Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə61/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   57   58   59   60   61   62   63   64   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
245 
Azərbaycan aşıqları ozanların (uzanların) yaradıcılıq xəttini da-
vam etdirirlər, bu hamı  tərəfindən ümum qəbul edilmişdir. “Ozan –
uzan” və ”qusan” terminlərinin kifayət qədər oxşarlığı nə ilə bağlıdır, 
yoxsa bu, təsadüf nəticəsində əmələ gəlmişdir? 
Yenə erməni mənbələrinə müraciət edək və onların “qusan” ter-
minini necə şərh etmələrini araşdıraq. Akademik Açaryanın “Erməni 
etimoloji lüğəti”nə  əsasən, “qusan” sözü bir neçə  mənalarda işlənir. 
Birinci, “mimos”, yəni satirik, ikinci, “ifaçı” (çalğıçı, müğənni, mü-
şayiətçi)
 
və üçüncü, “tmbuq”-qadın ifaçı kimi verilmişdir. 
Bununla yanaşı, belə güman edilir ki, “qusan” sözü “qosan” pəh-
ləvi sözünə yaxındır. M.Ağayan isə erməni xalq ifaçılarını “qusan” 
adlandırır: “Bizim ermənilərin qədim musiqi alətlərindən biri “qos” 
adlanırmış, ancaq bizim dilçilər ona “mes tmbuq” (böyük tmbuq) adı 
vermişlər. Baxmayaraq ki, eyni ad altında müxtəlif musiqi alətlərini 
görürük. Deməli, “qus” sözü çoxmənalı ola bilər və onlardan biri də 
musiqi alətinin adıdır” (M. Aqayan, “Armyanskie qusanı i qusano – 
aşuqskoye iskusstvo”, Er. 1959). Xahiş edirik, onun daha geniş, həm 
də inandırıcı olmayan şərhinə diqqət yetirəsiniz. Təsadüfi deyil ki
məşhur erməni alimi – musiqişünası S. Malxasyans özünün “Erməni 
dilinin izahlı lüğəti”ndə birmənalı şəkildə izah edir ki, qusan sözünü 
yalnız pəhləvi “qosan” sözü ilə əlaqələndirmək olar (St. Malxasyans, 
“Tolkovıy slovar armyanskoqo
 
yazıka” Erevan, 1944). Bax beləcə, 
deməli, erməni mənşəli deyilsə, bu zaman pəhləvi mənşəlidir, ancaq 
heç cür türk mənşəli deyil! 
“Qusan” sözünə “yerli” erməni mənşəsi tapmaq cəhdlərinə  ən 
erkən erməni mənbələrindən başlanmışdır. Misal üçün, M. Emin 
“Qədim erməni eposu” (“Epos drevney Armenii”, M., 1850) əsərində 
erməni qusanları və yunan rapsodları arasında bir paralellik – bənzər-
lik aparmışdır. A.Zaminyan “Erməni  ədəbiyyatı tarixi”ndə (A.Za-
minyan, “İstoriya armyanskoy literaturı”, 1914) yazırdı ki, qusanlarla 
yanaşı, hələ vipasonlar da olmuşdur. O. Jamkoçyan və başqaları isə 
“Erməni xalqının tarixi”ndə (O.Jamkoçyan, “İstoriya armyanskoqo 
naroda”, Erevan, 1963) qusanları və vipasonları daha uzaqlara – b.e.ə. 
K A M R A N  İ M A N O V 
 
246 
IV – I əsrlərə, Haykazyan sülaləsi dövrünə aparırlar. Sadalananlar 
bununla bitmir, çünki Levonyan qusan yaradıcılığına ellin mədəniy-
yətində də “yer tapır.”  
Sən demə qədim yunan dövründə “mimos” adı erməni dilinə səhv 
tərcümə edilmiş və “qusan” şəklində səhv təqdim olunmuşdur (Levon-
yan, “Teatr v drevney Armenii”, Er.,1941). “Qusan” sözünə yerli mən-
şə tapmaq cəhdləri, onun kökünün qədimləşdirilməsi və nəhayət, onu 
necə olursa- olsun, “ozan” (“uzan”) sözlərinin Azərbaycan tələffüzu 
rakursunda izah edilməsindən qorumaq cəhdləri göz qabağındadır və 
bunun heç bir şərhə ehtiyacı yoxdur. Yalnız onu qeyd etmək lazımdır 
ki, Azərbaycan terminləri “ozan” və “qopuz” bir kökdən, yəni “uz”-
dan törəmişdir. “Uzlaşdıran”, “düzən”, qoşan da məhz uzanlar ol-
muşlar, yəni sözləri sətirlərə, sətirləri bəndlərə düzən məhz onlar ol-
muşlar. Bu gün həmin tərənnümçü-şairlərin varisləri aşıqlardır. Məş-
hur tarixçilərin – M.Artamonovun, Deginanın və başqalarının fikrinə 
görə, “qos”, “qus”, “us” – bütün bunlar Avropa mənbələrində türk-
dilli tayfaların adlarıdır. “Oğuzlar” da bu kökdən əmələ gəlmişdir. A. 
Komninin “Aş-quz” İncil çarlığı,
 
yunan “skuzes”, Assuriya “aşquzay”, 
babil “işquzay”,
 
yəni skiflər haqqında informasiyalar da buradandır. 
Ozan sənətini və irsini həm Azərbaycan aşıqları, həm qazax küy-
çiləri və  cırçıları, həm də türkmən baxşıları  və  qırğız akınçıları da-
vam etdirirlər. 
Sonda biz “uzan” sözünə gedib çatan “ozan” sözünün türk mən-
şəli olmasını çox aydın  şəkildə göstərən məşhur alim, akademik B. 
A. Qordlevskinin sözlərini veririk: “...zəngin paltarlı ozanlar və kob-
zarlar tambur (dombre), qopuz çalır, şəhərlərin alınmasına, bahadır-
ların igidliyinə aid şeirlər qoşur, köhnə oğuz qəhrəmanlarını xatırla-
yırdılar” (kursiv bizimdir) (B.A.Qordlevskiy, İzb. Soç., v 2-x tomax, 
M., 1960, a takje B.A.Qordlevskiy “Proisxojdenie osmanskoqo slova 
“Uzan”, M., 1930). 
 
Beləliklə, hörmətli oxucular, absurd elə buna görə absurddur... 
Hörmətli oxucular, ozan – aşıq yaradıcılığı hansı xalqa məxsusdur, 
onu kim kimdən götürmüşdür, “sələflərinin gedib ellin
 
mədəniyyə-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
247 
tinə çatmasına” baxmayaraq, erməni aşıqları  nəyə görə Azərbaycan 
dilində yazıb– yaratmışlar və bu dildə oxumuşlar, “ozan – uzan” və 
“qusan” terminlərinin oxşarlığı nədən yaranmışdır və bu və ya buna 
bənzər digər sualların cavabını özünüz çətinlik
 
çəkmədən tapa bilər-
siniz.  
  
 
 
 
 
 
 
 
 
 
 
  
 
K A M R A N  İ M A N O V 
 
248 
§10.  
Qəbiristanlıq absurdu 
 
Hörmətli oxucular, biz sizi həqiqətə uyğun olmayan erməni id-
diaları ilə tanış edir, erməni uydurmaları  əks olunan “Absurdo ...” 
“.... Ad absurdum” tematik silsiləsini davam etdiririk. Ənənəyə sa-
diq olaraq, xatırladırıq ki, “absurd” sadəcə mənasız söz yığını deyil, 
açıq-açığa tam müəyyən bir məna güdən yalan iddiadır. Absurdun 
təyinatı  əvvəlcədən ermənilərin məqsədi ilə - Azərbaycan torpaqla-
rına  ərazi iddiaları ilə bağlı olan bizim mədəni-tarixi və  əqli irsi-
mizin mənimsənilməsi və “erməniləşdirilməsi” ilə müəyyənləşdirilir. 
Təcrübəsiz insanlarda əslində olduğun kimi görünməmək təsəv-
vürü yaratmaq- ermənilərin uzun əsrlərdən bəri davam edən mif yara-
dıcılığı  və yalançı tarix quraşdırmaları buna xidmət edir və bunlar 
ermənilərin başqalarının ərazilərinə olan tamahına və onların özgələ-
rin intellektual nailiyyətlərini mənimsəmək iştahasına “bəraət qazan-
dırmalı”dır. Hər bir absurd erməni simbiozu ideyalarının daxılına 
növbəti “paydır”, burada gələcək məqsədlər mozaikasında keçmişin 
“əzəməti”nin yalançı dəlilləri və xüsusi hüquqa iddia bir-birinə sarın-
mışdır. Özü də üstünlüklərdən imtina etmək, hüququn pozulması 
kimi qiymətləndirilməlidir. 
Absurdlar uydurmanın kvitessensiyası olaraq hər bir uydurma 
kimi həqiqətə oxşamağa çalışır. Məlum olduğu kimi uydurma qar to-
pasına bənzəyir, nə  qədər uzağa diyirlənirsə, bir o qədər böyüyür. 
“Yalanı düşünən həqiqəti söyləməz”,- Henrix Mann belə demişdir. 
“İftiraçıları  qınamayanlar-onları  şirnikləndirirlər”, Svetoninin həmin 
kəlama qədimdən hazır “cavabı” belədir.  
Hörmətli oxucular! “...Absurddan...” “...absurda” bölməsi bu nə-
sihətə əməl edir və bir Şərq kəlamına uyğun olaraq, “Qəzəbə həlim-
liklə, pisliyə yaxşılıqla, yalançıya həqiqətlə qələbə çalacağıq”. 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə