E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
277
Atlar “Qərbə - Ponta, Romaya, Bosfora və Şərqə - İrana, Midiyaya,
Misirə, hələ Hindistana və Çinə də aparılırmış”.
Hörmətli
oxucular, yəqin ki, erməni dövlətçiliyi mövcud olma-
yan şəraitdə ixracatın nədən ibarət olduğunun mahiyyəti başa düşü-
ləndir. Ona görə atçılığa dair opuslar üzrə bəzi erməni müəllifləri hər
ehtimala qarşı qeyd edirlər ki, Ermənistan satellit kimi vergini atla
ödəyirmiş, xüsusən Əhəmənilər dövlətinin hökmdarı Daranın “yalnız
Ermənistan vergini atla ödəyirdi” yazısına müraciət edirlər. Oxucu-
lara xatırladaq ki, əvvəlki paraqraflarda qeyd edildiyi kimi, burada
söhbət b.e.ə. VI əsrdən, mütəxəssislərin çoxunun ümumi fikrinə görə,
ermənilərin Erməni yaylasında meydana gəldiyi vaxtdan gedir. Ermə-
ni “ayrarat at cinsi”nin adının bağlandığı Ayrarat vilayəti
Əhəmənilər
dövründə Fərat sahillərində
Əhəmənilər dövlətinin iki satrapiyasının
yerləşdiyi Van gölünün ətrafı ilə məhdudlaşırdı. Eləcə də xatırladırıq
ki, Ermənistan haqqında danışarkən,
biz məşhur erməni tarixçisi
Patkanova əsaslanırıq. O, Ermənistan adını siyasi yox, tam coğrafi
məfhum kimi başa düşürdü.
Bundan əlavə, ermənilər Kiçik Asiyanın (tarixi Türkiyənin)
avtoxton sakinləri deyillər, ermənişünasların ümumi rəyinə görə, on-
lar buraya Balkandan frikiya tayfalarının tərkibində Kimmerlər hərə-
katı dalğasında gəlmişlər. “Erməni xalqının tarixi”nin son nəşrində
məlumat verilir ki, Fəratın yuxarısındakı yerlərə xetlərin, xurritlərin
və luviylərin ərazilərinə Assuriya mixi yazılarında “muşku” və “urmu”,
yunan mənbələrində “arima”, sonralar isə “erməni” adlanan erməni
əcdadlarının dəstələri daxil olmuşlar. Bununla belə, təkrar edirik ki,
tarix elmi erməni yaylasında erməni tranzitinin dayanacağını b.e.ə.
VI-IV əsrlərə aid edir. Belə çıxır ki, ermənilər özləri ilə buraya say-
sız-hesabsız at ilxısı gətirmişlər, erməni atçılarının yazdığına görə, at
olmasa, əks halda onların Əhəmənilərə xərac ödəməyə imkanı olmaz-
dı. Əlbəttə, belə fikirlər absurddur. Bunun arxasınca yeni bir absurd
yaranır:
sən demə, Ermənistanda atçılığa “Amatuni knyaz nəsli”
cavabdeh imiş, “böyük torpaq əraziləri”, o cümlədən Şərur düzənliyi
onlara məxsus imiş. Bu da növbəti bir absurddur, ona görə ki,
hörmətli oxuculara bəllidir ki, kolonistlər-ermənilər Qafqazda yalnız
K A M R A N İ M A N O V
278
XVII-XVIII əsrlərdə görünmüşlər və onların Qafqaz torpaqlarına
kütləvi şəkildə yerləşməsi Türkmənçay müqaviləsindən sonra başla-
mışdır. Ancaq bu yalan iddia da hələ əldə edilən ən “rekord” yük-
səklik deyil. Sən demə, “Ermənistanda atçılıq üzrə ən böyük nailiy-
yətləri hərbi işdə istifadə olunan atların çoxaldılmasında qazanmış-
lar”, “erməni süvarisi isə Asiyada ən qüdrətlilərdən sayılırmış”. Təsa-
düfi deyil ki, bu süvarini “ayrudzi”, yəni demək olar ki, mifoloji
kentavrlar kimi “at adam” adlandırmışlar.
Bununla belə, erməni müəlliflərinin etirafına görə, Ermənistanın
növbəti dəfə işğal olunmasından və onun bir hökmdarın tabeliyindən
digərinə keçməsindən sonra ayrarat at
cinsinin genefondunda dəyi-
şikliklər baş verir. Mifik hərbi süvari də kömək etmir. Əvəzində
erməni opuslarında belə izah olunur ki, burada fayda “yeni erməni at
cinsinin yetişdirilməsi”ndən ibarət olmuşdur. Misal üçün, türk-səl-
cuqların erməniləri fəth etməsindən sonra “at üçün lazımi ləvazi-
matları - yəhəri, yüyəni olmayan, sadəcə kəndirlə keçinən türklər” öz
“böyük, güclü, dözümlü” və “demək olar ki, vəhşi atları” sayəsində
məşhur Qarabağ atlarının törəməsinə böyük təkan vermişlər. Yaxud
VIII əsrdə Ermənistan ərəblər tərəfindən işğal olunarkən, ərəb atların-
dan və erməni ayrarat madyanlarından “Vaspurakan və Kappadoki-
yada yetişdirilən yeni majak cinsi əmələ gəlmişdir”. Sən demə, bu iti
sürətli atlar “Baqratilər çar evinin çaparları” olmuşdur. XIII əsrdə
monqol- tatar hücumu isə “hərbi işlərdə istifadə olunan qardıman
atları”nın meydana gəlməsi ilə nəticələnir. Onlardan da “qrast”
cinsli- ağır çəkili erməni atları yaranmışdır və s. və i.a.
Atçılıq nağılı erməni
narrativinə tam uyğun sonluqla, məsələn,
oxuculara yaxşı tanış olan M.Xorenasidəki kimi çətin dövrlə və türk-
düşmən obrazının yaradılması ilə bitir. Məlum olur ki, erməni atçılı-
ğının ağır dövrü Osmanlı türkləri ilə bağlıdır. onların əsarəti altına
düşən ermənilərin “kağız üzərindəki” at cinsini təkmilləşdirmək im-
kanları olmamışdır. Türkiyə qanunları “xristianlara at sahibi olmağa”
icazə vermirdi, “Səfəvilərin əsarəti altında olan Şərqi Ermənistana da
isə ermənilər yeni at cinslərini təkmilləşdirməyi davam etdirirdilər.”
Ən qəribəsi də odur ki, məhz burada–Şərqi Ermənistanda, Səfəvilər
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
279
dövlətində Qarabağ atları təkmilləşdirilmiş, son həddə çatdırılmış-
dır... Belə çıxır ki, ermənilər Azərbaycanın Qarabağ atlarını İranda sax-
lamış və ərsəyə çatdırmışlar. Türklərin günahı üzündən elit “ayrarat,
qardıman və kriakup at cinsləri” yoxa çıxmışdır. Necə deyərlər, cins
at yoxdursa, erməni at seleksionerlərindən tələb etməyə bir şey də
yoxdur.
Gətirilən erməni absurdlarının bütün ardıcıllığını şərh etməyərək,
yalnız
bir məsələyə, “məşhur və güclü” erməni süvari qoşun məsələ-
sinə toxunacağıq. Bunun üçün baxaq görək 1974-cü ildə çapdan çıx-
mış “Sovet Hərbi Ensiklopediyası”nda süvari qoşun (kavaleriya) və
onun tarixi haqqında nə deyilir. Burada qeyd olunur ki, qədim dünya
ölkələrində süvari dəstələr yaranmamışdan əvvəl ikitəkərli döyüş ara-
balarından istifadə olunurdu. Qeyri-nizami ordunun bir növü kimi sü-
vari qoşun ilk dəfə Assuriya və Urartuda (b.e.ə. IX əsr), sonra isə
İranda (b.e.ə. VI əsr) yaranmışdır. Bu məlumatı 1973-cü ildə çapdan
çıxan “Böyük Sovet Ensiklopediyası” (“Bolşaya Sovetskaya Ensik-
lopediya”, 1973) da təsdiq edir, burada qeyd olunur ki, b.e.ə. IX əsr-
dən başlayaraq, Assuriya ordusu süvari dəstədən
fəal şəkildə istifadə
edirdi. Sovet ensiklopedik nəşrlərini ermənilərin keçmişdə qazandığı
“uğurlara” loyal olmamasında qınamaq olmaz. Bununla belə, nə bu,
nə də digər ensiklopediyalarda erməni süvarisi haqqında, üstəlik də
qədim dövrlərə aid heç nə yoxdur. Çox təbiidir ki, həm bu, həm də
digər ensiklopediyalarda Çingizxanın tatar süvarisi haqqında danışı-
lır, məsələn, BSE məlumat verir ki, Asiya feodal dövlətlərinin müha-
ribələrində Çingizxanın və onun varislərinin (XIII-XIV əsrlər) yün-
gül monqol-tatar süvarisi yüksək təşkilatçılığı və döyüşkənliyi ilə
fərqlənirdi, “... yaxşı at sürür, çox mükəmməl şəkildə yay atır, qılınc
oynadır və kəmənd atır... müharibə meydanında bacarıqla manevr
edir, yalandan geriyə çəkilir və pusqulardan istifadə edir, son zərbəni
vurmaq üçün güclü ehtiyat hissələri saxlayırdılar”.
Bununla belə, erməni mif yaradıcılığı aramsız yeni uydurmalar
yaratdığına görə biz artıq sizə tanış olan S.Ayvazyanın “Rusiyanın
tarixi. Erməni izi” (S. Ayvazyan, “İstoriya Rossii. Armyanskiy sled”,
M., 1988) kitabından onun daha “orjinal”
bir neçə absurd mühaki-
məsini misal gətirəcəyik.
K A M R A N İ M A N O V
280
Bu müəllifə görə, sən demə, məşhur erməni süvarisi ilk hərbi
sınaqdan hələ b.e.ə XVIII əsrdə qiksosların simasında qədim Misiri
fəth edərkən keçmişdir. Bütün bu əfsanələrdən savayı, bacarıqlı qik-
sos atlıları, daha doğrusu “erməni atlı döyüşçüləri” Misirə öz ayrarat
atlarını “gətirmişlər” və bu müəllif “sübut” edir ki, sonralar “
tanınmış
ayrarat ayğırlarının sayəsində ərəb, iran, ingilis, biatriy, axaltekin və
qalan at cinsləri yaranmışdır” (kursiv bizimdir).
Bax belə! Erməni
absurdunu daha qabarıq şəkildə təsəvvür etmək üçün qədim qik-
sosların kim olduğunu xatırlayaq. Qəbul edilmiş tarixi yanaşmaya
əsasən, b.e.ə. 1786-cı ildə gəlmə - qiksosların ordusu Misirə soxulur,
onu işğal edir və 200 il orada hökmranlıq edir.
Misirşünaslara görə,
bu, ”Misir tarixinin qaranlıq dövrü” idi (Q. Bruqş, “İstoriya faraonov”,
per. Q.Vlastova, Spb., 1880 ). İstinad etdiyimiz alman misirşünası
Bruqş qədim mənbəyi, daha dəqiq desək, tarixiçi Makefondan sitat
gətirərək, həmin gəlmələr haqqında məlumat verir: “onların hamısı
Qiksos, yəni – “çar-çoban” adlanırdı. “Çar-çoban” kimi bu son dərə-
cə qəribə adı hazırda belə izah edirlər ki, misirşünaslar
qədim tarixçi
Makefonun sözlərini hərfi mənada başa düşmüşlər. Qiksoslar köçəri,
süvari olmuşlar və hərbi işi yaxşı bilirlərmiş. Buli tarixi materialın
təhlili əsasında bu nəticəyə gəlmişdir ki, bu cəngavər köçəriləri qik-
sos deyil, “xekaut-xasut” adlandırmışlar ki, bu da “səhra ölkələrinin
hökmdarları” mənasını bildirir. Məşhur alim V.Avdiyev də “Qədim
Şərqin tarixi” (V. Avdiev, “İstoriya drevneqo Vostoka”, M., 1953)
kitabında bu fikri təsdiqləyir. Onlar sübut etmişlər ki, bu günə gəlib
çatan etnonim-əsil adın yunan dilində təhrif olunmuş formasıdır.
Sonuncu fikir, yəni onların köçəri tayfalar olması digər qədim tarixçi
İosif Flaviy tərəfindən də təsdiq olunur. Bruqş qiksosların Qədim
Misirə soxulmasını və oranı işğal etməsini belə təsvir edir: “
Makefo-
nun rəvayətinə görə, nə vaxtsa Şərqdən gələn vəhşi və qaba bir xalq
aşağı ərazidəki torpaqlara doluşur, öz şəhərlərində oturan yerli çar-
lara hücum edir, misirlilərin güclü müqaviməti ilə rastlaşmadan bü-
tün ölkəyə sahib olurlar... Sonra onlar öz aralarından bir çar seçir-
lər, onun adı “Salatin” və yaxud “Saltis”, ya da “Silitis” olmuşdur...
O, Setroit mahalında “Avaris” şəhərini tapır..., onu yenidən bərpa