminə qeyd etmək lazımdır ki, uydurma tarix yaradılma-
sında kiçik paylarına görə M. Xorenasinin iki digər sələfinin, tarixçi 
Aqafanqel və Yeqişenin öz yerləri vardır.  
Şübhəsiz ki, istənilən xalq kimi ermənilərin də öz tarixi vardır. O, 
necə tarixdir? Bunlar haqqında qısa və müfəssəl məlumat 200 il bun-
dan  əvvəl F.Brokqauzun və  İ. Yevfronun redaktəsi altında çıxan 
“Ensiklopedik lüğət”də (F.Brokqauz, İ. Evfron, “Ensiklopediçeskiy 
slovar”, t.1)
 
şərh olunmuşdur. “Ermənilər demək olar ki, heç bir za-
man və ya yalnız çox qısa bir müddətdə bütöv bir dövlət kimi bir 
hökmdarın hakimiyyəti altında olmuşlar. Tarixi oçerkdə ermənilər – 
hind-avropa qəbiləsinin iran qolunun bir budağıdır. Ölkənin qədim 
tarixi demək olar ki, məlum deyil. Daşqın haqqında Moisey əfsanəsi 
ilə bağlı  qədimdə ölkənin şimal hissəsinə verilən “Ararat” adı mixi 
yazılarda və Herodotda rast gəlinmir. Qədim farslar bu ölkəni Armin 
K A M R A N  İ M A N O V 
 
216 
adlandırırdılar.  İndiki ermənilər tərəfindən düzəldilmiş tarix də  qə-
dim erməni milli abidələrinə  əsaslanmır. Onlar öz qədim tarixlərini 
Tövratın hekayələri ilə bağlayırlar, bu da onların çox sonrakı xristian 
mənşəliliyini sübuta yetirir” (kursiv bizimdir). Ermənilərin rəvayəti-
nə görə onların ölkəsi 4 böyük Fərat, Dəclə, Kür və Araz çayları axan 
qədim dünyanın mərkəzi imiş və İncil və Assuriya hekayələrinə görə 
Tufandan sonra o, ikinci dəfə  bəşəriyyətin beşiyi olmuşdur. Onlar 
Bibliyada xatırladılan Toqarmanın oğlu Haykı özlərinin əcdadı sayır 
və bunun sayəsində özlərini hayk, ölkəsini isə Hayastan adlandırır-
lar.” 
Hörmətli oxucular, gətirdiyimiz sitat bizə bir neçə  əhəmiyyətli 
nəticə  çıxarmağa imkan verir. Əvvəla, Ermənistan praktiki olaraq, 
heç vaxt öz milli müstəqil hakimiyyəti altında olmamışdır, çünki o, 
vahid dövlətçiliyə malik deyildi. İkincisi, Ermənistan “Tövrat”ın əf-
sanə və rəvayətlərini “tarixi mənbə” kimi təqdim edir. Bunu unutmayaq 
və elə həmin “Ensiklopedik lüğət”də Ermənistanla bağlı izahatla bir 
də tanış olaq. Məlum olur ki, (Böyük) Tiqran İsa peyğəmbərin ana-
dan olmasından 63 il əvvəl romalılara məğlub olur, ərazilərini və ey-
ni zamanda Antoni tərəfindən  əsir götürülən Artavaz adlı  oğlunu 
itirir. Bunların hamısı 117-ci ildə Trayanın Ermənistanı Roma əyaləti 
elan etməsi ilə başa çatır.  Ən  əsası budur. Belə  məlum olur ki, 
(Böyük) Tiqranın hakimiyyəti dağıdıldıqdan sonra Roma və yunan 
mənbələrinə  əsasən, erməni tarixçilərinin qəbul etmədiyi bir çox er-
məni çarlarına ad verilir. “...Bu fikir ayrılığı onunla izah olunur ki, 
erməni tarixçiləri yalnız əvvəlcə Ermənistanın Cənubi Mesopotamiya 
hissəsində, çox kiçik vilayətdə çarlıq edən, bu və ya digərləri onları 
rahat qoysun,- deyə romalılara, eləcə  də iranlılara vergi ödəyən 
Arsakilər [Ərsaklar] sülaləsinin davamçılarını tanıyırdılar. O vaxt 
əsl Ermənistan iranlılar və romalılar arasında nifaqa səbəb olmuş-
dur və  zərbəni erməni tarixçilərinin qəbul etmədiyi gah bu, gah da 
digər “çarlardan alırdı” (kursiv bizimdir). 
Hörmətli oxucular, buradan da bir nəticə çıxaraq. Məlum olur ki, 
“erməni çarları” hökmdar yox, təyin olunmuş canişinlər idilər. Yunan-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə