Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə54/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   50   51   52   53   54   55   56   57   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
217 
Roma mənbələrinin əksinə çıxış edən erməni tarixçiləri bununla razı-
laşmırlar. Bunu yadda saxlayaq və erməni salnaməçilərinə qayıdaq. 
Əvvəlcə özünü yunan kimi təqdim edən V əsr erməni tarixçisi 
Aqafanqel (Aqatanqexos) haqqında danışmaq istərdik. III-IV əsr ermə-
ni tarixi hadisələrindən, ilk növbədə ermənilərin xristianlığı  qəbul 
etməsi, Ermənistanda Sasanılərin parfiya Arşakilərinin hakimiyyətini 
əvəz etməsi, çar Trdatın dinə münasibəti haqqında (əvvəlki paraqraf-
lara bax) danışan Aqafanqel yalandan sübut etməyə çalışır ki, o, təlim 
almış Roma katibi olarkən, bunların  şahidi olmuşdur. Görün, onun 
haqqında erməni  ədəbiyyatı tarixinin bugünkü ataları “Erməni orta 
əsr  ədəbiyyatı” kitabında nə yazırlar: “Ancaq indi inandırıcı  şəkildə 
sübut olunmuşdur ki, bu əsər V əsr erməni müəllifinin qələminə məx-
susdur, guman ki, o, real həyatda mövcud olmuş Aqatanqexosun adı-
na çıxılmışdır. “Tarix”in bu günə kimi gəlib çıxan erməni mətni VII-
VIII  əsrlərin redaktəsidir” (“Armyanskaya
 
srednevekovaya literatu-
ra”, Erevan, 1986). Daha sonra göstərilir ki, müəllif əsl tarixi faktları 
aqioqrafik materialla (onun özündə olan yazılı  mənbələrdən istifadə 
etməsi istisna deyil), əfsanələrlə, eləcə də xalq rəvayətləri ilə birləş-
dirərək, tam bitmiş bir əsər yaratmışdır.” 
Saxta tarixə aid olan yalan arayışa haqq qazandırmaq lazımdır. 
Böyük tədqiqatçı R.Tompsona görə, yazılanlar V əsrin ikinci yarı-
sında tərtib olunmuş kompilyasiyadır. Bu kompilyasiya olunmuş 
opusun tam mətni, onun ən qədim  əlyazmasının tarixi XVII əsrlə 
XVIII  əsrin arasındakı dövrə aid edilir və  şəxsi kolleksiyada sax-
lanılır. Buna bənzər “tarixi orijinal”da bütün zəruri aksentləri yerinə 
qoyan alimin fikrinə diqqət yetirin: “Əsər yalnız ona görə müəmmalı 
deyil ki, o, yaddaqalan ənənələrdən və uydurma əfsanələrdən ibarət 
qəribə bir qatışıqdır. O həm də mövcud erməni versiyası ilə düz gəl-
məyən bir neçə dildə, müxtəlif redaksiyalarda mövcuddur” (kursiv 
bizimdir), R.Tompson, “Ermənilərin tarixinə giriş”, 1976  
Hörmətli oxucular, əgər sitat gətirilən alimə xas olan nəzakəti bir 
kənara qoysaq, bu zaman bizim qarşımızda erməni tarixinin daha 
yeni bir yalan nümunəsi meydana çıxar. Başlanğıc çətin deyil, Yeqi-
K A M R A N  İ M A N O V 
 
218 
şenin “Vardan və erməni müharibəsi haqqında” (“O Vardane i voyne 
armyanskoy”, AN Arm, 1971) başqa bir tarixi opusuna (o da V əsrə 
aiddir) baxaq (qədim erməni dilindən tərcümə edəni akad. İ.Orbeli, 
nəşrə hazırlayan K.Yüzbaşyan, müqəddimə  və qeydləri yazan K. 
Yüzbaşyandır, Yer., Erm. EA, 1971). 
Hər şeydən əvvəl, bu opusun görünüşünü “Erməni orta əsr ədə-
biyyatı”nın (“Armyanskaya srednevekovaya literatura”) müəllifləri-
nin baxışları ilə təqdim edək. 
“Yeqişenin  əsəri canlı  şahid qələmi ilə yaradılmış ilk etibarlı 
tarixi mənbədir...O, hadisələri məntiq və səbəb mövqeyindən yenidən 
təsəvvürə gətirir” (kursiv bizimdir). Doğrudan da, Yeqişenin bu əsə-
rində Sasanilər hakimiyyətinə qarşı V. Mamikonyanın (yadelli Ma-
miqun) başçılıq etdiyi V əsr erməni üsyanından danışılır. O da Aqa-
fanqeldəki kimi, “erməni gedişi” ilə, yəni müəllifin həmin hadisələri 
görməsi və  şahid olması ilə bağlayır. Doğrudan da, əsər iranlılara, 
həm də satqın sünikli işxana (albanlara) qarşı nifrət hissi üzərində 
köklənmişdir.  
Bu əsər əlyazması şəklində gəlib çıxmışdır. Onlardan ən qədimi 
XII əsrə, qalanları isə XIII-XVIII əsrlərə aiddir. 
İndi isə görək döstərilən bu tarixi opus müasir Avropa tarixşü-
nasları tərəfindən necə qiymətləndirilir: “Yeqişe iddia edir ki, o, he-
kayəsinin əsasını təşkil edən hadisələrin şahididir”,- R.Tompson belə 
qeyd edir. Sonra: “Yeqişenin iddiası öz-özünə qəbul edilə bilməz. İş 
ondadır ki, bu hadisələrin şahidi olduğunu təsdiq edən başqa adamlar 
tərəfindən yazılmış digər erməni tarixləri son zamanların  əsərləri 
kimi tanınmışdır”. Bu opusun tekstoloji təhlilini aparan R.Tompson 
bu nəticəyə gəlir: “...Yeqişenin tarixinin VI əsri qabaqlaması o qədər 
inandırıcı deyil.” (kursiv bizimdir) (R. Tompson, “Vvedenie v
 
istori-
yu Vardana i armyanskuyu voynu”, London, izd. Qarv. Univ., 1982). 
Göründüyü kimi, hörmətli oxucular, əgər sitat gətirilən alimin el-
mi etiketini götürsək, onda onların erməni tarixşünaslığı haqqında de-
diklərinin mənası  təxminən belə görünər: “Bir dəfə deyil, dəfələrlə 
yalan məlumat verən erməni tarixi opuslarına etibar yoxdur, çünki 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
219 
onlar sonra da “yalan yayacaqlar.” Bununla bərabər, qeyd etməliyik 
ki, yalanları  həqiqət kimi göstərən tarixi opuslar vasitəsi ilə erməni 
tarixşünaslığı bu “əsərin” uzun bir davamını işləyib hazırlamışdır. Bu 
davamlı tarixi serialda gen-bol uydurma və tarixi təhriflərlə yanaşı, 
xristian ideologemasına geydirilmiş “ günahımıza görə cəza çəkəcə-
yik” kimi bir çox öyüd və nəsihətlər vardır. Erməni tarixi opuslarının 
sxemi, təxminən belədir: “ermənilərin yaxşı  və  ləyaqətlə yaşadığı 
dövr “qızıl  əsr” dövrü olmuşdur, düşmən tərəfindən hücuma məruz 
qaldığı zaman əzabkeşlik və iztirab, inadkarlıq nümayiş etdirdikdə 
rəqib dəf olunmuş,  əks təqdirdə  məğlub olmuşlar.
 
Xüsusilə qeyd 
edirik ki, bu günə kimi erməni narrativləri tərəfindən yalan tarix 
fonunda gətirilmiş “düşmən obrazı” və “cəfakeşlik” mövcud erməni 
ənənəsinin bir hissəsidir və mif yaradıcılığı nümunələrinin qida 
mənbəyi sayılır. Bununla belə, etnosun “kollektiv yaddaşı” keçmişin 
süni  şəkildə eyni cür quraşdırılmış  məngənəsi arasındadır.  Əgər siz 
bugünkü erməni dərslikləri və tarixi monoqrafiyalarla, məsələn, 
1998-ci ildə Ermənistanda nəşr olunmuş Sarkisyan, Xudaverdyan və 
Yüzbaşyanın “Hayın davamçıları” (Sarkisyan, Xudaverdyan, Yüz-
başyan, “Potomki Xaya”, Arm. 1988) tarixi opusu ilə tanış olsanız, 
buna asanlıqla  əmin ola bilərsiniz. Bütün bunlar sovet dövründə  də 
baş verirdi. Keçmiş SSRİ-nin bir çox kinoteatrlarında  “non-stop”la 
nümayiş etdirilən “Ermənistan haqqında 7 nəğmə” filmi yada düşür. 
Bu filmin əsas ideyası uydurulmuş keçmiş, tarixi əfsanələr idi. Bu 
yerdə Floberin məşhur fikrini xatırlatmaq yerinə düşər: “...keçmiş 
bizi tutub saxladığına görə, indiki dövr bizdən uzaqlaşır”. Belə bir 
sual meydana çıxır: hansı səbəbdən? Bu suala Avropa alimi Qerzikin 
yaxşı bir cavabı var: “Ermənilərin çoxu özlərini vəhşi müsəlman asi-
yalıların arealında xristianların - mədəni “avropalılar”ın adası kimi 
görməyə üstünlük verərək, öz irslərində Yaxın  Şərq elementlərinin 
olduğunu inkar edirdilər (yenə də inkar edirlər). Hər biri (ermənilər) 
hazırda Ermənistan Respublikasının yerləşdiyi  əraziyə Türkiyədə, 
Gürcüstanda və Azərbaycanda itirilmiş torpaqların bir hissəsi kimi 
baxır və  həmin torpaqların qaytarılması ümidi ilə yaşayır” (Qerzik, 
“Ermənistan və ermənilər”, Smitin redaktəsi altında çıxan “Postsovet 
dövlətlərində milli məsələ” məcmuəsi, London, 1996, ingiliscə). De-
K A M R A N  İ M A N O V 
 
220 
məli, hörmətli oxucular, baxmayaraq ki, bu bizim seçimimiz deyil, 
ancaq yada salırıq ki: “başqalarını aldatdıqca, nəhayət, özün də alda-
nırsan”. 
Beləliklə, hörmətli oxucular, biz bu haşiyədən sonra “erməni 
Herodot”un – M. Xorenasinin tarixi cəfəngiyat uyduran sələflərinin 
kifayət qədər olduğunu təsdiq edərək, yenə M. Xorenasiyə qayıdaq.  
Məsələ ondan ibarət deyil ki, M. Xorenasi “Ermənilərin tarixi” 
əsərində tarixi uydurmalar yaratmaqda hamını keçmiş, mifik dövrlər-
dən başlayaraq, “yalanı... sistemləşdirib” bütöv erməni tarixi yarat-
mışdır. Birinci növbədə, M.Xorenasiyə bugünkü erməni mütəxəssis-
lərinin gözü ilə baxaq. O nəinki “V əsr erməni ədəbiyyatının böyük 
xadimi”, nəinki “erməni tarixinin atası”, o həm də “şairlərin və qram-
matikanın atası”dır (“Srednevekovaya armyanskaya literatura”, 1986). 
Sonra: “Xorenasiyə rasionalizm təfəkkürü və faktların qiymətləndiril-
məsində  tənqidi metod xasdır..., onları müqayisə etmək yolu ilə..., 
yalnız onlardan doğru saydığını öz əsərinə daxil edir”. Və ya: “Xore-
nasinin əsəri- ilk erməni tənqidi tarixidir, özlüyündə milli eimi tarixin 
tacıdır və dünya tarixşünaslıq  ədəbiyyatının görkəmli abidələrindən 
biridir” ( kursiv bizimdir). 
Hörmətli oxucular, belə  təriflərdən sonra ən  əsas məqsəd izah 
olunur: “Tarixi həqiqət axtarışında vətəndaşlıq cəsarəti və sağlam 
elmi fikir göstərərək, müəllif İncilin nüfuzunu belə möhkəm saymır”. 
Xorenasinin özü belə yazır: “... İlahi Kitablar, öz xalqını ayıraraq, 
başqa xalqların nifrətəlayiq, ləyaqətsiz və xatırlamağa layiq olmayan 
tarixini rədd edir.” 
Məlum olur ki, Xorenasi İncildən “küsərək”, “tənqidi yanaşdığı”, 
daha dəqiq  şəkildə desək, uydurulmuş  və  təhrif edilmiş bütpərəstlik 
dövrünün rəvayət və  əfsanələri hesabına tarixi düzəltmək qərarına 
gəlir. Bəs Xorenasinin xidmətləri nədən ibarətdir? Erməni tarixi “Nuh 
tufanından tutmuş Hayk mifinə  qədər” uydurulmuş, həm də erməni 
çarlarının, yeri gəlmişkən katolikosların siyahısı “düzəldilmişdir” 
(“İstoriya Armenii M. Xorenskoqo”, noviy perevod N. Emina, M., 
1893). 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə