Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə44/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   40   41   42   43   44   45   46   47   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
177 
lərə görə  əsaslandırmağı” tapşırır. Beləliklə,  əlyazmalarda “dini re-
daktə” həyata keçirilmişdir. Bu saxtakarlıqla  əlaqədar erməni mütə-
xəssisi L. Dadyanın açıqlaması belədir: “İlk yazılar pozulmuş və təh-
rif edilmişdir. Onların izi aydın görünür”. Hətta Dadyanın fikrincə, 
Lunkianos əvvəllər də belə əməllərlə məşğul olmuşdur. Bu kimi işlər 
Şemaxesinin davamçısı katolikos Simeon Yerevans (1763-1780) tə-
rəfindən də aparılmışdı. Nəticədə, hələ o vaxt mövcud olan alban ka-
tolikosluğu və onun ruhaniləri “Alban tarixi”nə istinad etməkdən 
məhrum ola bilərdi. Katolikos S. Yerevansinin əlyazma üzərində et-
diyi əlavəni şərh etmədən veririk: “Biz bu yalanı nə qədər dırnağımız-
la qaşıyıb təmizləsək də, sonra bu yalan şöhrətpərəst adamlar tərəfin-
dən öz xeyirləri üçün əlavə edilmişdir... Belə düşünülür ki, bunu ka-
tolikos Ananidən sonra alban rahibləri etmişlər”. Təsadüfi deyil ki, 
erməni tarixçisi T. Ter-Qriqoryanın açıqlamasına  əsasən, M. Kala-
katuklunun “Alban tarixi” əsərinin ilkin mətninə erməni din xadimlə-
rinin göstərişinə əsasən, qəsdən təhrif edilmiş müəyyən əlavələr daxil 
olunmuşdur. Katolikos Simonun əlyazmalarının kənarında etdiyi əla-
vələrə dair Ter-Qriqoryanın şərhini veririk: “Yalnız “Alban tarixi”n-
də,  əlbəttə, bütün surətlərındə deyil, təsbit edilir ki, guya ki, həvari 
Yeliseydən (74-cü il) sonra müqəddəs Qriqoriyə (340-cı il) qədər 
alban katolikosunun taxtında başqa
 
katolikoslar  əyləşmişlər. Ancaq 
bunların hamısı yalandır.” Bir sözlə, Ermənistan xristianlığı  qəbul 
edəndən 200 il əvvəl artıq Albaniyanın özünün xristian patriarxlığı-
nın rəhbərliyi və katolikosluğu var idi. 
Bu fikirlərə  şərh vermədən, biz oxuculardan kitabın giriş hissə-
sindəki J. dö Malevilin dəqiq mülahizələrinə bir daha diqqət yetirmə-
yi xahiş edirik. 
Ermənilərin Qafqazda “xristianlığı  qəbul etmiş ilk xalq” olması 
ilə bağlı iddialarının qısa mahiyyəti budur. Onlar nə  qədər pozub-
yazsalar da, düzəlişlər aparsalar da, “tarixi faktları  rədd edib, saxta 
dəlillər əldə etmək yolları axtarsalar da, qonşu xalqların tarixini təhrif 
edib, köçürmə yolu ilə yeni tarix yaratsalar da, onların hamısı absurd 
olaraq qalır”. 
K A M R A N  İ M A N O V 
 
178 
Bu saxtakarlığın  şərhini erməni etiraflarının  şah  əsəri ilə başa 
çatdırmaq istərdik. (Н.С.  Вартапетов. «Христианские  памятники 
Закавказья»): “[Erməni kilsəsi] xristian bayrağı ilə silahlanaraq, bü-
tün dövrlərdə tarixi Albaniyanın və onun ayrılmaz hissəsi olan Qara-
bağın (Arsaxın) xalqlarını məhv etmişdir... Bir zamanlar tarixi şəraitə 
məharətlə uyğunlaşaraq, Bizansa, İran Sasanilərinə, ərəb xəlifələrinə 
və monqollara xidmət etdiyi kimi, Səfəvilərin, sonra isə Rus imperi-
yasının qulluğunda dayanmışdır”. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
179 
§3.  
Alban əlifbası və ilk erməni yazı nümunəsi     
barədə absurd 
 
Kitabın əvvəlində qeyd etmişdik ki, saxtakarlıq, absurd mənasız 
söz yığını deyildir. O, müəyyən məqsədin həyata keçməsinə xidmət 
edir. Aşağıda təqdim olunan absurd nümunələri: ermənilərin Azər-
baycana torpaq iddiaları, tarixi və mədəni irsimizin mənimsənilməsi 
və erməniləşdirilməsi ilə sıx bağlıdır. 
Hörmətli oxucular, “Ab absurdo... ad absurdum”  və yaxud 
“Absurddan... absurda” fikrinə bir də qayıdaq. “Absurda gətirib çı-
xartmaq” mənasını ifadə edən “reductio ad absurdum” latın kəlamı 
hələ Roma dövründən yalanı ifşa etməyin bir üsulu sayılırdı. Bunun 
üçün şərti olaraq, absurd iddianın doğru kimi qəbul edilməsinə imkan 
verilir və ondan da gerçəkliyə zidd olan nəticələr çıxarılır.  Ənənəvi 
məntiqə görə, həqiqətdən həqiqət yaranmalıdır. Əgər bir fikir digərini 
inkar edirsə, onların hər ikisi eyni zamanda həqiqi ola bilməz. 
Bununla bərabər, həyatda tez-tez istinad edilən həmin latın ifa-
dəsi həm də o mənada işlədilir ki, onun əsasında duran yanlış fikir 
absurd səviyyəsinə qədər yüksəlir və nəticədə həmin müddəanın yan-
lış olduğu aşıq-aşkar ortaya çıxır... 
Beləliklə, alban əlifbası ilə bağlı absurd 
Ermən tarixşünaslığına və ədəbiyyatşünaslığına nüfuz edilmiş fi-
kirlərə uyğun olaraq, ermənilər belə düşünürlər ki, alban əlifbası era-
mızın V əsrində meydana gəlmişdir və onu Mesrop Maştos yaratmış-
dır. Xüsusi olaraq o da vurğulanır ki, albanların o vaxta qədər yazısı, 
qrafikası, yəni əlifbası olmamışdır. Orta əsr erməni müəllifi Koryuna 
əsasən, Mesrop Maştos “əlifbanı bərpa etmiş, elmi biliklərin inkişa-
fına təkan vermişdir.” 
K A M R A N  İ M A N O V 
 
180 
Başqa sözlərlə desək, albanların ya əlifbası olmamış, ya da onlar 
intellektual böhran içində idilər. Nəticədə, albanları maarifləndirmək 
lazım gəlmişdi. Sözün qısası, ermənilər iddia edirlər ki, hətta gürcü 
əlifbası da M. Maştosun ağlının “məhsulu”dur. 
Hörmətli oxucular, gəlin,  şərti olaraq bu iddianı  hələlik həqiqət 
kimi qəbul edək və bunun nə ilə nəticələndiyini izləyək. 
Əvvəlcə M. Maştosun Albaniyaya gəlişindən başlayaq. Erməni 
tarixçisi Koryunun fikrincə,  “təsadüfən onun yanına alban əsilli 
Beniamin adlı bir ruhani gəlmiş  və (Mesrop) alban dilinin danışıq 
səslərini öyrənərək, təhlil etmiş, ona uyğun  əlifba yaratmışdır...” 
(kursiv bizimdir). Beləliklə, aydın olur ki, M. Maştos alban dilini bil-
mirmiş. 
Diqqət edin, Mesrop dil bilmədən “Albaniyaya yola düşmüşdür... 
O, çarın iqamətgahına gəlmiş, Albaniyanın müqəddəs yepiskopu 
İyeremi, Arsvaq adlı çarı  və azatlarla görüşmüşdür”. Koryunun de-
diklərini M. Xorenski də təkrarlayır: “Arsvaqen və İyeremi tərcüməçi 
Beniamini öz yanlarına çağırmışlar”. 
Deməli, M. Maştos nəinki alban dilini bilmirmiş, hətta o, alban-
larla tərcüməçi vasitəsi ilə danışırmış. 
Amma Alban tarixçisi M. Kalankatuklu yazır ki, M. Maştos al-
banlarla birgə qarqar dili əsasında əlifba yaratmışdır. Başqa sözlə de-
sək, alban əlifbasının yaranması hər halda, birgə əməyin nəticəsi idi. 
Lakin məsələnin məğzi bunda deyildir. Belə məlum olur ki, albanla-
rın o vaxt öz əlifbası da var idi. Xüsusən M. Kalankatuklu Roma 
müəllifi  İppolitə  əsaslanaraq bildirir ki, albanlar ana dili və  əlifbası 
olan xalqlar siyahısında xatırlanırdı. Matenadaranda saxlanılan əlyaz-
maların içində alban dilindən edilən tərcümələrin olması da təsadüfi 
deyil. İnanılmaz olsa da faktdır: alban dilində olan əlyazmalar qədim 
erməni dilinə tərcümə olunur və onlar ermənilər tərəfindən Matena-
daranda “aşkar edilir”. Albanların öz əlifbalarına malik olduğunu ta-
nınmış tarixçi və albanşünas K. Trever də təsdiqləyir: “V əsrin əvvəl-
lərində albanların öz əlifbası vardı”. O, eyni zamanda, eramızın I və 
III əsrlərində alban hökmdarlarının romalılara məktublarından xəbər 
verən antik müəlliflərə də istinad edirdi. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə