Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə63/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   59   60   61   62   63   64   65   66   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
253 
çarlığı isə  Səlcuqların işğalına qədər qala bilmişdi. Hələ XIII-XIV 
əsrlərdə Alban renessansı dövründə Xaçinlı hökmdar Cəlal Sünik 
hökmdarı Orbeli ilə birlikdə  hərəkət edirdi. Alban nəsillərini etnik 
birlikdən savayı, qohumluq əlaqələri də bağlayırdı: Həsən Cəlalın oğ-
lu Qriqori Kiçik Sünikin sahibi idi, onun arvadı isə Orbeli nəslindən 
olan Sünik hökmdarının qızı idi. 
Buna görə XX əsrə  qədər Naxçıvan və  Zəngəzur torpaqlarında 
türklərlə yanaşı, alban əhalisinin qalıqları da yaşamışdır.  
Təsadüfi deyil ki, söz açdığımız Arazın o tayında İranda Cuqanın 
yanında alban kilsəsi olmuşdur və ermənilər  İranla qarşılıqlı razılıq 
əsasında özlərinə uyğun şəkildə restavrasiya edərək onu da ələ keçir-
mişlər. 
Naxçıvan diyarı XVI əsrdən, Azərbaycan Səfəvilər dövlətindən 
başlayaraq qızılbaşların qollarından biri olan Kəngərli tayfasının irsi 
mülkü olmuşdur. Kəngərli nəsli öz hərbi igidliyi və yüksək  şan-
şöhrəti ilə  məşhur idi. O, dövrünə bir çox məşhur simalar bağışla-
mışdı və ən qüdrətli nəsillərdən biri sayılırdı. Qarabağ xanlığı yara-
narkən Zəngəzur Qarabağla birlikdə xanlığın tərkibinə daxil olmuşdu.  
İndi isə, qısa tarixi ekskursdan sonra, hörmətli oxucular, alban 
qəbirləri üzərində qoyulan xaç daşlarına - daş xaçlara qayıdaq. Ermə-
niçilik albanlara məxsus olan digər sahələr kimi, onları da öz mədəni-
tarixi irsinə aid edir. 
Ancaq bundan əvvəl qısaca “erməni xaçkarı” terminin etimologi-
yası haqqında danışmaq istərdik. “Xaç” türk dilində olan sözdür, “kar” 
(fars dilində) isə “daş” mənasını ifadə edir. Təsadüfi deyil ki, “kar-
xana” sözü Azərbaycan dilindən tərcümə olunduqda “daş  qırılan” 
mənasını verir. 
Xaçkar və xaçdaşları qəbirüstü stellər və menqirlərdən ibarətdir. 
Əgər belə stelada xaç təsviri varsa, onda ermənilər deyirlər ki, bu, 
onların  əcdadlarının abidələridir. Bu absurd iddialar bilməməzlik 
üzündən yaranmamışdır. Məhz saxtakarlıq və uydurma elə burada 
gizlənir.  İş orasındadır ki, alimlərin apardıqları  ətraflı araşdırmalar 
erməni xaçkarları ilə (daş xaçlar) yanaşı, çoxlu alban xaçdaşlarının, 
K A M R A N  İ M A N O V 
 
254 
eləcə də daş xaçların və əlbəttə, müsəlman başdaşlarının (baş tərəfdə 
qoyulan daşlar) olduğunu inandırıcı  şəkildə göstərirmişdir. Hətta 
xristianlıqdan  əvvəlki dövrə aid buna bənzər başdaşlara da rast gə-
linir. 
Məlum olduğu kimi, orta əsr Albaniyasında bir çox memarlıq 
abidələri vertikal xatirə  işarə-stel və menqir şəklində düzəldilirmiş. 
Onlarda xaçla yanaşı, dünyanın dərk edilmə simvolikası: “səma sə-
viyyəsi”, “yer sahəsi”, “yeraltı dünya” əks olunurmuş. Albanlarda xaç 
obrazı daha çox dekorativ naxışlarla, bitki ornamentləri ilə bəzədilir-
di. İş ondadır ki, alban xaç daşları əvvəlcə iki, sonra isə üç dinin təsiri 
altında yaranmışdır. Alban xaç daşlarının erməni xaçkarlardan vacib 
fərqi və spesifikası da elə bundadır. Mütəxəssislərin fikrinə görə, er-
məni mifik-dini məzmunlu arxaik motivləri sıxışdıran və xaç təsviri-
nin üstünlük təşkil etdiyi erməni xaçkarları nisbətən stabil vəziyyətdə 
yaranmışdır. Kompozisiya cəhətdən alban xaç daşları başqa cür 
görüntüyə malikdir. Onların çox uzadılmış forması var, özü də hün-
dürlüyü üstünlük təşkil edir və uzunluğu enindən 2-5 dəfə çoxdur. 
Nəhayət, alban memorialları onu düzəldənlərin xristian və ya müsəl-
mançılığa sitayiş etməsindən asılı olmayaraq, xristian ikonoqrafiya-
sının motivlərini, müsəlman dekorativliyini və bütpərəstlik simvoli-
kasının birləşməsini əks etdirir. Onların unikallığı və başlıca xüsusiy-
yəti bundadır. Culfa, Arsax, Gədəbəy, Kəlbəcərdə və s. bu növ yüz-
lərlə xaç daşı nümunələrini göstərmək olar. 
Müsəlman başdaşlarına gəlincə, xaç təbii olaraq, naxışlı tərtibatı 
üstünlük təşkil edən Quran epiqrafikası ilə sıxışdırılmışdır. 
Ancaq maraqlısı odur ki, alimlər xaçların aypara və Quran yazı-
ları ilə birgə verildiyi keçid dövrünün xaçdaşlarını-başdaşlarını da 
tədqiq etmişlər. Bu, dinin, dini etiqadın dəyişdiyi dövr olmuşdur. Bu 
deyilənlərin əyani nümunəsi kimi Naxçıvan, Sünik və Basarkeçərdəki 
xaç daşları  və başdaşlarını göstərmək olar. Xüsusən, 1318-ci ildə 
köhnə Culfada kubar albanın qəbri üstündə qoyulmuş xaçdaşı buna 
nümunə ola bilər və ya IX əsrdə Sünikdə Martiros kəndi  ərazisində 
alban knyazına aid olan qəbrin xaçdaşı da bu qəbildəndir. Alban 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
255 
knyazı Qriqor Nerinin qəbri üstündə qoyulmuş daha böyük ölçülü 
belə bir xaçdaşı Basarkeçər rayonunun Məzrə  kəndində tapılmış  və 
tədqiq olunmuşdur. Bunların xarakterik xüsusiyyəti dağın üstündə 
bitən həyat ağacının - zəngin dekorlu xaçın olmasıdır. 
Leninakan  ətrafındakı başdaşlarının təsviri çox maraqlıdır. Yu-
xarı hissəsində altı  şüalı ulduz rozetkası vardır, onların üstündə isə 
Quran mətni ilə aypara çəkilmişdir. Bütün bunların altında isə xaç 
durur. Bu, dinin dəyişilməsi mərhələsini simvolizə edən, Azərbaycan 
başdaşları ilə əhatə olunmuş Azərbaycan başdaşı kitabələridir. 
Maraqlıdır ki, tədqiqatlar müsəlman başdaşlarının və xristian 
xaçdaşlarının, müxtəlif dini-bədii vasitələrinə baxmayaraq, vahid 
formada və simvolikada düzəldildiyini göstərmişdir. Onlar iki dinə 
etiqad edən eyni bir xalqın memorial yaradıcılığının xarakterik 
əsəridir. 
Alban xaçdaşlarının bu xüsusiyyəti ermənilər tərəfindən qəbul 
edilmir. Bu, aydındır, ona görə ki, əks halda onları, eləcə də Qafqaz 
albanlarının yaratdıqları hər şeyi əvvəlcədən ermənilərinki kimi elan 
etmək mümkün olmayacaq. 
Hörmətli oxucular! Qısaca olsa da, xaçkarlar, xaçdaşları və baş-
daşları haqqında məlumat aldınız, indi isə sizə mühüm bir amili-
başdaşları üzərindəki epiqrafikanı xatırlatmaq istərdik. Onların hey-
kəltəraşlıq və ya qəbir daşlarının üzərində yonulmuş heyvan təsvirləri 
ilə müşayiət olunması da qeyd olunmalıdır. 
Bildiyiniz kimi, başdaşı üzərindəki yazılar yazılı dəlillərdir. Əgər 
qədim qəbirlərin yazıları erməni absurdlarına “işləmirsə”, yalan id-
dialara ziddirsə, onda ermənilər onları hazırlanmış sxemə uyğun ola-
raq, çıxarır, istədikləri mətnləri yonur, ya da... onları sadəcə  məhv 
edirlər (bunlar haqqında  əvvəlki paraqraflarda danışmışıq). Misal 
üçün, hələ 1961-ci ildə elmlər doktoru Məşədi xanım Neymət tərə-
findən Zəngəzurdakı Urud qəbiristanlığı  tədqiq edilmiş  və buradakı 
başdaşları üzərindəki yazılar oxunmuşdur. Onu qeyd etmək istəyirik 
ki, bu alimin bütövlükdə Azərbaycana aid olan XII-XIX əsr  ərəb-
iran-türkdilli yazısı olan, o cümlədən Naxçıvan və Zəngəzur ərazilə-
K A M R A N  İ M A N O V 
 
256 
rindəki abidələr korpusunun yaradılmasında son dərəcə böyük xid-
məti olmuşdur. Tədqiqatlar zamanı üzərində “qoç” təsviri olan sandıq 
tipli nadir kitabələr aşkar edilmişdir. Zəngəzurun Urud abidələrinin 
Naxçıvanda, Laçında, Kəlbəcərdə, Mingəçevirdə, Yardımlıda və 
Kür-Araz çayları arasındakı digər müsəlman qəbiristanlıqlarında sax-
lanılan XV–XVII əsrlərə aid “Daş qoç” və “Daş at” heykəlləri ilə tam 
eyni olduğu müəyyən olunmuşdur. İki Urud başdaşının üstünə yazıl-
mışdı: “Biz alban nəslindənik”. Bu qəbirüstü daşlarda müsəlman 
adları, eləcə də Qurana aid yazılar olmuşdur. 
Xatırlatmaq istəyirik ki, Qafqaz Albaniyası dövründə Urud müəy-
yən müddət Orbeli alban nəslinə tabe olan Sisakların mülkü olmuş-
dur. Bu torpaqlarda erməni kökünü deyil, alban kökünü təsdiq edən 
çoxlu alban toponimləri vardır. Misal üçün, Zəngəzur ərazisindən axan 
çay “Aqzan” adlanır.  Şəkidə  və Ordubadda “Aqvanlı” kvartalları, 
Zəngəzurda isə “Aqvanlı” kəndi vardır. Qısası, biz “erməniləşdiril-
miş” rəvayətlər haqqında danışarkən, “Səlim karvansarayı” haqqında 
söz açmışdıq. O, burada, Füzuli və  Cəbrayıl rayonlarından, Zəngə-
zurdan, Ələyəzdən, Dərələyəzdən... keçən “İpək yolu”nda, Zəngəzu-
run Səlim aşırımında yerləşir. Ermənilər rəvayəti mənimsəyərək, hər 
yerdə iddia edirlər ki, bu karvansarayı onlar tikmişlər. Oxucuları mə-
lumatlandırmaq üçün bildiririk ki, Səlim aşırımındakı  dəniz səviy-
yəsindən 2410 m yüksəklikdə inşa edilmiş Böyük karvansaray 
İlhanidlərin dövründə, 1328-29-cu illərdə Abu Səid tərəfindən inşa 
olunmuşdur, həmin vaxt ermənilərin burada izi-tozu da yox idi. 
Karvansarayın giriş qapısının üstündəki yazıda göstərilir:  Əbu Səid 
Bahadır (bütün kainatın padşahı,  ərəblərin və  ərəb olmayanların 
(perslərin) hakimi, bütün xalqaların çarı Sultanın hökmranlığı döv-
ründə, Allah onun çarlığını  və hökmranlığını  əbədi etsin), iltifat sa-
hibi Çuşkab ibn Lavand ibn ... Şax Nur ibn ... 729-cu ildə (1328-
1329-cu illər)”. Saxtakarlığa sadiq qalan erməniçilik sonralar onun 
şərq tərəfindəki divara 781-ci il (1332) tarixi göstərilməklə erməni 
yazısı  əlavə etmişlər. Sonra erməni X.İ.Kuçuk-İonnasovun oxuduğu 
mətndən aydın olur ki, quraşdırılmış bu yazıda karvansarayın Orbeli 
nəslindən olan Çesar tərəfindən tikildiyi göstərilmişdir və s. Bu yalan 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə