Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə13/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

 
39
ictimai baxışlar, nəzarət xarakterli işlər, sınaq imtahanları  və s. 
şərait yaradır. 
Əlbəttə, monitorinq və cari, son, gələcəkdə  əldə edilimş 
nəticələrin siniflər və məktəb üzrə təhlili müəyyən dərəcədə əlavə iş 
kimi qəbul edilə bilər. Ancaq nəzərə alınsa ki, bu işin alternativi 
hələlik yoxdur və idarəetmə daima əldə edilmiş,  qeydə alınmış 
obyektiv informasiyaların təhlilindən, neqativ halların aradan 
qaldırılmasından ibarətdir, onda bu modelin əhəmiyyəti aydın olur. 
Onu da qeyd etmək yerinə düşər ki, bu münasibət sadəcə olaraq, 
təcrübəli müəllimin məktəbi idarə etməsinə yox, professonal 
idarəçilərin fəaliyyətinə aiddir. Çünki bu iş  təksilаti-tədqiqat 
xarakteri daşıyır. 
Bu sistem eyni zamanda həm də metodoloji xarakter daşıyır, 
çünki burada müəyyən münasibət, fəaliyyətin qiymətləndirilməsi 
prinsipi və onların vasitəsilə axtarışların aparılması, müəyyən 
istiqamətlərdə  təhsilin nəticələrinin göstəricilərinin irəli sürülməsi 
meydana çıxır. 
Təklif olunan beş qrupdan ibarət bu sistem, əlbəttə ki, 
idarəçinin (təhsil menecerinin) yaradıcı laboratoriyasında fasiləsiz 
olaraq bütövlükdə  tətbiq edilərsə, nəticələr müsbət olar. Burada 
qeyd etmək yerinə düşər ki, Təhsil Nazirliyinin şöbə müdiri 
A.Əhmədovun hazırladığı  və  təhsil naziri M.Mərdanov tərəfindən 
təsdiq edilmiş “Təhsil müəssisələrinə rəhbərlik və nəzarət sahəsində 
R.T.Ş.-nin fəaliyyətinin kompleks monitorinqinə dair yaddaş”da 
(02.11.2004-cü il) təhsil müəssisəsinin fəaliyyətinin 
qiymətləndirilməsi, fənlərin tədrisi vəziyyətinə,  şagirdlərin inkişafı 
üzrə aparılan işlərin təhlilinə, istedadlı  şagirdlərlə  iş  məsələlərinə 
xüsusi diqqət yetirilmişdir. Bizə belə  gəlir ki, bu prosesdə  təklif 
olunan bu metod xüsusi əhəmiyyət kəsb edə bilər.  


 
40
2. Təhsil keyfiyyətinin idarə edilməsi 
funksiyaları 
 
Təhsilin keyfiyyətinin idarə edilməsi funksiyalarını açıq-
lamaq üçün, hər  şeydən  əvvəl, “idarəetmə funksiyası” ifadəsinin 
mənasını açıqlamaq lazımdır. “Funksiya” sözü latın sözü olub
həyata keçmə, həll olunma deməkdir. Bu, idarəetmə obyekti ilə 
idarə edən sistem arasında münasibətlərin qurulmasıdır. Bu 
münasibətlər idarə edən sistem tərəfindən idarə olunan proseslərin 
məqsədyönlülüyünü və  təşkilati baxımdan məqsədə yatımlılığını 
əldə etmək üçün həyata keçirilən müəyyən fəaliyyətdir. Məqsədimiz 
təhsilin keyfiyyətinin idarə edilməsidirsə, təhsilin keyfiyyətinin 
idarə olunması prosesinin açıqlanması lazımdır. 
İdarəetmə funksiyalarından danışdıqda söhbət planlaşdırma, 
təşkiletmə, rəhbərlik, nəzarət – monitorinq, təhlil və sairədən gedir. 
Bunlarla yanaşı bir sıra konkret funksiyalar da mövcuddur. 
Məsələn, pedaqoji kadrlarla işin təşkili və ya təhsilin keyfiyyətinə 
nəzarət, özfəaliyyət dərnəklərinin işinin keyfiyyətinin əldə edilməsi, 
fənn kafedralarının (fənn birləşmələrinin) fəaliyyətinin  əlaqələndi-
rilməsi və s. Ümumiyyətlə, idarəetmə funksiyaları çoxdur, biz isə 
məhz təhsildə yüksək keyfiyyət  əldə etməyə yönəldilmiş 
funksiyaları açıqlamaq istəyirik. 
Planlaşdırma.  Hər  şeydən  əvvəl, bu funksiyanın mühüm 
əhəmiyyətə malik olması qeyd edilməlidir. Hər bir məqsədin  əldə 
edilməsi onun həyata keçirilməsi üsullarının seçilməsindən,  əldə 
etmək istəyinin müəyyənləşdirilməsindən, bu məqsədlə prosesin 
ardıcıllığının təmin edilməsi üsullarının düşünülmüş şəkildə həyata 
keçirilməsi tədbirlərinin təyin edilməsindən asılıdır. Plan layihədir. 
Onu müzakirə etmək, mütəxəssislər tərəfindən qiymətləndirməyə 
vermək, düzəlişlər etmək və praktiki fəaliyyətdə  səhvlərə yol 
verməmək üçün optimal səviyyəyə qaldırmaq lazımdır. Unutmaq 
olmaz ki, planlaşdırma zamanı buraxılmış  səhvləri sonradan 
düzəltmək çox çətin olur.  
Planlaşdırma sözün geniş  mənasında proqnozlaşdırma, 
proqramlaşdırma və  işçi planının hazırlanmasından ibarətdir. Plan 


 
41
imkan yaradır ki, qarşıya qoyulmuş  məqsəd uğrunda standartlar, 
göstəricilər müəyyənləşdirlsin. Planın göstəriciləri nəzarətin həyata 
keçirilməsinə imkan yaradır. Unutmaq olmaz ki, planlaşdırma 
düzgün həyata keçirilibsə, idarəetmə 
fəaliyyəti düzgün 
istiqamətlənir, yaxşı  nəticələr  əldə edilir və vaxta qənaət olunur. 
Son təcrübələr göstərir ki, planlaşdırma funksiyasının həyata 
keçirilməsində  məktəblərin bəzilərində  təlim-tərbiyə  işlərinin 
planlaşdırılması məktəbin fəaliyyəti və inkişafı proqramının (bəzən 
strateji inkişaf proqramı da adlandırırlar) hazırlanması  və  həyata 
keçirilməsi ilə əvəz olunur. Keyfiyyətin əldə edilməsi üçün məqsəd 
müəyyənləşirsə, məktəbin  əldə edəcəyi nəticələr orada öz əksini 
tapır. Qabaqcıl təhsil müəssisələrinin təcrübəsi göstərir ki, planlaş-
dırılmış yüksək məqsədin əldə edilməsi üçün məktəb rəhbərlərinin 
müəllimlərlə birlikdə qarşıya qoyulmuş  məqsədlərlə bacarıqla 
işləməsi lazımdır. 
Məqsədlərlə  iş isə vaxt, yüksək bilik, düşünmə, həll etmə 
qabiliyyəti tələb edir. Ona görə  də müəllim dərsi planlaşdırdıqda 
qabaqcadan üç qrup məqsədi nəzərə almalıdır: 
I. Pedaqoji məqsəd: təhsil, tərbiyə, psixi inkişaf, sağlamlıq 
və s. Bu məqsədlər  şagirdlərin inkişafını    təmin edəcək başlıca 
vəzifələrdir, çünki pedaqoji prosesdə azı iki subyekt iştirak 
etdiyindən bu planlaşdırılmış  məqsədlər  şagirdə yönəldilməlidir. 
Burada da müxtəlif variantlar ola bilər: 
a) müəllimin məqsədi  şagirdə heç də açıqlanmır, ancaq 
müəllim elə edir ki, bu məqsədlər əldə edilsin; 
b) məqsəd  şagirdə izah edilir, çünki o, məqsədin 
qoyulmasında subyektdir; 
c) şagird özü məqsədi müəyyənləşdirir və müəllimin köməyi 
ilə onu həyata keçirir. 
II. Təhsil prosesinin inkişafının məqsədi: diaqnostik, dərk-
edici, tədqiqat xarakteri və s. Bu, faktiki olaraq təhsil prosesinin 
keyfiyyətinin inkişafıdır.  
III. Müəllimin özünün inkişafının təmin edilməsinə 
yönəlmiş  məqsəd:  bura daxildir: müəllimin professonallığı  və 
şəxsiyyət baxımından inkişafı. Məqsədlərin qoyulmasında bu xa-
rakterli işlər bir tərəfdən təhsildə keyfiyyətin əldə edilməsini təmin 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə