Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə5/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   2   3   4   5   6   7   8   9   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
21 
mat verərkən qeyd etmişdi ki, gürcü dili yalnız Tiflis və Kutaisi qu-
berniyalarında çalışan qulluqçular üçün yararlı ola bilərsə, Azərbay-
can dili nəinki Cənubi Qafqaz bölgələrində, eləcə də bütün Qafqazda 
işləyənlər üçün çox vacibdir.  
Bunun səbəbi Azərbaycan türkcəsinin həmin tarixi dövrdə döv-
lətlərarası  və millərlərarası ünsiyyət dilinə çevrilməsi ilə bağlı idi. 
Belə vəziyyət Rusiyanın Qafqazı tam istila etdiyi zamana qədər sax-
lanılmışdı.  Şübhəsiz ki, bu, görkəmli rus ziyalılarının nümayəndə-
lərindən də yan keçməmişdir. Bu yerlərdə olmuş M.Lermontov, A. 
Bestujev-Marlinski Azərbaycan dili haqqında gözəl fikirlər söylə-
mişlər. Onlar öz əsərlərində bilavasitə Azərbaycan dilindən də isti-
fadə etmişlər. Bir neçə misal göstərək. M.Lermontov: “Türkcə - 
Asiyanın fransızcasıdır”. A.Bestujev-Marlinski “Molla-Nur” əsərində 
hər fəslin  əvvəlində Azərbaycan dilində epiqraflar verir, məsələn: 
“Çax daşı, çaxmaq daşı, Allah versin yağışı”, yaxud “Ocaqdan çıxan 
duşmən” və s.  
Aşağıdakı fikir isə Qafqaza səfər etmiş məşhur alman Avqust fon 
Haksthauzenə məxsusdur: “Ermənilər öz mahnılarını ermənicə deyil, 
tatar [türk] danışıq dilində qoşur
 
və oxuyurlar, çünki məhz bu dil 
Cənubi Qafqaz xalqları arasında ünsiyyət, ticarət və qarşılıqlı anlaş-
ma dilidir. Həmin nöqteyi-nəzərdən bu dil Avropada geniş
 
yayılmış 
fransız dili ilə müqayisə edilə bilər. Bununla bərabər, bu dil xüsusi 
poeziya dilidir. Erməni dilində  şeirlərin zəif yayılma səbəblərindən 
biri də çox güman ki, məhz elə budur. Ən məşhur erməni şairləri öz 
əsərlərinin geniş yayılması üçün onları  həmişə tatar [Azərbaycan] 
dilində yazırdılar”.  
Heç də təsadüfi deyildir ki, bizim torpaqlara köçüb gələn erməni 
koloniyaları Azərbaycan dilinə müraciət etmiş, mədəniyyətimizi gö-
türmüş və Azərbaycan dilində ünsiyyət qurmuşlar. Bu deyilənləri er-
mənilərin özləri də etiraf etmişlər. Erməni  ədəbiyyatının banisi və 
tanınmış klassiki Xaçatur Abovyanın “Ermənistan yaraları” roma-
nında yazdıqları da bunlara əsaslı sübutdur: “Türk dilini lənətə gəlsin
ancaq bu dil Allahın xeyir-duasını alıb... hər yerdə: bayramlarda və 
K A M R A N  İ M A N O V 
 
22 
toy  şənliklərində biz türkcə oxuyuruq”, yaxud “... xalq (ermənilər) 
çoxlu sayda türk sözləri öyrənib və bu günədək onlardan istifadə 
edir”. X. Abovyan Azərbaycan sözlərinin erməni dilində işlənməsini 
tamamilə  təbii sayaraq yazırdı: “Xalq bizim danışıq dilində  nəinki 
azərbaycanca olan ayrı-ayrı sözlərdən, həm də bütöv cümlələrdən 
istifadə edir” (X.Abovyan, seçilmiş əsərlərin külliyyatı, c.1, Yerevan, 
Ermənistan EA-nın nəşri,1950, erməni dilində). Erməni  ədəbiyyatı 
klassikinin özü də  əsərlərində, məsələn, yuxarıda qeyd olunan “Er-
mənistanın yaraları” adlı əsərində və “Ağasının nəğməsi” poemasın-
da Azərbaycan dilindən geniş  şəkildə istifadə etmişdir (yalnız “Er-
mənistanın yaraları” romanında yüzdən artıq Azərbaycan sözü işlən-
mişdir). N.Nalbandyan bunu belə izah edir: “...Abovyan ona görə 
məhz belə yazmışdır ki, savadsız xalq kitab oxuduğunu düşünməsin, 
o, belə yazmışdı ki, xalq onunla sadəcə söhbət edildiyini düşünsün” 
(N.Nalbandyan, Seçilmiş  əsərləri külliyyatı, c.3, Ermənistan EA-nın 
nəşriyyatı, 1970, erməni dilində). 
Azərbaycan dilinin təsiri o qədər əhəmiyyətli idi ki, erməni aka-
demiki Qraç Açaryanın kitabındakı (“Yeni erməni  ədəbiyyatının 
tarixi”, Vaqarşabat, 1906 erməni dilində) etirafına görə: “... türk 
[Azərbaycan] dilinin təsiri altında erməni dilinin hətta qrammatik 
qaydaları və qanunauyğunluqları da dəyişmişdir”. Öz yaradıcılığında 
Azərbaycan folklor nümunələrindən və sözlərindən geniş istifadə 
edən erməni  ədəbiyyatının klassiki Xaçatur Abovyan birbaşa yaz-
mışdır: “Bizim dil ən azı 50 faiz türk sözlərindən ibarətdir”, yaxud 
“...tatar [Azərbaycan] dili öz səslənməsinə, poetikliyinə və ahəngdar-
lığına görə, qrammatik nöqteyi-nəzərdən digər dillər arasında ən yax-
şısıdır” (“Ermənistanın yaraları”). X.Abovyanın özü də Azərbaycan 
dilinin qrammatikasını gözəl bilirdi. O,
 
“Bütün Zaqafqaziya diya-
rında, Azərbaycanda və demək olar ki, bütün
 
İranda danışıq dilində 
işlənən türkülərə aid qısa qrammatik qaydalar”
 
yaratmışdı. Elə er-
məni ədəbiyyatı klassikinin Matenadarandakı Ermənistan Qədim Əl-
yazmalar Mərkəzində saxlanılan  əsəri də “Qısa qaydalar” adlanır. 
Professor Antonyanın etirafına görə, ermənilərin Azərbaycan dilini 
yaxşı başa düşməsi üçün o, ən yaxşı dərslik kimi arzu oluna bilər.  


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
23 
Yuxarıda istinad etdiyimiz N.Nalbandyan isə öz kitabında (Seçil-
miş əsərləri külliyyatı, c. 3, Ermənistan EA-nın nəşriyyatı, 1970, er-
məni dilində) ermənilərin Azərbaycan dilini bilməsi haqqında yazırdı 
ki, ermənilər nəinki Azərbaycan dilindən və o dildə  işlənən sözlər-
dən, eyni zamanda, şeir və mahnılardan da istifadə edirlər. Onun 
dediyinə görə, buna zəruri bir ehtiyac var idi, çünki “danışıq dilindəki 
sözlərin çox hissəsini Azərbaycan sözləri təşkil edirdi”.  
Q. Antonyanın “İnqilab və mədəniyyət” jurnalında çap olunmuş 
“X. Abovyanın Azərbaycan xalqına və onun mədəniyyətinə münasi-
bəti” məqaləsindəki fikrinə görə isə “Azərbaycan dili tam bir zərurətə 
çevrilmişdir”. Burada heç bir şərhə ehtiyac duyulmur. 
Beləliklə, hörmətli oxucular, biz “Gəldim, gördüm... mənimsə-
dim” silsiləsindən görünüşü dəyişdirilmiş latın triadasının “...Mənim-
sədim” adlı hissəsinə çatdıq. 
Biz bu latın kəlamının xülasəsində bir az yubanmalı olacağıq və 
sizə
 
erməni oğurluğuna, bizim rəvayətlərin, dastanların, atalar sözləri 
və  məsəllərin, bayatıların, nəğmələrin, musiqi kompozisiyalarının, 
aşıq yaradıcılığının təhrif edilməsinə, abidələrimizin, maddi və qeyri-
maddi mədəni irsimizə aid bir çox başqa sərvətlərin mənimsənilmə-
sinə dair çoxlu sübutlar gətirəcəyik. Bəzi xronoloji, tarixi faktlar əsa-
sında Azərbaycan mədəni  ənənələrinin ermənilər tərəfindən mənim-
sənilməsi  ənənəsinin necə “təşəkkül tapdığını” göstərməyə çalışaca-
ğıq.  Əlbəttə, ermənilərin Azərbaycan müəlliflərinin  əqli mülkiyyəti-
nin müasir oğurluqlarından da yan keçməyəcəyik. 
 
 
 
 
 
 
 
K A M R A N  İ M A N O V 
 
24 
§3.  
“... Mənimsədim”də erməni plagiatının 
mənbələrindən söhbət açılır 
 
Hamının “xalqlar tarixinin atası” kimi tanıdığı Herodotun hələ 
b.e.ə V əsrdə tərtib etdiyi “Tarix”in 100-cü fəslindən 103-cü fəslinə 
qədəri Midiyaya və massagetlərə həsr olunmuşdur və mütəxəssislərin 
etirafına görə, bu tarixi məlumatlar folklor nümunələri üzərində, yəni 
“Astiaq” və “Tomiris” rəvayətləri əsasında qurulmuşdur. 
Xüsusi qeyd edək: məhz sizinlə birlikdə varisi olduğumuz tarixi 
torpaqlarımızda ulu babalarımızın yaratdığı  rəvayətlər üzərində 
qurulmuşdur. Erməni tarixinin atası kimi tanınan Moisey Xorenasi 
min il ötəndən sonra V əsrdə özünün “Erməni tarix”ində elə  həmin 
hadisələri başqa məna verməklə  təsvir edir və bunları  hər  şeydən 
əvvəl, erməni xalqının həyatında tarixi mərhələ və onun qonşu xalq-
lara qarşı qəhrəmanlıq qarşıdurması kimi təqdim edir. Süjet oxşarlı-
ğını və orijinaldan plagiata yaxın forma mənimsənilməsini bir kənara 
qoysaq, onda şərh olunan materialın yeni mahiyyəti üzə  çıxacaqdır: 
guya söhbət Ermənistan tarixində baş vermiş hadisələrdən gedir. 
Beləliklə, Astiaq haqqında süjet uydurulmuş hadisələrlə “tamam-
lanır” və erməni obrazları ilə  təhrif edilir. Əjdaha ilə (Astiaqla) ya-
naşı, buraya erməni çarı Tiqran və onun bacısı da “daxil edilmişdir”. 
Herodotun ilk personajlarına xas olan gözəl keyfiyyətlər orijinalın 
əsas qəhrəmanlarının əksinə olaraq başqalarına verilir. Tomiris haq-
qında əfsanəyə münasibətdə də təxminən belə bir saxtakarlıq həyata 
keçirilir. Burada da türkdilli massagetlər başqa etnosla əvəz edilir, 
çar Kir isə erməni çarı Artaşeslə “dəyişdirilir” və s.  
Nəticədə “Astiaq” əfsanəsi erməniləşdirilmiş variantla saxtalaşdı-
rılır və mövcud olmayan “Tiqran və  Əjdaha” adlı  əfsanə yaradılır. 
Elə bu cür də “Tomiris” əfsanəsi “Artaşes və Satenik” əfsanəsi ilə də-
yişdirilir və bununla məşhur “Tomiris” tarixi adı unudulmağa məruz 
qalır və Ermənistanın hərbi gücü şişirdilir,  ən başlıcası isə yalan və 
təhrif yolu ilə mövcud olmayan əfsanələr “yaradılır”. Öz tarixi saxta-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə