Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə45/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   41   42   43   44   45   46   47   48   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
181 
K. Trever, eləcə  də  məşhur gürcü albançıları  İ. Abuladze və A. 
Şanidze belə hesab edirlər ki, V əsrdə albanların öz əlifbası vardı və 
dəlil kimi, VIII əsrdə rəsmi redaktə edilmiş “Məktublar kitabı”nı mi-
sal olaraq göstərirlər. Bu, erməni mənbəyində yer alan və 506-cı il 
Dvin məclisindən sonra İrandakı xristianların pravoslavlara göndəri-
lən ikinci məktubda deyilirdi: “Biz əvvəllər sizə gürcü və albanların 
razılığını nəzərə alıb, sonra hər ölkənin əlifbası ilə yazırdıq” (kursiv 
bizimdir). 
İndi alban əlifbası və yazısı haqqında erməni açıqlamalarını misal 
gətirək. VIII əsr erməni tarixçisi Gevond öz əsərində  İncilin tərcü-
məsi olan dilləri sadalayarkən, siyahıda on ikinci yerdə alban dilinin 
adını  çəkir. A. Perixanyan “Erməni yazısının yaranması  məsələsinə 
dair”  əsərində son dərəcə aydın  şəkildə göstərir ki, “bu və ya digər 
dilin  əlifbasının yaranmasını  hərf yaradıcılığına bağlamaq olmaz”. 
Bu, hər  şeydən  əvvəl həmin dilin fonemlərinin seçilməsini və dilin 
fonetika və strukturunun incəliklərini bilməyi tələb edən mürəkkəb 
bir prosesdir. Maştos nə gürcü, nə  də alban dilini bilirdi. Odur ki, 
Koryunun: “Maştos orada bu dillərin səs tərkibinə dair məlumat top-
layırdı, - ifadəsinə  əhəmiyyət vermək lazım deyildir...” Gürcü alimi 
Z. Aleksidze Sinayda, Müqəddəs Yekaterina monastırında apardığı 
tədqiqatlar nəticəsində bu qənaətə  gəlmişdir ki, hələ Maştosa qədər 
IV əsrdə albanların yazısı və yazılı ədəbiyyatı olmuşdur. 
Məşhur albanşünas alimin fikrinə əsasən, albanlar İncili tərcümə 
edərkən, IV əsrin ikinci yarısında ilk dəfə lüğət yaratmışlar. Ancaq 
ermənilər, yalnız V əsrdə bu kitabı yunan dilindən çevirmişlər. 
1997-ci ildə  məşhur fransız alimi J.P.Mane “Bir alban mətninin 
açıqlaması: tapılmış qədim Qafqaz dili” adlı məqaləsində göstərir ki, 
1966-cı ildə Z. Aleksidzenin tapdığı 140 gürcü əlyazmasından ikisi 
albanlara aiddir. Hər iki əlyazmanın mətni sətirbəsətir həm gürcü, 
həm də alban dilindədir.  Əlyazmanın oxunmasının çətinliyinə bax-
mayaraq (müqəddəs Yekaterina monastırında yanğın baş vermişdir), 
alim Matenadaranda XV əsrə aid olan mətnlərdəki 52 alban hərfin-
dən fərqli olaraq, 52 hərf – simvolu eyniləşdirməyə müvəffəq olmuş-
dur. Bundan başqa, xüsusən, alimin qənaətinə görə, Matenadaran əl-
K A M R A N  İ M A N O V 
 
182 
yazmalarını köçürən katiblər bunu nə alban dilini, nə də onun tələffüz 
qaydalarını bilmədən, tez-tez səhv etmiş, bilmədən və yaxud qərəzlə 
alban hərflərini erməni hərfləri ilə qarışdırmışlar. B. Utye adlı fransız 
alimi XX əsrin sonunda Yerusəlimdə daha bir əlyazma aşkar etmiş-
dir. Əlyazmanın sərlövhəsi sübut edir ki, o, əvvəlcə alban dilində ya-
zılmış, sonra isə erməni dilinə tərcümə edilmişdir. 
Sonuncu fakt. Məşhur afrikaşünas D. Olderoqqenin tədqiqatları-
na əsasən, məlum olmuşdur ki, erməni əlifbası qədim həbəş (amxar) 
əlifbasının praktiki olaraq eynidir. Hələ Mesrop Maştosa qədər, yəni 
keçmişdə Həbəşistan dili və xətt qrafikası olmuşdur. Buradan belə bir 
nəticəyə gəlmək olur ki, M. Maştos nə alban, nə də gürcü əlifbasını 
yaratmışdır. Hələ ermənilərin öz əlifbalarını yaratması da ciddi şübhə 
doğurur, çünki plagiatdır. 
Hörmətli oxucular, indi isə yenidən “M. Maştos erməni əlifbasını 
yaratmışdır”, - fərziyyəsinə qayıdaq. Məlum olur ki, bu, ehtimallar-
dan irəli gələn tarixi faktlara və  əldə edilən müasir dəlillərə ziddir. 
Yəni əvvəldə göstərdiyimiz kimi, bu “Reductio ad absurdum”dur. 
Bu isə sizə düzgün qərar çıxarmağa imkan verir. 
Məntiqdə qanun qüvvəsində olan mühüm amillərdən biri də “ye-
tərli  əsaslanma prinsipinə malik olma”dır. Bu prinsipə  əsasən,  əgər 
fikir dəlillərlə kifayət qədər əsaslandırılmışsa, onu həqiqət kimi qəbul 
etmək olar. Bu metodoloji prinsip böyük alim Bertranu Rassel tərə-
findən işlənmişdir. Aşağıdakı sitat R. Smalliananın (“Bu kitab necə 
adlanır?”, M., 1981)
 
əsərindən götürülmüşdür: “Bir filosof B. Rasse-
lin yalanın yalan doğurmasına dair fikrini eşidəndə sarsıntı keçirir. O, 
Rasseldən soruşur: “Siz doğrudanmı elə hesab edirsiniz ki, “iki üstə 
gəl iki beşə bərabərdir” mülahizəsindən belə nəticəyə gəlmək olar ki, 
siz Roma papasısınız?” Rassel müsbət cavab verir. Filosof təəccübü-
nü gizlədə bilmir: “Siz bunu sübut edə bilərsinizmi?” “Əlbəttə”, - de-
yə Rassel bunu aşağıdakı kimi isbat edir: 
1) tutaq ki, 2+2=5 
2) hər iki tərəfdən 2 rəqəmini çıxaq: 2=3 
3) sağ və sol tərəfin yerlərini dəyişək: 3=2 
4) hər iki tərəfdən 1 rəqəmini çıxaq: 2=1 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
183 
Roma papası və mən iki nəfərik. Çünki, 2=1, yəni Roma papası 
və mən eyni şəxsik.
 
Nəticə etibarilə, mən Roma papasıyam”. 
Bu məzəli məntiqi misalın yekununa qədim Roma şairi Mark 
Manilinin qısa və yığcam bir fikrini əlavə etmək olar: “Yekun başlan-
ğıcdan asılıdır”. Aşağıda misal gətirilən növbəti absurd da bu sitata 
aiddir. 
Beləliklə, erməni əlifbasının prototipi və Urartunun irsi ilə əlaqəli 
saxtakarlığa diqqət yetirək. Ermənilər XX əsrin ikinci yarısında Zən-
gəzurda (ermənilər tərəfindən “Metsamor” adlandırılmışdır), azər-
baycanlılar yaşayan Zeyvə kəndində aşkar edilmiş daş üzərində b.e.ə. 
XVIII əsrə aid olan “mixi yazını” “oxuyaraq”, bu nəticəyə gəlmişlər 
ki, guya onlar qüdrətli Urartu dövlətinin birbaşa varisləridirlər. Bir 
sözlə, ermənilərin Urartu sakinlərini özlərinin ulu babaları elan etmək 
arzuları çox böyük idi. Onlar bu yolla keçmişdə həmin dövlətin işğal 
etdiyi torpaqlara da ərazi iddialarını  “əsaslandırmaq” istəyirdilər. 
Onların bəd niyyətləri bununla bitmir. İddia edilirdi ki, guya mixi ya-
zının  şifrəsi erməni dili vasitəsi ilə açılmış  və  mətn oxunmuşdur. 
Yazı gah “qədim erməni”, gah Urartu dövlətinə aid edilirdi. Var güc-
ləri ilə iddia edirdilər ki, dünyanın sonrakı əlifbaları da məhz “qədim 
erməni əlifbası” əsasında yaradılmışdır. 
Dünya  əlifbalarının erməni köklü olması beləcə iddia olunurdu. 
Elmi ictimaiyyət, aparıcı mütəxəssislər bu məlumatın dəqiqliyinə o 
qədər də etibar etmədikləri üçün şifrənin obyekti və metodikası ilə 
onları tanış etməyi, bir sözlə, əlavə dəlillər gətirməyi tələb edirdilər. 
Nəticədə, erməni iddialarının absurd olduğu üzə çıxmışdı. İzah olun-
muşdu ki, başdaşında XIX əsrə aid olan və ərəb əlifbası ilə yazılmış 
mətn sağdan sola deyil, soldan sağa oxunmalıdır. Erməni yalanının 
ifşası sensasiyaya çevrilmiş və yayılmışdır. Akademik Piotrovski Er-
mənistanın elmi məcmuəsində kinayə dolu olan ifadələrlə erməni-
lərin absurd fikirlərini ifşa etmişdir. Bu yerdə ermənilərə Azərbay-
canlılardan mənimsəyib özününküləşdirdiyi “Köhnə malın qiyməti ol-
maz” və  hələ  mənimsəyə bilmədikləri “Nə oxuduğundan deyil, nəyi 
başa düşdüyündən danış” atalar sözlərini xatırlatmaq yerinə düşərdi. 
K A M R A N  İ M A N O V 
 
184 
§4.  
Qafqaz Albaniyasının ədəbi irsinin  
mənimsənilməsi ilə bağli absurd 
 
Hörmətli oxucular! Sizi ermənilərin Azərbaycan torpaqlarına olan 
ərazi iddialarını “əsaslandırmaq” məqsədi daşıyan absurdları ilə tanış 
etməyi davam edirik. Bu məqsəd onların Azərbaycanın tarixi və 
mədəni irsinin “özününküləşdirilməsi, mənimsənilməsi və erməniləş-
dirilməsi” kimi permanent niyyətləri ilə sıx şəkildə bağlıdır. 
“Cəfəngiyat” mənası ifadə edən “absurd” latın köklü sözdür. Hə-
min sözün rus dilində bir çox sinonimləri vardır. Z.Y. Aleksandrova-
nın 1968-ci ildə çapdan çıxan “Rus dilinin sinonimləri lüğəti”
 
kita-
bına nəzər yetirsək, onda “absurd”ın “məntiqsız söz”, “həqiqətə uyğun 
olmamaq, ağıla batmamaq”, “sayıqlamaq, sərsəmləmək”, hətta “həd-
yan” kimi bir çox oxşar mənalar daşıdığını görərik. 
Bununla yanaşı, biz qeyd etdiyimiz kimi, hər bir şərh olunan 
“absurd”da “absurd” “boş, məntiqsiz  şey, “məntiqsiz söz” və ya 
“məntiqsiz sözlərdən ibarət semantik qarışıq” deyildir, bir sözlə, bu, 
çərən-pərən deyildir. Ermənilərin misal göstərdikləri iddialar ona gö-
rə absurddur ki, onlar məntiqə və sağlam fikir çərçivəsinə yerləş-
mir, çünki onlar saxtakarlıq və yalan üzərində qurulmuşdur. Əvvəlki 
paraqrafda qeyd etmişdik ki, “Reductio ab absurdum” -“cəfəngi-
yata gətirib çıxaran məlumat” məntiqi ziddiyyətlərə gətirib çıxaran və 
qədim  ənənəyə malik olan “dolayı sübut etmə” metodudur. Məntiq 
elmində ziddiyyətlər qanunu ilə yanaşı, dəlil gətirmənin digər bir va-
cib tərəfi “ücüncünün müstəsna olması qanunu”dur. Bu qanuna görə, 
tezis və antitezis eyni vaxtda doğru olmadığı kimi, yalan da ola bil-
məz. Xatırladırıq ki, bu halda iddiaları  əsaslandırmaq üçün bütün 
alternativ fikirlər irəli sürülür, sonuncunun yalan olduğunu təsdiq edən 
dəlillər gətirilir və ilk iddianın doğru olması haqqında yekun nəticə 
çıxarılır. Bu qısa haşiyədən sonra “ab absurdo... ab absurdum” 
prinsipi üzrə erməni “araşdırmalarının” təhlilini davam etdirək. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə