İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
15
Ərizəçi (xanım Rantsevanın atası), əsasən, insan alveri ehtimallarının və onun qızının qətlinin
araşdırılmaması və Kiprin hakimiyyət orqanlarının onun qızını müdafiə etməməsi barədə şikayət
etmişdir.
31
Məhkəmə yekdilliklə müəyyən etmişdir ki, insan alveri İHAK-da aydın şəkildə təsbit olunmasa da, o,
4-cü maddənin (köləliyin, kölə vəziyyətində saxlamanın və məcburi əməyin qadağan olunması) tətbiq
dairəsinə düşür. Məhkəmə, həmçinin, insan alveri məsələsini tam şəkildə daha çox diqqətlə
nəzərdən keçirmiş və bununla bağlı dövlətlərin öhdəliklərinə aydınlıq gətirmişdir.
Bu qərarda Məhkəmə, 2-ci maddənin pozuntusunu, effektiv araşdırma aparmaqla bağlı prosessual
öhdəliyin Kipr tərəfindən pozulduğunu; üç baxımdan 4-cü maddənin; müvafiq qanunvericilik və
inzibati çərçivəni qəbul etməklə bağlı prosessual öhdəliyin Kipr tərəfindən pozulduğunu; müdafiə
tədbirlərinin görülməsi ilə bağlı pozitiv
öhdəliyin Kipr tərəfindən pozulduğunu; insan alveri faktını
araşdırmaqla bağlı prosessual öhdəliyin Kipr və Rusiya tərəfindən pozulduğunu; və 5(1)-ci maddənin,
ehtimal edilən insan alverçilərinin onu aparmaq üçün gələnədək xanım Rantsevanın polis
məntəqəsində saxlanmasından və sonra isə qətlə yetirilənədək mənzildə saxlanılmasından irəli
gələrək Kipr tərəfindən pozuntunu aşkar etmişdir.
Bu, istismar məqsədləri üçün harasa aparılmış,
lakin köləlik, kölə vəziyyətinə düşmə
və ya icbari və ya
məcburi əməyə cəlb olunma kimi kateqoriyalaşdırıla bilən faktiki istismara məruz qalanadək insan
alverçilərindən qaçmış şəxslər üçün çox vacib bir işdir. İnsan alverinin özünün İHAK-ın 4-cü
maddəsinin tətbiq dairəsinə düşdüyünü müəyyənləşdirərək, Məhkəmə 4-cü maddəyə əsasən,
dövlətlərin insan alveri qurbanları üçün və potensial qurbanlar üçün lazımi müdafiə tədbirlərinə
malik olmaq öhdəliyini xüsusi olaraq vurğulayır.
32
Məhkəmə Rantsevin işi ilə bağlı müəyyən etmişdir ki, AŞ-yə üzv-dövlətlər insan alverinin
qurbanlarına münasibətdə üç öhdəliyə malikdirlər:
33
İnsan alverçilərini cəzalandırmaq üçün nəzərdə tutulan qanunvericilik
və inzibati çərçivəyə
malik olmaq;
İnsan alverinin qurbanı olmuş yaxud belə bir risk altında
olan şəxsləri müdafiə etmək; və
İnsan alveri əməllərini araşdırmaq
və mümkün olduqda, insan alverçilərini təqib etmək.
C.N. Birləşmiş Krallığa qarşı
34
Bu iş ev köləsi kimi saxlanmış qadın haqqındadır və bu, köləliyə, məcburi əməyə və kölə vəziyyətində
saxlanılma hallarına qoyulan qadağanın pozulmasının Məhkəmə tərəfindən aşkar edildiyi dördüncü
qərardır (maddə 4, İHAK). Ərizəçi Uqandadan olmuşdur və o, cinsi və fiziki zorakılıqdan qaçmaq üçün
Birləşmiş Krallığa gəlmişdir. Onun qohumu ona Birləşmiş Krallığa gəlməyə kömək etmişdir, lakin
orada onun pasportunu və yol sənədlərini əlindən almışdır. Müraciət edən şəxs ayda yalnız bir gün
boş vaxt verilməklə gündüz və gecə çağırışla yaşlı cütlük üçün işləmişdir. Onun məvacibləri onları
saxlayan qohumuna ödənilmiş və ərizəçiyə onun məvaciblərinin yalnız kiçik bir hissəsi verilmişdir.
Məhkəmə belə bir rəy vermişdir ki, İHAK-ın 4-cü maddəsi dövlətlərin üzərinə “bu maddə ilə şəxsə
verilən hüquqların pozulmasına dair əsaslı şübhələr olduğu halda” araşdırma aparmaq kimi
31
https://ec.europa.eu/anti-trafficking/legislation-and-case-law-case-law/rantsev-v-cyprus-and-russia-
application-no-2596504_en
32
Şodari, S.Veiss, A.2011
Birləşmiş Krallıqda insan alverinin qurbanları üçün İHAK və Aİ müdafiəsi, Şandron, P.
Birləşmiş Krallıqda İnsan alveri və müasir köləliyi şərh edən insan alveri ilə bağlı
əyani vəsait, səh.233.
33
Eyni mənbə. səh.234.
34
Müraciət no. 4239.08.