Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə32/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   28   29   30   31   32   33   34   35   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
129 
ması  və inkişafı Komitasa və onun tərəfdarılarına dalana dirənmə 
kimi gəlirdi. Beləliklə, hörmətli oxucular, burada mürəkkəb bir və-
ziyyət yaranmışdı: ya müstəsna olaraq özünün kilsə monodiya kök-
lərinə əsaslanan klassik erməni musiqisinin dalana aparan yolla for-
malaşdırılması, ya da türk-Azərbaycan melodiyalarından ibarət olan 
erməni xalq musiqisinə istinad edilməsi. Komitası məhz bu səbəbdən 
tez-tez böyük etnoqraf kimi təqdim edirdilər, çünki o, öz həyatını xalq 
musiqisinin toplanmasına, işlənməsinə  və nota köçürülməsinə  həsr 
etmişdir. Yazılı erməni musiqi plagiatçılığının kökləri də elə buradan 
başlayır. Axı erməni musiqi mütəxəssislərinin özlərinin etiraf etdiklə-
rinə görə, (əvəlki paraqraflara bax) erməni şifahi musiqi ənənəsi türk-
Azərbaycan musiqisinə əsaslanırdı, çox vaxt isə orijinal Azərbaycan 
variantları ifa olunurdu. Bu mənada yazılı (not) musiqi plagiatçılğı 
yazılı ədəbi plagiatçılıqdan çox da fərqlənmirdi. Bu, özünü xüsusən, 
Azərbaycan rəvayətləri, bayatıları, atalar sözləri, yaxud dastanları 
“erməniləşdirilərək” yazılı mətnlərə çevrilib erməni əsərləri kimi nəşr 
olunuqda göstərirdi. “Vikipediya” saytında (“Azad ensiklopediya”) 
qeyd edildiyi kimi, Komitas 12 yaşında Eçmiədzinə  gəldiyi zaman, 
hələ erməni dilində danışmağı bacarmırdı, IV Qevorkun salamına ca-
vab olaraq o demişdr: “Mən ermənicə danışmıram, əgər istəyirsiniz-
sə, mahnı oxuyum.” Elə buradaca qeyd olunur ki, Komitas Bakı neft 
maqnatı Mantaşevin pulu hesabına Berlində öz təhsilini başa vurub 
qayıtdıqdan sonra “Ermənistanın müxtəlif rayonlarını gəzir, minlərlə 
erməni, kürd, iran və türk mahnılarını toplayır və mahnıların işlənmə-
sini yaradır”. Türk motivlərinə əsaslanan xalq müsiqisinə Komitasın 
münasibətindən danışarkən, biz heç də onun erməni dini musiqisinə 
diqqətini, kilsə  nəğmələrinin oxunması sahəsindəki tədqiqatlarını və 
bəstəkarın yaratdığı dini əsərləri istisna etmirik. Bir daha onun xalq 
musiqisinə olan xüsusi munasibətini qeyd edirik. Təsadüfi deyildir ki, 
Komitas Eçmiədzinin dindarları ilə  əlaqəni pozub İstanbula qayıda-
raq, burada konsert proqramında xalq mahnıları üstünlük təşkil edən 
“Qusan” xorunu yaradır. Katolikos I Vazgenin Komitas haqqında de-
diyi: “Erməni xalqı öz ürəyini Komitasın mahnısında tapmış və tanı-
mışdır...” sözlərlə biz də razıyıq. 
K A M R A N  İ M A N O V 
 
130 
S. Ginzburqun “SSRİ xalqlarının musiqi ədəbiyyatı”nda isə
 
Komitas belə  təqdim olunmuşdur: “Yüksək vətənpərvərlik hissi ilə 
hərəkətə gətirilən Komitas özünün həyati vəzifəsi kimi qarşısına qoy-
muşdu ki, erməni xalqının öz musiqi ənənəsinin olduğunu sübut et-
sin, onun milli özünəməxsusluğunu göstərsin və  əsaslandırsın...” 
deyirdi: Komitas, -gedin, ondan (xalqdan) öyrənin...- deyirdi. Təbii 
ki, vətənə qayıdandan sonra Komitasın diqqət mərkəzində xalq mah-
nılarının dərindən tədqiq edilməsi dururdu... “Komitasın qeydləri və 
məqalələri erməni xalq musiqisini düzgün başa düşmək üçün yolu tə-
mizlədi”. “Krım erməniləri” elektron soraq kitabçasında onun silah-
daşı X. Qara-Mirzə belə təqdim olunur: “Erməni milli musiqisinin in-
kişafında X. Qara-Mirzənin xidmətləri şübhəsizdir... QaraMirzə nəinki 
erməni dini və xalq mahnılarını toplayır, onları notlara köçürür, həm 
də onların ifalarını təşkil edirdi.” Oxucuların başa düşdüyü kimi, er-
məni klassik musiqisinin formalaşdırılmasında Komitas musiqi kre-
dosu qələbə çaldı və bu, türk və Azərbaycan xalq musiqisinin hesabı-
na baş verdi. 
Özünüz mühakimə yürüdün, hörmətli oxucular, erməni bəstəkar-
ları və musqişünasları tərəfindən yazıya köçürülmüş və işlənmiş folk-
lor musiqisi nümunələrinin hesabına 200-dən artıq Azərbaycan kom-
pozisiyaları “erməniləşdirilmiş” və not redaksiyasında Rusiyanın 
Moskva, Sankt-Peterburq və digər şəhərlərində nəşr edilmişdir. “Türk 
başlanğıclı” erməni musiqisinə can yandıranlar Komitasdan başqa, 
həm Qara-Mirzə, həm T.Çuxaçyan, həm N. Tiqranyan, Yemelyan, 
Nalbandyan, S. Melikyan və bir çox digərləridir. “Mənimsəmə-
çilik” vakxanaliyası o dərəcədə vüsət tapmışdı ki, əsl qədim erməni, 
daha doğusu, kilsə musiqisi tərəfdarlarının hər hansı fikri süngü ilə 
qarşılanırdı. Misal üçün, erməni klassik musiqisinin kilsə mahnıları 
əsasında yaradılmasını müdafiə edən və Azərbaycan-türk musiqisinin 
“erməniləşdirilməsi”nin  əleyhinə olan musiqişünas Tirakyan xain 
kimi lənətlənmişdi. Erməni klassik musiqisinin inkişafına dair öz 
nöqteyi-nəzərinə münasibətdə bu cür nihilizm təzahürünə qarşı ba-
rışmaz mövqe tutan Komitas indi, Q.Gedokyanın “Komitasın üslubu 
və XX əsr musiqisi” monoqrafiyasında və “Erməni musiqisinin da-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
131 
hisi” və digər məqalələrində yazdığı kimi: “xalq sənətinə yeni şəkildə 
yanaşdı..., Komitasın novator prinsipləri... təzahürünü nəinki təkcə 
erməni milli musiqisi çərçivəsində, həm də daha geniş planda: dünya 
musiqi incəsənətinin inkişaf perspektivində tapır”. Daha sonra: 
“Komitas yaradıcılıq meydanına musiqi incəsənətinin çox çətin bir 
dövründə - böhran və dəyərlərin yenidən qiymətləndirilməsi dövrün-
də  çıxmışdı. Belə bir şəraitdə yenilik heç də  həmişə qabaqcıllığın 
sinonimi olmurdu, yenilik axtarışı isə daha çox formal-səthi xarakter 
daşıyır və musiqi sənətini çıxılmaz vəziyyətə sürükləyirdi...” Bir 
sözlə, Gedokyana görə, “Komitas” təzahürü dar milli musiqi incəsə-
nəti çərçivəsindən kənara çıxır və XX əsr dünya mədəniyyəti kon-
tekstində Debyussi, Bartok, Srtravinski ilə bir sırada təqdim olunur. 
Yaxud Komitasın məşhur tədqiqatçısı Atayan görün nə yazır: “Musi-
qişünaslıqda Komitas yaradıcılığının dəyərləndirilməsi üzrə iki məş-
hur nöqteyi-nəzərdən biri - Komitas bəstəkardan daha çox, etnoqraf-
dır,- fikri çoxdan səhv hesab edilmişdir.  İkinci nöqteyinəzər daha 
mühüm və layiqli yanaşma idi: Komitas xalq mahnılarının spesifik 
xüsusiyyətlərini saxlamaqla müasir yüksək peşəkar mahnılar yaradan 
və beynəlxalq musiqi incəsənətində yeni yollar açan bəstəkarklassik və 
parlaq bir şəxsiyyətdir (Atayan, “Komitasda xalq mahnısının hormo-
nizasiya prinsipi”). 
Hörmətli oxucular başa düşdüyü kimi, Komitas yaradıcılığına 
verilən indiki qiymətləri təsadüfən misal gətirmirik. Bununla belə, 
XX  əsrin  əvvəlinə qayıdaq. Belə ki, xalq musiqi ənənələri  əsasında 
klassik erməni musiqisinin formalaşması nəinki zəngin folklor mate-
rialının yazıya köçürülməsini və  işlənməsini, həm də bu ənənələrə 
söykənən müəyyən bütöv klassik əsərin yaranmasını  tələb edirdi. 
Çox sonralar Komitasın əsərləri, daha dəqiq desək, onun mahnıları S. 
Aslamazyan, A. Babacanyan, R. Andreasyan tərəfindən işlənmişdir. 
Lakin məhz elə bu illərdə klassik əsərlərin  ənənələrinə söykənən 
musiqi etalonu meydana gəlmişdi. Belə əsər isə yalnız Ü. Hacəbəyov 
tərəfindən yaradılmışdır. Bu əsər onun yaradıcılığının mirvarisi olan 
“Arşın mal alan” komediyasıdır. 
K A M R A N  İ M A N O V 
 
132 
Məhz bu dahiyanə musiqili operetta Azərbaycan xalq musiqisinin 
klassik dərk edilmə etalonu olmuşdur. Məhz, “Arşın mal alan” ope-
rattası çox-milyonlu auditoriyanın ürəyinə yatmış, erməni cəmiyyəti-
nin şirin xəyala daldığı əlçatmaz və əbədi arzuolunan musiqi olmuş-
dur. Bu əsərin öz parlaq yolunda hansı sınaqlardan keçdiyi, hansı er-
məni hiyləgərliklərindən və maneələrdən, mənimsəmə və saxtakarlıq-
dan keçdiyi barədə sonrakı paraqrafda məlumat alacaqsınız. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə