Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə11/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

 
32
Hər cür kəmiyyət göstəriciləri (hətta orta bal) araşdırılmalı, 
təhlil edilməli, rayon təhsil müəssisəsi üzrə göstəricilərin 
dinamikası,  fənlər üzrə, təhsil pillələri üzrə, hətta siniflər və ayrıca 
olaraq müəssisələr üzrə qiymətləndirilməlidir. Bu zaman təhsilə 
ayrılmış resurslar, xərclər, təşkilati, kadr, elmi metodikaların səviy-
yəsi nəzərə alınmalı, qiymətləndirilməlidir.  
Nəhayət, təhsildə  kəmiyyət və keyfiyyət göstəriciləri uşaq-
ların sağlamlıq göstəriciləri hesabına əldə edilməməlidir. Bu zaman 
sağlamlığı qoruyan texnologiyalara üstünlük verilməlidir. Təhsil elə 
fəaliyyət sahəsidir ki, burada nəticə yalnız nəticə xatirinə  əldə 
edilməməlidir.  
                                         
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                        
 
 
 
 
 
 
                                                 


 
33
 
                                                                                                                             
I I   f ə s i l 
 
TƏHSİL KEYFİYYƏTİNİN MƏKTƏBDAXİLİ 
İDARƏETMƏ SİSTEMİ 
 
 
1.
 
İdarəetmədə təhsil keyfiyyətinin  
               qiymətləndirilməsinin xarakteri 
 
Təhsil müəssisəsinin idarə olunması mürəkkəb bir prosesdir. 
Bu prosesdə  təhsil keyfiyyətinin qiymətləndirilməsi bu mürəkkəb 
prosesin aparıcı istiqamətlərindən biridir. Bu zaman idarəetmə 
faktiki olaraq özündə iki mühüm istiqaməti birləşdirir. Bunlardan 
biri idarəetmədə konkret nəticənin əldə edilməsi prosesidirsə, digəri 
planlaşdırılmış  nəticənin  əldə edilməsidir. Bunların hər ikisi ayrı-
ayrılıqda (ancaq prosesin özü və  nəticə) böyük əhəmiyyətə malik 
deyildir. Burada ancaq nəticəyə istiqamətlənmiş  məqsədyönlü 
idarəetmədən söhbət gedə bilər. Bu idarəetmədə prosesin özü və 
onun məqsədyönlü xarakteristikası, prosesin parametrlərinin son nə-
ticəyə uyğunluğu təmin edilirsə, deməli, effektiv idarəetmədən, 
onun elmi əsaslarından danışmaq mümkündür. Onu da unutmaq 
olmaz ki, nəticə prosesin özündən, onun keyfiyyətli təşkilindən 
asılıdır.  
Ancaq təcrübə göstərir ki, nəticəyə istiqamətlənmiş ida-
rəetmə heç də həmişə özünü doğrultmur. Məsələn, idarəetmə lazım 
olan nəticəyə istiqamətlənmədiyindən, nəticə düzgün 
müəyyənləşmədiyindən  əldə edilmiş  nаiliyyət insanları (prosesin 
iştirakçılarını) təmin etməyir.  
Digər tərəfdən, prosesə istiqamətlənmiş idarəetmədən söz 
gedirsə, onda idarəedənləri sadəcə olaraq idarəetmənin primitiv 
variantı, tədbirlərin sayı maraqlandırır, nəticə haqqında az dü-
şünürlər. Məsələn, təhsil müəssisələrində keçirilən tədbirləri təhlil 


 
34
etsək, görərik ki, tədbiri həyata keçirən insanlar heç də düşünmürlər 
ki, bu tədbiri keçirməkdə  məqsəd nədir, nəticə  nə olacaq, onları 
sadəcə olaraq tədbirin keçirilməsi və ya yuxarı  təşkilatların 
göstərişinin yerinə yetirilməsi narahat edir. Ona görə də burada an-
caq və ancaq prosesə  və  nəticəyə istiqamətlənmiş idarəetmədən 
danışmaq məqsədyönlüdür. Ümumtəhsil məktəbində  təhsil 
keyfiyyətinin idarə olunmasınа üç yanаşma məqsədəmüvаfiq оlаrdı: 
- məqsədə görə idarəetmə; 
- prosesə görə idarəetmə; 
- son nəticəyə görə idarəetmə 
Belə yanaşmalarda məktəbdə  təlim keyfiyyətini yüksəlt-
məyin minimum iki üsulundan istifadə etmək məqsədəuyğundur 
(A.Mehrabov, Azərbaycan təhsilinin müasir problemləri, Bakı, 
2007, 385 s.) 
Belədirsə, onda idarəetmədə (nəticə  və prosesin gedişi 
diqqət mərkəzində saxlanılıbsa) bizi həm nəticə, həm də proses və 
onun müxtəlif bölmə  və  səviyyələri narahat etməlidir. Bu zaman 
proses, onun parametrləri, prosesin keyfiyyəti, xüsusiyyətləri, 
xarakteri diqqət mərkəzində olmalıdır. Belə olduqda məqsədyönlü 
idarəetmə  əgər nəticəyə istiqamətlənibsə, onun üçün həm də 
prosesin özü, gedişi əhəmiyyət kəsb edir. Belə olduqda proses özü 
də  məqsədyönlü xarakterə malik olur və effektiv idarəetmə  əldə 
edilir. Prosesdən, onun keyfiyyətindən nəticə asılı olur.  
Keyfiyyətin idarə olunmasının mənasını, nəticəyə istiqa-
mətləndiyini dərk ediriksə, onda münasibət bildiyimiz, təhlil 
etdiyimiz problem məktəbin fəaliyyət rejimi, onun inkişafı ilə əlaqə-
ləri üzə  çıxır ki, bu da bütövlükdə  məktəb sisteminin proqressiv 
innovasiya rejiminə (inkişaf rejiminə) keçməsi deməkdir.  
Əgər  şagirdlərin məktəbi bitirdikləri zaman əldə etdikləri 
biliklərin səviyyəsi hamını razı salırsa, onda məzmun, struktur, 
təlim-tərbiyə prosesi, onun həyata keçirilmə  şəraiti, idarəetmə 
sistemi dəyişmədən saxlanılmalıdır. Yox, əgər keyfiyyətcə yeni 
nəticələrin  əldə edilməsi proqnozlaşdırılırsa, onda bütövlükdə 
məktəbin idarəetmə sisteminin yeniləşməsi tələb olunur. Həm 
subyеktlər, həm də  оbyеktlər bахımındаn yenidən qurulması  tələb 
olunur ki, bu da yeni nəticələr və keyfiyyətin  əldə olunmasına  


 
35
gətirib çıxaran  yeniliklərin öyrənilib istifadə olunmasını tələb edir. 
Ona görə  də  nəticəyə istiqamətlənmiş idarəetmə müvafiq eksperi-
mental innovasiyyativ xarakterə malik olur. 
Bu zaman idarəetmənin müxtəlif mərhələlərində  təhsilin 
keyfiyyətinin qiymətləndirilməsinin kompleks xarakter daşıması və 
onun daxili əlaqələri də böyük əhəmiyyətə malikdir. Oxucular 
mənimlə razılaşar ki, təhsil işçilərinin, xüsusən məktəb rəhbərlərinin 
istifadəsində  təhsil keyfiyyətinin hər mərhələ üçün obyektiv 
qiymətləndirmə qaydaları  və ya modellərinin formalaşması yaxşı 
olardı. Ancaq əfsuslar olsun ki, bu gün məktəb təcrübəsində istifadə 
olunan qiymətləndirmə kriteriyaları  təcrübədə heç də özünü 
doğrultmur, bütövlükdə ictimaiyyəti təmin etmir. Respublikada son 
zamanlar həyata keçirilən sınaq qiymətləndirmələrdən bu vəziy-
yətdən çıxış yolu kimi istifadə edilir.                             
Bu da belə bir vəzifənin mürəkkəbliyinə  dəlalət edir. 
Özümüzə borc bilirik qeyd edək ki, valideynlər qiymətləndirmə 
mexanizmləri ilə tanış olmadıqlarına baxmayaraq, yaxşı bilirlər ki, 
şəhərdə  və ya rayon mərkəzlərində hansı  məktəblər keyfiyyətli 
təhsil verir və ya hansı müəllim həqiqətən öz fənnini öyrədir, 
obyektiv qiymətləndirir və bu qiymət ictimaiyyət tərəfindən qəbul 
edilir. Onlar sadəcə olaraq uşaqların münasibətlərindən, özlərinin 
qeyri-professonal, ancaq obyektiv təsəvvürlərindən nəticə çıxarırlar.  
İdarəetmənin bütün mərhələlərində  təhsil keyfiyyətinin 
qiymətləndirilməsinin mürəkkəbliyi, çətinliyi onun vaxt baxımından 
dəyişkənliyində, dinamik xarakter daşımasındadır. Təhsilin bir çox 
nəticələri və gələcəkdə üzə çıxan nöqsanları məzunlar məktəbi qur-
tardıqdan sonra üzə  çıxır. Hаlbuki onlar məktəbdə oxuduqları za-
man nöqsanlar nəzərə alınıb, aradan qaldırılmalı idi. Ancaq bu 
nəticələr məlum olmadıqlarına görə onları ancaq şagirdlərin yaşlılıq 
dövründə aradan qaldırılması mümkün olur ki, bu da artıq ali mək-
təblərin və ya yaşlıların təhsilinin keyfiyyətindən asılı olur. 
Bunu nəzərə alan təhsili idarə edən rəhbər vəzifəli  şəxslər, 
bu sahə ilə məşğul olan alimlər və metodistlər son zamanlar bir sıra 
əsərlərdə, dövlət sənədlərində bu problemləri araşdırır, problemin 
həlli yollarını axtarır, öz münasibətlərini bildirirlər. Bu baxımdan 
M.Mərdanov, A.Mehrabov və digərlərinin “Təhsil sistemində 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə