44
II FƏSIL. TƏBII MÜHITIN MONİTORİNQİ
Ətraf mühitin mühafizəsinin təşkil edilməsində əsas
göstəricilərdən biri - monitorinqdir (latınca monitor- yadasal-
ma, ehtiyatlanma deməkdir). Müasir dövrdə monitorinq
antropogen təsir nəticəsində, ətraf mühitdə müşahidə olunan
çirklənmənin aşkarlanmasından ibarətdir.
BMT-nin Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə
Təşkilatının (YUNESKO) “İnsan və biosfer proqramında” gös-
tərilir ki, “ Monitorinq-daimi və uzun müddətli müşahidə
aparmaqla ətraf mühitin vəziyyəti haqqında informasiya əldə
etməklə ərazinin keçmişi, bu günü və gələcəyi haqqında
proqnoz verməkdir”. Monitorinq işləri vaxtdan asılı olmayaraq
davamlı olmalıdır. Təbiətdə mənfi halları azaltmaq, yaxud
sabitləşdirmək üçün, ilk öncə onların yaranma səbəbi aşkar
edilməli, ətraf mühitin hazırki vəziyyətinə qiymət verilməlidir.
(Şəkil 3)
Elmdə monitorinq işləri ilə bağlı kifayət qədər
informasiya mövcuddur. İ.P.Gerasimova görə monitorinq yerli,
regional və qlobal olur.
Yerli, yaxud sanitar-gigiyenik monitorinq. Bu monitorin-
qin məqsədi – insanlar üçün təhlükəli çirklənmələrə nəzarət
etməkdir. Nəzarət yerli və nöqtəvi xarakter daşıyır. Belə moni-
torinqin məqsədi konkret müdaxilələr nəticəsində, təbiətdə
gedən ayrı-ayrı konkret komponentlərin dəyişmələrini izləmək-
dən ibarətdir. Bunlara suların, havanın çirklənməsi, müəssisə
tullantıları hesabına çirklənmələr, tikintilərin təsiri daxildir.
Qlobal monitorinq - bu sistem biosfer obyektlərində
dəyişilən proseslərə nəzarətdir. Belə dəyişikliklər ən çox
atmosfer və hidrosferdə müşahidə olunur və qlobal şəkildə
çirklənmələrin mənbəyinə çevrilir.
45
Şəkil 3. Monitorinq sisteminin blok-sxemi
Informasiya sistemi (monitorinq)
İdarəetmə
Müşahidələr
Durumun əvvəlcədən
qiymətləndirilməs
U
i
Vəziyyət haqqında
əvvəlcədən xəbər vermək
Mühit keyfiyyətinin
tənzimlənməsi
Faktiki vəziyyətin
qiymətləndirilməsi
46
Regilonal, yaxud geosistem monitorinqi - bilavasitə
insanların təbiətə müdaxiləsinə yönəlir. Bu müdaxilələr təbii
resursların istifadəsi və təsərrüfat işlərinin aparılması nəticə-
sində təbiətdə gedən proseslərə müdaxilə etməkdən ibarətdir.
Belə hallarda nəinki çirklənmələr qiymətləndirilir, hətta təbii
sistemə daxil və xaric olan elementlər və enerji mənbələri
nəzərə alınır.
Regional monitorinq hidrometeoroloji, aqrokimyəvi
xidmət, hidrokimyəvi, meşəsalma, seysmoloji xidmətlər tərə-
findən həyata keçirilir. Regional monitorinqin keçirilməsi kənd
təsərrüfatında istifadə olunan torpaqlarda və etalon sahələrdə
nəzərdə tutulur. Biosferin komponentlərinin ayrı-ayrılıqda
öyrənilməsi mümkün deyildir. Ona görə monitorinq kompleks
şəkildə keçirilməlidir. Bu sistemdə torpaq monitorinqinə çox
mühüm yer ayrılır. Bunun səbəbi torpağın münbitliyinin
mühüm əhəmiyyət kəsb etməsidir. Digər tərəfdən torpaq başqa
komponentlərdən fərqli olaraq özündə biosferin bütün dəyişik-
liklərini (atmosfer, hidrosfer, canlı orqanizmlər) cəmləşdirir.
Torpaq su və havadan fərqli olaraq nisbətən çox çirklənmələrə
meyllidir və uzun müddət onlardan azad ola bilmir. Bu zərərli
maddələr (Çernobıl hadisəsi)bitkilər vasitəsi ilə insan orqaniz-
minə keçdikdə çox böyük təhlükə törədə bilirlər.
Ən təhlükəli qlobal çirklənmələr ümumi atmosfer çirklən-
məsindən irəli gəlir. Hal-hazırda planetin quru hissələrinin
çirklənməsi haqqında kifayət qədər material toplanmışdır.
Çirklənmə mənbəyindən uzaqda yerləşən nəzarət sahələrində
ağır metallar və aqrokimyəvi maddələr müşahidə olunur.
A.E.Fersman belə bir “ texnogenez” anlayışını irəli sür-
müşdür: Sənayenin ətraf mühitə və landşaftın geokimyasına
təsiri nəticəsində, konsentrat olunan maddələr ətraf mühitə
püskürülür və qayıtmaz olur. Maddələrin antropogen dağılma-
larının sürəti elmi-texniki inkişafdan və geoloji proseslərin
artmasından asılı olur.
İnsanların geokimyəvi fəaliyyəti ətraf mühitdə antropo-
47
gen dəyişmələrin qlobal xarakter daşımasına səbəb olur. İnsan-
lar metalların geokimyəvi tarixini dəyişdirməklə, elementlərin
tarazlığını pozması haqqında ilk dəfə 1934-cü ildə V.İ.Ver-
nadski məlumat vermişdir. İnsanların geoloji proseslərdə
intensiv fəaliyyəti V.A.Kovda tərəfindən aşağıda göstərilən
məlumatlarda öz əksini tapmışdır. (Cədvəl 3)
Biosferin biogen və texnogen xarakteristikası
Cədvəl 3
Ətraf mühitin çirklənməsi aşağıdakı hallarla nəticələnə bilər:
1. Zərərli maddələrlə təmasda olan xəstə insanların sayının
artması;
2. Bitkilərin məhv edilməsi, məhsulun kəmiyyət və və
keyfiyyətinin aşağı düşməsi;
3. Çirklənmiş sularda hidrobiontların məhv olması;
4. Içməli suyun tərkibində kimyəvi maddələrin olması, balıq-
çılıq təsərrüfatlarında suların texniki məqsədlə istifadəsi;
Sıra
№
Biosferin agentləri Onların kütləsi
1.
Planetin canlı maddələri 10
P
14
P
ton/il
2.
Biokütlə 10
P
13
P
ton/il
3.
Çayların illik axını 47×10
P
3
P
m
P
3
P
4.
Suların istifadəsi 3×10
P
3
P
km
P
3
P
5.
Çaylar vasitəsilə axıdılan bərk kütlə (1.6-2.4)×10
P
10
P
ton/il
6.
Çaylar vasitəsilə axıdılan kimyəvi
maddələr
3×10
P
9
P
ton/il
7.
İllik gübrə istehsalı (3-5)×10
P
8
P
t
8.
Sənaye mənşəli toz
0.25×10
P
9
P
ton/il
9.
Zibil, tullantı və töküntülər 20×10
P
9
P
ton/il
10.
Filizli süxurların çıxardılması 5×10
P
9
P
ton/il
11.
Sənaye və şəhər mənşəli çirkab suları 55×10
P
11
P
m
P
3
P
/il
12.
Aerozol və qaz tullantıları n×10
P
9
P
ton/il
Dostları ilə paylaş: |