Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə43/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   39   40   41   42   43   44   45   46   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
173 
sionerlik fəaliyyəti nəticəsində yayılırdı. Xristianlığın Ermənistan 
coğrafi məkanında yayılması, adətən, həvari Faddeyin səyləri ilə bağ-
lanır. Onun missiyası faciəli sonluqla başa çatmışdı. O, buraya gələr-
kən hökmdar Sanaturuk tərəfindən dəhşətli işgəncələrə məruz qalaraq 
edam edilmişdi. Din tarixi Sünikdə (Zəngəzurda) İsa dininin təbliğini 
isə digər həvari – Varfolomeyin adı ilə  əlaqələndirir. O, sünikliləri 
xristianlığa dəvət etdikdən sonra cənuba – Ermənistan əhalisini maarif-
ləndirməyə getmişdir. Qafqaz Albaniyasında isə yeni dinin təbliği 
Yerusəlim patriarxından bu barədə tapşırıq almış Yeliseyin (erməni 
kilsəsində Yeqişe) adı ilə bağlıdır. Tapşırıq uğurla nəticələndi. M. 
Kalankatuklu yazırdı: “... o, (Yelisey) Yerusəlimdən İrana doğru səmt 
götürərək Ermənistandan ötmüş, maskutların yanına gəlmiş və Çoloda 
moizələrinə başlamışdır... Oradan da Uti vilayətinə  gəlmişdir... Mü-
qəddəs patriarx [Yelisey] Qişə gəlmiş, burada kilsənin təməlini qoy-
muşdu... Bu yer kilsələrimizin,  Şərq  əhalimizin [xristianların], din 
mərkəzlərimizin, moizələrimizin mənbəyidir”. 
Beləliklə, qədim mətndən də göründüyü kimi, Cənubi Qafqazda 
ilk kilsə Qiş  ərazisində tikilmişdir. Həmin tikili isə Azərbaycanın 
Şəki rayonundakı Kiş kilsəsidir. M. Kalankatuklunun salnaməsində 
xristianlığın Ermənistandan öncə Albaniyada yayılmasına dair sübut-
lar çoxdur. Hətta erməni katolikosu Avraamın etirafına görə, Alban 
xristianlıq mərkəzi erməni kilsəsindən əvvəl yaranmış, ermənilər İsa 
dinini albanlardan 270 il sonra qəbul etmişlər və s. 
Xristianlığın dövlət dini kimi qələbə
 
təntənəsinə  gəldikdə isə 
mütəxəssislər ilkin mənbələrə  əsasən belə  qənaətə  gəlmişlər ki, bu 
proses hər üç ölkə – Albaniya, Gürcüstan və Ermənistan üçün ortaq 
dövr olmuşdur. Eyni zamanda, həmin dövr əslən pəhləvi olan Qriqori 
Parsava – Maarifçi Qriqorinin adı ilə bağlıdır. O illərdə Albaniyanın 
taxt-tacında pəhləvi əsilli hökmdar Urnayr əyləşmişdi. Bu əlamətdar 
hadisənin tarixi 314-cü ilə aid edilir. 
İndi isə bu kiçik bir məlumatdan ayrılıb yenidən Qafqaza xris-
tianlığın gəlişi məsələsinə qayıdaq və qarşıya belə bir sual qoyaq: 
Ermənistanın ilk kilsəsi, eləcə  də patriarx mərkəzi harada yerləşirdi 
K A M R A N  İ M A N O V 
 
174 
və nəhayət, xristianlığı qəbul etmiş erməni əhalisi harada yaşayırdı? 
“Erməni qanunları kitabı”na
 
əsasən, birinci erməni kilsəsi Taron vila-
yətinin Astişat kəndində, Fərat çayının qolu Arasani çayının sahilində 
inşa edilmişdir. Beləliklə, həmin ibadət yeri Cənubi Qafqaz ərazisin-
də deyil, Kiçik Asiyada tikilmişdir! Bu faktı yadda saxlayaq. 
Daha sonra ermənilər iddia edirlər ki, guya erməni kilsəsinin 
mərkəzi “Ermənistanın paytaxtı” Vaqarşapatda IV əsrdə bərqərar ol-
muşdur. Burada Maarifçi Qriqori tərəfindən əsas kilsə ucaldılmış və 
o, Eçmiədzin adlandırılmışdır. Məlum olduğu kimi, erməni mənbələri 
dini mərkəzin yerləşdiyi yeri İrəvan  ərazisi Yerevan ilə  məhdudlaş-
dırır. Bununla yanaşı, erməni mənbələrində o da göstərilir ki, Vaqar-
şapat Araz çayının sağ  tərəfində yerləşirdi. Bu koordinatı da yadda 
saxlayaq. 
Xristianlığı qəbul edənlərin xaç suyuna çəkilməsi ayini necə apa-
rılırdı? Erməni tarixçisi Aqafanqelə görə (V əsr), Maarifçi Qriqori 
“erməni çarı” Trdatı xaç suyuna çəkmək məqsədilə öz ardıcılları ilə 
Vaqarşapatdan çıxaraq Baqauna yola düşmüş  və sonra hökmdarı 
“Fərat çayı sularında” xristian etmişdir. Biz oxuculara xəyalən Zaqaf-
qaziyadan Kiçik Asiyaya səfərə  çıxmağı  təklif edirik. Absurd da 
normal məntiqə görə elə buradan başlanır. Əgər Araz çayı Qriqoriyə 
daha yaxın idisə, görəsən, nə üçün Trdatı dünyanın o başına – Fərat 
sahillərinə aparmışlar?! Çox ehtimal ki, Vaqarşapat Fəratın sahilində 
yerləşirdi. Elə isə nə üçün coğrafi xəritə açıq-aşkar saxtalaşdırılır və 
Fərat Cənubi Qafqazda göstərilir? Cavab da aydındır: ermənilər baş-
qalarına məxsus torpaqlara və burada yaşayan yerli sakinlərin mədə-
niyyətinə yiyələnmək iddialarını “tarixi cəhətdən əsaslandırmaq” üçün 
uydurmalardan istifadə edərək, xaç suyuna çəkmək mərasimini 
Azərbaycan torpaqlarına transformasiya etmişlər. Hələ biz bir coğrafi 
bölgədə (Cənubi Qafqaz) yerləşən mərkəzin digər bir məkanda – 
Kiçik Asiyadakı yeparxiyaları “idarə etməsini” demirik. Eyni zaman-
da, göstərmişdik ki, öz dövlətçiliyi olmadığı üçün hakimiyyət səla-
hiyyətlərini erməni dini mərkəzi icra etmiş və Azərbaycan ərazilərinə 
iddialarını gerçəkləşdirmək məqsədilə XV əsrin birinci yarısından eti-
barən Eçmiədzinə köçürülmüşdür. Qafqaz Albaniyasını “Ermənista-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
175 
nın  şərq vilayəti”; albanları “erməni etnosu”, bütün maddi-mədəni 
irsin isə ermənilərə aid olduğunu elan edən saxta iddialar da məhz bu-
radan qaynaqlanmışdır. Qafqaz Albaniyasının  ədəbi-tarixi abidələri 
“yaradıcı yanaşma ilə” qrabarcaya (qədim erməni dili) çevrilmiş, 
mətnlərə gen-bol “arzu olunan” təhriflər edilmişdir. Bu aqibət birinci 
növbədə, erməniçilik konsepsiyasına zidd olan saysız faktları özünün 
unikal mətnində açıb-göstərən, mifologem kimi ictimai təfəkkürə ye-
ridilən iddiaların aşkar asburd olduğunu açan M. Kalankatuklu-
nun “Albaniya tarixi” əsərinin də başına gətirilməli idi. Deməli, sax-
takarlıq naminə Qafqaz Albaniyasının tarixinə  dəyişikliklər, tarixə 
zidd  əlavələr, bir sözlə, “istənilən” uydurmalar daxil olunmalı idi. 
Məhz buna görə, “ilk xristian dövləti” absurdu ilə bağlı mövzunun 
inkişafı ermənilərin M. Kalankatuklunun əsərinin məqsədli  şəkildə 
təftişi və kobud redaktəsi ilə bağlıdır. Bu mənbənin birinci dəfə 
xatırlanması da qəribə hadisə ilə bağlı olmuşdur. Alban tarixçisi M. 
Kalakatuklunun “Alban tarixi” kitabının adının birinci dəfə xatırlan-
ması
 
alban katolikosu Qaqikin (948-962-ci illər) dəvətinə görə, 958-
ci ildə erməni katolikosu Ananinin (943-962-ci illər) Xaçına (Qara-
bağ ərazisi) gəlməsi ilə əlaqədar olduğu iddia edilir.
 
Bu dövr “Alban 
intibahı” - ərəb xəlifəsinin işğalı nəticəsində devrilmiş alban dövlətçi-
liyinin dirçəlməsi və möhkəmlənməsi dövrü idi. Erməni mənbəyi (X. 
Datean-Ararat, 1986) görüşün necə keçməsi haqqında məlumat verir. 
Bu aşağıdakılar da həmin məlumat üzərində qurulmuşdur. Belə ki, 
Alban katolikosu Qaqik erməni katolikosu Ananiyə bildirmişdir ki, 
“bütün zamanlarda” və “Alban tarixi”ndə əks olunduğu kimi, “o, mü-
qəddəs Qriqorinin adından təyin olunmuşdu”.
 
Başqa sözlə desək, 
Qafqaz Albaniyasının xristianları heç vaxt erməni kilsəsi ilə bağlı ol-
mamışlar. O, həvari kilsəsi olmaqla yanaşı müstəqil idi. Lakin ermə-
ni katolikosu Anani alban ruhanisinin dəlillərinin əsaslı olduğunu təs-
diq etmək üçün “Alban tarixi”nə müraciət etmək istəməmişdir. Belə 
ki, alban tarixçisi M. Kalankatuklunun yazdığı kimi, “Albaniyada baş 
yepiskopluq olduğu halda, Ermənistanda katolikosluq var” – demişdir. 
Daha sonra erməni mənbəyi bildirir ki, Anani “Alban tarixi”nin 
əlyazmasını əldə edərək Albaniyanın Ermənistandan əvvəl xristianlı-
K A M R A N  İ M A N O V 
 
176 
ğı qəbul etməsi ilə bağlı olan bütün sübutları məhv etməyi tələb et-
mişdir. Belə  tələb etmişdir ki, “əlyazmalarda bizi (erməniləri) qane 
edən və bizim (ermənilər) görmək istədiyimiz məlumatlar tapılma-
lıdır”. 
Əlbəttə, hörmətli oxucular da yaxşı başa düşürlər ki, belə məlu-
mat “tapılmış”, daha dəqiq desək, orijinal mətn təhrif edilərək, oraya 
əlavələr daxil edilmişdir. Əlavələr bu şəkildədir: “...moizəçi həvarilər 
Bartolomey (Varfolomey) və Faddeyin dövründən 226 il sonra, er-
məni çarı Trdatın hökmranlığının 17-ci ilində və alban çarı Urnayrın 
hakimiyyəti illərində Arşakuni Suren Pexlev nəslindən olan müqəd-
dəs Qriqori həmin həvarilər tərəfindən təyin edilmişdir. O vaxtlar 
erməni və alban çarları – Trdat və Urnayr bütlərə sitayiş edirdilər.”
 
Digər mənbə – Stepannos Orbelian isə yazır ki, guya Ananinin məs-
ləhəti və təkidi ilə “Alban tarixi”nə, son dərəcə səliqəli şəkildə müəy-
yən  əlavələr daxil edilmişdir. Nəticədə, guya çar Urnayrın xahişinə 
əsasən Albaniyanın ilk yepiskopu maarifçi Qriqorinin xeyir-duası ilə 
təyin edilmişdir. Sonralar bu ayin Albaniyada arxiyepiskopluq oldu-
ğu üçün onun ali dini rəhbərləri ermənilər tərəfindən 440 il, yəni 26 
erməni katolikosunun dövrü ərzində, hətta “katolikos Avraama” qə-
dər olan müddət ərzində davam etmişdir”. Oxucu başa düşür ki, daxil 
edilən “əlavələr”də məqsəd alban kilsəsinin erməni kilsə rəhbərliyinə
 
tabe olduğunu, alban eparxiyasının erməni kilsəsi tərəfindən idarə 
olunmasını “sübuta” yetirməkdən ibarət olmuşdur. Bütün bunlar öz 
növbəsində, ilk xristianlığın ermənilərlə bağlanmasına yönəldilmişdir. 
Saxtakarlıq və yalan sonralar da davam edirdi. Və təbii ki, bun-
dan daha çox Ermənistanın Matenadaran arxivində saxlanılan və mü-
təxəssislər tərəfindən 1289-cu ilə aid edilən “Alban tarixi”nin əlyaz-
maları ziyan çəkirdi. Digər  əlyazmaların müxtəlif variantlarına da 
“ermənilərin Qafqazda xristianlığı ilk qəbul etmiş xalq” kimi tanın-
masını  “əsaslandıran” düzəlişlər olunurdu. Erməni katolikosu Akop 
Şamaxesi (1759-1763) sələfi Ananinin yolu ilə gedərək, 1289-cu ildə 
qələmə alınan əlyazmasını əldə edərək, Lunkianosdan “arzu olunma-
yan mətnləri” çıxartmağı və yenisini hazırlamağı, necə deyərlər, alban 
katolikosluğunun erməni katolikosluğuna tabeçiliyini “tarixi mənbə-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə