Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə35/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   31   32   33   34   35   36   37   38   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
141 
olaraq bir neçə il bundan əvvəl “ Forum” kinoteatrında göstərilmiş 
“Arşın mal alan” filmini və Tiflisdə satılan qramofon vallarını xatır-
ladım. Bu vallardakı musiqi guya “Arşın mal alan” operettasından 
imiş, əslində isə işbazlar operettanın uca adından və populyarlığın-
dan istifadə edərək, vallara cürbəcür “erməni” ifalarını daxil etmiş-
dilər. Sözarası afişalardakı təhrifləri də qeyd edək. Mən Vladiqafqaz-
da tamaşanın anonslarının şəhər divarlarına yapışdırılmış afişaların-
da müəllifin adının yazılmadığının şahidi oldum. O vaxt mənim sua-
lıma erməni xadimlrindən biri cavab verdi ki, “Arşın mal alan” köhnə 
zamanlardan erməni əsəri olmuşdur”. O, uzun müddət mənə sübut et-
məyə çalışdı ki, guya bu operetta müəllif yaradıcılığı yox, köhnə er-
məni hekayəsidir. Onların bu əməllərinə son qoymaq vaxtı çatmamış-
dırmı? (kursiv bizimdir)  
Hörmətli oxucular! Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriy-
yəti illərində plagiatçıların böyük Üzeyir bəyin yaradıcılığına irəli 
sürdükləri iddialar müvəffəqiyyətsizliyə  uğradı. Sovet quruluşu illə-
rində isə saxtakarların taktikası bir qədər dəyişsə də, məqsədləri eləcə 
qalmışdı. Azərbaycanda bolşeviklərinin hakimiyyətinin qurulduğu ilk 
günlərdən bəstəkara hücumlar başlayır. Üzeyir bəyin artıq təsdiq 
olunmuş böyük müəllifliyini erməni saxtakarları və fitnəkarları onun 
dahiyanə zəkasını alçaltmaq hesabına heçə endirməyə, eyni zamanda 
onun əsərini cəmi-cümlətanı “erməni xalq melodiyalarını işlənməsi” 
kimi elan etməyə çalışırdılar. Böyük azərbaycanlıya qarşı planlaşdı-
rılmış mənəvi terrorun nəticəsi fiziki bolşevik terroru idi. Misallar gə-
tirək. Bolşeviklər hakimiyyəti ələ keçirəndən bir neçə gün sonra gür-
cü familiyasına uyğunlaşmış hansısa bir erməni kamança ifaçısı Saşa 
Oqanezaşvili (Al. Oqanezyan) həcvlə Ü. Hacıbəyov və M. Maqoma-
yevə hücum çəkmişdir. O, yazırdı ki, Ü. Hacıbəyov Azərbaycan mu-
siqisini məqsədyönlü şəkildə təhrif edərək, onun inkişafını dayandırır, 
üstəlik də mahnı bəstələməkdə Azərbaycan və Şərq musiqisini bilmir. 
“Kralın özündən də böyük royalçı” olmağa can atan erməninin mə-
nasız fikrinin konkret məqsədi vardı. Bir tərəfdən bizim korifeylərin 
ilk musiqi mənbələrinə zərbə endirilir, musiqi ənənələrimiz şübhə al-
tına salınır, digər tərəfdən isə bizim elə bizim musiqi ənənələrimizə 
K A M R A N  İ M A N O V 
 
142 
əsaslanan “erməni” musiqisi üçün meydan təmizlənirdi. Nəhayət, bü-
tün bunlar inqilabdan əvvəlki musiqinin qeyri-xəlqiliyini iddia edən 
bolşeviklər tərəfindən dəstəklənməyə bilməzdi. Bu cəfənglik başqa 
bir cəfəngiyatı doğurdu: Respublika Xalq Maarif Komissarlığı ermə-
ni kamançaçısına Azərbaycan Şərq musiqisinin təlim proqramını ha-
zırlamağı tapşırır... Baxın bolşeviklər böyük Üzeyir bəyə qarşı kimi 
qoyaraq, Azərbaycan ümumtəhsil musiqi proqramının yaradılmasını 
kimə etibar etmişlər.  
Üzeyir bəyi dəfələrlə erməni və bolşevik terrorundan N. Nərima-
nov qorumuşdur. O, sözün tam mənasında musiqi korifeyimizi fiziki 
cəhətdən məhv olmaqdan xilas etmişdir. N. Nərimanov musiqi mədə-
niyyətimizin formalaşmasında Üzeyir bəyin əhəmiyyətini başa düşə-
rək, ona himayədarlıq etmiş, böyük bəstəkarın Respublika Xalq 
Maarif Komissarlığının incəsənət  şöbəsinin musiqi seksiyasına rəh-
bər təyin olunmasına nail olmuşdur . 
Üzeyir bəyin Şərq musiqisi haqqında Azərbaycan və sonra da rus 
dilində parlaq məruzələri ona paxıllıq edən erməniləri daha da 
qəzəbləndirirdi. Elə  həmin Oqanezyan mətbuat səhifələrində sübut 
etməyə başladı ki, Ü. Hacıbəyovun və M. Maqomayevin əsərləri pla-
giatdır, onların  əsl müəllifləri isə hansısa Lavrov və Slavinskidir. 
Azərbaycan musiqisinin “sükançısı” mövqeyindən uzaqlaşdırılmış 
Oqanezyan hələ də revanşa ümid edərək, provokasion bəyanat verdi 
ki, o, xüsusi açıq forumda Hacıbəyovun musiqisinin əsassız olduğunu 
sübut etməyə hazırdır. Bir sözlə, ermənilər bolşeviklərə arxalanaraq, 
Azərbaycan xalqının peşəkar musiqi mədəniyyətini fomalaşdıran və 
onun başında duranları aradan götürmək üçün hər  şeyi edirdilər. 
Ermənilərin bütün bu riyakar fəaliyyəti ona gətirib çıxardı ki, Azər-
baycan mahnılarının və əsərlərinin not nəşrinin vacibliyi barədə Üze-
yir bəyin hökumətə çoxsaylı müraciətlərinə cavab olaraq Xalq Maarif 
Komissarlığı 1924-cü ildə  bəstəkar Qliyerin, İppolitova-İvanovanın 
və Spendiyarovun bu məqsədlə əməkdaşlığa cəlb edilməsi barədə qə-
rar qəbul edir. Hörmətli oxucular, diqqət yetirin, görün kimlər Azər-
baycan xalq mahnılarını toplamalı və nəşr etdirməli idilər. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
143 
Bəli, söhbət simfonik orkestr üçün “Türk fraqmentləri”nin müəl-
lifi M.İppolitova-İvanovadan və öz əsərlərində Azərbaycan və bütöv-
lükdə türk musiqisindən geniş istifadə etmiş “Şahsənəm” operasının 
müəllifi R.Qliyerdən, həmçinin yuxarıda haqqında yazdığımız Spen-
diyarovdan gedir. 
Görün, M.Maqomayev bu mənasız işə necə cavab vermişdir: 
“Üzeyir bəy bu işi 15 il bundan əvvəl görmüşdür”.  
Erməni dairələri tərəfindən Ü. Hacıbəyova qarşı qızışdırılan böh-
tan iki cəbhədə aparılırdı, özü də onların hər ikisi istər Azərbaycan 
xalq musiqisinə, istərsə  də Üzeyir bəyin yaratdığı peşəkar musiqi 
məktəbinə münasibətdə ziyanverici idi. Onların niyyəti şox sadə idi: 
əgər Azərbaycan musiqi mədəniyyəti nümunələrini mənimsəmək 
mümkün olmursa, onda deməli, ya onları simasızlaşdırmaqla sahibsiz 
qoymaq, ya da bu yaradıcılıq nümunələrinin Azərbaycan xalqının 
sərvəti kimi gələcək üçün nota köçürülməsinə maneçilik törətmək 
zəruridir. 
Özünüz düşünün, hörmətli oxucular. “Tərəqqi-inkişaf edən” al-
tında maskalanan birinci ideyaya əsasən, oktyabr inqilabından əvvəl-
ki dövrdə yaranmış əsərləri arxivə vermək təklif olunurdu. Bir sözlə, 
bu ideyaya görə, Ü. Hacıbəyovun musiqisini geridə qalmış və primi-
tiv musiqi kimi həyatdan silmək lazım idi. Eyni zamanda Azərbaycan 
musiqi alətləri “musiqi eksponatları”, milli musiqi ənənələrinə  əməl 
edilməsi isə “millətçi mədəniyyətçilik” elan edilirdi. “Məgər xalq 
mahnılarından ibarət primitiv kompilyativ əsərləri müstəqil yaradı-
cılıq adlandırmaq olarmı?” Bu fikir 14 oktyabr 1924-cü il tarixli 
“Bakinski raboçiy” qəzetinin səhifələrində  dərc olunmuşdu. Bir az 
sonra isə “Kommunist” qəzeti hətta muğam operalarına qarşı qəti eti-
razını bildirmişdi. Böyük bəstəkar onlara belə cavab vermişdi: “Bəzi 
yoldaşlar, təxminən, belə deyirlər: “Mənim musiqidən başım çıxmır, 
Hacıbəyov də musiqini məndən yaxşı bilmir. Ona görə, onun opera 
yazmaq hüququ yoxdur. Həmin vəzifəli yoldaşlar bu cür ağılsız-
lıqlarını dayandırmalıdırlar və belə  cəfəng fikirlərə son qoymaq la-
zımdır”. 
K A M R A N  İ M A N O V 
 
144 
Şərti olaraq “konservativ-mühafizəkar” adlanan digər bir meyl 
musiqi sahəsində milli dəyərlərimizi milli mənəviyyatımıza “yad” 
olan zərərli təsirlərdən “müdafiə etməyi” tələb edirdi. Misal üçün
milli alətlərdə not əsasında çalmaq onun özünəməxsusluğunun və 
improvizatorluğunun məhv edilməsi kimi elan edilirdi. Mahiyyət 
etibarilə, burada not yazılarının əleyhinə mübarizə aparırdılar. Musiqi 
əsərlərini sonrakı plagiatçılıqdan qorumaq məqsədi ilə onları not ya-
zılarına köçurmək xahişi ilə Üzeyir bəyin dəfələrlə dövlətə müraci-
ətlərini xatırlayaq. Görün, 1924-cü ildə Ü. Hacıbəyov plagiatçı Mail-
yanı  nəcə biabır etmişdir:  “Bizim xalq mahnılarını yaxşı  tərtibatda 
hazırlayıb buraxmaq zamanı çoxdan gəlib çatmışdır. Bu gün bizim 
bir çox mahnı  və  rəqslərimiz Avropa musiqiçləri tərəfindən toplan-
mışdır və biz onları Avropasayağı işlənmədə qavraya bilmirik. Azər-
baycanda Avropa sistemində musiqi yazan bir neçə bəstəkardan sa-
vayı,  Şərq bəstəkarları da vardır. Onlardan birini - Avropada oxu-
muş, indi isə Bakıda xormeyster işləyən Anton Mailyanı göstərmək 
olar. O, bir neçə kiçik mahnı bəstələmişdir. Mailyan öz kiçik
 
mahnı-
ları ilə fəxr etmək əvəzinə, başqa bəstəkarların əsərlərini mənimsəyir 
və onları öz xorunda ifa edir. Məsələn, Mailyan öz konsertlərinin 
proqram və afişalarında M. Maqomayevin “Şah İsmayıl” operasıdan 
“Haydı qızlar” mahnısını öz əsəri kimi göstərmişdir. Bundan başqa 
Mailyan “Ay yoldaşlar” mahnısını da nota köçürmüş və öz adı altın-
da vermişdir. Bu, ondan irəli gəlir ki, bizim xalq mahnılarımız top-
lanmamış, işlənməmiş  və toplu şəklində  nəşr olunmamışdır. Buna 
görə  də onlar Mailyan kimiləri tərəfindən mənəmsənilir...  Əgər biz 
onları kitab şəklində nəşr etsək, heç kəs onları mənimsəməyə cəsarət 
etməz. Bundan başqa bu mahnılar nə itib batmar, nə də unudulmar”. 
Bəli, bütün dözümlülüyə baxmayaraq, Üzeyir bəy bu qəbildən 
olan hücumlara görə onların “paylarını”verir, bütün bunlar isə mu-
siqimizin inkişaf etməsinə kömək edir, onu erməni bəstəkarlarının və 
erməni qruplaşmalarının qəsdlərindən qoruyurdu. 
Hörmətli oxucular, yuxarıda qeyd olunanlar böyük bəstəkarın və-
tənində, Azərbaycanda baş verirdi. Bəs görəsən, Azərbaycan torpaq-
larının hüdudlarından kənarda nə baş verirdi? Ü. Hacıbəyovun və 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə