Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   71

 
44
II FƏSIL.  TƏBII MÜHITIN MONİTORİNQİ 
 
Ətraf mühitin mühafizəsinin təşkil edilməsində  əsas 
göstəricilərdən biri - monitorinqdir (latınca monitor- yadasal-
ma, ehtiyatlanma deməkdir). Müasir dövrdə monitorinq 
antropogen təsir nəticəsində,  ətraf mühitdə müşahidə olunan 
çirklənmənin aşkarlanmasından ibarətdir. 
BMT-nin Elm, Təhsil və  Mədəniyyət məsələləri üzrə 
Təşkilatının (YUNESKO) “İnsan və biosfer proqramında” gös-
tərilir ki, “Monitorinq-daimi və uzun müddətli müşahidə 
aparmaqla  ətraf mühitin vəziyyəti haqqında informasiya əldə 
etməklə  ərazinin keçmişi, bu günü və  gələcəyi haqqında 
proqnoz verməkdir”. Monitorinq işləri vaxtdan asılı olmayaraq 
davamlı olmalıdır. Təbiətdə  mənfi halları azaltmaq, yaxud  
sabitləşdirmək üçün, ilk öncə onların yaranma səbəbi aşkar 
edilməli, ətraf mühitin hazırki vəziyyətinə qiymət verilməlidir. 
(Şəkil 3) 
Elmdə monitorinq işləri ilə bağlı kifayət qədər  
informasiya mövcuddur. İ.P.Gerasimova görə monitorinq yerli, 
regional və qlobal olur. 
Yerli, yaxud sanitar-gigiyenik monitorinq. Bu monitorin-
qin məqsədi – insanlar üçün təhlükəli çirklənmələrə  nəzarət 
etməkdir. Nəzarət yerli və nöqtəvi xarakter daşıyır. Belə moni-
torinqin məqsədi konkret müdaxilələr nəticəsində, təbiətdə 
gedən ayrı-ayrı konkret komponentlərin dəyişmələrini izləmək-
dən ibarətdir. Bunlara suların, havanın çirklənməsi, müəssisə 
tullantıları hesabına çirklənmələr, tikintilərin təsiri daxildir. 
Qlobal monitorinq - bu sistem biosfer obyektlərində 
dəyişilən proseslərə  nəzarətdir. Belə  dəyişikliklər  ən çox 
atmosfer və hidrosferdə müşahidə olunur və qlobal şəkildə 
çirklənmələrin mənbəyinə çevrilir. 
 


45 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3. Monitorinq sisteminin blok-sxemi 
Informasiya sistemi (monitorinq) 
İdarəetmə 
 
Müşahidələr 
Durumun əvvəlcədən 
qiymətləndirilməs
U

Vəziyyət haqqında 
əvvəlcədən xəbər vermək 
Mühit keyfiyyətinin 
tənzimlənməsi 
Faktiki vəziyyətin 
qiymətləndirilməsi 


46 
 
Regilonal, yaxud geosistem monitorinqi - bilavasitə 
insanların təbiətə müdaxiləsinə yönəlir. Bu müdaxilələr təbii 
resursların istifadəsi və  təsərrüfat işlərinin aparılması  nəticə-
sində  təbiətdə gedən proseslərə müdaxilə etməkdən ibarətdir. 
Belə hallarda nəinki çirklənmələr qiymətləndirilir, hətta təbii 
sistemə daxil və xaric olan elementlər və enerji mənbələri 
nəzərə alınır.  
Regional monitorinq hidrometeoroloji, aqrokimyəvi 
xidmət, hidrokimyəvi, meşəsalma, seysmoloji xidmətlər tərə-
findən həyata keçirilir. Regional monitorinqin keçirilməsi kənd 
təsərrüfatında istifadə olunan torpaqlarda və etalon sahələrdə 
nəzərdə tutulur. Biosferin komponentlərinin ayrı-ayrılıqda 
öyrənilməsi mümkün deyildir. Ona görə monitorinq kompleks 
şəkildə keçirilməlidir. Bu sistemdə torpaq monitorinqinə çox 
mühüm yer ayrılır. Bunun səbəbi torpağın münbitliyinin 
mühüm əhəmiyyət kəsb etməsidir. Digər tərəfdən torpaq başqa 
komponentlərdən fərqli olaraq özündə biosferin bütün dəyişik-
liklərini (atmosfer, hidrosfer, canlı orqanizmlər) cəmləşdirir. 
Torpaq su və havadan fərqli olaraq nisbətən çox çirklənmələrə 
meyllidir və uzun müddət onlardan azad ola bilmir. Bu zərərli 
maddələr (Çernobıl hadisəsi)bitkilər vasitəsi ilə insan orqaniz-
minə keçdikdə çox böyük təhlükə törədə bilirlər. 
Ən təhlükəli qlobal çirklənmələr ümumi atmosfer çirklən-
məsindən irəli gəlir. Hal-hazırda planetin quru hissələrinin 
çirklənməsi haqqında kifayət qədər material toplanmışdır. 
Çirklənmə  mənbəyindən uzaqda yerləşən nəzarət sahələrində 
ağır metallar və aqrokimyəvi maddələr müşahidə olunur. 
A.E.Fersman belə bir “texnogenez” anlayışını irəli sür-
müşdür: Sənayenin  ətraf mühitə  və landşaftın geokimyasına 
təsiri nəticəsində, konsentrat olunan maddələr  ətraf mühitə 
püskürülür və qayıtmaz olur. Maddələrin antropogen dağılma-
larının sürəti elmi-texniki inkişafdan və geoloji proseslərin 
artmasından asılı olur. 
İnsanların geokimyəvi fəaliyyəti  ətraf mühitdə antropo-


 
47
gen dəyişmələrin qlobal xarakter daşımasına səbəb olur. İnsan-
lar metalların geokimyəvi tarixini dəyişdirməklə, elementlərin 
tarazlığını pozması haqqında ilk dəfə 1934-cü ildə V.İ.Ver-
nadski məlumat vermişdir.  İnsanların geoloji proseslərdə 
intensiv fəaliyyəti V.A.Kovda tərəfindən aşağıda göstərilən 
məlumatlarda öz əksini tapmışdır. (Cədvəl 3) 
   
Biosferin biogen və texnogen xarakteristikası 
Cədvəl 3 
 
Ətraf mühitin çirklənməsi aşağıdakı hallarla nəticələnə bilər: 
1.  Zərərli maddələrlə  təmasda olan xəstə insanların sayının 
artması; 
2.  Bitkilərin məhv edilməsi, məhsulun kəmiyyət və  və 
keyfiyyətinin aşağı düşməsi; 
3.  Çirklənmiş sularda hidrobiontların məhv olması; 
4.  Içməli suyun tərkibində kimyəvi maddələrin olması, balıq-
çılıq təsərrüfatlarında suların texniki məqsədlə istifadəsi; 
Sıra 
№ 
Biosferin agentləri Onların kütləsi 
1. 
Planetin canlı maddələri 10
P
14
P
 ton/il 
2. 
Biokütlə 10
P
13
P
 ton/il 
3. 
Çayların illik axını 47×10
P
3
P
 m
P
3

4. 
Suların  istifadəsi 3×10
P
3
P
 km
P
3

5. 
Çaylar vasitəsilə axıdılan bərk kütlə (1.6-2.4)×10
P
10
P
 
ton/il 
6. 
Çaylar vasitəsilə axıdılan kimyəvi 
maddələr 
3×10
P
9
P
 ton/il 
7. 
İllik gübrə istehsalı (3-5)×10
P
8
P
 t 
8. 
Sənaye mənşəli toz 
0.25×10
P
9
P
 ton/il 
9. 
Zibil, tullantı və töküntülər 20×10
P
9
P
 ton/il 
10. 
Filizli süxurların çıxardılması 5×10
P
9
P
 ton/il 
11. 
Sənaye və şəhər mənşəli çirkab suları 55×10
P
11
P
 m
P
3
P
/il 
12. 
Aerozol və qaz tullantıları n×10
P
9
P
 ton/il 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə