Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə12/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

Osman Türkayın poetik irsi 
 
 
40
II FƏSIL. MÜASİR KIBRIS TÜRK 
ƏDƏBİYYATINDA YENİLƏŞMƏ 
 PROSESİ VƏ OSMAN TÜRKAY 
 
2.1. Həyatı. Yaradıcılığının ilk dövrü: klassik poeziya və 
simvolist türk şerindən bəhrələnmə 
 
XX  əsr Kıbrıs türk ədəbiyyatının görkəmli nümayəndələrindən 
olan Osman Türkay 16 fevral 1927-ci ildə adanın şərqində yerləşən 
Kazafana adlı qəsəbədə, Mustafa Hasan və Emete (Otçuoğlu) Hasa-
nın ailəsində dünyaya gəlmişdir
15
. Şairin atası kiçik torpaq sahəsinə 
malik olmuşdur. (Türkay, 2002: 14) Lakin o, hələ körpə yaşlarında 
ikən atasını itirmiş və dayısının himayəsində böyümüşdür. Dəcəlli-
yilə digər uşaqlardan seçilən Osman məktəbdə də həm bu cəhəti ilə
həm də parlaq zəkası ilə müəllimlərin diqqətini cəlb etmişdir. O, 
1939-cu ildə  qəsəbədəki ibtidai məktəbi bitirmiş, bundan sonra 
Lefkoşaya gələrək Türk Kişi Liseyinə daxil olmuş  və ilk şerini də 
burada oxuyarkən, təxminən 14 yaşında qələmə almışdır. 1942-ci 
ildə həmin liseyi bitirən O. Türkay sonradan təhsilini Girnə şəhərin-
də yerləşən  İngilis Ali Məktəbində davam etdirmişdir.  Şairin özü-
nün yazdıqlarına görə, artıq yaşının bu mərhələsindən sonra xarak-
terində də, dünyagörüşündə də böyük dəyişikliklər əmələ gəlmişdir. 
Bu dövrdə daha çox Əhməd Haşım və  Yəhya Kamalın  şeirlərini, 
eləcə də, Əbdülhaq Hamidin “Məqbər” əsərini sevərək oxuyan gən-
cin ilk dövr yaradıcılığına həmin ədiblərin böyük təsiri olmuşdur ki, 
irəlidə bu barədə daha geniş bəhs ediləcəkdir.  
1946-cı ildə  məktəbi bitirən O. Türkay buraxılış gecəsində  “İn 
Good-bye to the English High School” (“İngilis Ali Məktəbinə əl-
vida”) şerini oxuyaraq buradan ayrılır. 
                                                           
15
 Şairin həyatı ilə bağlı məlumatlar, əsasən, Şövkət Öznurun hazırladığı “Osman 
Türkay. İlk  Şiirleri Üzerine Bir Araştırma (1946-1961). Lefkoşa: Gökada Yayın-
ları, 2002” kitabından götürülmüşdür.  


Elmira Fikrətqızı 
 
41
1947-1951-ci illər arasında yerli “Hürr söz” qəzetinin redaksiya-
sında işləyir, həm  ədəbiyyat və  sənət səhifəsini hazırlayır, həm də 
satiraları ilə çıxış edir.  
1951-ci ildə jurnalistikanı daha yüksək səviyyədə öyrənmək 
üçün Türkiyəyə gedən şair burada – Adanada İncirlik, NATO aero-
portunun tikintisində yüksək maaşla tərcüməçi kimi işə düzəlir. 
Lakin Ana vətəndə o, yalnız pul qazanmır, müasir və klassik türk 
ədəbiyyatı ilə daha yaxından tanışlıq imkanını əldə etdiyi üçün dün-
yagörüşünü zənginləşdirir, türkiyəli şairlərlə görüşür, Türkiyə ədəbi 
mühitinə daxil olmağa başlayır, eyni zamanda jurnalistlik fəaliy-
yətini də davam etdirir: həm Kıbrısdakı mətbuat orqanları ilə, həm 
də Türkiyədə çıxan qəzetlərlə əlaqə yaradaraq yazılarını yayınladır. 
Həmin illərdə daha çox Adanada nəşr olunan “Vətəndaş” adlı müs-
təqil qəzetlə  əməkdaşlıq edir və bu qəzetə “Böyük davalarımız” 
başlığı altında Kıbrıs türklərinin mücadilələrindən bəhs edən silsilə 
yazılar göndərir. Bu, 1953-cü ilə qədər davam edir. Həmin ilin pa-
yızında O. Türkay Londona yola düşür. 1955-ci ildə London Müasir 
Dillər Məktəbinin jurnalistika fakültəsini, 1958-ci ildə isə  İqtisadi 
Elmlər Məktəbinin fəlsəfə fakültəsini başa vurur. İngiltərədə yaşa-
dığı bu illərdə intellektual səviyyəsini artırmaq, bilik və bacarığını 
inkişaf etdirmək üçün rahib öz monastırına qapanan kimi, o da 
məskənini kitabxanalarda salaraq durmadan çalışır, günlərini 
mütaliə etməklə keçirir, dünya mədəniyyətini, fəlsəfəsini, ədəbiyya-
tını ən qədim dövrlərindən müasir mərhələsinə kimi öyrənir, araşdı-
rır və artıq o, sözün həqiqi mənasında bir dünya şairinə – kainat 
ozanına çevrilir. O, 1957-ci ildə Kıbrısa qayıdana kimi (Şövkət Öz-
nur bu tarixi bir il sonraya atır – E.M.) Londonda müxtəlif biznes 
firmalarında təmsilçi olaraq çalışır. 1958-ci ilin payızında O. 
Türkay vətənə qayıdır, “Bozqurd” qəzetində işləyir, siyasət və mə-
dəniyyət bölmələrinə  rəhbərlik edir. 1959-cu ildə Fuad Vəziroğlu 
və Kutlu Adalı ilə birlikdə “Beşbarmaq” və “Xəbərdarlıq” (“Uya-
rı”) adlı ədəbi jurnalların dərcinə başlayır. Həmin ildə onun ilk şeir-
lər kitabı – “7 Telli” nəşr olunur. Türkiyə mətbuat orqanları ilə də 


Osman Türkayın poetik irsi 
 
 
42
əlaqəni kəsməyən şair tez-tez müxtəlif mövzularda məqalələr yaza-
raq oradakı qəzet və jurnallara göndərir.  
1961-ci ildə o, yenidən İngiltərəyə gedir və burada 1961-1962-ci 
illər arasında “Kıbrıs türkünün səsi” adlı qəzet çıxardır. Sonralar isə 
“Vətən” qəzeti ilə  əməkdaşlıq edir və yenə  də Türkiyə ilə  əlaqəni 
kəsməyərək “Varlıq”, “Türk dili”, “Varlıq illiyi”, “Yedditəpə”, 
“Yelkən”, “Tərəzi” (“Denge”), “Səsimiz” kimi müxtəlif mətbu or-
qanlara ədəbi-bədii, publisistik və elmi yazılarını göndərir. “... Os-
man Türkay, İngiltere’ye göç eden, orada eğitim alan, oraya yerle-
şen ve Kıbrıs türkünün sesini oradan duyurmaya çalışan, sadece 
Kıbrıs Türk edebiyatının değil, genel olarak bütün Türk edebiyatı-
nın  İngilteredeki temsilcisi konumunda bulunan önemli bir şahsi-
yettir”. (Yeniasır, 2003: 38) 
1969-cu ildə  şairin ikinci şeirlər kitabı – “Yuxu gəzərgisi” 
(“Uyurgəzər”) Türkiyədə “Yedditəpə” nəşriyyatı  tərəfindən nəşr 
olunur. Bir il sonra – 1970-ci ildə isə həmin nəşriyyat şairin “Bet-
hovendə aydınlığa oyanmaq” (“Beethovende Aydınlığa Uyanmak”) 
adlı yeni bir kitabını çap edir. 1971-ci ildə İngiltərədəki Kıbrıs Türk 
Birliyinin baş katibi vəzifəsinə təyin olunur. 1972-ci ildə “Dünyəvi 
səyahət” (“Evrenin Düşünde Gezgin” – “Symphonies for the 
World”), 1975-ci ildə “Qiyamət günü müşahidəçiləri” (“Kıyamet 
Günü Gözlemcileri”) adlı kitabları yuxarıda adı  çəkilən nəşriyyat 
tərəfindən çap olunur. O, Türkiyədə yerləşən “Pans Xəbər Agent-
liyi” və “Bu həftə” qəzeti tərəfindən ilin ən yaxşı  şairi elan edilir. 
Həmin ildə “Poet” adlı şeir jurnalının Mərkəzi Şərq üzrə redaktoru 
vəzifəsinə təyin olunur və ömrünün sonunadək orada işləyir. 
1974-cü ildə dünya alimlərini və  ədəbiyyatçılarını birləşdirmək 
məqsədi ilə 1945-ci ildə Romada qurulan və bütün dünyada nüma-
yəndələri olan “Beynəlxalq Mübadilə  və  Tədqiqatlar Mərkəzi” 
(“Cento Studi e scambi İnternaionali”) təşkilatı şeir yayımına baş-
lamasının 15-ci ildönümünü qeyd etmək məqsədi ilə Beynəlxalq 
Şeir Antologiyasının nəşrini nəzərdə tutur və bu antologiyalardan 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə