Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə58/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   54   55   56   57   58   59   60   61   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
233 
nədə  əsasən, Rusiya təbəəliyinə könüllü daxil olan Qarabağ xanlığı 
öz müstəqilliyindən məhrum oldu. 
Bu, Gəncə xanlığının Rusiyaya ilhaqının davamı olan tarixi dö-
nüş nöqtəsi idi. Göstərilən hadisələrin Azərbaycan və Rusiyanın son-
rakı tarixi ilə  əlaqəsi olmuşdur və Kürəkçay müqaviləsi Qarabağın 
bugünkü həqiqətlərində də özünü göstərmişdir. 
Qəribə olsa da, son vaxtlar Kürəkçayla bağlı erməni və bir sıra 
Rusiya nəşrlərində  hələ  də uydurmalarla qarşılaşırsan. Bunların bir 
hissəsi sovet dövründə hazırlanan erməni cəfəngiyatına gedib çıxır.  
Absurd uydurmaların mahiyyəti aşağıdakılardan ibarətdir. 
Birincisi, Qarabağ Rusiyaya erməni  əhalisinin yaşadığı hansısa 
erməni vilayəti kimi birləşdirilmişdir. 
İkincisi, Kürəkçay müqaviləsi ermənilərin təşəbbüskarlığı  və 
“səyi” sayəsində təşkil olunmuş və həyata keçirilmişdir. 
 
Hörmətli oxucular, qeyd etmək lazımdir ki, bu hələ o tarixi dövr-
də “Erməni məsələsi”nin Qafqaza gətirilməsinin siyasi sövdələşmə 
olması bizim yazılarımızda qeyd olunmuşdur. Rusiya sonralar burada 
erməni dövlətçiliyi yaratmaq üçün ermənilərin Türkiyə və İrandan bu 
torpaqlara köçməsinə imkan yaradır, ermənilər isə öz üzərlərinə on-
lara sədaqətli müttəfiq, “Rusiya və türk-müsəlman dünyası” arasında 
müasir terminologiya ilə desək, “bölgədə Rusiyanın forpostu” olmaq 
öhdəliklərini götürürlər. 
Yəqin ki, bu kütləvi erməni düşüncəsinə yeridilmiş siyasi mif ya-
radıcılığının çox maraqlı əlamətlərindən biri - Rusiyanın agenti kimi 
ermənilərin siyasi rolu haqqında təsəvvür idi. 
Belə düşünmək olar ki, keçmişdə və indi Ermənistan Rusiya ilə 
münasibətlərində hansı vəzifələri yerinə yetirmiş və yetirir, bu, onun 
öz işidir, onun başlıca mahiyyəti bu deyil. Vacibi odur ki, ermənilərin 
Kürəkçay müqaviləsi ilə heç bir əlaqəsi olmamışdır. 
Kürəkçaydakı “erməni izi” cəfəngiyatdan ibarətdir və keçmişdə 
Ermənistanın Rusiya qarşısında götürdüyü öhdəliklərin “müvəffəqiy-
K A M R A N  İ M A N O V 
 
234 
yətlə yerinə yetirilməsi”nin uydurulmuş sübutudur. Xüsusən də, söh-
bət Qarabağdan gedəndə. 
Bu tezisi müdafiə etmək üçün, hörmətli oxucular, həmişə olduğu 
kimi qısa tarixi bir ekskurs etməli, həm də müqavilənin mətninə kiçik 
bir izahat verməli olacağıq. 
Hər şeydən əvvəl, Kürəkçay müqaviləsi imzalanana qədər hansı 
tarixi hadisənin baş verməsi haqqında bir neçə fikirlə tanış olaq. 
Səfəvi imperiyasını müvəqqəti dirçəldən Nadir şahın ölümündən 
sonra onun şahlığı dağılır. XVIII əsrin ikinci yarısında Azərbaycan 
çoxlu müstəqil xanlıqlar və kiçik sultanlıqlar (23-ə yaxın)  şəklində 
qismən asılı feodallıqlardan ibarət olur. 
Bunlardan  ən güclüsü qısa müddət  ərzində ilk dəfə öz xanlığını 
dağılmış Nadir şahın imperiyasının keçmiş Qarabağ bəylərbəyliyinin 
qərb hissəsində yerləşdirən Cavanşir nəslindən olan Pənah Əli xanın 
yaratdığı Qarabağ xanlığı olmuşdur. Qeyd etmək lazımdır ki, Nadir 
şah öz hakimiyyəti illərində Qarabağ bəylərbəyliyinə o qədər də mər-
həmət göstərmirdi, çünki o, şahlıq taxtına əyləşəndə qarabağlılar ona 
tərəfdar olmamışdılar (Qarabağ tayfaları şahlıq taxtında yalnız Səfə-
vilər sülaləsinin nümayəndələrini görmək istəyirdilər, Nadir şah isə 
onlardan idi) O, şah elan olunandan sonra Qazax, Borçalı və Şəmsəd-
din ərazilərini valiləri ilə birlikdə Qarabağ bəylərbəyliyinin tabeliyin-
dən çıxardır və onları Kartli çarı Teymurazın tabeliyinə verir. O daha 
uzaqlara gedir, beş Qarabağ xristian məlikliyinə azadlıq verir, onları 
Qarabağın tabeliyindən çıxardır və müstəsna  şəkildə  şaha tabe edir. 
Beləliklə, hələ XV əsrdə Cavanşah Qaraqoyunludan “məlik” titulu, 
yəni məliklik alan Həsən Cəlali nəslinin 5 feodal qız xətti: Gülüstan, 
Çilaberd, Xaçın, Varand və Dizaq nisbi müstəqilliyə malik olur. 
Qarabağ xanlığının qüdrətli olması üçün Pənah Əli xan öz mər-
kəzi hakimiyyətinin möhkəmlənməsi istiqamətində bir sıra tədbirlər 
görür, eyni zamanda onun alban məlikləri tərəfindən tanınmasına nail 
olur. Pənah Əli xanın ölümündən sonra məliklərin yenidən Qarabağ 
xanlığına tabe olması siyasətini onun oğlu İbrahim Xəlil xan davam 
etdirir və buna nail olur. Şübhəsiz ki, feodal hökmdarlarına çevrilən 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
235 
alban məlikləri Qarabağ xanlığının tabeliyində qalmağı arzu eləmir-
dilər və öz katolikoslarının məktubları vasitəsi ilə Rusiyadan kömək 
umurdular, ancaq bu, onların müstəsna olaraq öz hakimiyyətləri, öz 
müstəqillikləri... üçün “Rusiyadan savayı heç kimdən asılı olmayan 
Albaniya vilayəti”nin yaradılması uğrunda bir mübarizəsi idi...” İmpe-
ratriça II Yekatrinanın dövründə çar rejiminin, qeyd olunduğu kimi, 
erməni çarlığı deyil, məhz Alban çarlığının yaradılmasına dair gizli 
planı çoxdan mövcud idi. Bu səbəbdən alban məliklərinə rus meylli 
“erməni çalarının” verilməsi heç bir tənqidə  sığmır. Görək bu gün 
saxtakarlıq necə  həyata keçirilir və növbəti absurd necə yaranır. 
“Pravoslav ensiklopediyası”nın “erməni apostol kilsəsi” (“Pravos-
lavnaya ensiklopediya”, (t.3, 2002), razdel “Armyanskaya apostols-
kaya serkov”) bölməsində Bozayan və K.Yüzbaşyanın müəllifliyi ilə 
şərh olunanlar modernləşdirilmiş absurd variantı formalaşdırılır. Mə-
lum olur ki, “...İran ərazisində, hər şeydən əvvəl, mərkəzi Qanzasar-
da (Arsax) yerləşən Alban katolikosatı Ermənistanın Rusiyaya birləş-
məsinə yönəldilən fəaliyyətini aktivləşdirmişdir. Yerevan, Naxçıvan 
və Arsax xanlıqlarının erməni din xadimləri  İran hakimiyyətindən 
canlarını qurtarmağa çalışırdılar” (kursiv bizimdir). Burada hər bir 
fikir absurddur, siyasi mif üzərində qurulmuşdur və mahiyyət eti-
barilə yalandır. Bu ərazidə heç vaxt mövcud olmayan Ermənistan öz 
din xadimləri və İrəvan, Naxçıvan xanlıqlarında olmayan pastvası ilə, 
eləcə  də mövcud olmayan Arsax xanlığı ilə Rusiyaya necə birləşə 
bilərdi? Yeri gəlmişkən, nə üçün Alban kilsəsi “Ermənistana işləmə-
yə başlayır?” Növbəti absurd qondarmaya aid nümunə: “1828-ci il 
Türkmənçay müqaviləsi ilə  Şərqi Ermənistan Rusiya imperiyasının 
tərkibinə daxil olur.” “Şərqi Ermənistan” nə olan şeydir? Bunu, yəqin 
ki, belə cəfəngiyatların müəllifləri bilərlər.  
Mürəkkəb siyasi vəziyyətə baxmayaraq, qısa tarixi zaman kəsi-
yində Qarabağ xanlığı müstəqil olur, onun kimdənsə asılı  və ya ki-
minsə təsiri altında olmadığı aydın görünür. İnanılmaz olsa da, həqi-
qətdir ki, bu faktın sənədli təsdiqi gec gəlir, daha doğrusu, öz təsdi-
qini “Gülüstan” müqaviləsində tapır, burada Rusiyanın təkidi ilə İran 
Qarabağa və Şimali Azərbaycanın digər xanlıqlarına olan iddiaların-
K A M R A N  İ M A N O V 
 
236 
dan  əl çəkir, çünki onlar Gülüstan müqaviləsindən hələ çox əvvəl 
müstəqil idilər. 
1801-ci ildə Şərqi Gürcüstan və ondan asılı olan Qazax və Şəm-
səddin sultanlıqları orada yaşayan Azərbaycan əhalisi ilə birlikdə Ru-
siyaya birləşir. Rusiya imperiyasının planı Azərbaycan xanlıqlarının 
Rusiyaya birləşdirilməsini nəzərdə tuturdu. Həmin plan Sisiyanov 
tərəfindən hazırlanmışdır. 
Əvvəlcə Car-Balakənin ərazisi ələ keçirilir, sonra da Cavad xan 
başda olmaqla əhalinin doqquz aylıq müqavimətinə baxmayaraq, 
Gəncə xanlığı da süqut edir. Bu hadisə 1803-cü ildə baş verir. Növ-
bədə Qarabağ xanlığı idi, ancaq I Rus-İran müharibəsinin başlanması 
bunun müddətini uzadır. Lakin 1805-ci ilin yazında Gəncə yaxınlı-
ğında Kürəkçay yaxınlığında düşərgə salan Sisiyanov yazılı  şəkildə 
Qarabağ xanlığının hökmdarı  İbrahim Xəlil xandan tələb edir ki, o, 
xarici siyasətdə öz yerini müəyyən etsin. Xan cavab verməli idi: o, 
kiminlədir -Rusiya, yoxsa İranla? Qeyd edək ki, bu sual ermənilər və 
yaxud Cənubi Qafqazda hansısa mövcud olmayan erməni hökmdarı 
qarşısında deyil, Qarabağ xanı qarşısında dururdu. 
Çıxılmaz vəziyyət və xanlığı saxlamaq arzusu İbrahimxəlil xanı 
Sisiyanovla görüşməyə vadar edir. O, oğulları və o vaxt Şəki hökm-
darı olan kürəkəni ilə Sisiyanovun yanına gəlir. Məhz burada mayın 
14-də Kürəkçay çayı üzərində İbrahimxəlil xan öz möhürünü vurur
Sisiyanov isə tarixə Kürəkçay müqaviləsi kimi daxil olan “And öhdə-
liyi”nə qol çəkir. 
Beləliklə, hörmətli oxucular, Qarabağ xanlığı Rusiyaya birləşir 
və hansısa mifik erməni vilayətinin məcburən Rusiyaya birləşməsi və 
onun səbəbləri haqqında heç nə yoxdur. 
Bununla belə, Qarabağ hökmdarı “And öhdəliyi”ni heç kəsin, xü-
susən, ermənilərin təsiri altında deyil, son dərəcə yaranan çıxılmaz 
vəziyyət və xanlığı saxlamaq istəyindən imzalamışdır. Şəxsi gücsüzlük 
və çar Rusiyasının torpaqları müstəmləkələşdirmə niyyəti ilə bağlı 
güzəştə getməyəcəyini aydın  şəkildə dərk etməsindən başqa, heç nə 
onu çətin vəziyyətə sala bilməzdi. Müstəqil bir hökmdar kimi, o, 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə