Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə39/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   35   36   37   38   39   40   41   42   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
157 
mağa cəhd göstərirlər, ikincisi isə, ictimaiyyəti oğurlanmış xalçaların 
erməni-arsax mənşəli olmasına, yaxud onların plagiat nüsxələrinin 
orijinallarına münasibətdə ilkinliyinə inandırmağa çalışırlar.  
“Xalçaların erməni təbliğatı”nın tipik nümunələri bunlardır. “Qa-
zıntılar zamanı tapılmış  ən erkən xalça qalıqları b.e.ə. II-I minilliyə 
aid edilmişdir. B. e.ə. XIV-IX əsrlərə aid zirzəmidə tapılmış xalça 
üzərində svastika nişanı, su və ilan rəmzləri vardır”. Erməni mənbə-
lərinin yazdığına görə, “tapılmış xalça qalıqları onların bu günkü er-
məni xalçaçılığı ilə böyük oxşarlığını təsdiq edir”. Sonra göstərilir ki, 
“yunan-roma, iran, ərəb, bizans, bolqar mənbələrində  qədim və orta 
əsrlər dövrünün məşhur erməni xalçaları  və karpetləri
 
(əllə toxunan 
erməni milli xovsuz xalçaları) haqqında çoxsaylı sübutlar vardır. 
XIV-XX  əsrlər Avropa rəssamlıq  əsərlərində erməni xalçalarının 
kompozisiyaya daxil edilmiş  təsvirlərinə tez-tez rast gəlinir.” Qeyd 
olunur ki, nadir erməni xalçaları az qala dünyanın bütün muzeylə-
rində saxlanılır. Ermənilərin yazdığına görə, “xalçalardan 1202-ci ilə 
aid edilən və üstündə ermənicə yazı olan ən qədimi Qandzak (Gəncə) 
vilayətinin Banans kəndində toxunmuşdur. Məlum olub ki, Londo-
nun Viktoriya və Albert muzeylərində XVII əsrə aid xalça saxlanılır. 
Nyu-York şəhərindəki Metropoliten muzeyi XVI əsrə aid xalça əldə 
etmişdir” və i.a. Xüsusi qeyd edilir ki, “erməni xalçaları haqqında 
Herodot və VIII, IX, X əsr ərəb tarixçiləri” məlumat vermişlər. 
Bir sözlə, hörmətli oxucular, yalnız erkən orta əsrlərdə erməni 
xalçasının “Bolqarıstandan Türkmənistana, Bağdaddan Konstantino-
pola qədər” şöhrət tapmasına kömək etmiş erməni əsilli Bizans mo-
narxı Baqratayds haqqında informasiya istisna olmaqla, az qalır ki, 
Azərbaycan xalçasının tarixi barədə yuxarıda yazdığımız təzədən da-
nışılır. Erməni xalçasının uydurulmuş tarixi, köhnə  vərdişə uyğun 
olaraq, miflərlə müşayiət olunur. Məsələn,  şəbəkənin maraqlanan 
istifadəçisi “öyrənə bilər” ki, “bolqar kralının minə qədər adam yer-
ləşən böyük çadırının hər yeri erməni xalçaları ilə döşənmişdi”. 
Faktlar qəsdən baş-ayaq salınaraq, məlumat verilir ki, “60-cı illə-
rin ortalarından etibarən, Azərbaycan Mədəniyyət Nazirliyinin nüma-
K A M R A N  İ M A N O V 
 
158 
yəndələri respublikanın ermənilər yaşayan bölgələrindən və erməni-
lərdən xalçaların satın alınmasına başlamışlar (guya söhbət XX əsrdə 
baş verən hadisələrdən gedir). Ermənilərin məlumatlarına görə, guya 
köhnə erməni xalçalarına və karpetlərinə  (əl ilə toxunmuş erməni 
xovlu xalçalar) görə sakinlərə heç də az olmayan pul təklif olunmuş-
dur”. Erməni ekspertləri “hesablamışlar” ki, “altmışıncı və yetmişinci 
illərdə Azərbaycanda altmış mindən çox erməni xalçası  və  əllə to-
xunmuş karpet satın alınmışdır”. “Hiddətlənmiş” ermənilər bəyan 
edirlər ki, “zəngin və informativ naxışlı erməni xalçaları, bir qayda 
olaraq, özündə xristianlıq rəmzini və erməni yazılarını da göstərir, 
lakin bunlar həmin xalçaların bir çoxunun Bakıda nəşr olunmuş 
şəkilli “Azərbaycan xalçaları” foliantında (Bakı, 1983) təqdim olun-
masına maneçilik törədə bilməmişdir.  
Yuxarıda göstərilən aşkar yalanla yanaşı, erməni “xalçaçılıq” 
saytları yalan elmi müzakirələrə başlayır, “qədim erməni xalçaları”-
nın mövcud olmayan xüsusiyyətlərini oxuculara zorla sırıyaraq, eyni 
zamanda, onların itirilməsi barədə gileylənirlər. Xüsusilə, qeyd olu-
nur ki, qorqa və karpetin (erməni xalça növləri) “xarakterik rəngləri 
olur: qara, qırmızı, sarı, ağ-bunlar erməni xalçalarına xas olan ən tpik 
rənglərdir”. “Yaşıl, qəhvəyi və ümumiyyətlə, yarımtonlar (mavi, cəh-
rayı, firuzəyi, bənövşəyi və s.) müsəlman incəsənəti üçün səciyyəvi-
dir, ancaq bunlar erməni mədəniyyətinə, xüsusən də, erməni xalçala-
rına xas deyil”: ermənilər belə yazırlar. Yekun olaraq göstərirlər ki, 
“zaman keçdikcə erməni xalçalarının bir çox sirləri itmişdir, xalça to-
xuma sənəti və onun fəlsəfəsi tənəzzülə  uğramış  və  ərəb və müsəl-
manların güclü təsiri altına düşmüşdür. Simvolların mənası və onla-
rın təsvir üsulları  tədricən unudulmuş, təsvirlərdə isə qeyri-erməni 
rəngləri və naxışları görünməyə başlamışdır. Nəticədə, müasir erməni 
xalçalarında çox şey, yumşaq desək, ermənicə deyildir. Bu hal müəy-
yən qədər, erməni havaları  və sözləri ilə yanaşı, çox tez-tez müsəl-
man sözləri və melodiyalrı ilə rastlaşdığımız erməni xalq musiqisin-
dəki vəziyyəti xatırladır ”. 
 Arzu  olunanın həqiqət kimi təqdim edilməsinə aid ermənilərın 
sitatgətirmələrinin kifayət qədər olduğunu bilərək, faktlara müraciət 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
159 
edək. 1952-ci ildə Moskvada Mərkəzi Sənaye  Şurasının himayəsi 
altında buraxılan “Ermənistan SSR-nin xalçaları” kitab-kataloqu qar-
şımızdadır. Bu kitabda təsdiq edilir ki, inqilaba qədər Ermənistanda 
xalçaçılıq aşağı səviyyədə idi, ona görə ki, “xalçaçının özü yun əldə 
etməli, onu yumalı, əyirməli, rəngləməli idi, ... həmin məhsulun satıl-
ması qayğısı da onun üzərinə düşürdü” (Yeri gəlmişkən, Azərbaycan 
xalçaçıları da həmin çətinliklərlə üzləşirdilər, ancaq xalça toxuculuğu 
aşağı  səviyyədə deyildı, onların məhsulu isə dünyanın hər yerinə 
yayılırdı və əlbəttə ki, bu işdən yaxşı qazanan erməni möhtəkirlərinin 
də buna köməyi dəyirdi). 
Daha sonra göstərilir ki, “Yerevan, Leninakan, Stepanavan, İcevan, 
Sevan, Bəyazit və  Zəngəzur Ermənistanın  əsas xalçaçılıq rayonla-
rıdır.” Hörmətli oxuculardan diqqət yetirmələrini xahiş edirik. Bu 
rayonlar deportasiyaya qədər ənənəvi xalçaçılıq vərdişləri olan azər-
baycanlıların kompakt yaşadığı yerlər olmuşdur. Əgər biz sual versək 
ki, o vaxt Ermənistanda hansı xalçalar toxunmuşdur, onda bizi 
kataloq müəlliflərinin (müəlliflərdən biri də L.Q Karamanyandır) son 
dərəcə heyrətləndirici bir cavabı gözləyər. Məlum olur ki, “Ermənis-
tan SSR-də “Yerevan”, “İcevan” xalçaları hazırlayırlar və bununla 
yanaşı, “artellər “Quba”, “Şirvan”, “Gəncə”, “Qazax”, “Qarabağ” 
tipli xalçalar  buraxır” (kursiv bizimdir). Belə  çıxır ki, Ermənistan 
artellərinin buraxdığı 7 xalça növündən 5-i Azərbaycan xalçaçılıq 
məktəbinin xalçalarının plagiat surətləridir (tipləridir). Göstərilən 
xalçaların naxışlarına diqqət yetirsəniz, bu deyilənlərin həqiqət oldu-
ğuna inanmaq çətin deyildir. Azərbaycan xalçaları 35 cədvəldə nü-
mayiş etdirildiyi halda, “Yerevan”, “İcevan” xalçalarına daha az, 
cəmi 15 cədvəl verilmişdir. Hələ onu demirik ki, “İcevan” xalçaları-
nın bəziləri tamamilə Azərbaycan xalçalarının orijinallarının təkrarı-
dır. Bu da səbəbsiz deyildir, ona görə ki, Göyçə xalçaçılıq mərkəzi 
yaxın keçmişdə  İcevanla yanaşı, Qazax xalçaçılıq məktəbinə daxil 
olan Göyçə (indi Sevan) gölü ətrafındakı əraziləri də özündə birləş-
dirirdi. 
Başqa bir yazılı mənbəyə müraciət edək və Raymond Benardutun 
1978-ci ildə Londonda ingilis dilində nəşr etdirdiyi “Qafqazın böyük 
K A M R A N  İ M A N O V 
 
160 
xalçaları” adlı  məşhur kitabını  (“Cancasian Ruds”, by Raymon'd 
Benardout) götürək. Albom şəkillərlə çox zəngindir, 96 səhifədə 
məşhur Azərbaycan, Dağıstan və erməni mənşəli xalçaların şəkilləri 
verilmişdir. Hörmətli oxucular, albomun illüstrativ əlavəsində göstə-
rilmiş gözəl ornamentli və mürəkkəb kompozisiya naxışlı 66 iri xal-
ça, palaz və kilimin yalnız ikisi ermənilərə aiddir, 56-sı isə Azər-
baycan xalçasıdır. Bunların da 9-u Qazax xalçaçılıq məktəbinə, 4-ü 
Gəncə, 10-u Şirvan, 1-i Abşeron xalçaçılıq məktəbinə aid olan, həm-
çinin Azərbaycan ustalarının toxuduqları bir çox digər xalçalardır. 
Xalçaların böyük dəyərləndiriciləri olan ingilislər Azərbaycan xalça-
çılıq məktəbinin dünyanın boyük xalçaları xəzinəsinə verdiyi töhfəni 
məhz belə qiymətləndirmişlər. 
Bu  əhəmiyyətli faktlarla kifayətlənərək, indi də “erməni”lərin 
“karpet” termininin izahına keçək. 
Hörmətli oxucular ! Bildiyiniz kimi, “karpet” ingiliscə “xalça” 
deməkdir, ingilis dilinin etimoloji lüğətinə  əsaslansaq, bu termin 
“qalın yun parça” mənasını verən  “karpita” latın kökündən  əmələ 
gəlmişdir. Ancaq siz bilmirsiniz ki, erməni mənbələri inandırmağa 
çalışırlar ki, “karpet əllə toxunan xovsuz milli erməni xalçası”dır. Bu 
isə  məhz azərbaycanlıların  əsrlər boyunca “kilim” adlandırdıqları 
incəsənət əsəridir. Maraqlısı başqa şeydir. Bir halda ki, ermənilər öz 
xalçalarının (qorqa və karpet) tarixini b.e.ə. II əsrin axırlarına və I 
əsrin əvvəllərinə aid edirlər, onda belə çıxır ki, latınlılar və üstəlik də, 
ingilislər “karpet”i ermənilərdən mənimsəmişlər. Bu qəribə işin aydın 
olmasına baxmayaraq, ermənilərin xalçaçılıq iddialarına aydınlıq 
gətirən bir misalı gözdən keçirək. Azərbaycan, Dağıstan, Ermənistan 
və Gürcüstan xalçaşılıq nümunələrini özünə daxil etmiş alman dilin-
də çıxan illüstrasiyalı “Qafqaz xalçaları” albomunda (“Avrora” nəş-
riyyatı, Leninqrad, 1984) ən yaxşı xalça nümunələrini verilmişdir. 
Bir  şey də diqqəti cəlb edir. Azərbaycan xalçaları 71 illüstrasiyada 
verilmişdir ki, bu da albomun 60%-ni təşkil edir, ermənilərə aid 
illüstrasiyalar isə (cəmi 27) cəmisi 16%-dir. Başqa bir fakt da əhə-
miyyətlidir. Albomdakı 91 nömrəli illüstrasiyada “karpet – Dilican 
kilimidir” kimi (keçmişdə Azərbaycan şəhəri olmuş, Sovet hakimiy-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə