Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

75 
xəstəliklərin inkişafını daha da gücləndirir. Səpin üçün toxum ma-
terialı sağlam sahələrdən yığılan dəndən götürülməlidir. Toxumlar 
səpinqabağı Raksil (120 qr/litr Tebukonazol) preparatının 0,2-0,5 
litr/ton məsariflə, işçi məhllun sərfiyyatı 10 litr/ton olmaqla 
dərmanlanmalıdır. 
 
Diplodioz 
 
Göbələyin törədicisi  Diplodia Zeae Lev. təsnifata görə 
Ascomycota şöbəsinin, Dothideomycetes sinfinin, Botryosphaeriales 
sırasının,  Botryosphaeriaceae  fəsiləsinin,  Diplodia cinsinə aiddir. 
Qarğıdalının gövdə, yarpaq, yarpaq qını, xüsusilə  də  qıçaları 
xəstəliklə güclü sirayətlənir.  Əvvəlcə bitkilərin aşağı buğum və 
buğumaralarında ləkələr  əmələ  gətirir, sonra toxumaları getdikcə 
qaraldır, yumşaldıb kövrəkləşdirir və  əksər hallarda gövdələrin 
qırılıb tökülməsinə səbəb olur. Qarğıdalının qaralmış hissələri üzə-
rində epidermisin altında göbələyin qara nöqtəyəbənzər piknidiləri 
əmələ  gəlir. Onlar qışdan çıxmış bitki qalıqlarının üzərində daha 
çox müşahidə edilir. 
Diplodiozun xarakterik əlamətləri qıçalar üzərində daha yaxşı 
nəzərə çarpır. Qıçanın aşağı hissəsi göbələyin ağımtıl mitsel təbəqə-
si ilə tamamilə örtülür və get-gedə bütün qıça yarpaqlarının və dən-
lərin ara boşluqlarını əhatə edir (Şəkil 27). 
Xəstəliklə güclü sirayətlənmiş qıçalar getdikcə inkişafdan qalır, 
büzüşür və asanlıqla qırılır. Qıçalar zəif sirayətləndikdə  dənlərin 
cərgəaraları nazik mitseli təbəqəsi ilə örtülür. Bəzən xəstə  dənlər 
qonurlaşır və asanlıqla ovulub tökülür. 
Diplodiozun tipik əlamətlərindən biri də  qıçaların özək hissə-
sində, dənin rüşeymində və qıçanın örtük yarpaqları üzərində  qara 
rəngli piknidilərin  əmələ  gəlməsidir. Piknidilər oval şəkildə olub 
350-500 mkm ölçüdədir. Piknidilərin daxilində çoxlu miqdarda, uc-
lardan biraz nazik və küt formada 2-3 hüceyrəli (33× 3-7 mkm) pik-
nosporlar əmələ gəlir. Piknosporlar 20°C temperaturda yaxşı cücə-
rir, xəstəliyin inkişafı isə 28-30°C-də daha intensiv gedir. Yığımın 


76 
gecikməsi qıçaların diplodiozla güclü sirayətlənməsinə səbəb olur. 
Toxum və sahədə qalmış xəstə bitki qalıqları göbələyin yayıl-
masında ilkin infeksiya mənbəyi hesab edilir. Göbələk öz həyat qa-
biliyyətini torpaq və bitki qalıqları üzərində 3-4 il saxlayır. Xəstəlik 
Belorusiya, Ukrayna və Gürcüstanda, İranda müşahidə edilir. Azər-
baycanda xəstəlik dağətəyi bölgələrdə lokal şəkildə yayılır  
Mübarizə  tədbirləri. Vegetasiya dövründə  xəstə  qıçalar yı-
ğılıb kənarda basdırılmalıdır. Xəstəliyə tutulmuş toxum materialının 
sağlam təsərrüfatlara daşınması qadağan olunmalıdır. Mineral və 
üzvi gübrələrin bir-birinə nisbəti torpaqda olan qida maddələrinin 
miqdarına görə müəyyən edilməlidir. Azot gübrəsinin birtərəfli qay-
dada tətbiqinə yol verilməməlidır.Qarğıdalı yığımı optimal müddət-
də başa çatdırılmalı, bitki qalıqları sahədən çıxarılıb yandırılmalı və 
sahədə dərin şum aparılmalıdır. Xəstəliklə güclü yoluxmuş qarğıdalı 
sahələrində təkrar səpin aparılmasına yol verilməməlidir. 
Toxum materialını  aşağıdakı preparatlarla dərmanlamalıdır. 
75%-li Vitavaks 200 (2,5 kq/ton), 2,5%-li Premis (1,5-2 l/ton). 
 
Niqrosporoz 
 
Törədicisi  Nigrospora oryzae Petch. təsnifata görə  Hypho-
mycetales  sırasına aiddir. Qarğıdalı  əkilən bütün rayonlarda, bitki-
lərin süd və mum yetişmə mərhələsi dövründə geniş yayılır. Ən çox 
bitkinin yarpaq, gövdə  və  qıçalarında müşahidə edilir. Xəstəliyin 
ilkin əlaməti qıçaların saplaq hissəsində kələfəbənzər xırda hiflərin, 
qıçada olan dənlərin üzərində adi lupa ilə görünə bilən qara rəngli 
sporların əmələ gəlməsidir. Xəstəlik bir qədər inkişaf etdikdən sonra 
qıçalar və yarpaq qını göbələyin tozcuğabənzər qara rəngli spor 
kütləsi ilə örtülür. Xəstəliyin təsiri nəticəsindəqarğıdalının gövdəsi 
çirkli-qaramtıl rəng alır. Epidermis təbəqəsi altında göbələyin hisə-
bənzər spor kütləsi toplanır. Gövdənin daxili hissələri, parenximası 
qismən parçalanır. Xəstəliyin güclü yayıldığı hallarda gövdə 
tamamilə quruyur və əyilir (Şəkil 28, 29). 
Güclü sirayətlənmə zamanı qarğıdalı  qıçaları solğunlaşır, sap-


77 
lağı yumşalır və inkişafdan qalaraq uzununa ayrı-ayrı hissələrə par-
çalanır. Qıçaların saplağında inkişafa başlayan göbələk mitselləri su 
və qida aparıcı damarları doldurmaqla dənin qidalanmasını və for-
malaşmasını pozur, onun cılız və yüngül qalmasına, cərgə aralarının 
boşluğuna səbəb olur. 
Göbələk konidilər vasitəsilə yayılır. Konidiləri dəyirmi, oval 
olur, əvvəlcə ağımtıl, yetişdikcə qara rəng alır. 
Göbələyin törədiciləri olan yarımparazit orqanizmlər,  əvvəlcə 
bitkinin zəif və zədəli toxumalarını sirayətləndirir və getdikcə ətraf 
toxumalara yayılır. 
Niqrosporozun törədiciləri 20-25°C-də yaxşı inkişaf edir. Səpin 
müddətinin gecikməsi, bitkilərin mexaniki zədələnməsi niqrospo-
riozla sirayətlənməni gücləndirir. Konidilər öz həyat qabiliyyətini 
topladığı qıça, gövdə və yarpaq qınında qoruyub mühafizə edir.  
Qıçaların saxlanması zamanı göbələk digər mikroorqanizm-
lərin təsirinə davam gətirə bilmədiyi üçün onun parçalanmasında 
iştirak edə bilmir. Onun törədiciləri torpaqda uzun müddət qala 
bilməyib torpaq mikroorqanizmləri tərəfindən məhv edilir. 
Niqrosporozunməhsuldarlığa vurduğu ziyan böyükdür. Güclü 
sirayətlənmiş qıçalar və dənlərsaxlama zamanı tez parçalanıb xarab 
olur. Xəstəliyə tutulmuş toxumlar torpaqda tez kifləyir, əksəriyyəti 
torpaq səthinə çıxana qədər  tələf olan zəif cücərti verir. Sağ qalmış 
cücərtilər isə yaxşı yarpaqlamır, boyu qısa, qıçaları  xırda və  zəif 
olur. 
Xəstəlik əsasən, Ukrayna və Gürcüstanın qərb rayonlarında ya-
yılır. Azərbaycanda bu xəstəliyə  Şəki-Zaqatala bölgəsində  təsadüf 
olunur. 
 
Qıça və dən xəstəlikləri 
 
Qarğıdalının qıçaları  və  dəni həm yetişmə, həm də saxlama 
dövründə bir çox göbələk xəstəliklərinin: fuzarioz, qırmızı  və boz 
çürümə, ağ çürümə və bakteriyaların təsirinə məruz qalır. 
Qıça və  dənlər göstərilənlərlə yanaşı, sürmə, helmintosporioz, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə