Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə49/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   45   46   47   48   49   50   51   52   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
197 
za, birinci növbədə, qədim türk torpaqlarından Azərbaycan xanlıqla-
rının ərazilərinə nüfuz etdirilmişdir. 
Görün, “Böyük Sovet Ensiklopediyası”nın 3-cü cildindəki “Er-
məni məsələsi” məqaləsində (müəllif V.Qurko-Kryajin) nə yazmış-
dır: “...Rusiyaya gəlincə, o dövrdə o, Zaqafqaziyada ruslaşma siyasəti 
aparırdı  və Asiyada “ermənilərin müstəsna üstünlüklərə malik ola-
cağı”  ərazilərin yaradılması ideyalarına qarşı açıqdan-açığa etiraz 
edirdi. Erməni məsələsi Zaqafqaziyaya yönəldilirdi”. Bunu son dövr-
lərə aid erməni mənbələri də  təsdiq edir. 1971-ci ildə Yerevanda 
“Hayastan” nəşriyyatı  tərəfindən nəşr olunmuş tarixçi professor A. 
Arutyanın “1914-1917-ci illərdə Qafqaz cəbhəsi” adlı kitabında ya-
zılır: “Rusiyanın niyyəti, necə olursa olsun, türklər və kürdlər, bizim-
lə tatarlar (azərbaycanlılar) arasında yeni bir maneə yaratmaqdır”. 
Cənubi Qafqazda baş verənlər haqqında N. Şavrov böyük həyəcanla 
(Zakavkaziyada rus məsələlərinə yeni təhlükə: Muğanın  əcnəbilərə 
gözlənilən satışı, “Русское  собрание” nəşriyyatı, Peterburq, 1911) 
yazmışdır. S. Qlinkanın “Azərbaycan ermənilərinin Rusiya hüdudla-
rına köçürülməsinin təsviri” kitabı da bu deyilənləri təsdiq edir. 
1904-cü ildə Sankt-Peterburqda işıq üzü görən məşhur “Qafqaz (Rus 
işi və tayfalararası  məsələlər)” kitabının müəllifi Rusiyanın böyük 
vətəndaşı V. Veliçko “erməni məsələsinin” törədə biləcəyi fəsadlar 
barədə  xəbərdarlıq etmişdir. Ancaq Zaqafqaziya torpaqlarının zəbt 
olunması və erməniləşdirilməsi dayanmırdı. N. Şavrov təəccüb içəri-
sində belə yazırdı: “gəlmə publisist bir şeyi araşdırmağı  təklif edir: 
Rusiya hökuməti Qafqazda Rusiyanı, yoxsa Ermənistanı yaratmağa 
çalışır?”  
S.Qlinka hələ I Pyotrun zamanında ermənilərin Rusiya siyasə-
tində rolunu xüsusi olaraq qeyd etmişdir. Ancaq bunu V. Veliçko da-
ha dəqiq ifadə etmişdir: “...rus torpaqlarında “çarlıq” arzusu sönmür, 
getdikcə daha da qızışır. Türkiyədə belə bir ərazi yox idi, ona görə də 
o, süni şəkildə Zaqafqaziyada yaradılmışdır”. Sonda həmin Qurko-
Kryajin “Yeni Şərq“ adlı mətbu orqanında (“Novıy Vostok”, N16-17, 
Nauçnaya Assosiasiya Vostokovedeniya Soyuza SSR, 1927) aşağıda-
kıları qeyd etmişdir:  “Şübhəsiz ki, Sovet Ermənistanının rəmzi  İrə-
K A M R A N  İ M A N O V 
 
198 
vandır. O, gildən və palçıqdan tikilmiş boz rəngli uzun hasarları və 
divarları arxasından görünən tünd-yaşıl rəngə çalan bağları, açıq-
mavi rəngli məscidləri olan tipik İran [Azərbaycan kimi oxumaq 
lazımdır] şəhərciyidir” (kursiv bizimdir). 
Hazırkı Ermənistanın mərkəzi keçmiş  İrəvan xanlığından başla-
mışdır. Buna nail olmaq üçün onların düşünülmüş məkrli yolları var 
idi, həmin üsulları erməni kilsəsi çox səylə həyata keçirirdi. Bu yer-
lərdən türk izini
 
“silmək”, həm də bu torpaqlara “naməlum albanlar”-
ın deyil, ermənilərin müstəsna hüquqlarının olduğunu sübut etmək 
lazım idi. 
1836-cı ildə erməni kilsəsinin yüz illər boyunca ətraflı  şəkildə 
düşünülmüş istəyi həyata keçmişdir: Çar Rusiyasının və Müqəddəs 
Sinodun xüsusi qərarı ilə xristian aləmi tarixində Alban apostol kilsə-
sinin ləğvi kimi bənzəri olmayan qərar qəbul edilir və erməni – qri-
qorian
 
kilsəsi haqqında əsasnamə qəbul edilir. Bununla da Alban kil-
səsi müstəqillik hüququndan məhrum olur, Alban katolikosu rütbə-
sini itirir, dəftərxana arxivi ləğv olunur, yepiskopluq erməni kilsəsinə 
tabe etdirilir. Erməniçiliyin buna necə nail olmasını, onun riyakarlığı 
və ikiüzlülüyünü, Rusiyanın Arsaxda Alban Apostol kilsəsi ətrafında 
alban dövlətçiliyinin yaradılması planına maneçilik etməsini, sonra 
isə onun (kilsənin) pravoslav postvasına
 
çevrilməsi niyyətlərini sübut 
edən bir çox dəlillər vardır. Ermənilərin bu axtarışı haqqında böyük 
gürcü mütəfəkkiri İ.Çavçavadzenin “Erməni alimləri və ağlayan daş-
lar” (“Armyanskie
 
uçyonıe i vopiyuşie kamni”) əsərində gözəl yazıl-
mışdır. Erməniçilik nəinki bütün alban xalqına müharibə elan edir, o 
eləcə  də gürcü kilsəsinin müstəqilliyinin ləğv edilməsinə  və onun 
Rus pravoslav kilsəsinin tabeçiliyinə verilməsinə nail olur. Bununla 
da, Qafqazda tək bir müstəqil erməni xristian kilsəsi qalır. İnanılmaz 
olsa da, ancaq faktdır. Alban kilsəsinin ləğv edilməsı və onun maddi-
mədəni irsinin ermənilərin ixtiyarına verilməsi ilə  əlaqədar olaraq, 
albanların erməni kimi sayılması qeyd olunurdu (kursiv bizimdir).  
Beləliklə, yüz illər boyunca davam edən satqınçılıq, böhtan, ya-
lan hesabına və yad ölkələrin təhrikçiliyi ilə xristian albanlara qarşı 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
199 
alçaldılma, trasformasiya siyasəti qanuni şəkil alır. Bu, alban yazısı-
nın  əlyazmalarının, ziyarətgahların fiziki cəhətdən məhvi, kilsələrdə 
alban epiqrafikalarının pozulması  və alban etnosunun bütün mədəni 
irsinin dağıldılmasının başlanğıcı idi. Hörmətli oxucular, nəzərə alın 
ki, bu barbarlığı xristian ermənilər xristianlara- albanlara qarşı törə-
dirdilər. Alban kilsəsinin dini abidələri və onların epiqrafikası uzun 
müddət türk-müsəlman etnik elementləri əhatəsində olmuş və onların 
hökmranlığı müddətində tolerantlıq sayəsində yüz illər boyunca tam, 
toxunulmamış  şəkildə saxlanılmışdır. Hətta bir çox xristian alban 
ziyarətgahı müsəlman əhalisinin də müqəddəs ibadət yeri idi. XIX əs-
rin axırında qriqorianlaşdırma və alban din xadimlərinin erməniləşdi-
rilməsi faktiki olaraq bitəndən sonra erməni dilində cap olunmuş 
“Arsax” əsərinə (erməni kilsəsinin yeparxiyasının yepiskopu, mənşə-
cə alban olan M.Barxudarov) müraciət edək. Müəllif Arsax monastır-
larının siyahısını misal gətirərək yazırdı: “Şahidlərin dediyinə görə, 
hələ 1828-ci ildə bu monastırlar gediş-gəlişli və abad vəziyyətdə idi.” 
Həmin müəllifin verdiyi məlumata  əsasən, ancaq XIX əsrin sonuna 
yaxın alban monastırları dağıdılır, bir sözlə, daha alban xristian əha-
lisinin dini ünsiyyət mərkəzi kimi fəaliyyət göstərmirdi. M. Barxuda-
rov qeyd edir: “...1828-ci ildən sonra monastırlar tədricən zəifləməyə 
başlayır, nəzarətsiz qalır, rahib qrupları  ləğv olunur və onların çox 
hissəsi dağılmağa başlayır...” Daha sonralar, XIX əsrın axırında “heç 
bir vilayətdə Arsax vilayətində olduğu qədər ziyarətgah və ibadət 
yeri olmamışdır. Bununla belə, heç bir vilayətdə də monastır və ziya-
rətgahlar Arsaxdakı qədər maddi və mənəvi cəhətdən şərəf və şöhrət-
dən məhrum olmamışdır.” Bir sözlə, “qədim xristianlıq abidələri xa-
rabalıq içərisində idi”. Bütün bunları - alban abidələrini, alban dilini 
və yazısını  məhv edib erməniləşdirməyi və Qafqazda silinən tarixi-
mədəni
 
irsin yerini özününkü ilə doldurmağı erməni kilsəsi çox usta-
lıqla və məqsədyönlü şəkildə həyata keçirirdi. Ermənilər bütün epiq-
rafikanı - alban kilsələrinin və monastırlarının divarları üzərindəki 
yazıları  məhv edir, onları erməni yazıları ilə  əvəz edirdilər. Alban 
kilsələrinin bir hissəsi, sadəcə olaraq erməni kilsəsinə uyğunlaşdırıl-
mış və 1828-ci ildən sonra yeni alban monastırı tikilməmişdir. Alban 
K A M R A N  İ M A N O V 
 
200 
dini abidələri ermənilərinki ilə əvəz olunmuş, alban dilində incilin is-
tifadə olunmasına qadağa qoyulmuş, eləcə də alban dini kitabları ləğv 
olunmuş, erməni kitabları ilə dəyişdirilmişdir. 
Hörmətli oxucular! Sizin diqqətinizi bizim maddi-mədəni irsi-
mizi mənimsəmək üçün erməni saxtakarlarının istifadə etdiyi əhə-
miyyətli bir fakt üzərinə yönəltmək istəyirəm. Bunun haqqında prof. 
A.Yampolskinin “Qədim Albaniya bizim e.ə. III-I əsrlərdə“ (“Drev-
nyaya Albaniya III-I vv. do n.e.”) əsərində çox gözəl yazılmışdır. O 
bildirirdi ki, xristianlıq Albaniyanın dövlət dini elan olunduqdan son-
ra bir çox dini ayin yerləri xristianları özünə cəlb edir. Onlar sel kimi 
axışıb gəlirdilər. Köhnə pirlərin, mistik ibadətgahların yerində xris-
tian monastırları və kilsələri meydana gəlmişdir. Misal üçün, Naxçıvan 
Respublikasında  əvvəllər pir kimi fəaliyyət göstərən Qızılvəng mo-
nastırına gedirdilər. Kəlbəcər rayonunda Armudtala yaxınlığındakı 
mağara-pir isə “mağara-məbədə” çevrilir. Eləcə də Sos kəndinin ya-
xınlığındakı pir xristianların müqəddəs insan kimi tanıdığı Surb 
Yeqişenin (Müqəddəs Yelisey) adını daşıyır. Buna bənzər hallarla 
Ağoğlan və Qala Qerqes pirləri də üzləşir. Belə misalları çox gətir-
mək olar. 
 Erməni katolikosu Yeqiya xəlifənin qoşununun köməyi ilə Al-
ban xristian kilsəsini özünə tabe etdikdən, yəni VIII əsrdən sonra pir-
lərin xristianlaşdırılması erməni-qriqorian çaları alır. Lakin müsəl-
manlar (islamı qəbul edən insanlar) və xristianlar (islamı qəbul etmə-
yən albanlar) xristianlıqdan və islamdan əvvəlki dövrlərin  ənənələ-
rinə əməl edərək, eyni bir pirə gedirdilər. 
Müsəlmanlar pirlərin yanında məscid və xanəgah tikirdilər. Onla-
rın leksikasında xristianlar erməni-qriqorianlara oxşadılırdı. Azərbay-
candakı bir sıra qədim xristian abidələrinə erməni adları verilirdi. 
Məsələn, Quba rayonunun Şudux kəndi yaxınlığındakı  qəbiristanlıq 
və yaxud “Spitak-xaç” piri dediklərimizə aiddir. 
Bununla yanaşı, əvvəllər xristianlaşdırılmış köhnə pirlərin müsəl-
manlaşdırılması da gedirdi. Burada xristian simvolları olduğu halda, 
ərəb əlifbası ilə dini müsəlman adları yonularaq yazılırdı və pirlərin 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə