Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə14/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

 
42
edirsə, digər tərəfdən təhsilin keyfiyyət problemi  ilə  məşğul olan 
məktəb rəhbərlərinin fəaliyyətini konkretləşdirir, onun özünün də 
professionallaşmasına kömək edir.  
Planlaşdırma funksiyasının mühüm xüsusiyyətlərindən biri 
də  təhsilin nəticələrinin qiymətləndirilməsi parametrlərinin 
müəyyənləşməsi, məzmun obrazının layihələşməsi, təhsilə yi-
yələnmə  səviyyəsinin və  hər bir şagirdin inkişaf potensialı 
çərçivəsində  tərbiyə olunma imkanlarını  nəzərə alaraq məqsədin 
müəyyənləşməsidir. 
Proqnozlaşmadan planlaşdırmanın bir hissəsi kimi danış-
dıqda oxucularımızın bu sahədə nəyi bildiklərini müəyyənləşdirsək
onda planlaşmada xüsusi bir bölmə də bizi düşündürməlidir, bu da 
kadrlara proqnozlaşma metodikasının öyrədilməsidir (buraya 
daxildir modelləşdirmə, ekstrapolyasiya- yəni kənar qiymətləndirmə 
və ekspert qiymətləndirməsi). 
Bütün bunlar və təhsilin keyfiyyətinin idarə olunması bu və 
ya digər səviyyədə planlaşdırmada məqsədin müəyyənləşməsinə 
təsir göstərir. 
Planlaşdırmada həm də məqsədin əldə edilməsinin vasitə və 
üsulları da açıqlanmalıdır. Başqa sözlə, üsul və vasitələrin strukturu
tərkibi, vasitələri, fəaliyyətin ardıcıllığı, imkanları (kadr təminatı, 
elmi-metodik, maliyyə, maddi-texniki, normativ-hüquqi və s.) nəzə-
rə alınmalı  və  tədbirlərin başlanma və qurtarma müddəti 
müəyyənləşdirilməlidir. 
Təhsildə yüksək keyfiyyət göstəriciləri  əldə etmək məq-
sədilə pedaqoji kadrlarla, şagird və valideynlərlə görülməli işlər 
planlaşdırılmalıdır ki, onların hamısı mürəkkəb fəaliyyətin subyekt-
lərinə çevrilsinlər. 
Planlaşdırma zamanı məktəb rəhbərləri gözlənilən nəticələri 
(təhsildə  keyfiyyətin yüksəlməsi)  əldə etməyə kömək edə biləcək 
tədbirləri seçməyi bacarmalıdır. 
Bütün bunlar məqsədin yerinə yetirilməsinə aiddir. 
Burada məktəbin təhsil  keyfiyyətinin əldə edilməsini təmin 
edə biləcək bəzi plan formalarını  nəzərdən keçirmək yerinə düşər. 
Məktəb əgər ilk dəfə müəyyən lokal tədbirlər, eksperimentlər həyata 
keçirmək istəyirsə, onların hər birinin həyata keçirilməsi proqramı 


 
43
hazırlanmalıdır. Proqramın strukturunu nəzərdən keçirmək yerinə 
düşər: 
1.
 
Eksperimentə qoyulacaq problemin aktuallığı  əsaslan-
dırılmalıdır.  
2.
 
Eksperimentin mövzusu (əlbəttə optimal variant) 
formalaşdırılmalıdır. 
3.
 
Tədqiqat obyekti müəyyənləşməlidir. 
4.
 
Tədqiqatın predmeti müəyyənləşməlidir. 
5.
 
Eksperimentin məqsədi formalaşmalıdır. 
6.
 
Eksperimentin vəzifələri müəyyənləşməlidir. 
7.
 
Eksperimentin fərziyyəsi formalaşmalıdır. 
8.
 
Tədqiqatın konkret metodikaları seçilməli, hazırlan-
malıdır. 
9.
 
Eksperimentin vaxtı, müddəti və  mərhələləri müəy-
yənləşməlidir. 
10.
 
Mənfi nəticələrin ola bilməsini nəzərə alaraq ehtiyat vaxt 
nəzərdə tutulmalıdır. 
11.
 
Eksperimentin keçiriləcəyi baza müəyyənləşməlidir. 
12.
 
Eksperimentin gözləniləcək nəticələrinin qiymətlən-
dirmə kriteriyaları hazırlanmalıdır. Bunun üçün аşаğıdа təqdim оlu-
nаn kritеriyаlаrdаn istifаdə еdilə bilər:  
a)
 
nəticələrin kriteriyaları; 
b)
 
sərf edilən vaxtın kriteriyaları (Unutmaq olmaz ki, 
eksperimentə  sərf ediləcək vaxt faktiki olaraq fiziki, psixi, intel-
lektual qüvvələrin, istifadə ediləcək bütün vаsitə və imkanların qə-
nаətçiliyi deməkdir). 
13.
 
Proqnozlaşdırma: 
a)
 
müsbət nəticələrin gözlənilməsi; 
b)
 
mümkün ola biləcək itkilər, neqativ nəticələr; 
c)
 
itkilər və neqativ nəticələrin əvəz edilməsi. 
Bu proqram haqda daha ətraflı  məlumat almaq üçün 
“Məktəbin inkişafının idarə olunması” kitabından istifadə etmək 
olar (M.M.Potaşnik və B.C.Lazarеv, M. 1995, səh.132-151). 
Nəzərə almaq lazımdır ki, əgər təhsilin  keyfiyyətini artıra 
biləcək bir neçə  əlaqəli faktor seçilibsə, (onlar sistemli xarakter 
daşıyırsa) onda məktəbin inkişaf proqramı hazırlanmalıdır. Belə 


 
44
inkişaf proqramı aşağıdakı bölmələrə malikdir: 
1.
 
Məktəb haqqında analitik məlumat arayışı. 
2.
 
Məktəbin vəziyyəti haqqında problemlərə istiqamət-
lənmiş təhlil. 
3.
 
Tədbirlər nəticəsində yeniləşəcək məktəbin konsepsiyası 
(və ya yeni keyfiyyətli təhsil verəcək məktəbin konsepsiyası). 
4.
 
Yeniləşmiş məktəbə keçməyin vəzifələri və srategiyası.  
5.
 
Yeni keyfiyyətli təhsil verəcək məktəbin təşkilinin 
birinci mərhələsinin məqsədi. 
6.
 
Həyata keçiriləcək əməliyyatların planı. 
Planlaşdırmanın nəticəsində aktual, proqnostik, rasional, 
real, bütöv, nəzarətə yatan məktəbin inkişaf proqramı əldə ediləcək. 
O da qeyd edilməlidir ki, innovasiyaların tətbiqi nəticəsində 
təhsilin keyfiyyətinin yüksəlməsi nəzərdə tutulmursa, məktəbin 
daxili imkanlarından istifadə olunması, nəticələrin layihə-
ləşdirilməsi, sadəcə olaraq təsdiq edilmiş, istifadədə olan təhsil stan-
dartları - kurikulumlarda nəzərdə tutulan nəticələrə uyğunluq 
nəzərdə tutulubsa, onda məktəbin təhsil proqramı plan-modullar 
şəklində hazırlanmalıdır. Moskva şəhərində 1995-ci ildən belə 
proqramlar həyata keçirilir. Onlar səkkiz modul hazırlamışlar. 
Bunlar aşağıdakılardır: 
I modul - məktəblilərin təlim prosesində inkişafı, tərbiyə 
olunması  məqsədilə pedaqoji kollektivin nəticəli işi, uşaqların 
mənəvi və fiziki sağlamlığı haqqında məlumatlar,  şagirdlər və 
valideynlərin təhsil xidmətlərinə olan tələbatları haqqında 
məlumatlar nəzərə alınmalıdır; 
II modul - təhsilin məqsəd, vəzifə və prioritet istiqamətləri
III modul – dövlət təhsil standartlarına, milli və  fənn 
kurikulumuna uyğun tədris fənlərinin və bilik sahələrinin və təhsilin 
məzmununun invariant komponenti müəyyənləşdirilməlidir; 
IV modul – tədris fənlərinin və onların həyata keçirilməsini 
təmin edəcək təhsil standartları (təhsilin məzmununun invariant 
baza komponentləri) müəyyənləşdirilməlidir; 
V modul – mütləq nəzarətin proqramlarla əlaqəli  əlavə 
təhsil proqramlarının yığımı; 
VI modul – proqramların variativ hissəsinin tədris-metodik 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə