Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

81 
şərait yaradır. Səpin üçün ayrılmış qıçaların döyümü zamanı qıçanın 
uc hissəsində bakteriyalarla sirayətlənmiş dənlər ayrıca yığılmalıdır. 
Toxumluq dənlərin içərisində olan xırda və  xəstə  dənlər çeşidlən-
məli və kənarlaşdırılmalıdır.  
Qarğıdalı  dənində olan xəstəliklərə qarşı radikal və  səmərəli 
mübarizə yolu toxumun dərmanlanmasıdır. Dərmanlama səpinə  
2-3 ay qalmış və ya səpinqabağı aparılır. Səpinə qədər dərmanlama 
zamanı  sərfiyyat norması 0,3-0,4 kq/t miqdarında azaldıla, səpin-
qabağı dərmanlamada isə norma həmin miqdarda artırıla bilər. To-
xumun dərmanlamasında 75%-li Vitavaks (2 kq/t), 2,5%-li Premis 
(1,5-2 kq/t) preparatlarından istifadə olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


82 
KARTOF (Solanum tuberosum L.) BİTKİSİNİN 
XƏSTƏLİKLƏRİ 
 
Dünya  ədəbiyyatlarından öyrənilmiş  məlumatlara görə, kartof 
bitkisi üzərində 100-dən artıq müxtəlif mənşəli xəstəlik qeydə 
alınır.  
Azərbaycanda 2000-2015-ci illərdə aparılan marşrut müşahidə-
ləri, stasionarlarda keçirilən müşahidələr və istehsalçıların təqdim 
etdikləri materialların analizi və  təhlilləri üzrə qeydə alınmış  və 
təyin edilmiş xəstəliklər mənşəyinə görə 2 qrupa bölünmüşdür:  
1. Qeyri-infeksion və ya fizioloji proseslərin funksional pozun-
tuluğundan, qida çatışmazlığı və ekoloji amillərin təsirindən baş ve-
rən xəstəliklər; 
2. Parazitar, infeksion və ya müxtəlif, virus, bakteriya, miko-
plazma və göbələk növləri tərəfindən törədilən xəstəliklər. 
 
Qeyri-infeksion xəstəliklər 
 
Azərbaycanda tərəfimizdən kartof üzərində qeydə alınmış, təsər-
rüfat  əhəmiyyəti ilə seçilən, kartof bitkisində  məhsul itkisi yaradan 
başlıca qeyri-infeksion xəstəliklər aşağıdakılardır: 
 
Şor su stresi 
 
Abşeron bölgəsində quyu və qrunt suları ilə suvarılan qumsal 
torpaqlarda yazı isti keçən illərdə kütləvi quruma müşahidə edilir. 
Kolun bir hissəsi və ya bütün yaşıl hissə 2-5 gün ərzində tamamilə  
soluxur və quruyur (Şəkil 35). Abşeron yarımadasının torpaq-iqlim 
şəraiti kartof becərilməsi üçün əlverişli deyil. Suvarma suyunun şor 
olması məhsulu tamamilə məhv edir. 
 
Yarpaq kənarlarının yanığı 
 
Xəstəlik Azərbaycanda, əsasən, Cəlilabad rayonunun aran əra-
zilərində bataqlıq yerləri olmuş meşə zolağı torpaqlarda və kalsium-


83 
la zəngin Abşeron yarmadasının, dağ, Qobustan, Siyəzən rayonları-
nın qumsal torpaqlarında  rast gəlinir. Xəstəliyin  əmələ  gəlməsinə 
səbəb kalium elementinin bitkiyə daxil ola bilməməsi, bununla da 
kalium çatışmazlığıdır. Kartofun yarpaqlarının kənarları  və  bəzən 
yarpaq ayasının bütün sahəsində əvvəlcə qırışlar sonradan bu hissə-
lərdə bürünc rəngli ləkələr olan hissələrdə toxumalar məhv olur. 
Əvvəlcə  aşağı yarus yarpaqları quruyur, sonradan quruma orta və 
yuxarı yaruslara keçir. Çiçəkləmədən  əvvəl xəstəlik meydana 
gələndə, məhsul itkisi yüksək olur, çünki xəstəlik kök yumrularının 
əmələ gəlməsinə mane olur (Şəkil 36). 
 
Gövdə və yarpaqların qonur ləkəliyi 
 
Xəstəlik başlıca olaraq qumsal torpaqlarda daha geniş yayıl-
mışdır. Xəstəliyin ilkin əlaməti aşağı yarus yarpaqlarının saralma-
sıdır. Sonradan qurumuş  və gövdə üzərində asılı qalmış bu yar-
paqlar müxtəlif saprotrofların qida mənbəyinə çevrilir. Suvarmadan 
sonra nəmlənmiş  xəstə yarpaqlarda fakultativ parazitlər bitki 
üzərinə keçir. Qumsal torpaqlarda humusun zəif olması və su itkisi 
yumruların ölçülərinin kiçik olmasına, saxlama zamanı isə tezliklə 
quruyub, xarab olmasına səbəb olur. Xəstəlik şiddətləndikcə gövdə-
nin yerüstü hissəsinin aşağı yarusunda qonur ləkəliklər dərinləşir. 
Gövdənin eninə  kəsiyi zamanı borulaşma və gövdənin parenxima-
sının bərkiməsi müşahidə olunur. Xəstəlik bitkinin düzgün qidalan-
maması, selləmə-suvarma nəticəsində  qələvi torpaq metallarının 
yuyulması, dəmir və alüminiumun həll olması  və  həddindən artıq 
sorulmasından əmələ gəlir (Şəkil 37). 
 
Kalium çatışmazlığı 
 
Başlıca olaraq qumsal və torflu torpaqlarda  müşahidə edilir. 
Xəstəliyin əlaməti yumrularda təpə tərəfdən qeyri-konsentrik dairə-
vi ləkəliklərlə görünür. Sonradan bu ləkələr dərinləşərək yaralara 
çevrilir. Yaraların ətrafı quru çürüməyə məruz qalır. Xəstəliyə qarşı 
vaxtında mübarizə aparılmadıqda 45-50%-ə qədər məhsul ziyan ola 


84 
bilər. Xəstəliyin  əlamətləri müşahidə edilmiş yumrular toxumluq, 
saxlanma və uzaq məsafələrə daşınmaya cəlb olunmamalıdır. Xəstə-
lik müşahidə olunan torpaq və bitki analiz olunmuş  və makroele-
mentlərdən fosfor və kaliumun kəskin çatışmazlığı aşkar edilmişdir. 
Xəstəliyin aradan qaldırılması və sonrakı illərdə bu halla rast-
laşmamaq üçün torpağa makroelementlərin (N, P, K) optimal miq-
darda verilməsi başlıca tədbirlərdən sayılır (Şəkil 38). 
 
Kalsium (Ca) çatışmazlığı 
Ca elementi hüceyrədə gec həll olan və ya həll olmayan forma-
da yarpaq və zoğların təpə tumurcuqlarının inkişafında başlıca əhə-
miyyətə malik olan elementdir. Xəstəliyə, əsasən, qumsal torpaqlar-
da rast gəlinir. Torpaq strukturunun pozulması, qumsallıqda uzun 
sürən yağmurlar və ya selləmə suvarmadan sonra torpaq yuyulur. 
Mənimsənilən Ca, Mg və humusun torpağın dərin qatlarına getməsi 
nəticəsində kartofun yerüstü və yeraltı hissələrində qida çatışmazlığı 
yaranır. Yarpaqların təpə  tərəfdən  əvvəlcə saralması müşahidə 
edilir. Yarpaqlar kənarlardan yuxarıya doğru  əyilir və qayıqvari 
forma alır. Ca elementinin kəskin çatışmadığı sahələrdə zoğun təpə 
hissəsində olan yarpaqlar narıncı-qırmızı rəng, bəzən açıq-yaşıl rəng 
alır (Şəkil 39). 
 
Magnezium (Mg) çatışmazlığı 
 
Mg bitki yarpaqlarının xlorofil dənələrinin tərkibinə daxildir. 
Yaşıl kütlənin formalaşmasında yaxından iştirak edən mənimsənilən 
Mg
2+ 
ionu çatmadıqda yarpaqlarda saralma müşahidə edilir. Başlıca 
əlamət yarpaqların nekrozu və parenximanın qonurlaşması, sonda 
təpə yarpaqlarının qurumasıdır.  İlk  əlamətlər aşağı yarus yarpaq-
larda, sonradan orta yarusda müşahidə edilir. Xəstəlik qumsal və 
zəif gillicəli torpaqlarda müşahidə edilir. Xəstəliyin aradan qaldırıl-
ması üçün (MgSO
4
) maqnezium-sulfat, maqnezium-bromat, dolo-
mit kimi maddələr torpağa verilməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə