E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
177
lərə görə əsaslandırmağı” tapşırır.
Beləliklə, əlyazmalarda “dini re-
daktə” həyata keçirilmişdir. Bu saxtakarlıqla əlaqədar erməni mütə-
xəssisi L. Dadyanın açıqlaması belədir: “İlk yazılar pozulmuş və təh-
rif edilmişdir. Onların izi aydın görünür”. Hətta Dadyanın fikrincə,
Lunkianos əvvəllər də belə əməllərlə məşğul olmuşdur. Bu kimi işlər
Şemaxesinin davamçısı katolikos Simeon Yerevans (1763-1780) tə-
rəfindən də aparılmışdı. Nəticədə, hələ o vaxt mövcud olan alban ka-
tolikosluğu və onun ruhaniləri “Alban tarixi”nə istinad etməkdən
məhrum ola bilərdi. Katolikos S. Yerevansinin əlyazma
üzərində et-
diyi əlavəni şərh etmədən veririk: “Biz bu yalanı nə qədər dırnağımız-
la qaşıyıb təmizləsək də, sonra bu yalan şöhrətpərəst adamlar tərəfin-
dən öz xeyirləri üçün əlavə edilmişdir... Belə düşünülür ki, bunu ka-
tolikos Ananidən sonra alban rahibləri etmişlər”. Təsadüfi deyil ki,
erməni tarixçisi T. Ter-Qriqoryanın açıqlamasına əsasən, M. Kala-
katuklunun “Alban tarixi” əsərinin ilkin mətninə erməni din xadimlə-
rinin göstərişinə əsasən, qəsdən təhrif edilmiş müəyyən əlavələr daxil
olunmuşdur. Katolikos Simonun əlyazmalarının kənarında
etdiyi əla-
vələrə dair Ter-Qriqoryanın şərhini veririk: “Yalnız “Alban tarixi”n-
də, əlbəttə, bütün surətlərındə deyil, təsbit edilir ki, guya ki, həvari
Yeliseydən (74-cü il) sonra müqəddəs Qriqoriyə (340-cı il) qədər
alban katolikosunun taxtında başqa
katolikoslar əyləşmişlər. Ancaq
bunların hamısı yalandır.” Bir sözlə, Ermənistan xristianlığı qəbul
edəndən 200 il əvvəl artıq Albaniyanın özünün xristian patriarxlığı-
nın rəhbərliyi və katolikosluğu var idi.
Bu fikirlərə şərh vermədən, biz oxuculardan kitabın giriş hissə-
sindəki J. dö Malevilin dəqiq mülahizələrinə bir daha diqqət yetirmə-
yi xahiş edirik.
Ermənilərin Qafqazda “xristianlığı qəbul etmiş ilk xalq” olması
ilə bağlı iddialarının qısa mahiyyəti budur. Onlar nə qədər pozub-
yazsalar da, düzəlişlər
aparsalar da, “tarixi faktları rədd edib, saxta
dəlillər əldə etmək yolları axtarsalar da, qonşu xalqların tarixini təhrif
edib, köçürmə yolu ilə yeni tarix yaratsalar da, onların hamısı absurd
olaraq qalır”.
K A M R A N İ M A N O V
178
Bu saxtakarlığın şərhini erməni etiraflarının şah əsəri ilə başa
çatdırmaq istərdik. (Н.С. Вартапетов. «Христианские памятники
Закавказья»): “[Erməni kilsəsi] xristian bayrağı ilə silahlanaraq, bü-
tün dövrlərdə tarixi Albaniyanın və onun ayrılmaz hissəsi olan Qara-
bağın (Arsaxın) xalqlarını məhv etmişdir... Bir zamanlar tarixi şəraitə
məharətlə uyğunlaşaraq, Bizansa, İran Sasanilərinə, ərəb xəlifələrinə
və monqollara xidmət
etdiyi kimi, Səfəvilərin, sonra isə Rus imperi-
yasının qulluğunda dayanmışdır”.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
179
§3.
Alban əlifbası və ilk erməni yazı nümunəsi
barədə absurd
Kitabın əvvəlində qeyd etmişdik ki, saxtakarlıq, absurd mənasız
söz yığını deyildir. O, müəyyən məqsədin həyata keçməsinə xidmət
edir. Aşağıda təqdim olunan absurd nümunələri: ermənilərin Azər-
baycana torpaq iddiaları, tarixi və mədəni
irsimizin mənimsənilməsi
və erməniləşdirilməsi ilə sıx bağlıdır.
Hörmətli oxucular,
“Ab absurdo... ad absurdum” və yaxud
“Absurddan... absurda” fikrinə bir də qayıdaq. “Absurda gətirib çı-
xartmaq” mənasını ifadə edən
“reductio ad absurdum” latın kəlamı
hələ Roma dövründən yalanı ifşa etməyin bir üsulu sayılırdı. Bunun
üçün şərti olaraq, absurd iddianın doğru kimi qəbul edilməsinə imkan
verilir və ondan da gerçəkliyə zidd olan nəticələr çıxarılır. Ənənəvi
məntiqə görə, həqiqətdən həqiqət yaranmalıdır. Əgər bir fikir digərini
inkar edirsə, onların hər ikisi eyni zamanda həqiqi ola bilməz.
Bununla bərabər, həyatda tez-tez istinad edilən həmin latın ifa-
dəsi həm də o mənada işlədilir ki, onun əsasında duran yanlış fikir
absurd səviyyəsinə qədər yüksəlir və nəticədə həmin müddəanın yan-
lış olduğu aşıq-aşkar ortaya çıxır...
Beləliklə, alban əlifbası ilə bağlı absurd
Ermən tarixşünaslığına və ədəbiyyatşünaslığına nüfuz edilmiş fi-
kirlərə uyğun olaraq, ermənilər belə düşünürlər ki, alban əlifbası era-
mızın V əsrində meydana gəlmişdir və onu Mesrop Maştos yaratmış-
dır. Xüsusi olaraq o da vurğulanır ki, albanların o vaxta qədər yazısı,
qrafikası, yəni əlifbası olmamışdır. Orta əsr
erməni müəllifi Koryuna
əsasən, Mesrop Maştos “əlifbanı bərpa etmiş, elmi biliklərin inkişa-
fına təkan vermişdir.”
K A M R A N İ M A N O V
180
Başqa sözlərlə desək, albanların ya əlifbası olmamış, ya da onlar
intellektual böhran içində idilər. Nəticədə, albanları maarifləndirmək
lazım gəlmişdi. Sözün qısası, ermənilər iddia edirlər ki, hətta gürcü
əlifbası da M. Maştosun ağlının “məhsulu”dur.
Hörmətli oxucular, gəlin, şərti olaraq bu iddianı hələlik
həqiqət
kimi qəbul edək və bunun nə ilə nəticələndiyini izləyək.
Əvvəlcə M. Maştosun Albaniyaya gəlişindən başlayaq. Erməni
tarixçisi Koryunun fikrincə,
“təsadüfən onun yanına alban əsilli
Beniamin adlı bir ruhani gəlmiş və (Mesrop) alban dilinin danışıq
səslərini öyrənərək, təhlil etmiş, ona uyğun əlifba yaratmışdır...”
(kursiv bizimdir). Beləliklə, aydın olur ki, M. Maştos alban dilini bil-
mirmiş.
Diqqət edin, Mesrop dil bilmədən “Albaniyaya yola düşmüşdür...
O, çarın iqamətgahına gəlmiş, Albaniyanın
müqəddəs yepiskopu
İyeremi, Arsvaq adlı çarı və azatlarla görüşmüşdür”. Koryunun de-
diklərini M. Xorenski də təkrarlayır: “Arsvaqen və İyeremi tərcüməçi
Beniamini öz yanlarına çağırmışlar”.
Deməli, M. Maştos nəinki alban dilini bilmirmiş, hətta o, alban-
larla tərcüməçi vasitəsi ilə danışırmış.
Amma Alban tarixçisi M. Kalankatuklu yazır ki, M. Maştos al-
banlarla birgə qarqar dili əsasında əlifba yaratmışdır. Başqa sözlə de-
sək, alban əlifbasının yaranması hər halda, birgə əməyin nəticəsi idi.
Lakin məsələnin məğzi bunda deyildir. Belə məlum olur ki, albanla-
rın o vaxt öz əlifbası da var idi. Xüsusən M. Kalankatuklu Roma
müəllifi İppolitə əsaslanaraq bildirir ki, albanlar ana dili və əlifbası
olan xalqlar siyahısında xatırlanırdı. Matenadaranda saxlanılan əlyaz-
maların içində alban dilindən edilən tərcümələrin olması da
təsadüfi
deyil. İnanılmaz olsa da faktdır: alban dilində olan əlyazmalar qədim
erməni dilinə tərcümə olunur və onlar ermənilər tərəfindən Matena-
daranda “aşkar edilir”. Albanların öz əlifbalarına malik olduğunu ta-
nınmış tarixçi və albanşünas K. Trever də təsdiqləyir: “V əsrin əvvəl-
lərində albanların öz əlifbası vardı”. O, eyni zamanda, eramızın I və
III əsrlərində alban hökmdarlarının romalılara məktublarından xəbər
verən antik müəlliflərə də istinad edirdi.