Microsoft Word kitab-end-perenos



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə5/52
tarix02.10.2017
ölçüsü3,32 Kb.
#2570
1   2   3   4   5   6   7   8   9   ...   52

 
14
inkişaf zonasında proqnozlaşdırılmışdır.  Başqa sözlə, məktəbli 
tərəfindən mənimsənilmiş təhsil o zaman keyfiyyətli qəbul edilir ki, 
onun nəticələri müəyyən edilmiş  məqsədə  və  şagirdin proq-
nozlaşdırılmış inkişaf səviyyəsinə uyğun olsun. Bu, zaman o da 
unudulmamalıdır ki, təhsilin nəticələri mütləq özündə  nəticənin 
necə, hansı yollarla, nələrin bahasına  əldə edilməsini cəmləş-
dirməlidir. Yəqin ki, burada söz neqativ halların aradan qaldırıl-
masından gedir. Başqa sözlə, nəyinsə bahasına başa gələn 
keyfiyyətdən yox, məhz optimal nəticələrdən bəhs olunmalıdır. 
Məktəbdə  təhsil prosesi qarşısında duran məqsədlərdən  ən 
mühümü və mürəkkəbi təhsildə keyfiyyətə nail olmaqdır. Bu 
məsələ  ən az öyrənilmiş  məsələdir. Məktəbdə bu problemi həll 
etmək üçün məktəb direktorları  təhsil məqsədlərinin müəyyənləş-
məsində obyektiv və subyektiv çətinlikləri görməyi, təhlil etməyi 
bacarmalıdırlar. Onların bəzilərini açıqlamaq yerinə düşər:     
1. Diqqəti daha çox cəlb edən əsaslandırılmış mühüm təhsil 
məqsədlərindən biri keyfiyyətin  əldə edilməsi üsuludur. Bu 
situasiya məktəb rəhbərlərindən tələb edir ki, rəhbərliyin bu 
məsələdə  şəxsi mövqeyi müəyyənləşdirilsin, elmdə  bəlli olan və 
ölkənin qabaqcıl məktəblərinin və xarici təcrübənin nəticələri öy-
rənilsin, təhsil qarşısında duran sosial sifariş və nəhayət, müəllim və 
şagirdlərin imkan və tələbatları nəzərə alınsın. 
2. Digər bir çətinlik dəqiqliyin  əldə edilməsi, diaqnozun 
müəyyənləşdirilməsidir. Çox vaxt böyük əhəmiyyəti olmayan 
məqsədlər ölçüyə  daha asan yatır, nəinki əsas məqsəd, daha doğru-
su, təhsilin keyfiyyəti. Məktəb rəhbərlərinin müəyyənləşdirilmiş 
məqsədlərə, məqsədin qoyuluşuna, onun keyfiyyətinin 
diaqnozlaşdırılmasına, əldə olunmuş  təhsil nəticələrinin qiymətlən-
dirilməsinə və s. münasibəti aydınlaşdırılmalıdır. 
3. Təhsil prosesində  məqsədin müəyyənləşdirilməsinin 
subyekti ilə bağlı daha bir problem diqqəti cəlb edir. Ənənəvi 
məktəb təhsili üçün təbii bir hаl adətən müəllimin mərkəzi şəхsiyyət 
kimi qəbul edilməsidir. Onun qarşısında dövlət proqramlarının, 
standartların, xüsusən Azərbaycan təhsil sistemi üçün yeni olan 
milli və fənn kurikulumlarının tələbləri, hansısa daha bir sıra məq-
sədləri (məsələn, şəxsiyyətin hərtərəfli harmonik  


 
15
inkişafı  və s.) nəzərə alıb-almaması, onları  həyata keçirib-
keçirməməsi də durur. Belə olduqda şagirdlər onlarla müzakirə 
edilməməsinə baxmayaraq, bu məqsədləri ya qəbul etməli, kor-ko-
ranə onlara əməl etməlidirlər, ya da istər-istəməz bu müzakirələrdə 
passiv  şəkildə  iştirak etməlidirlər. Ancaq düşünmək lazımdır ki, 
belə münasibət təhsilə, onun humanizm dəyərlərinə, təhsil pro-
sesində subyekt-subyekt münasibətləri ideyalarına uyğun gəlirmi? 
Bəs  şəxsiyyətə istiqamətlənmiş  təhsil harada qaldı? Buna görə  də 
məktəbdə  şagirdlərin bütün fəaliyyət növləri üçün hərtərəfli 
məqsədlər müəyyənləşdirilməlidir. Bu suallara hər bir müasir mək-
təb rəhbəri cavab axtarmalıdır. 
Məktəbdə qarşıya qoyulan hər bir konkret təhsil məqsədinin 
müəyyənləşdirilməsi uzun və  əzablı bir yol keçir. Onu 
asanlaşdırmaq məqsədilə lazım olan istənilən nəticəni  əldə etmək 
məktəbdaxili idarəetmə subyektlərinin vəzifə borcudur. 
Ona görə  də  təhsil məqsədlərini müəyyənləşdirdikdə 
aşağıdakı məsləhətləri nəzərə almaq yerinə düşər: 
1. Məqsədin qoyuluşunda problem və  tələbatlar təhlil 
еdilməli, digər tərəfdən isə imkan və vasitələr nəzərə alınmalıdır; 
2. Məqsəd aktual olmalı,  əsas problemlərin həllinə 
yönəldilməlidir; 
3. Məqsəd mürəkkəb olsa da, real, yəni, məktəblinin yaxın 
inkişaf məkanında olmalıdır; 
4. Məqsədlər konkret olmalıdır ki, onların yerinə yetirilib-
yetirilmədiyini müəyyənləşdirmək mümkün olsun (Əlbəttə, bu 
zaman onun yerinə yetirilmə müddəti düzgün müəyyənləş-
dirilməlidir); 
5. Məqsəd stimullaşdırıcı, motivləşdirici, maraqlandırıcı 
xarakter daşımalıdır; 
6. Məqsəd son nəticədə  təhsilin vəzifələrinə uyğun ol-
malıdır; 
7.  Əlaqəli fəaliyyətin məqsədləri onu həyata keçirənlərin 
hamısına aydın olmalı, onlar tərəfindən düşüncəli  şəkildə  qəbul 
edilməlidir. Bu, tələb edir ki, müəyyənləşmiş  məqsədlər kollektiv 
şəkildə hazırlansın və razılaşdırılsın; 
8. Xüsusi xarakter daşıyan konkret məqsədlər böyük və 


 
16
uzunmüddətli vəzifələrə tabe edilməlidir; 
9. Məqsədlərin kompleks şəkildə formalaşdırılması arzu 
olunur, eyni zamanda başlıca prioritet məqsəd və  vəzifələr 
müəyyənləşdikdə şagirdlərin xüsusiyyətləri nəzərə alınmalıdır; 
10. Məqsədlər aydın, açıq olmalı, lazım olduqda onları 
korrektə etmək mümkün olmalıdır. 
Bu tələblər ümumi xarakter daşıyır. Təhsil prosesinin 
məzmun baxımından, planlaşdırmada müəyyən edilmiş məqsədlərin 
məzmununa aidliyi yoxdur. Buna baxmayaraq, bu məzmunun 
seçimi mühüm əhəmiyyət kəsb edir. 
Planlaşdırmada, xüsusən məqsədlərin planlaşdırılmasında 
prinsipial məsələlərin məqsədlərinin müəyyənləşdirilməsində 
tələbatın balansı  dəqiqləşdirilməlidir. “Nəticə  nədən ibarət olma-
lıdır? Texniki baxımdan məqsəd necə formalaşdırılmalıdır?“ sualla-
rının cavabları dəqiq müəyyənləşdirilməlidir. İnsanın formalaşması, 
təhsilin, şəxsiyyətin tamlığı, o cümlədən, ümumiyyətlə təhsilin arzu 
olunan başlıca məqsədinin nədən ibarət olması nəzərə alınmalıdır. 
Oxucular unutmamalıdırlаr ki, müəllif heç də  məktəb rəh-
bərlərinə  bəzi müəlliflər kimi məktəbin hamı üçün eyni olan 
məqsədlərini və  хüsusən uzunmüddətli məqsədlərini müəyyən-
ləşdirib plan məsləhət bilməyə hazırlaşmır. Bu, əlbəttə, düzgün 
olmazdı. Bunu nəzərə alaraq məsləhət bilərdik ki, məktəb rəhbərləri 
başlıca təhsil məqsədləri haqqında müxtəlif xarakterli elmi 
məktəblərin (o cümlədən, Avropa ölkələrinin) məsləhətlərini 
nəzərdən keçirərək təklif olunan variantlardan onların məktəblərinə 
daha yaxın və onların öz imkanlarına uyğun olanlarından istifadə 
etsinlər. Unutmaq olmaz ki, bu münasibətlərin hamısının kökündə 
insanın təbiəti, onun təhsili haqqında psixoloji-pedaqoji elmi 
təsəvvürlər durur. 
Respublikamızın bir çox regionlarının məktəb təcrübəsinin 
təhlili göstərir ki, təhsilin  əsas məqsədi və  vəzifələri, təlim-tərbiyə 
prosesinin funksiyaları  aşağıdakı istiqamətlər çərçivəsində 
formalaşdırılır: 
- koqnitiv, dərkolunma funksiyası; bunun nəticəsi kimi 
biliklər sistemi, fənn üzrə bacarıq və vərdişlər, təlim-dərketmə  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə