İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
12
hüquqlarını pozduğunu və onlara qəsd etdiyini bəyan etmişlər.
İnsan alveri ilə bağlı qanunvericilik
tətbiq edilərkən insan hüquqları və məcburi əməyə dair qəbul edilmiş beynəlxalq konvensiyalar
nəzərə alınmalıdır.
BƏT beynəlxalq əmək standartlarını işləyib hazırlamaq və onların ratifikasiyasını və icrasını təşviq
etmək mandatına malikdir.
14
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Avropa Konvensiyalarının
layihələrini hazırlayanlar tərəfindən BƏT-in Məcburi Əmək haqqında Konvensiyasına istinad
edildiyini nəzərə alaraq, BƏT-in sənədini rəhbər sənəd kimi istifadə etmişdir.
15
Eynilə Mülki və Siyasi
Hüquqlar haqqında Paktın icrasına nəzarət edən müqavilə orqanı kimi Birləşmiş Millətlər Təşkilatının
İnsan Hüquqları Komitəsi icbari və məcburi əmək ifadələrinin mənalarının aydınlaşdırılmasında BƏT-
in müəyyən etdiyi anlayışların uyğun olduğunu qeyd etmişdir.
16
Azərbaycan Respublikası bir sıra BƏT
Konvensiyalarını imzalamışdır və onlara qoşulmuşdur.
17
1.2 Avropa qanunvericiliyi
Avropa Şurasının (AŞ) başlıca hüquqi sənədi AİHM tərəfindən nəzarət olunan İnsan Hüquqları
haqqında Avropa Konvensiyasıdır (İHAK).
18
Avropa Şurasına üzv-dövlətlər İHAK və onun AİHM
tərəfindən təfsirləri üzrə öhdəlik daşıyırlar.
19
AŞ Konvensiyasında insan alverinin qurbanlarının müdafiəsi və insan alverçilərinin təqibinə
yardımetmə kimi məqsəd üçün üzv-dövlətlərin cinayət qanunvericiliyinin uyğunlaşdırılmasına dair
müddəalar vardır. Hakimiyyət orqanları, qurban tərəfindən şikayətin verilmə zərurəti olmadan,
Konvensiyada müəyyənləşdirilən əməlləri təqib edə bilərlər. Həmçinin dövlətin vətəndaşı cinayəti
xarici ölkədə törətdiyi təqdirdə, bu davranış əməlin baş verdiyi ölkənin qanunvericiliyinə əsasən
cinayət hesab edildikdə yaxud ölkənin ərazi yurisdiksiyasından kənarda əməl törədildikdə də
təqibetmə öhdəliyi mövcuddur.
20
1.3 Məhkəmələr
Beynəlxalq məhkəmələrin qərarları onların yurisdiksiyası altında olan dövlətlər üçün məcburi
qüvvəyə malik ola bilər. Dövlət beynəlxalq əməkdaşlığa güvənə bilər, bunun olmaması cinayət
təqibinə və ya qurbanın müdafiəsinə mənfi təsir göstərə bilər. Belə hallarda o, beynəlxalq
əməkdaşlığın səviyyəsini saxlamaq üçün bərpa məqsədilə beynəlxalq məhkəmələrə müraciət edə
bilər.
Beynəlxalq Ədalət Məhkəməsi
Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Birləşmiş Millətlər Təşkilatının (BMT) əsas məhkəmə orqanıdır.
O, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə 1945-ci ilin iyun ayında təsis olunmuş və 1946-cı
ilin aprel ayında işə başlamışdır. Məhkəmənin rolu dövlətlər tərəfindən ona təqdim olunmuş hüquqi
mübahisələri beynəlxalq hüquqa uyğun həll etməkdən və Birləşmiş Millətlər Təşkilatının orqanları və
14
BƏT 2009
Məcburi əmək və insan alveri. Məhkəmə qərarlarının qeydiyyat kitabı. səh. 1
15
Van der Mussele Belçikaya qarşı, Müraciət No. 8919/80, para. 32.
16
BƏT 2009
Məcburi əmək və insan alveri. Məhkəmə qərarlarının qeydiyyat kitabı. səh. 9
17
Bax, 2-ci Əlavə.
18
https://www.echr.coe.int/Documents/Convention_ENG.pdf
19
Azərbaycan Respublikası
AŞ-nin üzvüdür
20
Parlament üzvləri üçün məlumat kitabı. Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizə haqqında
Konvensiyası. https://www.coe.int/trafficking.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
13
ixtisaslaşdırılmış agentlikləri tərəfindən ona ünvanlanan hüquqi məsələlərə dair məşvərətçi rəy
verməkdən ibarətdir.
21
Hər hansı bir dövlət Cinayət İşlərində Qarşılıqlı Yardım haqqında Konvensiyanı pozaraq “beynəlxalq”
istintaq tapşırığını icra etməkdən imtina etdiyi halda qarşılıqlı hüquqi yardımın icrasını təmin etmək
üçün BƏM-dən onun fəaliyyətindən istifadə olunmuşdur.
22
Avropa İnsan Hüquqları Məhkəməsi
AİHM 1959-cu ildə İnsan Hüquqları haqqında Avropa Konvensiyası ilə təsis edilmişdir. O, İHAK-da
təsbit edilmiş mülki və siyasi hüquqların pozulmasını iddia edən fərd və ya dövlətin müraciətlərinə
baxaraq qərar verir. İHAK AŞ çərçivəsində qəbul olunur. Azərbaycan Respublikası üzv-dövlət kimi
Konvensiyanın iştirakçısıdır.
Milli məhkəmələr İHAK-ın bütün maddələri ilə bağlı meydana çıxan hər hansı bir məsələni
müəyyənləşdirərkən AİHM-in qərarını və ya bəyanatını yaxud məşvərətçi rəyini nəzərə almalıdır.
Pozuntuların aşkar olunmasına dair qərarlar müvafiq dövlətlər üçün məcburi xarakter daşıyır və onlar
bu qərarları məcburi şəkildə icra etməlidirlər. AŞ-nin Nazirlər Komitəsi, xüsusən də Məhkəmənin ona
müraciət edənlərə onların məruz qaldıqları zərərə görə kompensasiyanın ödənilməsində təyin etdiyi
məbləğlərin ödənişini təmin etmək üçün qərarların icrasına nəzarət edir.
23
2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edilən 43-cü ölkə olmuşdur. 2002-ci ilin aprel
ayından bəri Azərbaycan İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması haqqında Konvensiyaya,
onun on əlavə Protokoluna qoşulmuşdur.
1.4 Hüquq sistemləri
Müxtəlif ölkələrdə hüquq sistemlərinə nümunələr aşağıda verilmişdir.
Prokuror Kunaraça, Kovaça və Vukoviçə qarşı
24
1992-ci ilin aprel ayından 1993-cü ilin fevral ayınadək Serbiyanın Foka rayonu silahlı münaqişə
məkanı olmuşdur. Bu silahlı münaqişənin birbaşa fəsadı olmaqla, qeyri-serb mənşəli mülki əhali,
müsəlman əsilli mülki əhali və xüsusilə də qadınlar qətlə yetirilirdi, zorlanırdı və onlarla digər
formada pis davranılırdı. 22 fevral 2001-ci il tarixdə K, K və V köləyə çevirmə, zorlama və işgəncə kimi
əməllərə görə insanlıq əleyhinə cinayətlərdə, habelə zorlama və işgəncə kimi əməllərə görə
müharibə qanunlarının və qaydalarının pozulmasında Məhkəmə Palatası tərəfindən təqsirli
bilinmişlər.
25
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, ənənəvi
“köləlik” anlayışı mülkiyyət hüququna aid olan səlahiyyətlərdən hər hansı birinin və ya hamısının
həyata keçirilməsinə əsaslanmaqla köləliyin müxtəlif müasir formalarını əhatə etmək üçün tədricən
dəyişikliyə məruz qalmışdır. Onlar müşahidə etmişlər ki, bu anlayış, “beynəlxalq hüququn digər
21
https://www.icj-cij.org/court.
22
Cibuti Fransaya qarşı.
23
https://www.echr.coe.int/.
24
İş No IT-96-23 (22 fevral 2001-ci il) və IT-96-23/1-T(12 iyun 2002-ci il) (Apellyasiya palatası)
25
https://www.icty.org>Press>>Pre-2008
arxiv.