Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə37/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   33   34   35   36   37   38   39   40   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
149 
§15.  
“...Mənimsədım”də ənənəvi biliklərin və ənənəvi 
mədəni ifadələrin müxtəlif obyektlərinin 
mənimsənilməsi nümunələri göstərilir. 
 
Hörmətli oxucular! Azərbaycan xalqının əqli mülkiyyətinin ermə-
nilər tərəfindən oğurlanmasını başqa misallarla da davam etdirmək 
olar. Mənimsəmələr nəinki qeyri-maddi obyektlərə, eyni zamanda həm 
də maddi-mədəniyyət irsimizə aiddir. Adlar, Azərbaycan mətbəxinin 
əsrlərlə hazırlanmış xörəklərinin hazırlanma üsulları, nadir naxışlı 
gözəl qədim xalçalarımız və bir çox başqaları buraya daxildir. Söhbət 
burada indi beynəlxalq ictimaiyyətin  ənənəvi biliklər və  ənənəvi 
mədəni ifadələr (folklor) kateqoriyasına aid etdiyi əqli mülkiyyətlə 
bağlı hər şeydən, o cümlədən, o obyektlərdən ki, onlarda intellektual 
mədəni komponent ifadə edildiyi, yaxud ifa olunduğu daşıyıcısı ilə 
sıx bağlıdır. Əlbəttə, bu, ayrıca ciddi bir söhbətin mövzusudur. Buna 
görə də indi biz belə oğurluğun bir neçə tipik faktlarını göstərməklə 
kifayətlənəcəyik. Misal üıün, çoxsaylı erməni  İnternet-saytları iddia 
edir ki, “erməni mətbəxi-ölkənin ən diqqətəlayiq sahələrindən”, “dün-
yada ən qədim mətbəxlərdən”, “planetin ən özünəməxsus kulinar ən-
ənələrindən biridir” və əlbəttə ki, “Zaqafqaziyada ən qədim mətbəx-
erməni mətbəxidir,” “onun xarakterik xüsusiyyətləri hələ min il b.e.ə. 
yaranmışdır” və sonralar onu ermənilərin qonşuları mənimsəmişlər. 
Hörmətli oxucular, eməni mətbəxinin Azərbaycanda  ən geniş 
yayılmış xörəklərindən bir neçəsini seçək və azərbaycanlıların onları 
ermənilərdən necə  mənimsəmələrini aydınlaşdırmağa çalışaq. Bu 
məqsədlə  məşhur “erməni xörəkləri”nin adlarının etimologiyasını 
açarkən, bir məsələni nəzərə alaq ki, Azərbaycan xörəklərinin çoxu-
nun adı onların hazırlanma texnologiyalarını göstərir. 
Ümumdünya  şöhrəti qazanmış  “şaşlıkdan” başlayaq. Ermənilər 
yazırlar ki, erməni xörəyi olan “şaşlık” “iri ət parçaları”ndan hazır-
lanır, onun digər erməni növü “qars şaşlığı” isə “manqalda bişirilir”. 
K A M R A N  İ M A N O V 
 
150 
Hörmətli oxucular, “şaşlık” Azərbaycan, bütövlükdə, türk sözü 
olan “şişlik” sözünün rus dilinə uyğunlaşdırılmış variantıdır. Bu söz 
iki hissədən: kök (şiş) və şəkilçidən (lik) ibarətdir. “Şiş” Azərbaycan 
dilində şampur və ümumiyyətlə, “iti əşya” mənasındadır. “Mənsubiy-
yət” mənasını ifadə edən “lik” şəkilçisi ətin “şişə” (şampura) aid ol-
duğunu ifadə edir. Bir sözlə, “şişlik” şişə (şampura) keçirilmiş ət par-
çalarıdır. Azərbaycanlılar bu növ kababı döyülmüş əti şişə keçirmək-
lə hazırlanan “lülə-kabab”dan fərqli olaraq, şox vaxt “tikə-kabab” ad-
landırırlar. Bu xörək “manqal”da hazırlanır. Manqal şaşlık üçün odun 
qalanması  məqsədi ilə düzəldilmiş xüsusi qurğudur. Manqal termi-
ninin vacib elementi olan “qal” hissəsi kösövləri bir yerə  yığmaqla 
alovlanmağa imkan yaratmaq mənasını ifadə edən Azərbaycan dilin-
dəki “qalamaq” (odu saxlamaq) felindən yaranmışdır. Təsadüfi deyil-
dir ki, Azərbaycan dilindəki “tonqal” sözü də  həmin feldən  əmələ 
gəlmişdir. 
Ermənilər iddia edirlər ki, “xazani” adlı digər erməni kabab nö-
vü onunla fəqlənir ki, o, “qazanda hazırlanır.”  İzahı belədir ki, 
“qazan” Azərbaycan və digər türk dillərində xörək hazırlamaq üçün 
istifadə olunan böyük qabdır. Azərbaycanlılar elə bu qabda qazan- 
kababı bişirirlər. 
Başqa bir “erməni kababının”- “basdırma şaşlıkı”nın da mənşəyi 
maraqlıdır. Erməni kababının bu növünün etimologiyasını aydınlaş-
dırmaq üçün “basdırma” termininin hansı məna daşıdığını başa düş-
mək lazımdır. Azərbaycan dilində “basdırmaq” - “örtmək” və “bürü-
mək” fellərini bildirir. Çünki azərbaycanlılar şişlik üçün ətin üstünü 
əvvəl soğanla, duzla, istiotla örtür və sirkə ilə qarışdıraraq müəyyən 
müddət onu qazanda saxlayırlar. Bununla da ət kabab üçün basdır-
maya çevrilir. 
Belə çıxır ki, “erməni kabablari”nın bütün növlərinin adları Azər-
baycan (türk) dilindən götürülmüşdür və deməli, “qədim erməni” 
yeməklərinin adlarını ifadə etmək üçün erməni dilində onların öz 
terminləri tapılmamışdır. Üstəlik də, ermənilər uyğun Azərbaycan 
terminlərini götürə bilmədikdə, sadəcə Azərbaycan (türk) say siste-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
151 
mindən istifadə etmişlər: bir, iki və s. və “erməni kababı”nın yeni bir 
növü meydana çıxır-  ət və bir quyruq yağından ibarət “iki-bir” ka-
babı, bu da elə azərbaycanlıların hazırladığı birə-iki xörək növünün 
hazırlanma üsulunu əks etdirir. Hörmətli oxucular, indi özünüz nəticə 
cıxardın, göstərilən bu yeməyin müəllifi hansı etnosdur və kim ondan 
mənimsəmişdir? 
Ermənilər bütün dünyaya sübut etməyə çalışırlar ki, məşhur 
“dolma” qədim erməni xörəyidir. Bu, üzüm yarpağına bükülmüş, ya-
xud pomidor, bibər və badımcan kimi bəzi tərəvəzlərin içərisinə dol-
durulmuş döyülmüş  əti bişirməklə hazırlanan xörəkdir. Qədim za-
manlardan bəri bu xörəyi hazırlayan azərbaycanlılar bu dolma növü-
nü digərindən fərqləndirmiş  və onu “yarpaq dolması”, yəni yarpağa 
bükülmüş dolma adlandırmışlar. 
Hörmətli oxucular, “dolma” termini Azərbaycan (türk) dilindəki 
“dolmaq” (“doldurmaq”) felindən əmələ gəlmişdir. Bu, döyülmüş ətin 
tərəvəzin içinə doldurulması ilə bağlı bütün “dolma” hallarına aiddir. 
Azərbaycan dilindəki digər “dolamaq” feli “bükmək” mənasını bil-
dirir və onun döyülmüş ətin tənək yarpaqlarına bükülməklə hazırlan-
dığı dolmaya birbaşa aidiyyəti vardır. Dilimizdəki “dolamaq” (“bük-
mək”) felinin sinonimi kimi “sarımaq” felindən istifadə edirlər və 
buna görə də çox vaxt tənək yarpaqlarından hazırlanmış Azərbaycan 
“dolması”nı “sarıma” dolması da adlandırırlar. 
Ermənilər erməni mətbəxinə həsr olunmuş çoxlsaylı erməni sayt-
larında “erməni tolması” ilə bağlı yaranmış karıxma vəziyyətinə dair 
mənasız izahat verirlər: “...ermənilər səlcuq türklərinin mətbəxinə öz 
paylarını vermişlər və beləliklə, bir çox erməni xörəkləri Avropada 
türklər vasitəsi ilə guya onlara - türklərə məxsus xörəklər kimi (məsə-
lən, dolma) tanınmışdır”. Bununla birlikdə, ermənilər nə yazsalar da, 
həm birinci halda kababla, həm də “dolma-sarıma” adlarının etimo-
logiyası ilə bağlı, bu xörək növlərinin hazırlanma üsulu və Azərbay-
can (türk) kökləri ilə bağlı olduğu təsdiq edir. Ona görə də oxucunun 
özü də  yəqin edə bilər: kim kimin mətbəxini mənimsəmişdir, azər-
baycanlılar ermənilərin, yoxsa əksinə. 
K A M R A N  İ M A N O V 
 
152 
Məşhur “bozbaş” xörəyinin erməni mənşəyinə heç kəsin şübhəsi 
qalmasın deyə, erməni
 
mətbəxinə aid kataloqlarda onun əvvəlinə bir 
“Yerevan” sözü də artırılır və bu xörəyin adı “yerevan” təyini ilə 
birlikdə işlənir. Ermənilər belə izah edirlər: “bozbaş-noxud və göyərti 
əlavə olunan bişmiş qoyun ətidir”, “küftə- xüsusi şəkildə əzilmiş və 
bişirilmiş ətdən ibarət olan ət kürəcikləri”dir. Guya ki, ermənilərdən 
mənimsənilmiş bu xörəyi azərbaycanlılar çox sevdiklərinə görə ona 
“küftə bozbaş” və “parça bozbaş” adı vermiş, bununla döyülmüş ət-
dən hazırlanmış küftəni parça-tikə  ətdən hazırlanandan fərqləndir-
mişlər. Bir sözlə, hörmətli oxucular, Azərbaycan mətbəxində “küftə” 
“bozbaş”ın bir növüdür, və deməli, “bozbaş” termininin etimologiya-
sını nəzərdən keçirməliyik. 
“Aş” qədim türk sözüdür, “aşmaq” felindən düzəlmiş isimdir
“xörək hazırlamaq” mənasını verir. Bu gün azərbaycanlılar “qazan 
aşmaq / asmaq” dedikdə “xörək bişirməyi”, yaxud “qazan asmağı” 
nəzərdə tuturlar. “Aş” sözünün kökündən bir çox sözlər törəmişdir, 
məsələn: “xaş”, “xaşıl”, “qaşıq,” “lavaş”- bunlar Azərbaycan dilindən 
tərcümədə müvafiq olaraq, “dana dırnağından sup”, undan qatı yağ 
və bal (doşab və s.) qatılmış sıyıq və s. bildirir. Sadalanan terminlərin 
hamısı qida ilə bağlıdır və bunlar Azərbaycanda çox sevilən xörək-
lərdəndir. Ona görə də hörmətli oxucular, nəzərə çatdıraq ki, nə “xaş” 
qədim erməni xörəyi, nə  də “lavaş” erməni çörəyi olmuşdur. Azər-
baycanlılar bu gün də xörək bişirən adama “aşbaz,” türkmənlər isə 
“aşçı” , yaxud “qazançı” deyirlər. 
“Kitabi-Dədə-Qorqud”da rast gəlinən başqa bir qədim türk xörə-
yi “bozlamac” da mənasına görə, yemək hazırlamaq prosesini bildi-
rir. Bu xörəyin adındakı “bozartmaq” felinin kökü olan “boz” sözü-
nün  əsas məna çalarlarından biri bişirməklə (qızartmaqla) bağlıdır... 
Bax Azərbaycan mətbəxindəki “bozbaş” və “bozartma” xörəklərinin 
adı buradan götürülmüşdür. O cümlədən, “bozbaş” sözü etimologi-
yasına görə, iki komponentdən: Azərbaycan dilində boz rəng məna-
sında olan “boz” və xörəyin hazırlanması prosesi ilə bağlı olan “aş” 
köklərindən düzəlmişdir. Hörmətli oxucular, bildiyiniz kimi, ət qa-
zanda bişərkən onun rəngi bozarır.  


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə