Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə13/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   9   10   11   12   13   14   15   16   ...   243

23 

 

vahid terminoloji sistemin yaradılması mühüm şərtdir. Tədqiqatçı diqqəti Avropanın terminoloji 



sistemindəki mexanizmə yönəldərək yazır: “Avropa xalqlarının terminologiya sahəsində qarşılıqlı münasi-

bətlərinin əsasları göstərir ki, Avropa xalqlarının elmi dilində artıq çoxdan vahid elmi terminologiya forma-

laşıb, odur ki, istənilən sahənin mütəxəssisi başqa millətlərdən olan mütəxəssislərlə asanlıqla dil tapa bilər... 

Bu nəticələri doğuran əsaslar, fikrimcə, elmi sistemin vahidliyi, sxolastik dil – latın dilidir” (1, s. 179).  

Problemin ümumi mənzərəsini leksik-semantik struktur baxımdan təhlil edən B.Çobanzadə türk 

dillərinin lüğət tərkibində üç ümumi bazanın olduğunu diqqətə çatdırır:  

a) Türklər üçün anlaşmanın birinci səbəbi ümumtürk bazasıdır ki, buraya bütün türkcələrdə eynilə 

işlədilən (qismən fonetik fərqlər daxil olmaqla) sözlər daxildir.  

b) İkincisi, ərəb-fars bazasıdır ki, buraya türk ləhcələrində ortaq işlənmə tezliyinə malik olan 

alınmalar daxildir.  

c) Üçüncüsü, Avropa bazasıdır ki, ümumi anlayış və nəzəriyyələrin qəbul edilməsində bu baza 

mühüm rol oynayır.   

B.Çobanzadə ümumtürk ədəbi dilinin yaradılmasında bütün türkcələrin iştirakını zəruri və təbii hesab 

edir. Eyni zamanda yeni dilin yaradılma mexanizmində iqtisadi və təhsil faktorlarının mühüm yer tutduğunu 

da vurğulayır. Bu mənada, B.Çobanzadə ümumtürk ədəbi dilinin yaradılmasında terminlərin tədrisi ilə bağlı 

3 mərhələ göstərir:  

 Birinci dərəcəli (ibtidai) məktəblərdə yerli milli terminlərin işlənməsini; 

 İkinci dərəcəli (orta) məktəblərdə ümumtürk terminlərindən istifadə olunmasını;  

 Üçüncü dərəcəli (indiki ali) məktəblərdə həmin ümumi türk bazası əsasında beynəlxalq 

terminologiya sisteminə qoşulmağı tövsiyə edir.  

Deməli, dilçi alim türk coğrafiyasında vahid elmi terminologiyanın yaradılmasında 3 əsas bazanı - 

ərəb-fars, ümumtürk və Avropa bazalarını mərhələli şəkildə təqdim edir. Və Avropa bazasına münasibətində 

bildirir ki, bu məsələdə də bir mənbəyə istiqamətlənmək lazımdır: əgər yunan mənşəli sözlər qəbul edilirsə, 

onda bütün türk xalqları eynilə “bu sözləri yunan formasında götürməlidir” (1, s. 182).    

B.Çobanzadə ümumtürk ədəbi dili məsələsini yaşın və zəkanın yüksəlişinə bağlamışdır. Əvvələn, 

B.Çobanzadə hazır olan türk dillərindən birini ümumi dil kimi götürmür. Görünür, alim burada iki cəhəti 

nəzərə alıb: 1. Bütün türk xalqlarının zehni intellekti hazır bir dilə sığmaz, bu dil bütün türk soylarının 

intellektinin ümümiləşməsi olmalıdır - yeni, zəngin, hamısından yüksəkdə duran bir dil olmalıdır; 2. Mövcud 

türkcələrdən birini götürəndə başqa qardaşlarda ögeylik emosiyası dirçələ bilər.   

Beləliklə, 1926-cı il I Bakı Türkoloji Qurultayında aparılmış müzakirələrin, o cümlədən B.Çobanzadə 

araşdırmalarının nəticəsi olaraq qəbul edildi ki, türklər üçün ortaq dil yaratmaq mümkündür: “Türklər üçün 

ümumi ədəbi dil yaratmaq mümkündür. Əvvəlindən türk ləhcələri arasında danışıq dilləri səviyyəsində 

anlaşma olub, indiki iqtisadi, siyasi, mədəni əlaqələrin, nəqliyyat və başqa kommunikativ vasitələrin artdığı, 

məktəb – təhsil şəbəkəsinin əvvəlki dövrlərlə müqayisədə daha da çevikləşdiyi yaşadığımız zamanda ümumi 

dil ideyasını gerçəkləşdirmək olar” (4, s. 107).   

Ancaq müasir dövrümüzün görkəmli elm xadimlərinin, tanınmış türkoloqlarının elm ictimaiyyətinə 

məlum olan ümumi fikri bundan ibarətdir ki, ümumtürk ədəbi dili – ortaq türk dili yaradıla bilməz, türk 

coğrafiyasında yalnız türklər üçün ortaq ünsiyyət dili məsələsini həll etmək olar. Belə ki, mövcud 

türkcələrdən birini götürüb onu bütün türk xalqlarının ümumi ünsiyyət vasitəsinə çevirməklə bu problemi 

çözmək mümkündür. Akademik T.Hacıyevin dediyi kimi, “Ümumi ortaq türk ədəbi dili yaratmaq əsla 

mümkün deyil. Müxtəlif coğrafiyalarda formalaşmış yerli türkcələri bir yana qoyub, yeni dil hazırlamaq 

olmaz. “Olar” demək xam xəyala düşmək deməkdir. Ayrılma təbii gedən prosesdir, birləşdirmə ona qarşı 

ideyadır, yəni təbii prosesə qarşı çıxmaq deməkdir” (4, s. 108). 

Bu gün türk xalqlarının taleyini düşünmək, onların iqtisadi-siyasi qayğılarını himayə etmək iqtidarında 

olan güclü bir türk dövləti var ki, o da tarix boyu dünyanın siyasi coğrafiyasının müəyyənləşməsində fəal 

iştirak etmiş və həmin tarixi missiyanı yerinə yetirməyə qüdrəti olan Türkiyə Respublikasıdır. Və hazırda 

türkologiyada daha çox müdafiə olunan fikir ondan ibarətdir ki, Türkiyə türkcəsi bütün türklər üçün ortaq 

ünsiyət dili vəzifəsini layiqincə yerinə bilər.   

B.Çobanzadənin əsərlərini oxuyarkən, təsadüfən, onun qurultaydan öncəki elmi fəaliyyətində 

ümumtürk ədəbi dili məsələsi ilə bağlı müasir türkoloqların mövqeyi ilə üst-üstə düşən bir fikri diqqətimizi 

çəkdi. Belə ki, müəllif türk dünyasında ortaq əlifba problemindən bəhs edərkən ortaq türk dili məsələsində də 

Osmanlı türkcəsinin daha irəlidə olduğu qənaətinə gələrək yazmışdır: “... burada son söz Osmanlı 

türklərinindir. Onların ədəbiyyatı daha geniş, ziyalıları daha çox, mətbuatları daha nizamlı olduğundan 

atacaqları hər hansı bir addım Rusiya Türk-Tatarları arasında başlamış olan əlifba cərəyanlarından da 

hansının qazanacağını qəti olaraq təyin edəcəkdir” (3, s. 138). 



24 

 

Ədəbiyyat  



1. 1926-cı il I Bakı Türkoloji Qurultayı (stenoqram materialları, biblioqrafiya və foto-sənədlər). Bakı: Çinar-Çap, 2006 

2. 1926 – Bakü Türkoloji Kurultayı (tutanaklar). Ankara: TDK yayınları, 2008  

3. Çobanzadə B. Seçilmiş əsərləri. I cild. Bakı: Şərq-Qərb, 2007  

4. Hacıyev T. Türklər üçün ortaq ünsiyyət dili. Bakı: Təhsil, 2013 

5. Hacıyev T. Birinci Türkoloji Qurultayda dil məsələləri // Bakı Universiteti Xəbərləri, Bakı, 2006, № 2, s. 18-26.  

 

 



RAMİL BAYRAMOV 

Bakı Dövlət Universiteti 

 

I TÜRKOLOJİ QURULTAYIN AZƏRBAYCAN VƏ TÜRKİYƏ TÜRKCƏLƏRİNİN 



TERMİNOLGİYASININ İNKİŞAFINDA ROLU 

(Zifeldin məruzəsi əsasında) 

 

Açar sözlər: Türkoloji qurultay, terminologiya məsələləri, Azərbaycan və Türkiyə türkcələri 



 

The role of the First Turkological Congress in the Azeri Turkish and Turkish of Turkey  

(Based on Zifeld’s  lectures) 

 

In the article have been considered the terminology issues that  was discussed in the first Turkological Congress, 



especially in Zifeld’s lecture about terminology. The role of terminology development that discussed in the first 

Turkological Congress and was explored in the Azeri Turkish and Turkish of Turkey. The Congress and its participants 

fate also was considered in the article.  

Key words: Turkological Congress, terminology issues, the Azeri Turkish and Turkish of Turkey.  

 

Birinci Bakı Türkoloji Qurultayında türk xalqlarının tarixi, etnoqrafiyası, milli mədəniyyəti, dili, 



ədəbiyyatı, dilinin və ədəbiyyatının tədrisi metodikası, əlifbası, orfoqrafiyası və s. məsələlərlə yanaşı, 

terminologiya da önəmli məsələ kimi müzakirə obyekti olmuşdur. Tofiq Hacıyevin də qeyd etdiyi kimi, 

“...türk xalqlarının tarixi, mədəniyyəti, maarifi ilə bağlı zəngin problemlər proqramı olan Birinci Türkoloji 

Qurultay adətən ən çox dil məsələləri ilə xatırlanır. Bu, birinci növbədə, qurultayda qoyulmuş dil 

məsələlərinin həcmi ilə bağlıdır. Qurultayın 17 iclasından 13-ü dil məsələlərinə həsr olunmuşdur” (3, s. 18). 

Bunların içərisində 8-ci iclas bütövlükdə, 9-cu iclasın isə yarısı terminologiya məsələlərinə həsr edilmişdir. 

Səkkizinci iclasda A.R.Zifeld “Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri haqqında”, 

B.Çobanzadə “Elmi terminologiya sistemi haqqında”, H.Zeynallı “Türk dilləri üzrə elmi terminologiya 

sistemi haqqında” adlı məqalələrini məruzə etdilər. Bu iclasda, həmçinin Odabaş və Bəytursunun “Türk 

dillərində terminologiya” ilə bağlı məruzələrinin tezisləri də dinlənildi. Doqquzuncu iclasda terminologiya 

məsələsi üzrə müzakirələr keçirildi. 

2 mart 1926-cı il S.Ağamalıoğlunun  sədrliyi ilə 8-ci iclas başlayır. Eston əsilli dilçi-tarixçi-türkoloq 

alim Zifeld – Smumyaqi Artur Rudolfoviç (1889-1939) “Türk dillərində elmi terminologiyanın yaranma 

prinsipləri haqqında” adlı məqalə ilə çıxış edir. Əvvəlcə, o, dünya dilərində, o cümlədən türk xalqlarının 

dillərində mövcud problemlərə toxunaraq,“yaşamaq uğrunda amansız mübarizədə dəyişən sosial şəraitə pis 

uyğunlaşan dillər tarix səhnəsini tərk edir, yerlərini daha yaxşı uyğunlaşa bilənlərə verirdi”, “dünyanın heç 

bir yerində irq və dillərin sərhədləri üst-üstə düşmür” tezislərini irəli sürür və bunu daha çox tarixən baş 

verən müharibələr zamanı işğalçı, yaxud qalib tərəfin işğal olunan tərəfə təsiri ilə əlaqələndirir. Digər 

tərəfdən isə dillərin inkişafındakı təbii prosesə toxunur və qeyd edir ki, “...lüğət materialı baxımından kasad 

dillərin yaşamaq şansı daha azdır. Qrammatik quruluşunu nizamlama istiqamətində daim təkmilləşən, 

arxaizmləri vaxtında rədd edən, müasir tarixi dövr və ictimai quruluş üçün zəruri olan yeni sözlərlə vaxtında 

zənginləşən və həmin sözləri öz dilinin qanunlarına ciddi tabe edən dillərin gələcəyi isə, əksinə daha yaxşı 

təmin edilib” (1, s. 173). 

Zifeld bunlarla yanaşı, hər hansı bir dilin daxili inkişaf prosesinə də nəzər salır: “...Müəyyən fikri 

qeyri-dəqiq, qarışıq ifadə edən söz pis, talaşa, ağac dəyənək, yaxud taxta təkərləri olan arabadan heç də yaxşı 

olmayan vasitədir. Belə sözlər arxaizmə çevrilir və yalnız uzaq olan dəbdən düşmüş poeziyada özünə yer 

tapa bilir. İşgüzar adamların nitqində isə onun yerini fikri dəqiq ifadə edən sözlər tutur” (1, s. 173) 

Qeyd olunanlardan görünür ki, Zifeld terminologiya məsələsi ilə bağlı fikirlərinə başlamazdan öncə 

birbaşa terminologiya ilə bağlı olan məslələrlə əlaqədar bir mənzərə yaradır və dinləyicilərin diqqətini bu 

problemə yönəldə bilir. 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə