İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
8
ABREVIATURALAR
ABŞ
Amerika Birləşmiş Ştatları
Aİ
Avropa İttifaqı
AİHM
Avropa İnsan Hüquqları
Məhkəməsi
AŞ
Avropa Şurası
ASEAN
Cənub-Şərqi Asiya Ölkələri Birliyi
ATƏT
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
BƏƏ
Birləşmiş
Ərəb Əmirlikləri
BƏT
Beynəlxalq Əmək Təşkilatı
BMqT
Beynəlxalq Miqrasiya Təşkilatı
BMT
Birləşmiş Millətlər Təşkilatı
DTİHO
Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisi
GRETA
İnsan Alverinə qarşı Mübarizə üzrə Ekspertlər Qrupu
BƏM
Beynəlxalq Ədalət Məhkəməsi
KYBM
Keçmiş Yuqoslaviya
üzrə Beynəlxalq Məhkəmə
İHAK
İnsan Hüquqları haqqında Avropa Konvensiyası
MDB
Müstəqil Dövlətlər Birliyi
MFP
Milli Fəaliyyət Planı
MİM
Milli İstiqamətləndirmə Mexanizmi
QHT
Qeyri-hökumət təşkilatı
QHY
Qarşılıqlı hüquqi yardım
UNICEF
Birləşmiş Millətlər Təşkilatının
Uşaq Fondu
UNODC
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi
UNTOC
Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlıq əleyhinə
Konvensiyası
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
9
GİRİŞ
İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin - ağır formalarından biridir. O, bir-birilə
qarşılıqlı əlaqəli olan iqtisadi, sosial, mədəni, siyasi və şəxsi amillərin doğurduğu mürəkkəb bir
hadisədir. Bunlar, ilk növbədə, yoxsulluğa qarşı zəiflik, demokratik mədəniyyətlərin olmaması,
gender bərabərsizliyi və qadınlara qarşı zorakılıq, münaqişə və münaqişədən sonrakı vəziyyətlər,
sosial inteqrasiyanın olmaması, imkanların, məşğulluğun, təhsilə çıxış imkanının olmaması, uşaq
əməyi və ayrı-seçkilikdən irəli gəlir.
Bu əmələ güctətbiqetmə, məcburetmə, oğurluq, dələduzluq, aldatma, səlahiyyətdən və ya
müdafiəsiz vəziyyətdən sui-istifadəetmə yolu ilə, şəxslərin istismar məqsədilə cəlb edilməsi,
daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması aiddir. İnsan alverinə məruz qalanlar fahişəlik,
məcburi əmək, orqanların çıxarılması üçün istismar edilir, yaxud insan alverinin meydana çıxan digər
formalarına, o cümlədən mütəşəkkil şəkildə dilənçilik, müavinətlərlə dələduzluq, ev köləliyi və
məcburi nikah kimi hallara cəlb olunurlar.
İnsan alveri dünyada bütün ölkələrdə baş verə bilən cinayətdir. O, həm milli, həm də transmilli
xarakter daşıyır. 2010-cu və 2012-ci illər arasında dünyanın 124 ölkəsində vətəndaşlıga məxsus 152
müxtəlif qurbanlar müəyyənləşdirilmişdir
1
. İnsan alveri, eyni zamanda, fərdi səviyyədə təsirə
malikdir və qurbanların sağlamlığına və rifahına təsir göstərə bilər. O, korrupsiyaya səbəb olur,
qanunun aliliyini zəiflədir və milli təhlükəsizliyi təhlükə altına alır.
Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, dünyada insan alverindən gələn gəlir təxminən 32
milyard ABŞ dolları təşkil edir. İnsan alverinin nisbətən aşağı riskləri və böyük gəlirlər, cinayətkarları
digər, daha riskli cinayətkar əməllərə deyıl, məhz İnsan alverinə meylləndirir.
2
Birləşmiş Millətlər
Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) bildirir ki, 2010-cu ildə
Avropada istənilən bir vaxt 140.000-dən çox qurban insan alveri hallarının tələsində olmuşdur. Hər il
70.000-ə qədər istismara məruz qalan əlavə qurbanlarla qurbanların ümumi sayında azalma
müşahidə olunmur. 2012-ci ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT)
3
hesablamasına görə “dünyada
20.9 milyon insan məcburi əməyin qurbanı olmuş, məcburetmə və ya aldanılma hallarına məruz
qaldıqları və ya tərk edə bilmədikləri iş tələsinə düşmüşdür. Bunlardan 18.7 milyon insan (90 faiz)
özəl iqtisadiyyatda istismara məruz qalmışdır. Ümumilikdə 4.5 milyon insan (22 faiz) məcburi cinsi
istismarın qurbanı olmuş və 14.2 milyon insan isə (68 faiz) kənd təsərrüfatı, tikinti, məişət işləri (ev
qulluğu) və ya istehsal kimi iqtisadi sahələrdə əməyin istismarının qurbanı olmuşdur”.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesablamasına görə hər il 1.2 milyon uşaq
uşaq alverinin qurbanı olur. Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər
üç qurbandan biri uşaqdır. İnsan alverinin qurbanı olan hər üç uşaqdan ikisi qızlardır.
4
BƏT-in
hesablamasına görə məcburi əməyə məruz qalanların 40 -50 faizi 18 yaşınadək olanlardır.
İnsan alverinə məruz qalanların insan hüquqları
,
insan alverinin qarşısını almaq və onunla mübarizə
aparmaq və qurbanları müdafiə etmək, onlara yardım göstərmək və onların hüquqlarını bərpa etmək
üçün göstərilən bütün səylərin önündə durmalıdır. Qurbanı insan alverinə qarşı həyata keçirilən
tədbirlərin önünə çəkmə, hər bir mərhələdə, insan alverinə məruz qalan və ya insan alveri hallarına
qarşı müdafiəsiz olan şəxslərə qanunun, siyasətin, təcrübənin və ya tədbirin göstərə biləcəyi təsirin
1
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi 2014-cü il:
İnsan alverinə dair qlobal hesabat, səh.7.
2
https://www.unodc.org/unodc/en/human-trafficking/faqs.html.
3
http://www.ilo.org/global/topics/forced-labour/lang--en/index.htm
4
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi 2014-cü il:
İnsan alverinə dair qlobal hesabat, səh.11.