Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə62/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   58   59   60   61   62   63   64   65   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
249 
Beləliklə, “qəbiristanlıq” absurdu 
Şərh olunan absurdun mahiyyəti “Qara məni basınca, mən qa-
ranı basım”, eləcə  də “oğru elə bağırdı ki, doğrunun bağrı çartladı” 
Azərbaycan atalar sözlərində çox gözəl ifadə olunmuşdur. Bu da do-
layısı ilə “günahı başqasının üstünə atmaq” cəhdini ifadə edir. Qara-
bağı işğal edən ermənilər bu torpaqda Azərbaycanın maddi-mədəniy-
yət abidələrini məhv edərək, son vaxtlar açıq  şəkildə Naxçıvan tor-
paqlarına iddia edirlər. Saxtakarların erməni qəbiristanlıqlarının dağı-
dılması haqqında ah-naləsi də buradan qaynaqlanır. Ermənilər tərə-
findən düşünülən “qəbiristanlıq” erməni informasiya müharibəsinin 
əsas elementi Naxçıvanda “erməni xaçkarlarının”-qəbirüstü başdaşla-
rın dağıdılmasıdır. Yaradılmış absurd həmişə olduğu kimi ikili və-
zifə daşımalı idi. Birincisi, Naxçıvanda “erməni kökü”nün olması 
fikrini təcrübəsiz insanların beyninə yeritmək və “Böyük Ermənis-
tan” həsrətini oyatmaqla keçmişdə guya buranın ermənilərin yaşayış 
arealı olduğunu xatırlatmaq idi. İkincisi, qəsdən xristian maddi irsini 
məhv edən “Azərbaycan barbarları”nın vandalizmi haqqında nağılı 
ortaya gətirmək idi. Hörmətli oxucular, bilirsiniz ki, belə damğalar 
yeni deyildir. Yalan və riyakarlıq, “əzabkeşlik” və ikiüzlülük adamın 
zəhləsini tökən erməni təbliğat maşınının işlənmiş metodlarıdır. Əv-
vəlki paraqrafların birində qeyd edildiyi kimi, bu cür absurdlar heç də 
zərərsiz deyil. Onlar kimə qarşı uydurulmuşsa, onların ləyaqət və na-
musunu tapdalayaraq, intellekt və mədəniyyətinə qəsd edir. Bir sözlə, 
birini qınayaraq, dolayısı ilə erməniləri tərifləyir və erməniçiliyin çox 
arzu etdiyi xəyali obrazın yaradılmasına göz  yumurlar. Baxmayaraq 
ki, qədim romalılar xəbərdarlıq edirdilər ki, “birinə  zərər yetirmək 
çoxlarını hədələmək deməkdir”, bununla belə, erməni böhtanı yalançı 
timsah göz yaşları ilə avropalıların da qapısını döyməkdədir... 
Absurd bu dəfə erməni mütəxəssisi Avo Katerçiyanın “Ermə-
ni, yaxud təhrif edilmiş Naxçıvan” kitabı ilə mayalanmışdır. Xahiş 
edirəm, erməni tarixçisinin kitabının hər hansı başqa cür düşüncəni 
rədd edən adına diqqət yetirin. O, köhnə Culfa (Cuqa) ərazisində qə-
dim erməni qəbiristanlıqlarının olduğunu iddia edərək və onun fik-
rincə, Naxçıvan torpaqlarının da bir hissəsi olduğu “Böyük Ermənis-
K A M R A N  İ M A N O V 
 
250 
tan” haqqında təsəvvürləri “inkişaf etdirir” və bu müəllif yaxın keç-
mişdə Azərbaycan tərəfindən həmin ərazilərdə qədim qəbirsitanlıqla-
rın planlı şəkildə dağıdılmasını “sübut edir”.  
Hörmətli oxucular, xatırladaq ki, köhnə Culfa (Cuqa) coğrafi 
cəhətdən Culfa və Naxçıvan arasındakı yolda, Arazın kənarında yer-
ləşir. Bura Azərbaycanla İran arasından keçən sərhəddir. Bu diyarda 
qış sərt, yay isə çox isti keçir, həm də bu yerin relyefi əkin sahələri 
üçün əlverişli deyil, hazırda burada beş yüz nəfərə qədər insan yaşayır. 
Culfa qəbiristanlığı isə demək olar ki, yaşayış məntəqəsinin 2-3 kilo-
metrliyində sərhəddə Araz boyunca çəkilən məftillərin yanında yerlə-
şir. Bu, əsas etibarilə müsəlman qəbiristanlığıdır. Ancaq hər hansı qə-
biristanlıqda olduğu kimi, yəqin, burada da adsız qəbirlər mövcud-
dur, xristianlara aid qəbirlərin olması da istisna deyil, çünki bu günə 
qədər Culfada sovet dövründə olduği kimi, ayrı-ayrı xristian ailələri 
yaşamaqda davam edirlər. Əlbəttə, istər çar Rusiyası, istərsə də Sovet 
dövründə SSRİ və İran arasındakı sərhədi dəqiqləşdirmək məqsədi ilə 
aparılan işlər nəticəsində qəbiristanlıq və abidələr dağıdıla və yoxa 
çıxa bilərdi (əgər həqiqətən olmuşsa). Bunlar təbii xarakter üzündən 
də baş verə bilərdi. Ancaq Azərbaycan qədim xaçkarlı qəbirlərin qəs-
dən dağıdılmasında təqsirləndirilir(kursiv bizimdir). 
Əgər bizə qarşı belə müstəvidə iddia irəli sürülürsə, onda bu tor-
paqda xaçkarlı qədim qəbirlərin olub-olmadığını, bir daha qeyd edi-
rik, qədim qəbirlərin olub-olmadığını, əgər olmuşdursa, onda onların 
mənşəcə kimə məxsus olmasını müəyyən etmək lazımdır. Bunun üçün-
sə, hörmətli oxucular, ənənəyə uyğun olaraq, qısa tarixi bir ekskurs 
etmək lazım gələcək. 
Əgər XVII-XVIII əsrlərdə ayrı-ayrı yerlərə  səpələnmiş erməni 
kolonistlərini istisna etsək, bəlli olduğu kimi, köçkün ermənilər Zən-
gəzurda olduğu kimi, Naxçıvanda da yaşamamışlar. Erməniçiliyin ta-
mahı buraların sərt iqlimini deyil, İrəvan xanlığınının geniş torpaqla-
rına göz tikmişdi. Təsadüfi deyil ki, onlar Qafqaza köçürülmə haq-
qında çar hökumətinin nümayəndələri ilə sövdələşərək, əsas şərt kimi 
Rusiya imperiyasının  İrəvan xanlığı üzərində tam nəzarət etməsini 
irəli sürürdülər. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
251 
Ona görə bir daha qeyd edirik ki, Türkmənçay müqaviləsinə qə-
dər (1828-ci il) Naxçıvan xanlığında və onunla həmsərhəd olan Zən-
gəzurda (Sünikdə) demək olar ki, ermənilər yaşamırdılar. Rusiya im-
periyası qoşununun Baş qərargahının bilavasitə ermənilərin köçürül-
məsi ilə məşğul olan polkovnik Lazarevə (milliyətcə erməni) verilən 
əmrində qeyd olunurdu: “Ümumiyyətlə, xristianları (erməniləri) Nax-
çıvana və  İrəvan vilayətinə  gəlmək üçün razı salın. Burada erməni 
əhalisinin sayının artırılması təklif olunur”(kursiv bizimdir.) 
Köçürülmə böyük vüsətlə hayata keçirilirdi. Özünüz fikirləşin: 
yalnız 1828-ci ildən 1830-cu ilə qədər ermənilərin tək-tük rast gəlin-
diyi Zəngəzurun və  İrəvan xanlığının  ən yaxşı torpaqlarına 40 min 
İran və 84 mindən artıq Türkiyə erməniləri köçürülmüşdü. Onların 
köçürülməsi və xüsusi mülklərin alınması üçün dövlət xəzinəsindən 2 
milyondan artıq pul ayrılmışdı. Bununla da bura köçən ermənilərin 
sayı 200 minə qədər çatmışdı. Başqa bir erməni generalı Ter-Qukasov 
1877-1879-cu illərdə 35 min köç arabası Türkiyə ermənisini Surmala 
qəzasına gətirmişdi və 1893-1894-cü illərdə buraya köçən ermənilə-
rin sayı 900 min olmuşdur. N.Şavrovun verdiyi məlumata görə, XX 
əsrin əvvəlində Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 
1 milyondan çoxu buraya çar höküməti tərəfindən köçürülmüşdür. Bu 
da, hörmətli oxucular, Naxçıvanı  və  Zəngəzuru asanlıqla  ələ keçir-
mək üçün erməni diktəsi ilə aparılırdı. Xüsusən tamamilə Azərbay-
can əhalisindən ibarət olan Naxçıvan xanlığı İrəvan xanlığının tərki-
binə daxil edilmişdi, çünki Eçmiədzin, Aleksandropol və İrəvan qə-
zalarında artıq köçkün ermənilər yaşayırdı. 
Erməni dövlətinin mövcudluğunun Azərbaycan torpaqları he-
sabına olması tarixi faktdır, 1918-ci ilin may ayında Tiflisdə müstə-
qil respublika elan olunanda, Ermənistanın paytaxtı yox idi, onun bü-
tün  ərazisi 700 min əhalisi olan İrəvan və Eçmiədzin qəzalarından 
ibarət idi. Ermənilər İrəvanı öz paytaxt kimi Azərbaycan Demokratik 
Respublikasından hədiyyə almış,  İrəvan quberniyasının digər qəza-
larını isə Antantanın sayəsində əldə etmişlər. Bundan əlavə, 1918-ci 
ildə bu respublikanın  əhalisi 1,5 mln. təşkil etdiyi halda, onun heç 
yarısı da erməni əhalisinin (700 min) payına düşmürdü. Buna baxma-
yaraq, onların Naxçıvan qəzasına, Zəngəzur torpaqlarına və Qarabağa 
K A M R A N  İ M A N O V 
 
252 
olan iddiası-iştahası kəsilmirdi. Xüsusən bolşevik obrazına bürünmüş 
erməni millətçiliyinin riyakar maskası və daşnak terroru da daha son-
ralar bu ərazilərin bir hissəsinin alınmasına imkan yaratd. 1918-ci ildə 
V. Lenin Naxçıvanın və  Zəngəzurun daşnaklara verilməsi haqqında 
dekret imzaladı. Yalnız N.Nərimanovun sovet hakimiyyətinin ünva-
nına etdiyi ultimativ tələb və bu torpaqda yaşayan Azərbaycan əhali-
sinin qəti etirazı, həmçinin Türkiyənin dönməz mövqeyi ona gətirib 
çıxardı ki, Türkiyə ilə sovet Rusiyası arasındakı 1921-ci il tarixli sa-
zişə əsasən yaradılmış Naxçıvan Muxtar Respublikası Azərbaycanın 
protektoratlığına verilir. Onun əvəzində  həmin ildə  Zəngəzur qəzası 
Azərbaycandan alınmış, 1922-ci ildə Dilican və Göyçə (Şərur-Dərə-
ləyəz) ərazilərini də Ermənistanın xeyrinə həll etmişlər, üstəlik, 1923-
cü ildə Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yara-
dılmışdır. Məhz bu yolla uydurma “Şərqi Ermənistan” həyata keçiril-
miş, məhz belə yolla Azərbaycan torpaqları hesabına torpaqsız Sovet 
Ermənistanı yaradıldı. Uydurma “Şərqi Ermənistan” isə Ermənistan 
dövlətçiliyinin yaradıldığı Azərbaycan torpaqlarını nəzərdə tuturmuş. 
Ona görə də erməni tarixi mənbələrində XVI-XIX əsr erməni xalqı-
nın tarixi altında Qarabağ, Gəncə,  İrəvan, Naxçıvan və  Zəngəzur-
Azərbaycan vilayətlərinin tarixi şərh olunur. Bu dövr çoxmənalı şə-
kildə erməni tarixinin “Eçmiədzin dövrü” adlanır (XV əsrdə patriarx 
taxtı Eçmiədzinə köçürüləndən sonra o, özünün Kiçik Asiyada qalan 
yeparxiyaları olmadan fəaliyyət göstərirdi). 
Hörmətli oxucular, ermənilər nə erkən, nə orta, nə  də son orta 
əsrlərdə Naxçıvan torpaqlarında olmamışlar. Ona görə burada qədim 
xaçkarlı erməni qəbirləri də ola bilməzdi. Lakin burada qədim müsəl-
man qəbirləri ilə yanaşı, xaçdaşlı xristian məzarları da olmuşdur. Bu, 
alban qəbirləri, alban məzarlığı, eləcə də islamı qəbul edən albanların 
basdırıldığı yer olmuşdur. Bax buna görə Naxçıvan həmişə Azərbay-
cana - Albaniyaya aid olan dövlətlərin: Sacidlərin, Salarilərin,  Şəd-
dadilərin, Atabəylərin, Qaraqoyunluların, Səfəvilərin tərkibində ol-
muş, çar müstəmləkəçiliyi ərəfəsində isə Naxçıvan xanlığı olmuşdur. 
Bir sözlə, onun Ermənistana heç bir aidiyyəti olmamışdır. Naxçı-
van və  Zəngəzur torpaqlarını özündə birləşdirən Sünikdəki Alban 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə