Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə46/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   42   43   44   45   46   47   48   49   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
185 
Beləliklə, Albaniyanin ədəbi irsinin 
mənimsənilməsi ilə bağlı absurd 
Görün, Ermənistan EA-nın M. Abeqyan adına Ədəbiyyat İnstitu-
tunun nəşriyyatı tərəfindən buraxılmış “Erməni orta əsrlər ədəbiyya-
tı”nda nə yazılmışdır: “Əgər biz desək ki, V əsr erməni  ədəbiyyatı 
dünya ədəbiyyatının bu günə kimi aşılmamış sirlərinə daxildir, çətin 
ki, səhv etmiş olarıq...”. Əlbəttə, buna bənzər iddialara “erməni ədə-
biyyatı dünyanın ən qədim ədəbiyyatlarından biridir” və bütpərəstlik 
dövrünü istisna etməklə, tarixi V əsrdən başlayan və yaşı 1600 ilə bə-
rabər olan, bəşər mədəniyyətinin beşiyi sayılan ədəbiyyatdır” – kimi 
iddialarla bir araya gəlir. Hətta bu ədəbiyyat qədim M. Maştosun 
dövründən mövcud olan qədim erməni hərfləri ilə yazılmışdır. Dil-
çilər bu “hərflərin mükəmməlliyi haqqında dəfələrlə fərəhlə danışmış” 
və onu “öz dövrünün ən mükəmməl fonetik yazısı hesab etmişlər” 
(Əvvəlki paraqrafda bu məzmunda ətraflı söhbət getmişdir). Bir söz-
lə, erməni ədəbiyyatının xüsusi “beynəlxalq dəyəri” və “dünya ədə-
biyyatında parlaq yeri” vardır və s. 
Bununla bərabər, erməni tarixi mənbələrinə əsasən, Emənistanın 
V əsrə aid olan ədəbiyyatı, bir qayda olaraq, tarixi nəsr, səlnaməçilik 
və yaxud M. Abeqyanın müəyyənləşdirdiyi kimi “kilsə-siyasi müba-
rizə ədəbiyyatı” olmuşdur. Əgər biz o dövrkü erməni ədəbiyyatı nü-
munələrinin içindən M. Xorenatsinin özününküləşdirdiyi rəvayətləri 
çıxarsaq, onda Aqatanqexosun, Buzand Pavstosun, M. Xorenatsinin 
özünün, Koryunun, Yeqişenin, Parbesin və başqalarının yazdıqlarının 
mahiyyətcə tarixi xronika olduğunu görərik. Bu mənzərə, eləcə  də 
VI-IX əsrə aid olan “Orta əsr ədəbiyyatı”na – ermənilərin mənimsə-
dikləri və onlarla heç bir əlaqəsi olmayan (əvvəlki fəsillərdə bu ba-
rədə söhbət getmişdir), ancaq erməni müəllifinin, Sebeosun, Gevon-
dun və digərlərinin  əsəri kimi təqdim olunan M. Kalankatuklunun 
“Alban tarixi” adlı əsəri üçün də səciyyəvidir. Bunların hamısı tarixi 
xronikadır. Həmin sırada “Dəvtəl Kertoq”un poeziyası – VII əsr “er-
məni şairinin poeması” meydana çıxır. “Orta əsr erməni ədəbiyyatı” 
kitabında (1984-cü il) M. Kalankatuklu “məşhur erməni tarixçisi” ki-
K A M R A N  İ M A N O V 
 
186 
mi təqdim olunmuşdur, Dəvdək isə “xristianlıq dövrü erməni poezi-
yasının məşhur şairi” kimi verilmişdir. 
Ancaq mənbələrin göstərdiyinə görə, M. Kalankatuklu və Dəvdək 
alban mənşəlidirlər. Deməli, nəinki alban nəsr əsərləri, eləcə də poe-
tik əsərlər, o cümlədən M. Kalantuklunun “Alban tarixi” əsəri sayə-
sində məşhur alban şairi Dəvdəkin Mehranilər sülaləsindən olan bö-
yük alban knyazı Cavanşirin ölümünə yazılmış mərsiyəsi də oğurlan-
mış  və erməniləşdirilmişdir. O, elegiyanı alban dilində yazmışdır. 
Təbii ki, o, M. Kalankatuklunun “Alban tarixi” ilə birlikdə erməni 
dilinə tərcümə olunmuşdur. Erməni elmi ictimaiyyəti Dəvdəki erməni 
millətinin nümayəndəsi kimi göstərir və bunu elegiyanın müasir döv-
rə qədim erməni dilində (qrabarca) gəlib çıxması ilə əsaslandırır. On-
lar elegiyanı bir çox dünya dillərinə tərcümə etmiş və Dəvdəki “xris-
tianlıq dövrünün birinci kübar erməni  şairi” təqdim etmişlər. Erkən 
orta əsr erməni tarixşünaslığına ədəbiyyat və poeziyanın əlavə olun-
ması istəyini bir kənara qoyaq. Qısası, bu istək M. Abeqyanın açıqla-
ması ilə təsdiq olunur. Görün o nə yazır: “bu növə aid olan və bu gü-
nə  qədər saxlanılan yeganə poemadır” (М.Абегян, «История древ-
неармянской литературы», Ер., Изд. АН Арм., 1975). 
Yuxarıda şərh edilmiş məntiqi metoda əsasən, şərti olaraq qəbul 
edək ki, Dəvdək erməni şairidir. Buradan belə nəticəyə gəlmək olur 
ki, “erməni” şairi etnik cəhətdən ona yad olan bir şəxsin, daha doğ-
rusu yad ölkənin hökmdarının ölümünə “mərsiyə” yazır. O, özündən 
sonra hansısa bir əsər qoymuşdurmu? Daha dəqiq desək, o, “doğma 
erməni etnosu üçün” nə isə yaratmışdırmı? Məlum olur ki, onun 
“doğma erməni dilində” heç nəyi qalmadığı halda, erməni tarixşünas-
lığı az məşhur olan “erməni” müəllifinin əsərlərini qorumağa müvəf-
fəq olmuşdur. Belə çıxır ki, “erməni” Dəvdəkin “mərsiyə”sindən baş-
qa onun ədəbi irsində digər etnosun (albanların) kədərlə dolu prob-
leminə həsr olunmuş heç nəyi yoxdur. Nəticə olaraq, şərti qəbul edil-
miş erməni variantında da şübhələr meydana çıxır. Onlar Dəvdəyin 
erməni  əsilli olduğunu “əsaslandırmaq” üçün “mərsiyə”nin erməni 
əlifbasının 36 hərfindən istifadə edərək yazılması ilə əlaqələndirirlər. 
Onların iddiasına əsasən, bu nəinki Dəvdəkin erməni əsilli və şeirlə-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
187 
rin erməni dilində olmasını təsdiq edir və hətta onun poeziyasını bizə 
çatdıran M. Kalankatuklunun “Alban tarixi” əsərinin ermənicə yazıl-
dığını göstərir. Belə çıxır ki, mənbə ermənilərə aiddir və onun müəl-
lifi də ermənidir.
 
Şərti olaraq, erməni variantını  həqiqət kimi qəbul 
edək, görək bundan nə çıxacaq. Ötən fəsillərdən məlum olduğu kimi, 
Dəvdəyin elegiyası da daxil olmaqla, “Alban tarixi”nin müxtəlif re-
daksiyaları mövcuddur. Bütün bunlar alban əsərinin əlyazmalar surə-
tində ermənilər tərəfindən aparılan təhriflərin, əlavələrin və bu kimi 
saxtalaşdırmaların nəticəsidir. Onların arasında orijinala yaxın aşağı 
dərəcədə aparılan təhriflər, şərti olaraq “alban redaktəsi” adlanır. Da-
ha böyük təhriflərə məruz qalan redaktələr, yəni əlyazmalar üzərində 
gözdən pərdə asanların apardıqları böyük “düzəlişlərə” isə “erməni 
redaktəsi” deyilir. O da məlum olur ki, erməni əlifbasındakı hərflərin 
sayına görə “mərsiyə”nin 36 rübaisi, “Alban tarixi”nin yalnız “ermə-
ni redaktəsi”ndə vardır. “Alban redaktəsi”ndə isə yalnız 19 rübai 
vardır. “Erməni redaktəsi”ndə 20-ci rübaidən başlayaraq iki, üç və s. 
misradan ibarət olan şeirlərin ölçüsü və ümumiyyətlə, “düzəlişlər” və 
zorla uyğunlaşdırma nəticəsində  şeirin müəyyən olunmuş qaydaları 
pozulmuşdur. Belə bir sual meydana çıxır.  Əgər “mərsiyə”  əvvəlcə 
erməni müəllifi tərəfindən yazılmışdırsa, onda həmin yenidən düzəlt-
mə - saxtakarlıq kimə lazım idi? Elə bu səbəbə görə də alban əsərinin 
erməni variantına şübhələr artır, çünki erməni əsərini “erməniləşdir-
mə”yə ehtiyac yox idi. 
Bəlkə söhbət 52 alban hərfindən ibarət olan (indi güman edilir ki, 
onların sayı 56 imiş) 19 hərfi əks etdirən 19 rübaidən gedir?! Yəqin 
ki, əlifbanın itirilməsində ermənilərin iştirakı istisna deyildir. 
İndi isə  Dəvdəyin elegiyasının mətninə müraciət edək və  şairin 
Cavanşirin ölümü ilə bağlı şəxsi və bir vətəndaş kimi, onun duyğula-
rını ifadə edən misraları göstərək: 
Ey ilahi kəlamları xəlq eyləyən ulu tanrı, 
Özün nəğmə-ağı söylə, yad et bizim hökmdarı. 
Elə nəğmə-ağı qoş ki, bu əvəzsiz itki üçün 
   Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları. 
K A M R A N  İ M A N O V 
 
188 
   Bu Gündoğan ölkəmizi tutan kədər çox böyükdür, 
   Yer üzünü hərtərəfli hıçqırıqlar bürümüşdür. 
   Dincliyimiz yoxa çıxdı, qara gəldi ağ günümüz, 
   Üstümüzə hücum çəkdi basqınçılar sürü-sürü... 
   Rum qeysəri, bir də Cənub hökmdarı tələsirdi. 
   Can atırdı görmək üçün bizim böyük hökmdarı. 
   Başımızın tacı düşdü,  
   Taxtımız da, bəxtimiz də viran qaldı... 
Və yaxud Məsihin bayram günündə,
  
   Bizim ağımıza qulaq verdilər. 
   Rəbbimiz bizim ölkəni ölümə məhkum etdi”. (kursiv bizimdir) 
Güman edirik ki, hökmdarın itkisi ilə bağlı müəllifin bir vətəndaş 
kimi, keçirdiyi həyəcan böyük kədər hissi ilə dolu olan bu sətirlərdən 
aydın görünür. Belə bir itkiyə ağı demək üçün yalnız həmvətənlər bu 
dərəcədə kədərlənə bilərdilər. 
Mərsiyə-ağı janrı  məhz Azərbaycan poeziyasında geniş istifadə 
olunur və Dəvdəyin hökmdar Cavanşirin ölümünə həsr edilməsi ele-
giyası məhz Azərbaycan mühitində yaranmışdır. 
Ancaq həqiqətin-Dəvdəyin, M. Kalankatuklunun milli mənşəyinin 
olduğu kimi göstərilməsinə yasaq qoyulmuşdu. “Erməni orta əsr ədə-
biyyatı”nda belə münasibət akademik nəşr olan “Dünya ədəbiyyatı 
tarixi”ndə («История  всемирной  литературы»,  М., 1984) özünü 
büruzə vermişdir.
 
Görün erməni müəllifləri nə yazırlar: “Dünya ədə-
biyyatı tarixi”nin ikinci cildində Moisey Kaqankatvasi, Dəvdək Kertoq 
səhv olaraq, alban ədəbiyyatının nümayəndələri kimi təqdim olun-
muşlar”. 
Hörmətli oxucular, həmişə olduğu kimi, baş-ayaq erməni məntiqi 
göz qabağındadır. 
“Orta əsr erməni ədəbiyyatı”na qayıdaq və görək X-XII əsrlərdə 
hansı müəlliflərin əsərləri erməni tədqiqatçılarına görə daha cəlbedi-
cidir. 
Kitabda yazırlar: ”Çox sayda fəlsəfi-doqmatik, qrammatik, təq-
vimşünaslıq, tibbi və digər əsərlər yaradıldı”;
 
“Bu dövrdə kilsə ayin-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə